Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gedit
gedit — GNOME desktop mühiti üçün mətn redaktorudur. gedit Linuxdan əlavə Microsoft Windowsda və Mac OS X-də də işləyir. gedit - sintaksis işarələmə (highlight) xüsusiyyətinə malikdir.
Sədi
Sədi — ad. Sədi Şirazi — orta əsr fars ədəbiyyatı, qəzəl janrının ən görkəmli nümayəndəsi. Sədi Sani Qarabaği — XIX əsr Azərbaycan şairi.
Natalya Sedıx
Natalya Sedıx (rus. Ната́лья Евге́ньевна Седы́х; d. 10 iyul 1948, Moskva, RSFSR, SSRİ) — Rus teatr və kino aktrisası, balerina, fiqurlu konkisürən. Natalya Sedıx 10 iyul 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. Onun karyerasının maraqlı tarixçəsi var. Belə ki, bir dəfə balaca Natalya televizorda beynəlxalq fiqurlu konkisürmə yarışına baxarkən çexoslovakiyalı idmançı İndra Kramperovanın çıxışı ona çox təsir edir. Valideynlərindən xahiş edir ki, onu da fiqurlu konkisürmə dərnəyinə yazdırsınlar. Amma yaşı az olduğundan onu dərnəyə götürmək istəmirlər. Bundan çox təsirlənən 4 yaşlı Natalya birdən cəsarətli addım ataraq xalçanın üstünə çıxır və elan edir: “Qarşınızda İndra Kramperova çıxış edir”. Balaca Natalya elə hərəkətlər göstərir ki, hamı təəccüblənir.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedir adası
Sedir (Sexir; türk. Sedir) — Türkiyənin cənub qərbində, Egey dənizinin Göyova körfəzində yerləşən kiçik ada. Ada Muğla ilinin Ula ilçəsinə aiddir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Ada ərazisində antik dövrə aid Kedrae yaşayış məskəninin qalıqları var. Sedir adası Marmaris şəhərinin 18 km-də yerləşir. Sedir adası özünün qızıl qumlu çimərliyi ilə məşhurdur. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur. Qumun tərkibində heç bir əlavə qatışıq yoxdur və suya tökülən zaman su bulanmır. Adada olan bu əsrarəngiz çimərliklə bağlı əfsanə mövcuddur: Kleopatra ilə Mark Antoni bu adada görüşmüş və məhz Kleopatra üçün qum Tunisdən gətirilmişdir.
Seyit Sertçelik
Seyit Sertçelik — Moskva və Sank-Peterburqdakı dövlət arxivləri¬nə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi, Ankara Universitetinin Ümumi tarix üzrə professoru, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. 1964-cü ildə Bolunun Gerede ilçəsində anadan olub. 1991-ci ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix bölməsinin elmi əməkdaşı oldu. 1991-ci ildə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universitetində qonaq müəllim kimi 6 ay pedaqoji fəaliyyətlə məşğul oldu. 1993-cü ildə Antalyada təşkil edilən birinci Türk Dünyası Qurultayında iştirak edib. Moskva və Sank-Peterburqdakı dövlət arxivlərinə daxil olan və ermənicə bilən ilk Türkiyəli tarixçi kimi erməni məsələsi ilə bağlı Rusiyanın 8 arxiv və kitabxanasında uzun illər elmi tədqiqat aparmışdır. 2009-cu ildə Ankara Universitetində Ümumi tarix üzrə professor vəzifəsinə yiyələnmişdir. 2012-ci il 24 oktyabr Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri tarixinin araşdırılmasında böyük xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb. İsmayıl Seragəldin Prof. Dr.
