Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ataa Caber
Ataa Caber (3 oktyabr 1994) – Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin yarımmüdafiəçisi. == Karyerası == === Makkabi Hayfa === Makkabi Hayfada ilk matçına 2 aprel 2012-ci ildə keçirilən Makkabi Hayfa-Aşdod matçında çıxıb. Matça start heyətdə başlayan Ataa Caber 46-cı dəqiqədə əvəzlənib. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.Makkabi Hayfada ilk qolunu 11 avqust 2015-ci ildə keçirilən Makkabi Hayfa-Hapoel Akko matçında vurub. Matça 53-cü dəqiqədə daxil olan Ataa Caber 90+3-cü dəqiqədə fərqlənməyi bacarıb. Matç Makkabi Hayfanın 3-0 hesablı qələbəsi ilə başa çatıb.2 fevral 2017-ci ildə Makkabi Hayfadan ayrıldı. === Bney Saxnin === 2 fevral 2017-ci ildə Bney Saxnin klubuna transfer olundu. 31 avqust 2021-ci ildə Bney Saxnin klubundan ayrıldı. === Aşdod === 31 avqust 2021-ci ildə Aşdod klubuna transfer olundu. Aşdodda ilk matçına 12 sentyabr 2021-ci ildə keçirilən Aşdod-Hapoel Hayfa matçının 59-cu dəqiqəsində çıxıb.Həmçinin o matçın 88-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.
Caber qalası
Caber qalası - Suriyada yerləşən Osmanlı qalası. Qala Fərat çayının sol sahilində yerləşir. Qala Süleyman Şah ətəklərində yerləşdiyində 1921-1973-ci illərdə Türkiyə torpaqlarında yerləşirdi.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çubər
Çubər — İranın Gilan ostanında yerləşən şəhər. Çobar əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 1,481 nəfər yaşayır (374 ailə).
Cabir
Cabir — Azərbaycanlı adı. Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cabir Tarverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin giziri Cabir İmanov — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü Sabah əl-Əhməd əl-Cabir əs-Sabah — Küveyt Dövlətinin Əmiri. Cabir Abdullayev — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Cabir ibn Həyyan — Ərəb və ya Türk əsilli əlkimyaçı, həkim, əczaçı. Cabir ibn Əflah — ərəb riyaziyyatçısı və astronumu.
A Haber
Alopecurus scaber
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Cabar Əkpərov
Cabir Abdullayev
Cabir Əli oğlu Abdullayev (10 dekabr 1966, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Cabir Abdullayev Ağdamda anadan olmuşdur . C. Abdullayev 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. Bakı "Azərneftyağ" zavodunun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olmuşdur. Azərbaycanda keçirilən bir çox mədəniyyət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir. Hazırda Azərbaycan Dövlət "Muğam" Teatrının solistidir. Teatrda hazırlanan bir sıra tamaşalarında iştirak edir.
Cabir Novruz
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Novruzov
Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) (12 mart 1933, Upa, Xızı rayonu – 12 dekabr 2002, Bakı) — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq şairi (1999). == Həyatı == Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə "Bakı" axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967–1970-ci illərdə "Azərbaycan" ədəbi-bədii jurnalının, 1991–1993-cü illərdə isə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970–1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2002-ci il12 dekabrda vəfat etmişdir. == Yaradıcılığı == Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır.
Cabir Tarverdiyev
Cabir Xəlilov
Faber-Castell
"Faber-Castell" — dünyanın ən böyük qələm, karandaş və rəssamlıq ləvazimatları istehsalçısı olan alman şirkətidir. Əsası 1761-ci ildə Kaspar Faber tərəfindən Almaniyada - Nürnberq yaxınlığındakı Ştayn şəhərində qoyulmuşdur. Bu şirkət indiyə qədər də onun nəsli tərəfindən idarə olunur. Hazırda şirkətin 7 000 işçisi var və dünyanın 100-dən çox ölkəsində filialları fəaliyyət göstərir. Məhsullarının çoxu Malayziyada istehsal olunur, lüks məhsulları Almaniyada istehsal edilir.
