Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cinema 4D
Cinema 4D – kompüter proqramı. == MAXON == MAXON Computer GmbH 1986-ilində indiki CEO- ları Harald Egel, Harald Schneider və Uwe Bärtels tərəfindən qurulmuşdur. Şirkət müdürü Frakfurt-un şimalında Friedrichsdrof-Almaniya-dadır. Daha sonra sırasıyla 1998-ilində U.S yan qurulşu MAXON Inc-2001 ilində MAXON məhsullarının dünya çapında 70% in dən çox ölkədə 40-dan çox distribütör tərəfindən satış olunmaqda idi. 2000-ilinin başlarında, mərkəzi Münih-Almanya olan Nemetschek AG (www.nemetschek.de) MAXON-un 70% hissəsini əldə etmiş ancaq qalan 30% hissesini şirkət qurucularında qalmişdir. MAXON Computer, bazardakı 3 Boyutlu Grafika bazarında öncü proqram yüksəldiciləri arasında yerini almaqda idi. MAXON işə ticari digital jurnal çap yayıncılıqı, avadanlıq və yazılım yuksəldici olaraq başladı. İllər sonra, MAXON-un nəzər nöqtəsi 3D yazılım paketləri yüksəltmə sahəsinə yönəldi. MAXON-un ilk məhsulu , Medya yayımları içərisində öndə gələn animasiya proqramlarindan CİNEMA 4D etrafında birləşdi və Bodypaint o da öncül rəngləndirmə paketi oldu. Bu softlar sürətlərinə, güvənirliyinə ve mövqelərinə görə kateqoriyalara bölündülər.
Park Cinema
Park Cinema – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. Azərbaycanda ilk yeni nəsil kinoteatr şəbəkəsi hesab olunur. == Tarixi == Park Cinema 26 oktyabr 2010-cu ildə fəaliyyət göstərməyə başlamışdır. 2020-ci ildə başlamış COVİD-19 pandemiyası səbəbilə kinoteatr 2021-ci ilin oktybarına qədər fəaliyyətinə dayandırmalı olmuşdu. == Xüsusiyyətlər == Şəbəkənin kinoteatrları Park Bulvar, Metro Park, Zagulba Ticarət Mərkəzi, Alov qüllələrinin ticarət mərkəzi, dənizqırağı Amburan əyləncə kompleksi, Masallı, Şahdağ və Aygün Mall-da yerləşir. Hər il Park Cinema şəbəkəsində kinofestivallar keçirilir, bəzi filmlər və fanatları üçün kospleyli tədbirlər, müntəzəm olaraq qala-premyeralar və press-nümayişlər, sadiq tamaşaçılar üçün geniş aksiyalar, özəl günlərə aid kampaniyalar və filmlərin xeyriyyə nümayişi təşkil olunur. Bədii və cizgi filmlərlə yanaşı BTS kimi K-pop qruplarının film-konsertləri nümayiş etdirilir. Socialbakers-ə görə Park Cinema səhifəsi istifadəçilərin sorğularının 98%-ni cavablandırdığına görə sertifikat alıb və Azərbaycanın ən müzakirə olunan və populyar kinoman qrupu statusunu alıb. 2016-cı ildə "Warner Bros." və "Universal Pictures" tərəfindən aparılmış film icarəsi hesabatında kassa gəliri və tamaşaçı sayı baxımından "Park Cinema" Azərbaycanda birinci yerdə göstərilmişdir. Digər kinoteatrlar şəbəkəsi olan "CinemaPlus" ilə, eləcə də, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq edir.
28 Cinema
CinemaPlus və ya sponsorluq razılaşmasına əsasən CineMastercard – Azərbaycanda fəaliyyət göstərən kinoteatrlar şəbəkəsi. 2012-ci ildə 28 Cinema adı ilə yaradılmışdır. == Tarixi == Kinoteatr şəbəkəsinin əsası 17 dekabr 2012-ci ildə 28 Cinema adı ilə qoyulmuşdur. 2015-ci ildə adını CinemaPlus olaraq dəyişdirmişdir. 2020-ci ildə Azərbaycanca başlamış COVİD-19 pandemiyası səbəbilə 2021-ci ilin oktyabrına qədər fəaliyyətinə fasilə verməli olmuşdu. 2024-cü ildə Mastercard ilə əldə olunmuş razılaşmaya əsasən adını CineMastercard olaraq dəyişdirmişdir. == Haqqında == Kinoteatrlar şəbəkəsinə 9 kinoteatr, 50-dən çox ekran və 5000-dən çox oturacaq daxildir. 3D-kontentini nümayiş etdirmək imkanı olan rəqəmsal proyeksiya sistemi və kinoekranlar ilə təchiz olunub. Həmçinin gücləndirilmiş parlaqlıq və Enhanced 4K Barco təsvirinə malikdir. Kinoteatrlar şəbəkəsində Platinum Movie Suites konsepsiyası əsasında tamaşaçılara dəridən hazırlanmış, söykənəcəyi arxaya açılan italyan kreslolarda film izləmək və kinoseans zamanı qida və içkilərin sifariş etmək imkanı yaradılmışdır.
