Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir:: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770—1777. Flora Anglicana... — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774.
Çester
Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir. Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Aydaşı (cemston)
Aydaşı – Na-K-lu alümosilikat mineralıdır. Kimyəvi formulu (Na, K)AlSi3O8-dir. Ortoklazın şəffaf, rəngsiz növüdür. Mineral həmçinin adulyar (İsveçrədə Adula dağ yatağın adına görə) kimi də tanınır. == Etimologiya == == Tarixi == == Geologiya == === Formasiya === == Yataqları == Aydaşının yataqları əsasən Qərbi Azərbyacanda Göyçə gölü ətrafında, Avstraliya, Avstriya Alpları, Meksika, Madaqaskar, Norveç, Polşa, Hindistan, Şri-Lanka və ABŞ-dadır. == Adulyarlaşma == Andezit-bazalt tərkibli vulkanitlərin metasomatoz nəticəsində dəyişilərək başqa minerallarla yanaşı adulyarın əmələgəlmə prosesi. Adulyarlaşma adətən müasir vulkanların solfatar fəaliyyəti sayəsində baş verir. Adulyarlaşma propillit və törəmə kvarsit formasiyaları üçün səciyyəvidir. Qızıl, gümüş, civə, sürmə və b. metal filizlərinin çökməsini müşayiət edən kvars-adulyar-serisit tərkibli metasomatitləri əmələ gətirir.
Cessna 150
Cessna 150 yüngül təyyarə. Cessna şirkəti tərəfindən istehsal olunmuşdur. 1957-ci ildən 1977-ci ilədək 23949 ədəd istehsal olunub. Cessna 150 sadə və etibarlı təyyarə hesab olunur. Bu xüsusiyyətinə görə yeni başlayan pilotların öyrədilməsində ən çox istifadə olunan təyyarələrdən biridir.
Cessna 172
Cessna 172 Skyhawk — 4 nəfərlik, yüksək qanadlı, tək mühərrikli cessna modelidir. Dünyada ən çox istehsal olunan və ən populyar yüngül təlim təyyarəsidir. == Dizayn və konstruksiya == İlk dəfə 1956-cı ildə istehsal edilmişdir. Cessna bu təyyarədə ilk dəfə olaraq tricycle eniş dəsti sistemindən istifadə etmişdir. 2 ədəd gövdədə, 1 ədəd burunda mühərrikin altında yerləşdirilən üçlü eniş dəsti sistemi Cessna üçün yeni bir sistem idi. 1955-ci ildə ilk qalxmasınıq həyata keçirmiş C172, ilk ilində 1400 ədəd istehsal edilmişdir. Omni-Vision dizaynı olan təyyarə arxasında pəncərəsi olan nadir modellərdən biridir. Beləliklə, pilot arxasını da görə bilər. Yeni nəsil C172-lər Garmin G1000 şüşə kokpit ilə istehsal olunur.
Cessna 182
Cessna 182 "Skayleyn" ümumi təyinatlı yüngül amerikan təyyarəsidir. "Skylane" əlavəsi, ilk dəfə 182A modifikasıyasının adında, onun daha təkminləşdirilmiş model olduğunu ifadə etmək üçün istifadə olunmuşdur. Cessna Aircraft Company tərəfindən hazırlanmışdır. Bu təyyarə aviasiya tarixində ən çox istehsal olunmuş təyyarələrdən biridir. 1956-cı ildən başlayaraq 15 modifikasiya üzrə 25000-dən çox təyyarə istehsal olunmuşdur.
Elroy Çester
Elroy Çester (ing. Elroy Chester; 14 iyun 1969, Texas, Cefferson - 12 iyun 2013, Texas, Hantsvill) — amerikalı seriyalı qatil, 44 yaşına iki gün qalmış Texasın Hantsvill şəhərindəki Texas Dövlət Həbsxanasında edam olunan dustaq. == Cinayətlər == Elroy Çester 1998-cu ildə Texas ştatının Port-Artur şəhərində yanğınsöndürən Villi Raymana ölümcül şəkildə atəş açdığına görə məhkum olundu. O, Raymanın iki qohumuna təcavüz etdikdən sonra belə etdi. O, digər dörd cinayəti etiraf etdi və onun DNT-si on yaşlı bir qız da daxil olmaqla, üç təcavüzlə əlaqələndirildi. Həbs olunduqdan sonra o, Texas Cinayət Ədliyyə Departamentinin ağdərili əməkdaşı ilə bir mübahisə üstündə uzunsürən narazılıq səbəbindən beynində “ağdərili insanlara nifrət etdiyi” üçün bu cinayətləri törətdiyini bildirdi.Çester polis işçilərini, həbsxana gözətçilərini və hakimlərin ailələrini hədələdi və bir anda dedi “Əgər mən qaynımı vurmasaydım yenə də ağdərili insanları güllələyərək orada olardım.” Məhkəmə əsasında Çester əvvəlcə aprel aprel ayının 4-də edam edilməsi müəyyənləşsə də, edam fərmanında səhv olduğuna görə tarix geri çəkildi. == Edamı == İQ testlərində 70-dən az bal toplamasına, Texas Cinayət Ədliyyə Departamenti Əqli Qüsurlu Cinayətkarlar Proqramına daxil edilməsinə baxmayaraq, Texas məhkəmə sistemi Çesteri edam etmək üçün qanuni olaraq səlahiyyətli olduğuna qərar verdi. Çester faktları gizlətmək və öz mənafelərini qorumaq üçün yalan danışmaq, maska və əlcəklərdən istifadə etmək, evlərdə oğurluq etmək üçün evlərə girməzdən əvvəl xarici telefon xətlərini kəsmək bacarığına sahib olduğundan, inandırıcı şəkildə məqsədini qabaqcadan düşünməyi, planlaşdırmağı və kompleks həyata keçirməyi bacardığını göstərdi. Buna görə məhkəmə Çesterin əqli qüsurlu olduğu iddiasını dəstəkləmək üçün sübutları yetərsiz hesab etdi. 2012-ci ilin oktyabrında Ali Məhkəmə Çesterin müraciətini dinləməkdən imtina etdi.
Mario Testino
Mario Testino - Peru mənşəli britaniya fotoqrafı 30 oktyabr 1954-cü ildə Perunun paytaxtı Lima şəhərində anadan olmuşdur. Perunun Katolik Universitetində və San Dieqo Universitetində təhsil almışdır. 1976-cı ildən Londonda yaşayır. Vogue, V, Gucci, Vanity Fair kimi məşhur jurnallarla əməkdaşlıq etmişdir. Çox sayda məşhur aktyor, aktrisa, müğənni, top model və siyasi xadimlərlə işləmişdir. Hazırda Britaniya Kral ailəsi ilə işləməklə yanaşı, Burberry, Gucci, Zara, Michael Kors, Dolce & Gabbana, Estée Lauder, Valentino və Versace şirkətləri ilə də əməkdaşlıq edir.
Ueston (Vayominq)
Ueston qraflığı (ing. Weston County) — ABŞ-nin Vayominq ştatında yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-cu ildə bu rayonun əhalisi 7,208 nəfər olmuşdur. Rayonun paytaxtı Nyukasl şəhəridir. Onun şərq sərhədi Cənubi Dakota ştatının qərb xəttinə bitişikdir. == Tarixi == Ueston qraflığı Vayominq ərazisinin qanunverici məclisi tərəfindən 12 mart 1890-cı ildə Kruk qraflığından ayrılan torpaqlar əsasında qurulmuşdur.Qraflıq geoloq və geodezist Con Uestonun şərəfinə adlandırılmışdır. 1887-ci ildə Cefferson Ueston və Frenk Mondell, Nyukaslın şimalında zəngin kömür yataqlarını tapmağa nail oldular və nəticədə əraziyə dəmir yolu çəkildi. 1911-ci ildə Ueston və Kruk qraflığların ərazisindən alınaraq Kampbel qraflığı yaradıldı. O vaxtdan bəri, Ueston qraflığının sərhədləri sabit olaraq qaldı.
