Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Soket
Soket (ing. Socket) — informasiya əldə etmə və ötürmə imkanı olan şəbəkə birləşməsinin sonlarından birinin modelidir. Tərkibinə görə soket bir çox əməliyyat sistemlərinə daxil edilmiş tətbiqi proqram interfeysidir. Windows-da WinSock adı ilə məlumdur (winsock.pas). Soket üçün İP protokolu üzrə kompyuterlər arasında əlaqədə ünvan və portdan istifadə olunur (soket ünvan və portdan ibarət yuvadır). İnformasiya mübadiləsində iki soketdən istifadə olunur – göndərənin soketi və alanın soketi.
Sokos
Sokos - Finlandiyada fəaliyyət göstərən və S Group kompaniyasının bir hissəsi olan və Sokos Hotels otellər şəbəkəsini də idarə edən univermaqlar şəbəkəsi. Yaranma tarixi 1952-ci idir. == Univermaqları == Helsinki (mərkəzi) Helsinki (Kaari) Haminlinna Joensuu Jyväskylä Kajaani Kotka Kouvola Kuopio Lahti Lohja Mikkeli Oulu (Valkea ticarət mərkəzi) Pori Porvoo Raisio (Mylly (ing.
Soko
Stéphanie Sokolinski (26 oktyabr 1986) - "SOKO" ləqəbi ilə tanınan Fransız müğənni-bəstəkar, musiqiçi və aktrisadır. Rus-Polşa əsilli ata və Fransız-İtalyan əsilli anadan Fransanın Bordo şəhərində dünyaya gəlmişdir. Stéphanie Sokolinski adı çox uzun idi və beləcədə o daha tez yadda qalması üçün "Soko" ləqəbini uşaqlıqdan götürmüsdü. FİLMOQRAFİYA ▪L'escalier ( 2003) ▪P.J (2003) ▪Action Justice (2003) ▪Au secours, j'ai 30 ans ! (2004) ▪Ben et Thomas (2004) ▪Clara cet été là (2004) ▪Palais royal !
Soket 939
Athlon 64 prosessorları üçün nəzərdə tutulan Socket 754 öz yerini 2004-cü ilin İyun ayında AMD tərəfindən yayımlanan bir CPU soketi olan Soket 939a ötürür. Bu AMD AMD64 aralığı üçün hazırlanan ikinci soket May 2006-cı ildə Socket AM2 oldu. === Üstünlüyü === Soket 939 prosessorları və ana plataları İyun 2004 -ci ildə yarandı və AMD mövcud və gələcək platformalarda tətbiq üçün bu soketin istehsalı sona çatdıqda (May 2006-cı ildə) Socket AM2 yarandı . Ancaq , ən az bir yeni Socket 939 anakart , AMD Socket AM2 üçün müasir bir keçid AMD yonqu seti istifadəyə çıxarılmışdır . 2009 -ci ildə anakart istehsalçısı ASROCK , yeni bir Socket 939 anakartını nümayiş etdi. Anakartda AMD 785G yonqu seti, IGP və SB710 cənub körpüsünü istifadə edilir. Həm tək və cüt nüvəli prosessorlar Athlon 64 , Athlon 64 FX , Athlon 64 X2 , Sempron və Opteron adı altında bu yuva üçün çıxarılmışdır . 2.8 GHz saat sürəti və nüvə başına Səviyyə 2 cache 1 MB ehtiva edən Opteron 190 , ancaq bu prosessorun mövcudluğu məhdud oldu , bu yuva üçün çıxarılan ən sürətli cüt nüvəli prosessor oldu . 2.6 GHz bir az daha yavaş saat sürəti ilə Opteron 185 ( kilidli artırma ) və Athlon 64 FX - 60 ( kilidi artırma ) ,soket üçün ən sürətli məşhur istifadə edilən cüt nüvəli prosessorlar vardı . Opteron 156 soket 939 interfeysini dəstəkləyən ən sürətli tək nüvəli əməliyyat etmə , 3 GHz bir az daha sürətli oldu.
Sokoto ştatı
Sokoto ştatı (ing. Sokoto State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı ərəb dilində bazar mənasını daşıyan suk sözündən gəlir.