Florian Faber
Fris Haber
Fris Haber (alm. Fritz Haber‎, 9 dekabr 1868, Breslau — 29 yanvar 1934, Bazel) — yəhudi əsilli alman kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1918). Fris Haber 1911-ci ilə qədər Karl Boş ilə birlikdə işləyərək,araşdırmaları nəticəsində Haber-Bosch nəzəriyyəsini yaradıb. İnqilab sayılacaq bu kəşf sayəsində onlar birbaşa olaraq hidrogen və azotdan ammonyak sintez etməyi bacardılar. Nəticədə gübrə istehsalının təməl elementlərindən olan ammonium nitrat və potasiumu əldə etməyi həm iqtisadi cəhətdən daha effektiv etdilər, həm də əldə olunma prosesini daha asan formaya saldılar. Haber, Birinci Dünya müharibəsi,xüsusilə İkinci İpr döyüşü dövründə xlor qazı və digər zəhərli qazların ixtirası və silahlanmada istifadəsi ilə bağlı apardığı ilk illərdəki fəaliyyətinə görə "kimyəvi müharibənin atası" sayılır. == Erkən həyatı və təhsili == Fris Haber Prussiyanın Breslau (indi Polşanın Vrotslav şəhəri) şəhərində maddi imkanları yaxşı olan yəhudi ailəsində anadan olmuşdur.:38 Ailənin övladlarına verdiyi Haber adı bölgədə yayılmış ad idi,ailə məhz bu adı,Haberin Kempnodan olan yun alveri ilə məşğul ulu babası Pinkus Selinq Haberin şərəfinə övladlarına vermişdilər. 13 mart 1812-ci ildə,Pinkus Haber də daxil olmaqla yəhudilər və ailələrinə "yerli vətəndaşlar və Prussiya vətəndaşları kimi davranılmalısı" haqqında tarixi əhəmiyyətli Prussiya fərmanı verildi. Bu cür qaydalara əsasən, Haber ailəsinin üzvləri ticarət, siyasət və hüquq sahələrində hörmətli mövqelər qura bildilər.:3–5 Fris Haber, ailələrinin ciddi müqavimət göstərməsinə baxmayaraq evlənən ilk əmiuşağı Ziqfrid və Paula Haberin oğlu idi. Frisin atası Ziqfrid, boya piqmentleri, boyalar və əczaçılıq sahəsində öz işini qurmuş şəhərdə tanınmış tacir idi.:6 Paula çətin hamiləlik yaşadı və Frisin doğumundan üç həftə sonra öldü,Ziqfrid məyus oldu və Frisi xalalarının himayəsinə verdi.:11 Fris təxminən altı yaşındaykən, Ziqfrid yenidən Hedviq Hamburqer ilə evləndi.
Haber Global
Haber Global — 2018-ci ildə azərbaycanlı iş adamlarının Türkiyədə təsis etdiyi Azərbaycan və Türkiyə hakimiyyəti yönümlü xəbər kanalı. Kanalın Direktorlar Şurasının sədri Elnur Abdullayev, İdarə Heyətinin sədri isə Məmməd Gülməmmədovdur. Global Media Groupa daxildir. == Tarixçə == 2018-ci ilin aprel ayında Türkiyə mediası azərbaycanlı iş adamları Elnur Abdullayev və Məmməd Gülməmmədovun "TR24" adlı yeni xəbər kanalı yaradacaqlarını yazırdı. Lakin həmin ilin iyun ayında Türkiyənin Radio-Televiziya Ali Şurası "TR24" markasının başqa teleşirkət tərəfindən patentləşdirilməsini əsas gətirərək "TR24" adıyla müraciət olunan lisenziya üçün müsbət cavab vermədi. Bunu nəzərə alan şirkət rəhbərliyi "Haber Global" adıyla lisenziya üçün müraciət etdikdən sonra müsbət cavab ala bildi. Bu qərardan təxminən 2 ay sonra isə Haber Global yayıma start verdi. İlk yayımında telekanalı Osman Girgin elan etdi. Telekanalın ilk rəhbəri Suat Toxdaş olsa da, o, bir neçə həftə sonra "telekanal sahibi ilə anlaşılmazlıq" olduğunu iddia edərək istefa verdi. Daha sonra bu vəzifəyə əvvəl CNN Türk rəhbərliyi vəzifəsində çalışmış Ərdoğan Ağdaş təyin olundu.
Haber krateri
Haber krateri (lat. Haber) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Fris Haberin şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Lavleys krateridir və ondan cənub-qərbdə yerləşir. Lenard krateri bu kraterdən şimal-qərbdə, Ermit şimalda və Silvester krateri isə cənub-şərqdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 83°24′ şm. e. 94°38′ q. u.83,4° şm. e.