Sədat Bucaq
Sədat Edib Bucaq (31 oktyabr 1960, Sivərək[d], Şanlıurfa ili) — TBMM XIX, XX, XXI dönəm Şanlıurfa DYP Millət vəkili. Bucaq tayfası mənsubudur. Evli və 3 uşaq atasıdır. 3 noyabr 1996-cı ildə Balıkəsir ili, Susurlukda keçirdiyi qəza ilə, Susurluq qəzası olaraq bilinən hadisənin baş qəhrəmanlarından biri olmuşdur. Türkiyə Böyük Millət Məclisi Ümumi Qurulunda 11 dekabr 1997-də toxunulmazlığı qaldırılan Sədat Edib Bucaq haqqında Baş prokurorluq, qiyabi həbs qərarıyla axtarılan Abdullah Çatlının yerini bildiyi halda səlahiyyətli orqanlara xəbər verməyərək saxlamaq, cinayət törətmək məqsədiylə təşəkkül meydana gətirmək və dəhşətli xüsusiyyətdə silah saxlamaqda günahlarından, 11 ildən 20 ilə qədər ağır həbs istəyiylə iddia açılmışdır. Susurluk İddiası daxilində cinayət törətmək üçün təşəkkül meydana gətirmək günahından haqqında verilən bəraət qərarı Yargıtay tərəfindən pozulan DYP köhnə Millət vəkili Sədat Edib Bucaq, daha sonra dövlət sirri səbəbiylə açıqlamadığı bəzi məlumat və şəkilləri məhkəməyə təqdim etmişdir. Yargıtay 8. Cəza Dairəsin tərəfindən haqqındakı 1 il 15 gündəlik həbs cəzası təsdiqlənilmişdir. 22 iyul 2007 seçkilərində Demokrat Partiyanın (DP) Şanlıurfadan 1. sıra millət vəkili namizədi olan Sədat Edib Bucağın adı, ən son Ankara-Çankayadakı lüks restoran, bar və iş yeri sahibi və çalışanlarını silahla təhdid edərək çıxar təmin etdikləri iddia edilən kəslərə istiqamətli təşkil edilən "Kaldırım(Səki)" əməliyyatına qarışmış olub, ədliyyəlik olaraq mətbuatda yer almış, daha sonra bunu "sui-qəsd" olaraq açıqlamışdır.
Səqit (Arxangel)
Səqit (başq. Сәғит, rus. Сагитово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 30 km, kənd sovetliyindən (Şakir): 3 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (73%) üstünlük təşkil edir.
Səğit (Xaybulla)
Səğit (başq. Сәғит) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Makan kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Səğit kəndinin milli tərkibi: başqırdlar 100 % Məsafələr: rayon mərkəzindən (Akyar): 30 km., kənd sovetliyindən (Makan): 18 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 88 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Ənvər Sədat
Məhəmməd Ənvər əs-Sadat (ərəb. محمد أنور السادات‎ Muḥammad ʾAnwar as-Sādāt; 25 dekabr 1918[…], Mit Əbülkövm, əl-Minufiyyə mühafəzəsi[d], Misir sultanlığı[d] – 6 oktyabr 1981[…], Qahirə) — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970-1981), marşal (1973). Nobel Sülh mükafatı laureatı (1978). 1978-ci ildə İsraillə Kemp-Devid sülh müqaviləsini imzalamış və ərəb dünyasında kəskin etirazlarla qarşılanmışdır. Ənvər Sadat 1918-ci il 25 dekabrda, əl-Minufiyyə şəhərinin Mit Əbülkövm kəndində doğulmuşdur. Orta təhsilini bitirdikdən sonra hərbi məktəbə daxil oldu. 1938-ci ildə Hərbi Akademiyanı bitirdi.
Edit Farkaş
Edit Elizabet Farkaş (tam adı: Edit Elizabet Farkaş, mac. Edith Elizabeth Farkas; 13 oktyabr 1921, Dyula[d], Bekeş medyesi – 3 fevral 1993, Vellinqton) — macar Antarktika tədqiqatçısı, Antarktikaya ayaq basmış Yeni Zelandiya Meteoroloji Xidmətinin qadın heyətinin ilk üzvü və bu uğura imza atmış ilk macar qadın. Bununla yanaşı, o, 30 ildən çox dünyanın aparıcı ozon monitorinqi tədqiqatlarına rəhbərlik edib. == Həyatı == Edit Farkaş 13 oktyabr 1921-ci ildə Macarıstanın Dyula qəsəbəsində anadan olmuşdur. İbtidai sinif və orta məktəb təhsilini Sentqothard qəsəbəsində və Dyör şəhərində almışdır. 1939-cu ildə ali məktəbə daxil olan Farkaş 1944-cü ildə Budapeştdə Peter Pazman Katolik Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasını bitirmişdir. Müharibədən sonra 1949-cu ildə Yeni Zelandiyaya qaçqın kimi miqrasiya etmişdir. Burada 1952-ci ildə Vellinqton Viktoriya Universitetində fizika üzrə MSc dərəcəsini başa vurmuşdur. == Fəaliyyəti == Farkaş ozon tədqiqatçısı və meteoroloq idi. O, 1951-ci ildə Yeni Zelandiya Meteoroloji Xidmətinin Tədqiqat bölməsində meteoroloq kimi işləməyə başlamış və 35 il ərzində bu fəaliyyətini davam etdirmişdir.