Dred Skot
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Larri Skot
Larri Skot (ing. Larry Scott; 12 oktyabr 1938, Blekfut[d], Aydaho – 8 mart 2014, Solt-Leyk-Siti) — amerikalı bodibilder, Mister Olimpiya müsabiqəsinin ilk və ikiqat qalibi (1965, 1966). İdman karyerasını bitirdikdən sonra Yuta ştatına köçmüşdür. == Bioqrafiyası == Aydaho ştatının Blekfut şəhərində anadan olmuşdur. Uşaqlıq illərində Larri yetərincə zəif bədən quruluşuna malik idi. 16 yaşında Larri təsadüfən bodibildinqlə bağlı jurnal oxumuş və bu idmanla məşğul olmağa qərar vermişdir. Məşqlərə başladığı illərdə onun bisepsinin ölçüsü 28 sm idi. Qısa zaman ərzində Larri gözə çarpacaq əzələ ölçüsü əldə etməyə nail olmuşdur. Kaliforniyada kollecə qəbul olunduqdan sonra gənc Larri «Mister Los-Anceles» yarışında 3-cü yerə layiq görüldü. Qısa zaman sonra «Mister Kaliforniya» müsabiqəsinin qalibi oldu.
Skot Edkins
Skot Edvard Adkins (ing. Scott Edward Adkins; 17 iyun 1976, Satton-Koldfield[d], Uest-Midlends[d]) — ingilis aktyoru və döyüş sənəti ustasıdır. == Həyatı == Skot Edvard Edkins 17 iyun 1976-cı ildə Böyük Britaniyada anadan olub. Böyük qardaşı Kreyq ilə birlikdə, Con və Janet Edkins tərəfindən sevilən orta sinif ailəsində böyüyüblər. Skot, Koldfield-dəki Bişop Vessey Liseyinə getdi. Məktəbdəki ən yaxşı tələbədən çox uzaqda idi "gecə, valideynlərim yuxuya gedəndə pilləkənlərdən enib bütün gecə film seyr etdim və sinifdə yatdım". Erkən yaşlarından Skot müxtəlif idman növləri ilə məşğul olurdu, lakin atası onu qardaşı ilə birlikdə yerli cüdo klubuna göndərdikdən sonra on yaşında döyüş sənətinə maraq göstərdi. "Döyüş sənətləri mənim vəsvəsəm oldu! Bu, bütün ömrüm boyu axtardığım kimi idi. ” Brüs Li və Jan-Klod Van Damme kimi döyüş sənətçilərini bütləyən Skot hər gün ağır məşq etməyə başladı.
Skot Moir
Skot Moir (ing. Scott Moir; d. 2 sentyabr 1987, London, Ontario, Kanada) — Kanadanı təmsil edən fiqurçu. Skot Moir, Tessa Vertyu ilə birgə 2003-cü ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Moir və Vertyu cütlüyü həm Olimpiya Oyunları tarixində, həm də Dünya idmanı tarixində bu idman növü üzrə ən yaxşı idmançılardan hesab olunurlar. Moir və Vertyu cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında qızıl medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında 2 gümüş medala (Komanda və fərdi), 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında isə 2 qızıl medala (Komanda və fərdi) sahib olub. Moir və Vertyu cütlüyü həm də Dünya Çempionatlarında ciddi uğurlara imza atıblar. 2009-cu ildə baş tutan Dünya Çempionatının bürünc medalına, 2008, 2011 və 2013-cü illərdə baş tutan çempionatların gümüş medalına, 2010, 2012 və 2017-ci illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub Moir və Vertyu cütlüyü, üç dəfə (2008, 2012 və 2017-ci illərdə) Dörd Qitə Çempionatının qalibi olub, 2 dəfə (2008 və 2012-ci illərdə) gümüş medala, 2 dəfə (2006 və 2007-ci illərdə) isə bürünc medala sahib olub. Moir və Vertyu cütlüyü həm də ISU Qran-Pri yarışlarında da bir sıra uğurlara imza atıblar. Onlar ISU Qran-Pri Finalının bir dəfə (2006–2007-ci il mövsümündə) qızıl medalına, beş dəfə (2009–2010, 2011–2012, 2012–2013, 2013–2014 və 2017–2018-ci illər mövsümlərində) isə gümüş medalına sahib olub.
Skot Morison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi. 2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu.
Tim Skot
Timoti Eygene Skot (ing. Timothy Eugene Scott;19 sentyabr 1965, Çarlston, Cənubi Karolina) — 2013-cü ildən bəri Cənubi Karolina ştatında kiçik Amerika senatoru olaraq çalışan amerikalı siyasətçi və biznesmendir. Respublika Partiyasının üzvü Skott, 2013-cü ildə qubernator Nikki Haley tərəfindən ABŞ Senatına təyin edildi. Xüsusi seçkidə qalib gəldikdən sonra yerini qorudu. 2014 və 2016-cı ildə tam müddətə seçildi.
