Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cistus
Buxurkolu (lat. Cistus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinə aid bitki cinsi.
Costia
Costia (Willk.) — Süsən (lat. Iris) bitki cinsinin sinonimi. Costia (Willk.) — Ayrıqotu (lat. Agropyron) bitki cinsinin sinonimi.
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
Çistay
Çistay və ya Çistopol (tatar. Чистай; rus. Чистополь) — Rusiya Federasiyasında yerləşən şəhər, Tatarıstan Respublikasına daxildir.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Sitka
Sitka (ingiliscə Sitka, rusca köhnəlmiş “Sitkha”, 1867-ci ilə qədər - Novo-Arxangelsk) — Baranova adasında ( Alexandra Arxipelaqı, Alyaska) yerləşən Amerika şəhəridir. Əhalisi təxminən 9 min nəfərdir. Keçmiş Rusiyanın Novo-Arxangelsk şəhəri Rusiya Amerikasının paytaxtı idi. Ruslar gələnə qədər bu ərazidə ovçuluq və balıqçılıqla məşğul olan tlinqit hindliləri yaşayırdı. Tlinqitlər döyüşkənliyi ilə məşhur idilər, digər qəbilələrdə qorxu hissi yaradırdılar. Şəhər 1799-cu ildə Aleksandr Andreeviç Baranov tərəfindən tlinqit ağsaqqallarının icazəsi ilə Arxangel Mixael qalası kimi kiçik bir çayın mənsəbinin sahilində qurulmuşdur. Hazırda bu ərazi “Starriqavan” adlanır. İlkin yaşayış məntəqəsinin indiki yeri isə "Köhnə Sitka" adlandırılır . 1802-ci ildə Rusiya-Tlinqit müharibəsi zamanı qala hindular tərəfindən dağıdıldı və onun sakinləri öldürüldü. 1804-cü ildə Sitka döyüşündən sonra ruslar aleutlərin köməyi və "Neva" topları ilə bu ərazini yenidən işğal etdilər.
Tista
Tista ( ing. Teesta Teesta, nep. टिस्ता खोला - "Tista Khol", benq. তিস্তা নদী তিস্তা নদী - "Tista Nodi"), Hindistan və Banqladeşdəki çaydır və Brahmaputranın bir qoludur. Keçmiş Knyazlığın əsas su yolu idi və hazırda Hindistanın Sikkim əyaləti, öz mikroiqlimi ilə Himalayadakı dərin bir vadidən keçərək bütün dövlətə axır. Müəyyən dərəcədə Sikkim və Qərbi Benqal dövlətləri arasındakı sərhədi təşkil edir, sonra Qərbi Benqal və Banqladeşdən keçərək Brahmaputraya axır. Tibetlə sərhəddəki Sikkimin çox şimal-şərqindəki Tista buzlaqından qidalanan Khangchung gölündən axır. Yuxarıda Çombo adlanır ( ing. Chombo Çombo ). Əvvəlcə qərbə, Sikkimin şimal sərhədi boyunca axır, sonra cənuba dönür və dövləti demək olar ki, yarısında kəsir.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Caesalpinia crista
Guilandina bonduc (lat. Guilandina bonduc) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin guilandina cinsinə aid bitki növü.
Cesika Qədirova
Cesika Qədirova — Azərbaycan əsilli Böyük Britaniya gimnastı. İkiqat Avropa çempionu. Əkiz bacısı Ceniferlə birlikdə 2019 Yeniyetmələrin Dünya Çempionatında iştirak edib. == Həyatı == O, əkiz bacısı Ceniferlə İrlandiyanın Dublin şəhərində doğulub. Qədirova və bacısı gimnastikaya altı yaşında başlayıb.
