Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Castin Kluyvert
Castin Kluyvert (5 may 1999, Amsterdam) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiənin sağ cinahında çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Kluyvert Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 16 sentyabr 2016-cı ildə Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Vinse Dino Dekkeri əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. Kluyvert əsas komanda ilə Erediviziyada debütünü 15 yanvar 2017-ci ildə Zvolle klubuna qarşı oyunda etmişdir. O, 39-cu dəqiqədə Amin Yunesi əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 3-1 hesabı ilə qalib gəlmişdir. Kluyvert ilk Erediviziya qolunu 19 mart 2017-ci ildə Ekselsior klubuna qarşı oyunda, atasının karyerasında sonuncu qolundan 10 il və 1 gün sonra vurmuşdur. Həmin görüşdə Ayaks rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.
Castin Makkarti
Castin A. Makkarti (d. 19 oktyabr 1945) — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür.Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir. == Arxa plan == Makkarti 1967-1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir. O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır.. O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür. == Tədqiqatları == === Osmanlı imperiyası barədə === Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə.
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. == Karyerası == Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu.Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Castin Plaşka
Castin Plaşka (12 avqust 1996) — Yamaykalı üzgüçü. Castin Plaşka Yamaykanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Castin Plaşka birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.63 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 41-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.
Castin Qetlin
Castin Qetlin (10 fevral 1982, Bruklin) ABŞ-lı atlet. 100 metr dünya rekordunu Asafa Pavell ilə birlikdə 9.77 dərəcəsi ilə bir müddət əlində saxlamış, lakin 2007-ci ildə Pavellin 9.74 dərəcə göstərməsi ilə rekord əlindən alınmışdır. Qetlin, dopinq testinin pozitiv çıxması ilə 8 il yarışlardan kənarlaşdırılmış, lakin cəza daha sonra 4 ilə endirilmişdir.
Castin Timberleyk
Castin Timberleyk (ing. Justin Timberlake; 31 yanvar 1981[…], Memfis, Tennessi) — Amerikalı müğənni və aktyor == Həyatı == Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memfis, Tennessidə anadan olub, 6 Qremmi mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo karyerasına başlayıb. İkinci albomu FutureSex/LoveSounds isə 12 sentyabr 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb. === İlk illər === O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu.
Castin Trüdo
Castin (Jüsten) Pyer Ceyms Trüdo (ing. Justin Pierre James Trudeau; 25 dekabr 1971[…], Ottava) — Kanadalı siyasətçi, Kanadanın 23-cü və indiki baş naziri, Liberallar Partiyasının rəhbəri. O, Co Klarkdan sonra Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda köhnə Baş nazir Piyer Trüdonun da ən böyük oğludur. == Həyatı == Castin Trüdo 25 dekabr 1971-ci ildə Kanadanın Ottava şəhərində dünyaya gəlmişdir. Təhsilinə 1976-cı ildə Roklif Park dövlət məktəbində başlamış, orta təhsilini isə Kolej Jon de Bğeböf fransız liseyində almışdır. Trüdo 1994-cü ildə Makgill Universitetini, 1988-ci ildə isə Britaniya Kolumbiyası Univeristetini bitirmişdir. Günümüzdə Montreal Universitetində təhsilini davam etdirməkdədir. Britaniya Kolumbiyası Univeristetində təhsilini başa vurduqdan sonra Trüdo bir müddət burada müəllim kimi işləməyə başlayır. 2000-ci ildə atası Piyer Trüdo vəfat edir. 2007-ci ildə Trüdo Kanadanın I Dünya müharibəsində iştirakından söz edən "Böyük müharibə" adlı filmdə səhnə almışdır.
İlya Çaşnik
İlya Qriqoreviç Çaşnik (1902–1929) — rus rəssamı. == Həyatı == İlya Çaşnik 1902-ci ildə Rusiya İmperiyasında, Lucynda (hazırda Ludza, Latviya) yəhudi ailəsində anadan olub. İlya Çaşnik səkkiz qardaş və bacıları arasında ən kiçik olan idi və son uşağın doğulmasından sonra ailə Vitebskə köçdü. O, 1919-cu ildə Vitebsk İncəsənət Məktəbində oxudu. Onun müəllimləri arasında Mark Şaqal, Kazimir Maleviç və El Lisiçkiy var idi. 1920-ci ildə "UNOVİS" ("Утвердители нового искусства") rəssamlar qrupuna üzv oldu. 1919–1922-ci ildə Vitebsk və Smolenskdəki Oktyabr İnqilabının ildönümündə şəhərin dizayn işlərinə qatıldı. 1921–1922-ci ildə Moskvada keçirilən sərgilərdə iştirak etdi. 1922-ci ildə o, İnstitutu bitirib və Petroqrada getdi. 1922–1923-cü illərdə dizayn, reklam və afişa işləri yaratmağa başladı.
Nowy Casnik
Nowy Casnik (a.sorb Новая газета; alm. Deutsche Sprache‎) — Aşağı sorb və Alman dillərində nəşr olunan həftəlik qəzet. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Nowy Casnik qəzeti katolik keşiş Mata Novekin təşəbbüsü ilə 5 iyul 1848-ci ildə ilk nömrəsi çapdan çıxmış aşağı sorb dilində olan " Bramborski Serbski Casnik" jurnalının varisidir. 1852-ci ildən Kito Panka qəzetin redaktoru idi. 1863-cü ildə Kito Şvjela baş redaktor oldu. 1880-ci ildə nəşr Bramborske Nowiny adlandırıldı. 1885-1915-ci illərdə nəşr "Bramborske Casnik" adı ilə nəşr edilmişdir. Kito Şvela 1915-ci ilə qədər qəzetin baş redaktoru olub. 1880-1883-cü illərdə qəzetin həmredaktoru Aşağı sorb şairi Mato Kosyk idi.
Castin Lonq
Castin Cekob Lonq (ing. Justin Jacob Long; 2 iyun 1978, Ferfild[d]) — amerikalı aktyor. Qorxu və komediya filmlərindəki rolları ilə məşhurlaşıb. O, "Jeepers Creepers", "Accepted", "Idiocracy", "Məni cəhənnəmə sürüklə", "Kometa", "Barbar" daxil olmaqla müxtəlif filmlərdə rol almışdır. 2007-ci ildə çəkilmiş "Elvin və burunduklar" filmində Elvin Sevili səsləndirib. O, həmçinin "Ed" və "F is for Family" teleseriallarında oynayıb. == Həyatı == Castin Lonq 2 iyun 1978-ci ildə Konnektikutun Feyrfild şəhərində anadan olub. Üç qardaşdan ortancılıdır. Atası Ceyms Lonq Feyrfild Universitetində Latın dili professoru olub, anası Wendy Lesniak isə keçmiş aktrisadır. O, italyan kökənlidir.