Şoko Asahara
Şoko Asahara (yap. 麻原 彰晃) yaxud Çizuo Matsumoto (yap. 松本 智津夫) — Aum Şinrikyo dini sektasının qurucusu və lideri. Dini sekta 1987-ci ildə yaradılıb. 1994-cü ildə sektanın üzvləri Matsumoto şəhərində zəhərli "zarin" qazından istifadə edərək terror aktı törədiblər. Nəticədə 7 nəfər ölüb. 1995-ci ilin martında isə onlar Tokio metrosunda analoji terror aktı törədib, nəticədə 13 nəfər ölüb, 6300 nəfər xəsarət alıb. Hadisədən sonra Şoko Asahara başda olmaqla sektanın 30-dək rəhbər üzvü həbs edilib, onlardan 13 nəfər barəsində məhkəmə edam hökmü çıxarıb. Şoko Asahara və sektanın digər rəhbərləri 6 iyul 2018-ci ildə edam edildilər. == İstinadlar == == Xarici keçidlər == A Japan Times article Arxivləşdirilib 2005-11-28 at the Wayback Machine about two documentary films on Aleph BBC profile of Asahara A,a documentary film about Asahara made in 1998 by Tatsuya Mori — Internet Movie Database saytında.
Şoko Hamada
Shoko Hamada — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya qadın milli komandasının heyətində 2 oyun keçirib.
Şoko Mikami
Şoko Mikami (d. 8 yanvar 1981) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 2 qol vurub.
Soyot-tuka dili
Soyot-tuka dili (özləri Soyot-Tuğka, Soyıt-Dukha, Soyıt-Tuha da adlandırırlar) — türk dillərindən biri, tuva, tofalar və kök-monçak dillərinə yaxındır. İki dialektə bğlünür: Buryatiyadakı soyot (soyıt) (demək olar ki, yox olub soyotlar) və Monqolustanın Darxat diyarında olan tsatanlar (тyъha). Digər versiyaya görə Monqolustanda iki dialekt var — tsatan və uyğur-uryaxay dialektləri. Soyot əlifbası (soyot-buryat-rus lüğətinə görə, 2003-cü il.): == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Рассадин В. И. Словарь сойотско-русский. — СПб.: Дрофа, 2006. — 208 с. Рассадин В. И. Сойотско-бурятско-русский словарь. — Улан-Удэ, 2003. Рассадин В. И. О сойотах и их языке// Мир Центральной Азии: Языки. Фольклор.
Soko Qrad (Sokobanya)
Soko Qrad (serb-kiril. Соко Град) ― Serbiyanın Sokobanya kurort şəhərindən 2 kilometr şərqdə yerləşən orta əsr şəhəri və qalası. Qala 1982-ci ildə "böyük əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. == Tarix == Qala VI əsrdə Şərqi Roma imperatoru I Yustinian dövründə avarların və slavyanların Balkan yarımadasına hücum etməsinin qarşısını almaq üçün inşa edilmişdir. Ərazi 1172-ci ildə Stefan Nemanya tərəfindən işğal edildi və orta əsr Serbiya dövlətinin bir hissəsi oldu. Boqomilçilərin Serbiyadan qovulması zamanı Nemanya boqomil olan Soko administratoru ilə toqquşdu. Soko Qrad 1398-ci ildə isə Osmanlı imperiyası tərəfindən işğal etdi. Şəhər şiddətli Osmanlı hücumu nəticəsində dağılmışdır. Bu gün görünən yeganə xüsusiyyətlər qalanın qapısı, divarları və üç qülləsi olan yuxarı şəhərin qalıqlarıdır. Soko Qrad sözünün mənası "şahin şəhəri" deməkdir.
Dred Skot Sanforda qarşı
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Boykot
Boykot — sosial, siyasi, çevrəçilik səbəblərinə görə könüllü şəkildə şəxsin, təşkilatın və ya ölkənin məhsullarını almaq, satmaq və ya mübadilə etməkdən qəsdən yayınması aktına verilən ad. Boykotun əsas məqsədləri isə ekonomik itkiləri bacarılan qədər minimum səviyyəyə qədər aşağı salmaq, mənəvi alçaqlıqları ön plana çəkmək üçün, məqsədəuyğun bir davranışı dəyişdirməyə məcbur etməyə çalışmaqdır. Bəzi hallarda, boykot istehlakçı aktivizminin bir parçası olur, bəzi hallarda etik tələbçilik adlandırılır. Belə hallar dövlətlərarası xarakter daşıyanda sanksiya adlandırılır. == Tarixi == Bu termin XIX əsrdə yaşamış ingilis Çarlz Boykottun (1832–1897) adıyla bağlıdır. İngiltərə ordusunun istefada olan kapitanı Boykott dolanışıq dalınca baş vurduğu Britaniya müstəmləkəsi İrlandiyada idarəçi mülkədar kimi çalışırmış. Çox tələbkarolan Boykottun elə başına da bu sarıdan iş gəlir. 1880-ci ildə İrlandiyada torpaq islahatları aparmağa çağıran hərəkatın lideri Çarlz Parnell Boykottun əlinin altında işləyən kəndliləri donluqlarını artırmağı tələb etməyə çağırır. Ancaq Boykott nəinki maaşları artırmır, hətta dilini dinc qoymayan kəndliləri işdən qovur. KOnflikt də bundan sonra başlanır: barışmaz irland siyasətçisi Parnellin çağırışları nəticəsində ingilis mülkədar bir də onda ayılır ki, heç kəs əlini ağdan-qaraya vurmaq istəmir.