Cesika Senfild
Cesika Senfild (doğum adı Nina Daniel Sklar; 12 sentyabr, 1971) ABŞ-lı yazıçı və xeyriyyəçi. O ərzaqların hazırlanması ilə bağlı iki bitik nəşr etdirib, Uşaq Arabası(Baby Buggy)nın və Nyu-Yorkdakı ehtiyaclı ailələrə yardım fondunun yaradıcısıdır. Gülüş oyunçusu Cerri Senfild ilə evlidir. == Keçmiş həyatı == Senfild Nyu-York ştatı, Oster Beydə doğulub,üç qızdan ortancılıdır, Vermmont ştatı, Börlingtonda orta təbəqədən bir ailədə böyüyüb. Anası əlli ildən çox bir şəhər toplum işçisi və Hant orta məktəbində məmur kimi çalışmış, atası isə bilgisayar proqram mühəndisi olmuşdur. Senfild, Vermont Universitetini bitirdikdən sonra Qızıl Bitiklər İnterteimen və Tommi Hilfigerdə ictimai əlaqələrdə işlədi.
Cistus albidus
Ağımtıl buxurkolu (lat. Cistus albidus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi ölkələrində rast gəlinir. == Botaniki təsviri == Uzunsov və ya oval-lansetvarı, bozumtul-ağ, möhkəm tükcüklərlə örtülmüş koldur. Çəhrayı, 5 ləçəkli, iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır. Maydan iyuna qədər çiçəkləyir. Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir, ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur. Çiçəkləri uzunömürlü deyil, səhər onların kağıza bənzər ləçəkləri açılır, axşam tökülür, solmuş çiçəklərin yerinə iyunun əvvəlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gəlir. == Ekologiyası == Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit, qumlu və əhəngli torpaqda, dəniz sahilində bitir. Kölgə və şaxtalar ona pis təsir göstərir.
Cistus ladaniferus
Cistus tauricus
Krım buxurkolu (lat. Cistus tauricus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Krımda, Cənubi Qafqazın qərbində, Şərqi Aralıq dənizi sahillərində təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 0,5-1 m-ə çatan kiçik koldur. Yarpaqlarının uzunluğu 1-5 sm, eni 1-2 sm olub, qırışlı, uzunsov-yumurtavari, boz-yaşıl rəngli və üzbəüz düzülüşlüdür. Çiçəklərinin diametri 4,5-5 sm, çəhrayı rənglidir. Krım buxurkolunun yarpaqlarında və cavan zoğlarında aromatik qatran (buxur adlanan) ifraz edən vəziciklər vardır. Kasayarpaqları 5, bəzən 3 ədəd olub hamısı eynidir və ya 2 üstdə yerləşənlər daxildə olanlardan fərqlənir; ləçəkləri 5 ədəd, qırmızı, çəhrayı və ya ağ, bünövrəsi sarıdır; erkəkcikləri çoxdur, hamısı meyvə verəndir; dişicik ağzı böyük, başcıqlı, oturaq və ya sütuncaqda yerləşir. Meyvəsi 8 mm uzunluğunda, 5 laya açılan, tüklü və oval qutucuqdur. May-iyun aylarında çiçəkləyir, meyvələri iyul-avqustda yetişir.
Kikuzo Kisaka
Kikuzo Kisaka — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Çistaya Banka
Çistaya Banka (rus. Чистая Банка) — Xəzər dənizinin şimal-şərqində yerləşir. Züdev adasından 27 km cənubda, Volqa çayı deltasında yerləşir. Çistaya Banka adasının uzunluğu 6 km, eni isə 4 km təşkil edir. Ada inzibati cəhətdən Həştərxan vilayəti ərazisinə daxildir. Çistaya Banka adası ərazisində qədim İdil şəhəri mövcud olmuşdur. Tarixçi Konstantin Nikolayeviç kosmosdan baxış zamanı adada şəhər qalıqlarını aşkarlamışdır.
Çistoe gölü
Çistoe gölü —Tatarıstanın Laişevski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. Çistoe təbii mənşəlli göldür. Tatarıstanın Laişevski rayonunda, Çistoe Ozera kəndindən 2,7 km şərqdə yerləşir. Su tutarı uzunsov formaya malikdir. Uzunluğu 820 metr, maksimal eni isə 220 metrdir. Su səthinin sahəsi 7,77 ha-dır. Orta dərinliyi 4 metr təşkil edir. Su tutarının həcmi 130 min m³-dir. Yeraltı sularla qidalanır.