Omar Naber
Omar Naber (d. 7 iyul 1981, Lyublyana, Sloveniya) — Sloveniya müğənnisi, bəstəkarı və gitara ifaçısı. O, Sloveniyanı 2005 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş, lakin hər iki cəhdində də müsabiqənin finalına adlaya bilməmişdir. Omar Naber 7 iyul 1981-ci ildə keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Sloveniyada, Lyublyana şəhərində anadan olmuşdur. Omarın atası Samir Naber İordaniyalıdır və Lyublyanada diş həkimi olaraq çalışır. Anası Alenka Naber isə Sloveniyalıdır və piano müəllimidir. Omar da hər iki valideyni kimi xristian olaraq böyümüşdür. O diş həkimliyi ixtisası üzrə təhsilini başa vurduqdan sonra öz sənətini davam etdirməmiş və musiqi ilə məşğul olmağa başlamışdır. Omar 16 yaşında ikən Lyublyana institutunun Veter xoruna qoşulmuşdur. Müsahibələrindən birində Omar onu musiqiyə ilhamlandıran ABŞ-nin punk rok qruplarından Green Day olduğunu söyləmişdir.
Oxypappus scaber
Oxypappus (lat. Oxypappus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Oxypappus scaber Benth. Chrysopsis scabra Hook. & Arn.
Polkovnik Şaber
Polkovnik Şaber — (fr. Le Colonel Chabert) fransız yazıçısı və dramaturqu Onore de Balzakın (1799–1850) 1832-ci ildə işıq görən hekayəsi. O, Restarvasiya (1815–1830) və İyul Monarxiyası (1830–1848) dövründə Fransa cəmiyyətini təsvir edən və parodiya edən "İnsan Komediyası" kimi tanınan romanlar seriyasına daxil edilmişdir. Əvvəlcə Le Constitutionnel-də nəşr olunan bu hekayə iki səssiz film də daxil olmaqla altı fərqli filmə uyğunlaşdırılmışdır. Hadisə 1818-ci ildə, XVIII Lüdovikin dövründə Parisdə baş verir. Polkovnik Şaber Rus-Prussiya-Fransa müharibəsində Napoleon üçün vuruşmuş və hörmətli fransız zabitidir. O, Preussisch-Eylau döyüşündə ağır yaralanmış, uzun müddət ölmüş hesab edilsə də, gücünü bərpa edir və bir neçə ildən sonra vətəni Parisə qayıdır. Evə qayıdan polkovnik Şabert öyrənir ki, onun bütün əmlakı dul qaldığına görə arvadına miras qalır və sonradan dul qadın Qaberin ölüm xəbərinin səhv olduğunu bilməyərək yenidən titullu və varlı bir adamla evlənir. Polkovnik keçmiş arvadı ilə görüş təşkil edərək əvvəlki həyatına qayıtmağa cəhd edir, lakin arvad Şabertdən imtina edir, çünki maddi və sosial vəziyyətini itirmək istəmir, həmçinin qadının yeni evliliyindən iki azyaşlı övladı var. Bundan əlavə, qadın gözləyir ki, Çabert əmlakı tələb edə bilməyəcək, çünki onun lazımi vəsaiti yoxdur.
Ricinus scaber
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
TRT Haber
TRT Haber TRT tərəfindən qurulan xəbər kanalıdır. 18 mart 2010-cu il tarixində yayıma başlamışdır. Kanal qurulana yaxın TRT 2 bağlandı. Yayım saatını əsasən xəbər verilişləri təşkil edir. 18 noyabr 2013-cü il tarixində "HD" yayıma başlamış və 16:9 formatlı yayıma keçmişdir.
Caner Cindoruk
Caner Cindoruk (1 yanvar 1980, Adana), Türk teatr, kino və serial aktyorudur. == Həyatı və kariyerası == Caner Cindoruk 17 aprel 1980-ci ildə Adanada anadan olub. Anası Müşərrəf, atası isə iki dəfə Orhan Kamal Hekayə Mükafatı almış qısa hekayə yazarı Zəfər Dorukdur. Ana tərəfdən Yörük, ata tərəfdən Kürd əsillidir. Münir Can Cindoruk və Taner Cindoruk adlı iki qardaşı da aktyor olan Cindoruk ailəsinin də təsiri ilə teatra üz tutub. Əmisi Erdal Cindoruk da teatr aktyorudur. Onun demək olar ki, uşaqlıq illəri kulisdə keçib. Orta məktəb, universitet illərində oynadığı tamaşalarda həmişə özünə səhnə tapıb. O məktəbi bitirdikdən sonra təhsilinə Çukurova Universitetində davam edib və oranı bitirib. İlk peşəkar rolu "Fehim Paşa Konağı"-daki Yusuf obrazıdır.
Cabir Əmirli
Cabir Əmirli (6 yanvar 1997, Bakı) — Azərbaycan Premyer Liqasında "Səbail"in müdafiəçisi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 24 aprel 2017-ci ildə Əmirli Azərbaycan Premyer Liqasında "Keşlə"nin "Qəbələ" ilə oyununda debüt etmişdir.