Volter Veston
Volter Veston (ing. Walter Weston; 25 dekabr 1860, Derbi, Derbişir[d] – 27 mart 1940, Kensinqton) – İngiltərə missioneri və alpinisti. "Yaponiya alpinizminin atası" hesab olunur. == Həyatı == Volter Veston 25 dekabr 1860-cı ildə İngiltərənin Derbi şəhərində yerləşən Parker küçəsində doğulmuşdur. O, rezin məhsulların istehsalı ilə məşğul olan Con Vestonun və onun həyat yoldaşı Emma Batlendin altıncı oğlu idi. Veston 1876–80-ci illərdə Derbi məktəbində təhsil almış, burada bir neçə il müddətində 1 mil üzrə qaçış rekordunu (4 dəqiqə, 47 saniyə) öz əlində saxlamışdır. Daha sonra Kembricdə yerləşən Kler kollecinə daxil olmuş, 1883-cü ildə bakalavr, 1997-ci ildə isə magistr dərəcəsi ilə məzun olmuşdur.Veston Ridli-Holl kollecində təhsil aldıqdan sonra 1885-ci ildə diakon, 1886-cı ildə isə rahib olmuşdur. 1885-ci ildə Ridinq şəhərində Sent-Cons kollecində dini vəzifəyə təyin olunmuşdur. Veston bu illərdə alpinizmə maraq göstərməyə başlamış, 1886 və 1887-ci illərdə Alp dağlarına dırmaşmışdır. O, bir il London limanında köməkçi kapellan kimi işləmiş, 1897–1902-ci illərdə Uimbldonda yerləşən Krest kilsəsinin keşişi olmuşdur.
Çarlton Heston
Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[…] – 5 aprel 2008[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru. == Həyatı == Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir. Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, özünə tamam səciyyəvi bir tipaj seçmişdi.
Çester Artur
Çester Alan Artur (ing. Chester Alan Arthur; 5 oktyabr 1829, Feyrfild, Vermont, ABŞ — 18 noyabr 1886, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika dövlət xadimi, hüquqşünas. Amerika Birləşmiş Ştatlarının 21-ci prezidenti (1881–1885) və 20-ci vitse-prezidenti. 1881-ci il sentyabrın 19-da prezident Ceyms Qarfildin qətlindən sonra həmin vaxt vitse-prezident vəzifəsini daşıyan Çester Artur prezident vəzifələrinin icrasına başlamış və sentyabrın 22-də konstitusiyaya sədaqət andı içmişdir. Dövlət vəzifələrinin hakim partiyanın nümayəndələri arasında bölüşdürülməsi qaydasını ləğv edərək 1883-cü ildə dövlət qulluğu haqqında qanun qəbul etmişdir. Qanuna əsasən ABŞ dövlət aparatında vəzifəyə təyinatlar müsabiqə yolu ilə həyata keçirilməyə başlandı.
Çester Benninqton
Çester Benniqton (ing. Chester Charlz Bennington, 20 mart 1976, Finiks – 20 iyul 2017[…], Palos Verdes Esteyts[d], Kaliforniya) — Amerikanın Linkin Park və Dead By Sunrise qruplarının keçmiş solisti.(2015-ci ildə Stone Cold Pilots qrupunu tərk etmişdir.) == Gəncliyi == Çester 1976-cı ilin 20 mart tarixində Amerikanın Arizona ştatında anadan olur. Atası yerli polisdə detektiv, anası isə tibb bacısı işləyir.1987-ci ildə Çesterin valideynləri boşanır. Anası böyük qardaşını və bacılarından birini götürüb, Çesteri və digər bacısını atası ilə qoyur. Çesterin ilk musiqi aləti piano olur. O, yeniyetmə olanda bir çox musiqi kollektivlərində iştirak edib, lakin əksər hallarda vokalist olub. Qardaşı sayəsində o, bir çox qruplarda yer alır. Uşaqlıqda Çester içkiyə və narkotikə qurşanır. Lakin daha sonra o qardaşının sayəsində bir neçə yeni rok-qrupda çalışır. 1999-cu ildə isə Çester həmin zamanlar "Xero" adlanan Linkin Park qrupundan təklif alır.
Çester Dyui
Çester Dyui (ing. Chester Dewey, 25 oktyabr 1784 – 15 dekabr 1867) — Amerika botaniki, professor təbiətşünası, riyaziyyat, fizika, kimya geologiya və botanika müəllimi, pedaqoq və nazir == Bəzi əsərləri == Families and Natural Orders of Plants. History of the Herbaceous Plants of Massachusetts. The True Place of Man in Zoology. An Examination of some Reasoning's against the Unity of Mankind.
Çester Karlson
Çester Karlson (ing. Chester Carlson; 8 fevral 1906; Sietl — 19 sentyabr 1968; Nyu York — ABŞ fiziki, kseroqrafiyanın banisi. == Həyatı == Çester Karlson 1906-cı il, 8 fevral tarixində Sietldə İsveç mühacirinin ailəsində dünyaya gəlib. Atası və anası xəstə olduğundan Çester artıq on dörd yaşından işləməyə və ailəyə maddi cəhətdən kömək etməyə başlayır. O, çətinliyə baxmayaraq "Riverside Junior College" kollecini bitirərək Kaliforniya Texnologiya İnstitutuna daxil olur. Karlson 1930-cu ildə fizika sahəsində bakalavr dərəcəsinə layiq görülür, 1936-cı ildə "New York Law School" hüquq təhsil müəssisəsinə qəbul olur. O, Nyu-Yorkda "Bell Telephone Laboratories" laboratoriyasında çalışmağa başlayır. Ancaq böyük böhranın başlanması ilə vəziyyət dəyişir, gələcək ixtiraçı işdən çıxarılır. Bir ildən sonra Karlson "PR Mallory Company" (hal-hazırda Duracell) şirkətində çalışmağa başlayır, tezliklə patent bölməsinin rəhbəri olur. 1934-cü ildə Karlson Çester sənədlərin üzünün alınmasının tez və rahat üsulunu işləyib hazırlamağa başlayır.
Çester Nimits
Çester Uilyam Nimits (24 fevral 1885[…] – 20 fevral 1966[…]) - amerikan donanmaçısı, admiral. İkinci dünya müharibəsi zamanında ABŞ-nin Sakit okean donanmasının baş komandanı. Şərəfinə aviadaşıyıcı adlandırılmışdır.
Eston dili
Eston dili (orijinal dildə eesti keel eesti keel) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır. Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir. Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir. Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq). == Adı == Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar.
Ketrin Eşton
Ketrin Eşton, baronessa Eşton of Apholland (ing. Catherine Margaret Ashton, Baroness Ashton of Upholland, 20 mart 1956-cı il, Apholland, LankaşirBöyük Britaniya) — Böyük Britaniya və ümumavropa siyasi və ictimai xadimi, Avropa Birliyinin birinci xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi. Bu vəzifəyə 19 noyabr 2009-cu il tarixində Avropa Zirvəsinin sammitində 27 ölkə liderinin ümumi qərarı ilə təyin edilib. Bu postla yanaşı o Avropa komissiyasının birinci vitse-prezidenti olur.
Treysi Eşton
Treysi Eşton (ing. Tracy Ashton) — ABŞ aktrisasıdır.
Çəşin (Əbhər)
Çəşin (fars. چشين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 359 nəfər yaşayır (73 ailə).
Cessna 208 Caravan
Cessna 208 Caravan - təyyarəsi dünyada ən çox istifadə edilən orta məsafəli təyyarələrdəndir. Bu təyyarələrin 2600-dən çoxu istehsal olunub və dünyanın 100 ölkəsində istismar olunur. 2020-ci ilin may ayında Cessna 208 Caravan ilk dəfə elektriklə işləyən təyyarəsinin ilk uçuşunu həyata keçirib. Bu, dünyada həmin tarixə qədər elektrik motoru ilə işləyən ən böyük təyyarə olmuşdu.
Fragaria × cerino-alba
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.