Yozef Kostka
Yozef Kostka (slovak. Jozef Kostka) — Slovak heykəltaraş və müəllim, müasir Slovak heykəltaraşlığının banisi. Yozefin ilk müəllimi dulusçu Ferdis Kostka olub. 1932-ci ildə Yosef Praqa İncəsənət Akademiyasına daxil olur və burada professor Karl Dvojakadan memarlıq və dizayn üzrə təhsil alır. 1938-ci ildə Nyu-Yorkda Slovakiya incəsənətinin sərgisində iştirak etmişdir. 1938-1939-cu illərdə Parisdə İncəsənət Məktəbində təhsil almışdır. Kostka Slovakiyanın müharibədən sonrakı mədəniyyətinin banilərindən biridir. O, Slovakiyaya 20-ci əsrin çex heykəltaraşlıq məktəbinin impulslarını, eləcə də Avqust Rodendən Aristid Maillola qədər fransız heykəltaraşlığını gətirir. Onun ilk heykəlləri: Dəsmalı qız (1939), Poeziya (1939-42), Gecə (1940), Yuxu (1941-42), Qırx dördüncü il (1944) bu gün Slovakiya müasir heykəltaraşlığının qızıl fonduna aiddir. 1940-1949-cu illərdə İosif Kostka Slovakiya Texniki Universitetinin Rəssamlıq və təsviri incəsənət fakültəsində işləyib, sonradan Gözəl Sənətlər Kollecinə çevrilən modelləşdirmə sənəti ixtisasına yiyələnib.
Cistus ladanifer
Ladan burxurkolu (lat. Cistus ladanifer) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.
Cistus salviifolius
Sürvəyarpaq buxurkolu (lat. Cistus salviifolius) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizi sahillərində yayılmışdır. Avropada, Asiyada, İranda, Türkiyədə, Qafqazda təbii halda bitir. == Botaniki təsviri == Hündürlüyü 50-80 sm olan torpaqqoruyucu koldur. Yarpaqları ellipsvarı və ya yumurtavarı-uzunsovdur. Qısa saplaqlı, üstü qırışlı, ulduzvarı tükcüklərlə örtülmüşdür. Çiçəkləri tək və ya 2-3 ədədi bir yerdə toplaşmışdır. Ləçəkləri yumurtavarı, ağ bünövrəsi sarı xallıdır. Kasayarpaqları enli-yumurtavarı, kütuclu və boz rənglidir.
Çika
Çika (Zadar, XI əsrin I yarısında – 1095-ci ildən sonra Zadar; Latın: Chicca) – Xorvat mənşəli benedikt monax; Zadarda benedikt monastrı olan Müqəddəs Meri kilsəsinin banisi; Avropada şəxsi istifadə üçün olan ən qədim ibadət kitabı Çikanın dua kitabı adlanan əsərin müəllifi. O, Dujam və Vekeneqanın qızı, Andrijanın həyat yoldaşı, prior Madinin qohumu idi. Madi tanınmış zadəgan ailəsi idi. Ərinin ölümündən sonra 1096-cı ildə Zadarda ailəsinin köməyi ilə Müqəddəs Meri monastrının əsasını qoydu. Kral Petar (Pyotr) IV Kreşimir monastrı kral müdafiəsinə verdiyinə görə onu öz bacısı adlandırdı. Belə bir genealogiya müzakirə mövzusudur. O Vekeneqanın anası idi.
Çita
Çita (rus. Чита) — Rusiya Federasiyasında şəhər, Zabaykal diyarının inzibati mərkəzi.
Kiska adası
Kiska adası ((ing. Kiska, aleut. Qisxa) — Aleut adaları qrupuna, Siçovul adalarına daxil olan ada. Təxminən 35 km uzunluğa və 2,5 ilə 10 km enində malikdir. Adanın sahəsi 277,7 km²-dir. Adanın ən yüksək nöqtəsi Kiska vulkanıdır (1229,4 m). Vulkanda son püskürmə 1964-cü ildə müşahidə edilmişdir. Daimi əhali yoxdur. == Tarix == Ada 25 oktyabr 1741-ci ildə Georg Steller tərəfindən açılmışdır. 1758-ci ilin avqustunda "St.
Kruqlaya Şişka
Kruqlaya Şişka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd.