Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəpənək
Pulcuqluqanadlılar (lat. Lepidoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Məlum növlərin sayına görə kəpənəklər böcəklərdən sonra ikinci yeri tutur. Kəpənəklər ölçüsünə, rənginə və həyat tərzinə görə həddən artıq müxtəlifdir. Kəpənəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bığcıqları (və ya antenaları) qılşəkilli, sapşəkilli, daraqşəkilli, iynəşəkilli, lələkşəkilli və s. formada olub, duyğu orqanları rolunu oynayır. Erkəklərin bığcıqları dişilərə nisbətən daha çox inkişaf etmişdir, çoxbuğumludur və başda, gözlərin üstündə yerləşmişdir. Kəpənəklərin gözləri iki tipdədir- başın yanlarında bir cüt iri faset göz və təpədə sadə gözcüklər. Faset gözlər çoxlu fasetlərdən- hər biri kiçik ayrıca gözə-ommatidiyə uyğun gələn və buynuz qişadan, büllur konusdan, bir dəstə görmə çubuğundan ibarət olan altıbucaqlı sahələrdən təşkil olunmuşdur.
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
EPANET
EPANET , Amerika Birləşmiş Ştatlarının Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA), Su Təchizatı və Su Resursları Şöbəsi tərəfindən hazırlanan, pulsuz , su paylama sistemini modelləşdirmə proqram paketidir. Təzyiqli boru şəbəkələrində hidravlik və su keyfiyyəti davranışlarının uzun müddət simulyasiyasını həyata keçirir. "Dağıtım sistemləri içərisində içməli su tərkibindəki hissələrin hərəkəti və taleyi haqqında anlayışımızı yaxşılaşdıran bir araşdırma vasitəsi" olaraq hazırlanmışdır. EPANET ilk dəfə 1993 -cü ildə ortaya çıxdı. EPANET 2 həm müstəqil bir proqram olaraq, həm də açıq mənbəli alət dəsti olaraq mövcuddur ( C-də yazılmış arayüzü vardır ). Hesablama mühərriki daha güclü, özəl paketlər hazırlayan, daha çox GIS mərkəzli, bir çox proqram şirkəti tərəfindən istifadə olunur. Şəbəkə topologiyası, su istehlakı və nəzarət qaydalarını təmsil edən EPANET ".inp" giriş fayl formatı bir çox pulsuz və kommersiya modelləşdirmə paketləri tərəfindən dəstəklənir. Buna görə də, şübhəsiz ki, sənaye standartı hesab olunur. EPANET, şəbəkə giriş məlumatlarını düzəltmək, hidravlik və su keyfiyyəti simulyasiyalarını işlətmək və nəticələri müxtəlif formatlarda görmək üçün inteqrasiya olunmuş bir mühit təmin edir. EPANET, istənilən ölçülü sistemləri idarə edə biləcək tam təchiz olunmuş və uzun müddət hidravlik analiz təmin edir.
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Senet
Senet, (ing. senet, bəzən senat) — Qədim Misir masaüstü oyun. Bizim eradan 3.500 il əvvəl icad edildiyi ehtimal edilir. Rəvayətlərdə və "Qədim Misir ölülər kitabı"nda adı çəkilir. Bildirilir ki, Qədim Misir bilik tanrısı Tot tərəfindən yaradılıb.
Sənət
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Avrora (kəpənək)
Avrora (lat. Anthocharis cardamines) — Pieridae fəsiləsinə aid kəpənək növü. Növün latın adı tırtılının qidalandığı bitkinin adı ilə bağlıdır. Qanadlar arasında məsafə 38–48 mm,, qanadların uzunluğu isə 17–23 (20–24) mm təşkil edir. Dişi il ərzində 1, bəzən 2–3 yumurta qoyur. Tırtılları mayın sonlarından iyulun ortalarına qədər yaşayır. Pup şəklində qışlayırlar. A. c. alexandra (Hemming, 1933) — Altay ərazisində yayılmışdır. Digər adı A. c.
Böyük Kəpənək
Böyük Kəpənək, Musaelyan (1935), Basen — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 9 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-1830-cu illərdə bura ermənilər köçürülmüş və azərbaycanlılar qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim qədim türk dilində "geçə, yapıncı" mənasında işlənən "kəpənək" sözündən düzələn "kəpənəkçi" etnonimi əsasında əmələ gəlmişdir. Kəpənək sözünə "yıpınçı" mənasında "Kitabi Dədə Qorqud"da rast gəlinir. "Böyük" fərqləndirici əlamət bildirir.
Kiçik Kəpənək
Kiçik Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur. Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən kəpənək sözündən əmələ gələn kəpənəkçi etnonimi əsasında əmələ gəlmişdir (etnonimin tərkibində -çi şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Etnotoponimidir. Quruluşca mürəkkəb toponimdir. 1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir 1945-ci ildə kənd ermənicə Hovit adlandırılmışdır.
