Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rapla
Rapla (est. Rapla) — Estoniyanın qərbində, Raplamaa bölgəsində şəhər.
Sapma
== Sapma == Sapma– nəzarət nöqtəsindən adi və ya sistematik kənarlaşmadır. 1. Riyaziyyatda: dayaq (örnək) qiymətindən qiymətlər qrupunun orta kənarlaşma kəmiyyəti. 2. Elektronikada: tranzistorun və ya başqa elektron qurğunun iş rejiminin nəzarət həddini müəyyənləşdirmək üçün gərginlik. 3. Rabitə vasitələrində siqnalın təhrif növü; siqnalın qiymətinin 0-dan 1-ə və əksinə dəyişməsi ilə əlaqədar gərginlik artdıqda və ya azaldıqda baş verən gecikmə ilə bağlı olaraq ötürülən bitlərin uzunluğunun pozulması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şaplar
Şaplar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Şaplar kəndi Dalqılıclı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şaplar kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmişdir. == Toponimikası == Bu kənd Şapı adında qeydə alınmışdır. Əslində Şahpərilər olduğu söylənilir. Şəxs adlarının yuvarlaq işlənməsi nəticəsində Şahpəri adı Şapı formasına düşmüşdür. Yerli əhalinin məlumatına görə kəndi XIX əsrdə Kərbalayi Ellaz qızı Şahpəriyə cehizlik verilmiş binə yerində onun övladları saldığına görə verilmişdir. == Tarixi == İşğal altında olan Şaplar kəndində 2014-cü il iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülmüş, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlı isə girov götürülmüş və onlara cinayət işi açılmışdır. == Əhalisi == Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Saola
Saola (lat. Pseudoryx) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Daniil Şapka
Daniil Andreyeviç Şapka (rus. Даниил Андреевич Шапка; 18 mart 1999) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan GNS-Spartak klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Həyatı == 18 mart 1999-cu ildə anadan olub. == Karyerası == Şapka öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə "Kuban-2 Krasnodar" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Maşuk-KMV Pyatiqorsk klubuna qarşı oyunda etmişdir.
Salpa (Anadolu)
Salpuva və Salpa — təxminən e.ə. XVIII əsrdə Anadoluda tunc dövrünə aid şəhər. Onun yeri hələ müəyyən edilməmişdir. Şəhər haqqında məlumat əsasən het mənbələrindən məlumdur. Tarixçilər 2020-ci ildə apardıqları arxeoloji tədqiqatlardan sonra şəhərin Tavr dağlarının cənubundakı Qarasu çayının vadisində yerləşən Tilmən Höyük olduğuna inanırlar. == İstinadlar == == Əlavə ədəbiyyat == История Древнего Востока: Тексты и док.: Учеб. пособие для студентов вузов… / Под ред. В. И. Кузищина. — М. Высш. шк., 2002.
Saplaq pemfiqi
Saplaq pemfiqi (lat. Pemphigus bursarius L., 1758)- Əsas yem bitkisi olan qovaq üzərində yaşayırlar. == Xarici quruluşu == Qanadlı binəçə. Bədəni girdə, şişkin, şəffaf olub tüksüzdür. Vəzli qrup 6 cərgəlidir. Ayaq, alın, bığcıq və gözləri tutqundur. Alın yastı olub 4 ədəd qısa tükcüyə malikdir. Bığcıqları 4 buğumlu olmaqla, III və IV bir-birinə bərabərdir. Gözləri sadədir. Xortumcuq orta şanağın arxasına keçir.
Şabla mayakı
Şabla mayakı — Bolqarıstanın Dobriç vilayətində, Şabla icması ərazisində yerləşir. Mayak eyni adlı burun ərazisində, Şabla şəhərindən 4 km şərqdədir. Bu Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən hündür və ən qədim mayakıdır. Bolqarıstanın Hərbi Dəniz qüvvələrinin balansındadır. == Tarixi == Burunda ilk mayak XVIII əsrdə inşa edilmişdir. Ən əhəmiyyətli Qara dəniz marşrutlarından biri olan Dunay-Bosfor xətinin mərkəzində yerləşir. Mayak fənərinin əsas məqsədi gəmiləri mayak ilə Tyulenovo kəndi arasında olan qumlu dayazlıq barədə məlumat verməkdir. Bu səbəbdən "Qum fənəri" və ya "Qum mayakı" adlandırılır. Həmçinin mayak yaxınlığında uzunluğu 2 km olan rif vardır. Bəzi tarixçilər burun ərazisində mayak tikililərinin hələ Roma və Bizans imperiyaları dönəmində olmasını qeyd edirlər.