New Line Cinema
New Line Cinema - Robert Şeye tərəfindən 1967-ci ildə əsası qoyulan film istehsal edən şirkətdir. "New Line Cinema" kinokompaniyası Qarağac küçəsində qarabasma filmindən sonra böyük müvəffəqiyyət əldə etmişdir. 2008-ci ildə krizisə görə Warner Bros. kompaniyasına qatılmışdır.
Cinemax
Cinemax — ABŞ kabel və peyk ödənişli teleşəbəkəsi. Telekanalın sahibi «WarnerMedia» mülkü olan «HBO» teleşəbəkəsidir. «Cinemax» əsasən bədii filmlər, sənədli filmlər və özünün istehsal etdiyi teleserialları yayımlayır. Teleşəbəkənin baş qəargahı ABŞ-nin Nyu-York ştatının eyniadlı şəhərində yerləşir. Teleşəbəkə 1 avqust 1980-ci ildə təsis edilmişdir. 2015-ci ilin iyul ayında «Cinemax» teleşəbəkəsinin ABŞ-də təqribən 21.325.000 abunəçisi (ümumi telekanalların 18.3%-i) var idi və ən azından ölkədəki ödənişli televiziya xidmətinə sahib 20.785.000 abunəçinin (ümumi telekanalların 17.9%-i) əsas «Cinemax» teleşəbəkəsini izləmə imkanına malik idi.
Nineva
Nineviya (akkad. Ninwe; новоарам. ܢܸܢܘܵܐ; ivr. ‏נינוה‏‎, Nīnewē; yun. Νινευη; lat. Nineve; ərəb. نينوى‎, Naīnuwa)—Assuriya dövlətinin paytaxtı. == Mənası == "Aslanlar yuvası" və "qan şəhəri" — Assuriya (Aşşur) imperiyasının paytaxtı Nineviyanı belə adlandırırdılar. == Tarixi == Assuriyanın Paytaxtı Nineviya idi. Assuriya Mesopotamiyanı, Suriyanı, Fələstin və Misiri işğal etdi, bütün Ön Asiyanı hakimiyyəti altında birləşdirdi.
Sinema
Film, kino və ya kinofilm – hərəkətli təsvirlərdən istifadə etməklə hekayələri, fikirləri, hisləri, gözəlliyi və müxtəlif düşüncələri bizə çatdıran vizual sənət sahəsidir. Buradakı təsvirlər səslə, çox nadir hallarda isə, digər vasitələrlə müşayiət olunur. Kinematoqrafiya sahəsinin qısaldılmış adı olan "sinema" sözü, tez-tez film çəkilişi və ya film sənayesi sahələrinə istinadən işlədilir. Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilmişdir. Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur. == Filmləri hazırlanması və yayımlanması == Filmdəki hərəkətli təsvirlər bəzi vizual effektlər və ya bu kimi tekniki proseslərin birləşməsi nəticəsində CGI, kompüter animasiyası vasitəsilə ənənəvi animasiya üsulundan istifadə edərək yaradılır. Hazırlanmış miniatür təsvirlər və ya kinokamera vasitəsilə çəkilmiş şəkillər ardıcıl olaraq birləşdirilir və nəticədə hərəkətli illüstrasiyalar yaratmaq mümkün olur. Rəqəmsal istehsalın tətbiqindən əvvəl, film saniyədə 24 kadr və ya təsvir sürətlə çəkilmiş canlı hərəkətin bir sıra statik və ya hərəkətsiz şəkillərindən ibarət fiziki bir hərəkət zolağı idi. Buradakı şəkillərin ardıcıl hərəkəti nəticəsində şəkil illüstrasiyası yaranır.
Cubeba
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Piper abajoense Bornst. Piper abalienatum Trel. Piper abbadianum Yunck. Piper abbreviatum Opiz Piper abellinum Trel. & Yunck. Piper aberrans C.DC. Piper abutiloides (Kunth) Kunth ex Steud. Piper achoteanum Trel. Piper achotense Trel.
Cieca
Qonaqotu (lat. Passiflora) — qonaqotukimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Anthactinia Bory ex M.Roem. Asephananthes Bory Baldwinia Raf. Ceratosepalum Oerst. Cieca Medik. Decaloba M.Roem. Disemma Labill. Granadilla Mill. Monactineirma Bory Murucuja Medik.
Cine5
Cine5 — 1993-cü ildə Erol Aksoy tərəfindən qurulan Türkiyənin ilk şifrəli kanalıdır. == Tarixçə == "Cine5" 20 sentyabr 1993-cü ildə test yayımına başlamış, 11 noyabr 1993-cü ildə isə normal yayıma keçmişdir. 1993-1999-cu illər aralığında "Show TV" ilə qardaş kanal olmuşdu. Futbol yayımı hüquqlarını alaraq abunəçi sayını 700.000-ə çatdırmışdı. Bundan əlavə hər ay abunəçilərinə "Cine5 Jurnalı"nı göndərərək bir ilki imzalamışdı. "Cine5" 2000-ci ildə Qalatasarayın UEFA Kubokunu götürdüyü mövsümün bütün qarşılaşmalarını (TRT-nin yayımladığı final xaric) yayımlamışdı. O vaxt xalqın istəyinə əsasən işləyən "Cine5" xalqın sevgisini qazanmışdı. 1997-ci ildə "Maxi TV" və "Supersport" adlı qardaş kanalları qurulmuşdu. 2000-ci ilin sentyabr ayında "Cine+Digital" qurulmuş və həmin vaxt yenə futbol yayımı hüquqlarını almışdı. Həmçinin abunəçilərinə dünyanın ən çox izlənilən 2 sənədli kanalı - Travel Channel və AdventureOne kanallarını təqdim etmişdi.
Abies cinerea
Picea abies var. abies (lat. Picea abies var. abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinin adi küknar növünə aid bitki yarımnövü.
Ardea cinerea
Boz vağ (lat. Ardea cinerea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinin əsl vağ cinsinə aid heyvan növü.
Atriplex cinerea
Atriplex cinerea (lat. Atriplex cinerea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Avena cinerea
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Bidens cinerea
Bidens cinerea (lat. Bidens cinerea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Capraea cinerea
Külvari söyüd (lat. Salix cinerea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır.
Cənuba basqın
Cənuba basqın (vyet. Nam tiến, nam tien) — indiki Vyetnamın cənub hissəsini təşkil edən ərazilərin XI–XIX əsrlərdə vyetlər tərəfindən zəbt edilməsi prosesini təsvir edən tarixi konsepsiya. Müxtəlif qəbilələri fəth edən Vyetnam tədricən Xonqxa çayı deltasındakı əsas mərkəzindən cənuba doğru irəliləmişdir. Təxminən 700 il ərzində Vyetnam öz ərazisini üç dəfə artırmış və müasir uzanmış formasını almışdır.
Erica cinerea
Erica cinerea (lat. Erica cinerea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin erika cinsinə aid bitki növü.
Eucalyptus cinerea
Külvari evkalipt (lat. Eucalyptus cinerea) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Avstraliyanın Cənubi Uels və Viktoriya ştatlarında dəniz səviyyəsindən 600 m hündürlükdə yayılmışdır. XVIII əsrdə Avropaya gətirilmiş və bəzək bitkisi kimi becərilir. == Botaniki təsviri == Hündürlüyü 12–15 m, gövdəsinin diametri 40-45 sm olan həmişəyaşıl ağacdır. Gövdəsi əyilmiş və ya düz olub, lifli qabıqla örtülmüşdür. Qabığı lifvari soyulan, qırmızımtıl-qonur rənglidir. Cavan yarpaqları növbəli yerləşmiş, uzunluğu 3,5-4,5 sm, eni 3,5-5 sm olmaqla, parlaq, mavi çalarlı, qısa saplaqlıdır. Enli-yumurtavari və neştərvari formalı yarpaqların uzunluğu 8-10 sm, eni 2,5 sm-ə catır. Yetkin yarpaqları növbəli düzülüşlü, dairəvi, bəzən enli və ya ensiz neştər formalı, bir az əyri, mum örtüklü, dərivari və oturaqdır.
Hydrangea cinerea
Hydrangea cinerea (lat. Hydrangea cinerea) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Kinema Citrus
Kinema Citrus Co., Ltd. (株式会社キネマシトラス, Kabuşiki-qayşa Kinema Shitorasu) — 3 mart 2008-ci ildə təsis edilmiş Yaponiya animasiya studiyası. Studiya Suqinamidə, Tokioda yerləşir. Bisnes direktorları isə Muneki Oqasavara, Yuiçiro Matsuka və Masaki Taçibanadır. Əsas işləri 2009-cu ildə Bones ilə birgə yaratdıqları Tokyo Magnitude 8.0 və .hack//Quantum adlı 3 seriyalı OVA-dır. == İşləri == === Anime serialları === Tokyo Magnitude 8.0 (2009; BONES ilə birlikdə) Higepiyo (2009) Oshiri Kajiri Mushi (2012) Code:Breaker (2012) Yuyushiki (2013) Black Bullet (2014; Orange ilə birlikdə) Barakamon (2014) Is the Order a Rabbit??
La Pineda
La Pineda — İspaniyanın Tarraqona vilayətində şəhər.
Lathyrus cicera
Lathyrus cicera (lat. Lathyrus cicera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü.
Litsea cubeba
Litsea cubeba (lat. Litsea cubeba) — dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü.
Melicope cinerea
Melicope cinerea (lat. Melicope cinerea) — sədokimilər fəsiləsinin melicope cinsinə aid bitki növü.