Klokot
Klokot (serb-kiril. Клокот) və ya Kllokot (alb. Kllokoti), Kosovonun Gilan rayonunda yerləşən bir qəsəbə və bələdiyyə. Bələdiyyə 2010-cu ilin yanvar ayının 8-də quruldu və məskunlaşmalar Vitina bələdiyyəsinin bir parçası idi. Bələdiyyənin baş qərərgahı Klokot qəsəbəsindədir. Bu bir Serb enklavıdır. == Coğrafiyası == Klokot, Kosovonun cənub-şərqindəki Pomoravliye coğrafi regionunda yerləşir. Bələdiyyənin kadastr sahəsi 2,336 hektardır. Bələdiyyə, Klokot qəsəbəsini və üç kəndi ehtiva edir: Klokot (serb-kiril. Клокот, alb.
Lolot
Lolot, və ya İstiot-lolot (latın dilində:Piper lolot) — İstiota oxşar bitki növlərindən biridir. Lolot ağ gülləri, hündürlüyü 45–60 sm olan bitkidir. Cənub-Şərqi Asiyada yetişdirilən Lolot bitkisinin vətəni Hind-Çin yarımadasıdır. Vyetnam, Laos, və şimal-şərqi Tailand sakinlərinin mətbəxlərində ət yeməklərinin hazırlanmasında lolot bitkisinin yarpaqlarından geniş istifadə olunur, həmçinin bu bitkinin yarpaqları ABŞ-də yaşayan Laos və Vyetnam icmaları üçün ixrac olunur Bundan başqa, lolot yarpaqlarından ilan sancması, soyuqlama, mədə qıcqırmaları zamanı müalicə, həmçinin kosmetika məqsədilə istifadə olunur.
Mokoa
Mokoa (isp. Mocoa) — Kolumbiyanın cənubi-qərbində yerləşən şəhər və bələdiyyə, Putumayo departamentinin inzibati mərkəzi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimal-qərb hissəsində, Mərkəzi Kordilyer dağlarının ətəklərində, cənub-şərqdən təxminən 465 kilometr cənub-qərbdə yerləşən Boqata çayının sağ sahilində yerləşir. Mütləq yüksəklik dəniz səviyyəsindən 721 metrdir. Bələdiyyənin sahəsi 1030 km²dir. == Əhalisi == Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 39.867 nəfər idi. İl ərzində şəhər əhalisinin dinamikası: 2005-ci il əhalinin siyahıya alınmasına əsasən, kişi əhalinin 49,4% -ni, qadınların isə müvafiq olaraq 50,6% -ni təşkil edir. İrqi ağ və mestizo şəhərin əhalisinin 75,1% -ni; hindlilər- 18,3%; zəncilər- 6,6%-ni təşkil edir. 15 yaşdan yuxarı əhali arasında oxuma yazma nisbəti 94,4% olmuşdur.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. == Tarixi == Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. == Əhali == Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Şabot
Şabot (fr. Chabottes, oks. Chabòtas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 750 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı, turizm, ticarət və sənətkarlığa əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 487 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 127 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,9%, 1999-cu ildə 73,2%).
Koyot
Koyot (lat. Canis latrans) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == 19 yarımnövə ayrılır:: Canis latrans latrans Canis latrans cagottis — Meksika ərazisində yaşayır. Canis latrans clepticus — Kaliforniya ərazisində yaşayır. Canis latrans dickeyi — Salvador ərazisində yaşayır Canis latrans frustror — Kanzas ştatının şərqindəyaşayır. Arkanzas, Texas, Oklaxoma və Missuri ştatlarında da rast gəlinir. Canis latrans goldmani — Beliz ərazisində yaşayır. Canis latrans hondurensis — Honduras ərazisində yaşayır. Canis latrans impavidus — Meksika ərazisində yaşayır. Canis latrans incolatus — Alyaskada və Kanadanın bir hissəsində yaşayır.