Şayla Abdullah
Şayla Abdullah (ing. Şayla Abdullah; 1971, Kəraçi) — Pakistan-Amerika yazıçısı və dizayneri. == Həyatı == Şaila Abdullah İngilis dili üzrə Patra Buhari Mükafatı, Qızıl Qələm Mükafatı, Oxucu Baxışları Mükafatı, Yazı İncəsənəti Mükafatı və Hobson Fondundan qrant almışdır. Cayenne Divarından Kənarda Norumbega Fiction Awards-ın ən yüksək mükafatı olan Görkəmli Bədii Ədəbiyyat Münsiflər Heyəti Mükafatını aldı. Onun kitablarına “Zəfəran yuxuları”, “Kayen divarından kənar” və üç uşaq kitabı daxildir: “Rani Göy qurşağının axtarışında”, “Dostum Suhana” və “Markonun bələdçisi”. O, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün kitablar yazmışdır.2014-cü ilin əvvəlində Vaşinqton və Li Universitetindən bir araşdırma qrupu apardıqları araşdırmada, Saffron Dreams-dən 3000 sözlük bir keçidin oxumağın insanı daha az irqçi edə biləcəyini müəyyən etdilər. Roma Açıq Təhsil Məlumat Bazası tərəfindən İmmiqrasiya Ədəbiyyatının 50 Ən Böyük Əsərindən 1-i seçildi. == Əsərləri == Beyond the cayenne wall : collection of short stories, Lincoln, NE : iUniverse, 2005. ISBN 9780595370092 Saffron dreams : a novel, Ann Arbor, MI : Modern History Press, 2010. ISBN 9781615990252 My friend Suhana, Ann Arbor, MI : Loving Healing Press, 2014.
Şayla Staylz
Şayla Staylz (23 sentyabr 1982, Armstrong, Kanada – 9 noyabr 2017, Los-Anceles, Kaliforniya, ABŞ) — Kanadalı pornoqrafik film aktrisası. == Həyatı == Şayla Staylz Kanadanın Britaniya Kolumbiyası əyalətində kiçik bir şəhər olan Armstronqda anadan olub. O, alman mühacir ailəsinin qızı idi. Orta məktəbi doğulduğu Armstronqda bitirib. Orta məktəbi bitirdikdən sonra o, sekslə dolanmaq qərarına gəlib. Sonra onun cinsi qabiliyyətləri böyüklər agentliyinin kəşfiyyatçısı Erik Everhard tərəfindən aşkar edildi. Karyerasını inkişaf etdirmək üçün Vankuverə köçdü. Burada o, canlı söhbət və böyüklər saytlarında iş tapdı. Özünə sonradan istifadə edəcəyi "Şayla Staylz" səhnə adını seçdi. Bundan əlavə, striptizlə məşğul olmağa başladı.
Adi saola
Adi saola (lat. Pseudoryx nghetinhensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin saola cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 180 sm, süysününün hündürlüyü 90 sm-ə, kütləsi isə 100 kq-a çatır. Bədənin dəki tüklər tünd-qəhvəyi rəngdə olub, hər nırnağının üstündə ağ xal var. Ağzında özünəməxsus ağ naxış var. Bədəni dukerin bədənini xatırladır. Başı isə kudunun başına oxşayır. Buynuzları uzun (bəzən 50 sm-ə qədər), nazik və demək olar ki, düz və irəliyə doğru istiqamətlənmiş formadadır.
Ballerus sapa
Poru (lat. Ballerus sapa) çəkilər fəsiləsinin çapaqlar cinsinə aid növdür. == Yayılması == Xəzər hövzəsində bir növü və bir yarım növü mövcuddur. Tipik növ Şimali Xəzərdə, Volqa, Ural, Səfidruddan Terekin mənbəyinə qədər yaşayır. Cənubi-Xəzər porusu isə Xəzərin cənub hissəsində yaşayır. == Morfoloji əlamətləri == Anal üzgəcində 32–42, bel üzgəcində 7–8 şüa, yan xətt orqanında 42–55 pulcuq var. Gümüşü rəngə çalan iri gözləri vardır. Bədəni hündür, yanlardan basıqdır. Anal üzgəci uzundur. Ağzı yarımalt, burnu qalındır.
Sapa İnka
Sapa İnka (Keçua:Inka Qhapaq) və ya Apu — İnklərin Tanrı-hökmdar mənasında istifadə etdikləri isim.
Şapa (şəhər)
Şapa və ya Sapa (vyet. Sa Pa) — Vyetnamın şimal-qərbində, Laokay vilayətində şəhər. == Coğrafiyası == Hanoydan 350 km şimal-qərbdə, Çin ilə sərhəd yaxınlığında, dəniz səviyyəsindən təxminən 1,600 m yüksəklikdə yerləşir. Böyük turizm mərkəzidir. Coğrafi baxımdan nadir relyef və təbiətə malikdir. Şəhərin yaxınlığında Hind-Çinin ən yüksək zirvəsi Fanşipan zirvəsi yerləşir. İqlimi yayda mülayim və yağışlı, qışda isə nisbətən soyuqdur. Şapada orta illik temperatur 15,4°C-dir. Ən isti aylar iyul və avqust, ən soyuq aylar dekabr və yanvardır. Şəhərin mərkəzində, yanında katolik kilsəsi olan bir park var.