Edit Hed
Edit Hed (ing. Edith Head; 28 oktyabr 1897, San-Bernardino, Kaliforniya – 24 oktyabr 1981, Los-Anceles, Kaliforniya) — XX əsrin ən məşhur kostyum-dizayneri, səkkiz dəfə Oskar mükafatı laureatı. == Həyatı == Edit Hed 28 oktyabr 1897-ci ildə Kaliforniya ştatının San-Bernardino şəhərində, yəhudi ailəsində dünyaya göz açıb. Atası Maks Pozner mühəndis idi. O, Prussiyadan Amerikaya köç edib və öz bavariyalı xanımı ilə burda ailə həyatı qurub. Editin uşaqlığı müxtəlif ştatlarda və ölkələrdə keçib – Arizona, Meksika, Nevada, Almaniya və s. Los-Ancelesdə orta təhsilini tamamlayan Edit, bakalavr təhsilini Kaliforniya Berkli Universitetində, magistr təhsilini isə Stenford Universitetində alıb. Təhsilini başa vurduqdan sonra xanım Edit qısa müddətlik də olsa, müəllimə kimi fəaliyyət göstərib. 1923-cü ildə isə Los-Ancelesdəki “Paramount Studios” şirkəti onu kostyum-dizayner olaraq işə dəvət edib. Bu vəzifə ilk dəfə olaraq bir qadına təklif edilirdi.
Edit Heerdegen
Edit Heerdegen (2 İyul 1913 – 13 İyul 1982) — Almaniyalı film aktrisası. O, 1949-cu il ilə 1982-ci il arasında 50-dən çox film və televiziya şousunda rol oynamışdır.
Edit Piaf
Edit Piaf (fr. Édith Piaf; 19 dekabr 1915[…], Paris – 10 oktyabr 1963[…], Qras) — Dünyaca məşhur fransız müğənnisi. == Həyatı == 1915-ci ildə Paris şəhərində doğulmuşdur. Anası, Annetta Covanni Maillard, yarı italyan-yarı mərakeş əsilli bir köçəri tayfadan idi. Atası, Lui Alfons Qasson isə küçələrdə oyunbazlıq edən bir kəndirbaz idi. O, küçədə tretuarda doğulub və ilk səhnəsi də küçə olub. Ata müharibəyə gedir, ana isə uşağı əyyaş nənə və babanın yanında qoyub dönüşü çətin olan yola üz qoyur. Günlərin bir günü ata müharibədən qayıdır və Editi özü ilə fahişəxanada yaşayan anasının yanına gətirir. Editin ən qayğısız uşaqlıq həyatı burada-bu iyrənc məkanda keçir. Daha sonra, atası onu özü ilə küçələrdə gəzdirib, mahnı oxutduraraq pul qazanırdı, onun küçələrdə ifa etdiyi mahnı isə, uşaq vaxtı ən yaxşı bildiyi mahnı, Fransanın milli himni olan Marselyoza idi.
Edit Ruzvelt
Edit Ruzvelt (ing. Edith Kermit Carow Roosevelt; 6 avqust 1861[…], Nyu-York, Nyu-York ştatı – 30 sentyabr 1948[…], Oyster-Bey[d]) - ABŞ Prezidenti Teodor Ruzveltin həyat yoldaşı.
Edit Uilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Edit Varton
Edit Varton ― 1862-1937-ci illərdə yaşamış Amerikalı yazıçı. == Həyatı == Edit Varton 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən bilinən romanı 1920.ci ildə qələmə alınmış Məsumiyyət Çağı ( The Age Of İnnocence ) adlı romandır. Bu roman 1921.ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 1911.ci ildən sonra həyatını daha çox Fransa da davam etdirən E. Varton 1.ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937.ci il, 75 yaşında Fransada vəfat etmişdir.
Edit Vilson
Edit Bollinq Vilson (ing. Edith Wilson; 15 oktyabr 1872 – 28 dekabr 1961, Vaşinqton) — ABŞ-nin Prezidenti Vudro Vilsonun ikinci həyat yoldaşıdır. 1919-cu ildə Vudro Vilsonun insult keçirməsindən sonra faktiki olaraq ölkəni Edit Vilson idarə edirdi. Bu səbəbdən "Gizli prezident" ləqəbini daşıyırdı.