Kəpənək effekti
Kəpənək effekti — bir sistemin başlanğıcında baş verə biləcək kiçik bir dəyişiklik, böyük dəyişikliklərə səbəb ola bilər. "Kəpənək effekti" termini riyazi bir termindir, hesablamalar zamanı rəqəmlərdən birində edilən cüzi dəyişiklik böyük fərqlərə səbəb ola bilər. Adı Edward N. Lorenzin verdiyi bu nümunədən yaranmışdır. "Amazon meşələrindəki bir kəpənəyin qanad çırpması ABŞ-də fırtına qopmasına səbəb ola bilər". Digər bir nümunədə isə, "bir kəpənəyin qanad çırpması dünyanın yarısını ağuşuna ala biləcək bir qasırğanın yaranmasına səbəb ola bilər" deyilir.
Kəpənək spredi
Maxaon (kəpənək)
Maxaon kəpənəyi (lat. Papilio machaon) — əsl yelkənqanadlılar cinsinə aid heyvan növü. Erkəklərinin qanadlarının uzunluğu, 64–81 mm, dişilərinin isə 74–95 mm olur. Qanadlarının fonunun rəngi əsasən intensiv sarı olur. Enli qara haşiyəyə və kənarları ayşəkilli sarı ləkələrə malik ön qanadlarında damarcıqlı qara xallar olur. Arxa qanadlarında uzunluğu 10 mm-ə qədər olan "quyruqlar" olur. Arxa qanadlar qanadın kənarında qara rənglə haşiyəyə alınmış göy və sarı xallara, qırmızı-qonur gözcüklərə malikdir. Holarktika vilayətində geniş yayılmışdır. Avropanın hər yerində (İrlandiya istisna olmaqla), Şimal Buzlu Okeandan başlayaraq Qara dəniz sahillərinə qədər və Qafqazda yayılmışdır. Asiyada, Şimali Afrikada və Cənubi Amerikada rast gəlinir.
Monarx kəpənək
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Qızılqarın kəpənək
Qızılqarın kəpənək (lat. Euproctis chrysorrhoea) — buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. Qanadları açılmış halda 32–40 mm böyüklükdə olur. Bu kəpənək əsasən ağ rənglidir. Bəzi hallarda ön qanadları üzərində olduqca kiçik miqyaslı qara nöqtələrə də təsadüf olunur. Dişi fərdlərin qarıncıq nahiyəsində qızılı rəngdə topa halında tükcüklər vardır. Kəpənəyin adı da buradan götürülmüşdür. Bığcıqları lələkvaridir. Yumurtası girdə, sarımtıl-ağ rənglidir. Yumurta yarpağın üzərinə qoyularkən, kəpənək yarpaq səthini qarıncığı nahiyyəsindəki tükcüklərlə örtür.
Səkinət Abasova
Səltənət Quliyeva
Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı – 1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943). Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub.
Vladislav Şepelev
Vladislav Aleksandroviç Şepelev (rus. Владислав Александрович Шепелев; 19 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Şepelev öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Şəfəqət Mahmudova
Şəfəqət Cəbrayıl qızı Mahmudova — texnika üzrə fəlsəfə doktoru, dosent. İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. Fotoportretlər əsasında insan sifətinin tanınması tədqiqatları üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri Azərbaycanda informatika üzrə dərsliklərin və elmi kitabların müəllifidir. Onun "Proqramlaşdırma və onun inkişaf mərhələləri", "Proqramlaşdırmanın elmi-texnoloji əsasları" və s. kitabları universitet dərsliklərinə daxil edilib. Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir. Ş.Mahmudova Azərbaycanda olan ilk qadın proqramçılardan biridir.
Qızılca (kəpənək)
Qızılca (lat. Thersamonia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinə aid heyvan cinsi.
Kəpənək simptomu
Kəpənək simptomu (ing. Malar rash) – SLE-də kəskin fotohəssas dəri zədələnməsinin variantı olub, sistem xəstəliyin aktivliyini göstərir, burun və yanaqlarda eritema (burun-dodaq büküşlərini zədələmir) dəridən qalxan papula və ya pilək, çapıqsız sağalır. Sifətin qızarmasının digər səbəblərinini (rozasea, seboreya, kontakt, atopik, aktinik dermatiti) istisna etmək lazımdır.
Kəpənək (film, 2017)
Kəpənək (ing. Papillon) — Mixail Noerin rejissorluğu ilə çəkilən, 2017-ci il bioqrafik dram filmidir. Kəpənək ilk dəfə 2017-ci il Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimatlar bölməsində 9 Sentyabr 2017-ci ildə nümayiş edilib. Kəpənək, Monteneqro, Malta və əsasən, Belqradda, Serbiya da daxil olmaqla müxtəlif yerlərdə çəkilmişdir.