Sala-i-Qomes
Salas-i-Qomes və ya Sala-i-Qomes (isp. Isla Sala y Gómez) — Sakit okeanda yerləşən vulkanik ada. Çiliyə məxsus olan ada, Polineziyanın ən şərq nöqtəsi hesab edilir. == Coğrafiya == Ada iki qyanın zirvəsini təşkil edir. Bu qayalar ensiz bərzəxlə birləşir. Adanın sahəsi 15 ha-dır. 30 metr dəniz səviyyəsindən hündürlüyə sahibdir. Adanın uzunluğu 800 metrdir. Adada şirin su mənbəyi yoxdur. Sala-i-Qomes Şilinin qərb sahillərindən 3220 km qərbdə, Pasxa adasından isə 391 km şərqdə yerləşir.
Sarla-la-Kaneda (rayon)
Sarla-la-Kaneda (fr. Sarlat-la-Canéda) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dordon. Suprefektura — Sarla-la-Kaneda. Rayon əhalisi 2006-cı ildə 72 873 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 38 nəf / km². Rayon sahəsi — 1921 km².
ASALA
ASALA (erm. Hayastani Azatagrut'yan Hay Gaghtni Banak) — 1975–1991-ci illərdə fəaliyyət göstərmiş erməni terror təşkilatı. Türkiyə Cümhuriyyəti Təhlükəsizlik xidməti tərəfindən terror təşkilatı kimi tanınmışdır."Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" adlanan bu təşkilatın adının abreviaturası ingiliscə"Armenian Secret Army for the Liberation of Armenia" kimidir. Təşkilat müstəqil Ermənistan dövlətinin qurulması və 1915-ci ildə baş verdiyi iddia edilən "erməni soyqırımının" dünya ölkələri tərəfindən tanınması üçün çalışmışdır. ASALA-nın yaranma tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız məqalələr, yazılar, faktlar qəzetimizdə dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Armi for the Liberation of Armenia"- ASALA") fəallığı ilə diqqəti cəlb edir. Təşkilatın qurucuları Akop Akopyan və Akop Tarakçıyandır Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir[mənbə göstərin]. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu bir ərazidə "Böyük Ermənistan" dövləti qurmaqdır. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir. Təşkilatın "Əbu Nidal", "Qara sentyabr" kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın böyük rolu olmuşdur.
Capra
Dağ keçisi (lat. Capra) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Damla
== Havada rütubət == Havanın rütubəti dedikdə atmosferdə su buxarının miqdarı nəzərdə tutulur. Havanın rütubəti çox sürətlə dəyişməsi ilə səciyyələnib, ərazinin fiziki-coğrafi şəraitindən, fəsildən və başqa amillərdən asılıdır. Hava su buxarı ilə nə qədər doymuş olursa, deməli temperatur da bir o qədər yüksək olur. == Atmosferdə su damcıları == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur. Bununla belə atmosferdə su üç halda ola bilər: qazvari (su buxarı), maye (su), və bərk (buz). Bir şox tədqiqatlar göstərir ki,nisbi rütubət 100%-ə yaxınlaşanda su molekulları toplanaraq gələcək su damcılarının əsasını yaradır. Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. Şehin yaranması və atmosferdə su damcılarının əmələ gəlməsi isə əsasən 3 səbəbdən yaranır: Yer səthinin və havanın aşağı qatının şüa buraxma nəticəsində soyuması Havanın soyuq səthə toxunaraq soyuması Adiabatik qalxma nəticəsində havanın yuxarı qatlarda genişlənərəksoyuması.
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır.Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər. == Ədəbiyyat == A.Məmmədli, “Haylada unudulan tariximiz və təmbur” (2013), M.Allahmanlı, “Xalqın zəngin söz xəzinəsi” (2013).
Lappa
Atpıtrağı (lat. Arctium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Layla
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylalarda uşağın tez böyüməsi və xoşbəxt olması fikri əks olunur. Laylalar bəzən nəsrlə də söylənilir: "Balamın atası gəlsin, onu alıb oynatsın" və s. Layla aşıq yaradıcılığında simvolik səciyyəlidir. Ustad sənətkarların yaradıcılığındakı həzinlik, musiqi ritmi, söz və musiqi ortaqlığı bir istiqamətdə layla ovqatı yaratmışdır.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Mopla
Mopla və ya Mapilla — Cənubi Hindistanda Mədrəs əyalətinin Malabar mahalında yaşayan malayali xalqının dini müsəlman olan icması. Mopla IX əsrdə yaranmışdır. Dini və inzibati mərkəzi Psani şəhəridir. Moplanın əsas dini təhsil müəssisəsi də buradadır. == İstinadlar == == Əlavə ədəbiyyat == Маппила // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Mopla // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } == Sözün mənası == "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. == Kodlarda == Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
Qaplan
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Çapal
Çapal (gürc. მაშავერა Maşavera) — Gürcüstanda, Aşağı Kartli mxaresində çay, Anaxatır (gürc. ხრამი (Xrami)) çayının sağ qolu. Maşavera çayı öz mənbəyini Qaraağac silsiləsində dəniz səviyyəsindən 2125 metr yüksəklikdən (41°18′40″ şm. e. 44°08′34″ ş. u.) götürür və Bolnisi rayonunun Arıxlı kəndi yaxınlığında (41°26′38″ şm. e. 44°42′52″ ş. u.) 383 metr hündürlükdə Anaxatır çayına qovuşur.