Qarağan Sədi
Qarağan Sədi — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qarağan Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Qarağan Sədi kəndi Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qarağan Şıxlar kəndi mərkəz olmaqla, Qarağan Şıxlar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Sədi (Cəbrayıl)
Sədi — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Kəndin adı Sədili variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, kəndi Sədi adlı şəxs saldığına görə belə adlandırılmışdır. Əslində oykonim azərbaycanlıların etnogenezində iştirak etmiş sədulu tayfasının adı ilə bağlıdır. Kənd Arazboyu düzənlikdə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edir.
Sədi Yüzbəndi
Sədi Yüzbəndi (1918, Yüzbənd, Şərqi Azərbaycan ostanı – 1946, Təbriz) ― azərbaycanlı şair, aktyor. Azərbaycan Milli Hökuməti dövründə Şairlər məclisinin üzvü. Azərbaycan Milli Hökuməti süquta uğradıqdan sonra şah ordusunun silahlı dəstələri tərəfindən başı kəsilib. Sədi İzzət oğlu 1918-ci ildə Qaradağ mahalının Yüzbənd kəndində anadan olub. Azərbaycan Demokrat Firqəsinə qoşulub. Firqənin Qaradağ Vilayət Komitəsində Əbdülsəməd İmraninin rəhbərliyi altında fədai kimi döyüşlərdə iştirak edib. Burada müxtəlif məsul vəzifələrə seçilib. 1945-ci ildə Təbrizdə "Vətən yolunda" qəzeti yanında təsis edilən Şairlər məclisinin üzvü olub. 1946-cı ildə isə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı və leytenant rütbəsilə təltif olunub. "Ziddi-faşist", "Şairlər məclisi", Azərbaycan qəzet və jurnallarında şeirləri çap edilib.
Sedi Sink
Sadie Anne Sink (ing. Sadie Sink; 16 aprel 2002) — amerikalı aktrisa və model. Sink 16 aprel 2002-ci ildə Texas ştatında anadan olmuşdur. Üç qardaşı və bir bacısı var. Sink Şüşə qəsr filmində Vudi Harrelson rolunu canlandırmışdır. 2017-ci ildə Qəribə şeylər serialında Maksin "Maks" Meyfild rolunu canlandırmışdır. Sink ilk dəfə 2018-ci ildə Parid Dəb həftəsində podiuma çıxmışdır. Yaş limitinin 16 olmasına baxmayaraq, Sink 15 yaşında idi. Həmçinin Kate Spade, Vogue, L'Officiel Paris, Chanel və Givenchy Beauty üçün model çəkilişləri etmişdir.
Edit Viqnere
Edit Viqnere həmçinin Pauls-Viqnere (latış. Edīte Pauls-Vīgnere‎; 16 sentyabr 1939, Riqa) — Latviya və sovet tekstil rəssamı. Riqa Orta Tətbiqi Sənət Məktəbini (1962) və Latviya Rəssamlıq Akademiyasının toxuculuq sənəti fakültəsində Rudolf Heymratsın (1968) şöbəsini bitirib. 1967-ci ildən sərgilərdə iştirak edir. Edit Viqnerenin əsərləri monumental iri miqyaslı toxuculuq, o cümlədən üçölçülü obyektlər, metal, ağac, şüşə və kollajlar (applikasiyalar) olan qobelenlərdir. 1971-ci ildən Latviya Rəssamlar İttifaqının üzvü, Latviya SSR-in əməkdar artistidir (1979). 1995-ci ildə Edit Viqnere Latviya Tekstil Sənəti Assosiasiyasına üzv qəbul edilib. 1987-ci ildə Latviya SSR xalq rəssamı fəxri adını, iki dəfə Latviya Rəssamlar İttifaqının mükafatı laureatı (1972, 1990) olub. SSRİ xalq artisti bəstəkar və pianoçu Raymonds Paulsun kiçik bacısı. == Həyatı == Edit Pauls 16 sentyabr 1939-cu ildə Riqada fabrik işçisi Valdemar Pauls və evdar xanım Braudele (1904-1982) Alma-Matilda Paulsun ailəsində anadan olub.