Kəpənək qanadlarındakı əlifba
Kəpənək qanadlarındakı əlifba Norveçdə anadan olmuş fotoqraf Kjell B.Sandved tərəfindən hazırlanmış foto işdir. Sandved Vaşinqtonda Smithsonian İnstitutunun tərkibində olan Milli Təbiət Tarixi muzeyində işləyib və təsadüfən o, latın əlifbasının hərflərini və ərəb rəqəmlərini kəpənək qanadlarındakı nümunələrdə tapmaq fikrinə gəlib. Foto ekskursiyaları onu Braziliya, Konqo, Papua-Yeni Qvineya və Filippinə aparıb çıxardı. 1975-ci ildə o, əlifbasını tamamladı və "Smithsonian" jurnalında dərc etdirdi.
Qızıl Kəpənək mükafatı
Qızıl Kəpənək (türk. Altın Kelebek) — televiziya, musiqi, film və digər sahələrdə nailiyyət əldə etmiş şəxslərə dəyər üçün verilən mükafat. İlk dəfə 1972-ci ildə mükafatların təqdimatı keçirilmişdir. Heykəl qızılı rəngli kəpənək formalıdır. Namizədlər ilk öncə xalqın təklifiləri ilə saytda müəyyənləşdirilir.SMS və jurilərin səsverməsi nəticəsində qalib müəyyənləşir.Türkiyənin "Kanal D" və "CNN Türk" kanalları vasitəsilə canlı yayımlanır. 2018-ci ildən "Azərbaycanın Ən Parlaq Ulduzu" kateqoriyasında da mükafat verilir. Ən yaxşı qadın aparıcı Ən yaxşı kişi aparıcı Ən yaxşı qadın xəbər aparıcı Ən yaxşı kişi xəbər aparıcı Ən yaxşı xəbər proqramı Ən yaxşı qadın aparıcı Ən yaxşı yerli serial Ən yaxşı dram serialı Ən yaxşı komediya aktrisası Ən yaxşı komediya aktyoru Ən yaxşı dram aktrisası Ən yaxşı dram aktyoru Ən yaxşı televiziya verlişi Ən yaxşı idman verilişi Ən yaxşı maqazin proqramı İlin müğənnisi İlin ən yaxşı türk pop qadın müğənnisi İlin ən yaxşı türk pop kişi müğənnisi İlin ən yaxşı türk xalq mahnıları qadın müğənnisi İlin ən yaxşı türk xalq mahnıları kişi müğənnisi İlin ən yaxşı türk rok qadın müğənnisi İlin ən yaxşı türk rok kişi müğənnisi İlin ən yaxş qrupu İlin ən yaxşı klipi Qürur mükafatı Azərbaycanın Ən Parlaq Ulduzu mükafatı - Mükafat Azərbaycan Sənətçilərinə verilir. Aygün Kazımova keçirdiyi 3 estetik əməliyyata görə namizədliyini geri götürmüşdür.
Yalançı alabəzək kəpənək
Yalançı alabəzək kəpənək - (lat. Syntomis phegea) buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin syntomidae fəsiləsinə aid olan növ Yalançı alabəzək kəpənək, pulcuqluqanadlılar (Lepidoptera) dəstəsinin Syntomidae fəsiləsindən olub, qanadları açılmış halda 32–38 mm-dir. Kəpənəyin yırtıcı tırtıllarının təkipəksarıyanın yumurta və kiçik yaşlı tırtılları ilə qidalanması Qafqazda, o cümlədən Azərbaycanda ilk dəfə 1972-ci ildə Yalama meşə təsərrüfatlarında Zəkəriyyə Məmmədov, R.M.Əfəndi tərəfindən qeydə alımnmışdır. Sonralar 2004-2006-cı illərdə Şəki-Zaqatala bölgəsində təkipəksarıyana qarşı bioloji mübarizə məqsədilə arealdaxili köçürmə üsulu ilə onun tırtıllarından istifadə edilmişdir. Bu baxımdan Lənkəran bölgəsində pardığımız tədqiqatlara əsasən, alabəzək kəpənəyin tırtılları üzərində geniş müşahidələr və hesablama işlərinin aparılmasını məqsədəuyğun hesab etdik. Kəpənəklərin təbiətdə uçuşu may ayının axırından, avqust ayının axırınadək davam edir. Onlar meşənin tala hissələrində bitən gandalaş bitkisinin çiçəkləri ilə qidalanaraq cütləşirlər. Cütləşdikdən 5-6 gün sonra, meşə ağaclarının kök hissəsinə yaxın yem bitkiləri, ağacların gövdələrində olan mamırlar üzərinə qrup halında kiçik yumurtalar qoyurlar. Payıza yaxın, sentyabr ayının axırlarında yumurtalardan tırtıllar çıxmağa başlayırlar. Tırtıllar üçüncü yaş dövrünədək yem bitkiləri ilə qidalanırlar və sonra qışlamaya gedirlər.
Monumental sənət
Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıq və mozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir. Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri).