Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Novak Cokoviç
Novak Cokoviç (serba: Новак Ђоковић; 22 may, 1987, Belqrad, Serbiya) — serb tennisçi, hal-hazırda dünyanın 1 nömrəli tennisçisidir. == Karyerası == Novak Cokoviç — 2008 Avstraliya Açıq çempionu Serb tennisçi; 2007 Amerika Açıq finalisçısı; 2007 və 2008 Roland Garros (Fransa Açıq) və 2007, 2010 Uimbldon yarım finalçısı, dünyanın Rafael Nadal və Roger Federerdən sonra 3 nömrəli tennisçisi. Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi. 2008-ci il Indian Vells çempionu. 2007-ci ildə Federeri məğlub edə bilən bir neçə tennisçidən biri. 2007 ili onun üçün bir yüksəliş ili saymaq olar. 2007-də ən böyük uğurunu Amerika Açıq Tennis turnirindəki ikinciliyi olmuşdur. Bu uğurdan əlavə 2007-ci ildə Roland Garros və Uimbldon turnirinlərində yarım final oynamağı isə onun nə qədər qabiliyyətli bir tennisçi olduğunu göstərməkdədir. 2008-ci ildə Avstraliya Açıq Tennis Turnirini Co-Vilfred Tsonqanı 4 setə məğlub edərək qazanmışdır (bu turnirdə bir set məğlub olmuşdur). Bu çempionluqla tarixdə Böyük Dəbilqə serialı tennis turniri qazanan ilk serb tennisçi olmuşdur.
Sergey Çetkoviç
Sergey Çetkoviç — 8 mart 1975-ci ildə anadan olmuş Monteneqro müğənnisi. Sergey Çetkoviç "Moj Svijet" mahnısı ilə Monteneqronu 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcək.
Divna Vekoviç
Divna Vekoviç (serb. Дивна Вековић; 1886[…], Luzak[d], Monteneqro Knyazlığı – 1944[…], Zidani Most[d]) — Monteneqroda ilk təhsilli diş həkimi, ədəbiyyat elmləri doktoru və Neqoşun “Dağ tacı” əsərinin fransız dilinə ilk tərcüməçisi. O, həmçinin fransızca-serbcə lüğətin müəllifidir. Təhsil almağa qərar verərək, təkcə həkimlik peşəsi sahəsində deyil, həm də ədəbi yaradıcılıq və tərcümə sahəsində əhəmiyyətli iz buraxdı. O, Avropanı Monteneqronun mənəvi sərvətləri ilə fəal şəkildə tanış etdi. == Bioqrafiyası == Divna Vekoviç 1886-cı ildə Berane yaxınlığındakı Luzak kəndində serb ailəsində doğularaq ailənin yeddi övladının altıncısı olub. Jurcevi-Stupovi monastırında ibtidai məktəbi, sonra Skopyedə ibtidai gimnaziyanı və Çetinyedə Qadın İnstitutunu bitirmişdir. Onun ailə həyatı ilə bağlı etibarlı məlumat yoxdur. == Təhsil == Son dərəcə istedadlı bir tələbə kimi Şahzadə Nikola onu Parisə oxumağa göndərdi və Monteneqro Knyazlığının təqaüdü ilə təltif etdi. Əla tələbə və öz nəslinin ən yaxşılarından biri kimi Divna Çetinyedəki Qadınlar İnstitutunun, "Kraliça Mariya" Qızların Təhsili İnstitutunun təqaüdçüsü olmuşdur.
İosif Çexoviç adına Ədəbiyyat Muzeyi
İosif Çexoviç adına Ədəbiyyat Muzeyi (pol. Muzeum Literackie im. Józefa Czechowicza) — Lublin şəhərində yerləşir və Lublin Muzeyinin bölməsidir. Muzeyin məqsədi əlyazmaların, çap nəşrlərinin, elmi tədqiqat materiallarının, həmçinin İosif Çexoviç və digər Lublin yazıçılarına aid əşyaların toplanması, qorunması, tədqiqi və populyarlaşdırılmasıdır. == Tarixi == 1957-ci ildə "Böyüklərin xatirəsini qoruyun" məqaləsində ("Mədəniyyət və həyat" jurnalı) Stanislav Fita və Lex Ludorovski Boleslav Prus, Henrik Senkeviç və İosif Çexoviç üçün muzeylərin yaradılmasına çağırdılar . Çexoviçin, Feliks Araşkeviçin, Konrad Belskinin dostları Vatslav Qralevski və Kazimir Andjey Yavorski ideyanı müsbət qarşıladılar və gələcək muzeyin fonduna şairə aid əşyalar və kitablar bağışladılar. Lublin höküməti də bu ideyanı dəstəklədi və 9 sentyabr 1968-ci ildə - şairin vəfatının 29-cu ildönümündə Narutoviç küçəsi 10 ünvanında İosif Çexoviç adına Ədəbiyyat Muzeyi açıldı. 1999-cu ildə muzey 30 ildən çox işlədiyi binadan köçdü və üç il müvəqqəti olaraq Vinsent Paul əmlakında yerləşdi. 9 sentyabr 2002-ci ildə muzey öz qapılarını hazırkı ünvanda - Ryabininovlar ailəsi tərəfindən şəhərə hədiyyə edilmiş Qızıl küçə, ev 3-də açdı. == Kolleksiyası == Muzeyin ilk direktoru Yozef Zemba, muzeyin kolleksiyalarını digər yazıçılar, o cümlədən Konrad Belski, Vatslav Qralevski, Kazimir Andjey Yavorski, Anna Kamenska və Yana Spevak haqqında materiallarla genişləndirməyə başladı.