Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Donskoy Çulek
Donskoy Çulek, yuxarı və orta axarlarda Donskoy Çulek axarı — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Myortvı Dones çayının sağ qolunu təşkil edir. Don deltasından axan əsas qollardan biridir. Uzunluğu 26 km, hövzəsinin sahəsi isə 186 km² təşkil edir. Mənbəyinin hündürlüyü 100,4 metr. Mənsəni isə 0,4 metr təşkil edir. Düşmə meyli 3,9 m/km təşkil edir. == Axını == Çay öz başlanğıcını Tuzlov çayı ilə su ayrıcı yolunu oynayan ərazidən götürür. İnzibati cəhətdən Rostov vilayətinin Myaskinovski rayonu Karpo-Nikolaevka kəndi ərazisindən başlayır. Karpo-Nikolaevka kəndinin cənubundan, Krasnı Krım yolundan başlayır.
Dulok Krallığı
Dulok Krallığı və ya sadəcə Dulok (ing. Duloc Kingdom) — 2001-ci ildə çəkilmiş "Şrek" animasiya filmində təsvir olunan utopik krallıq. "Şrek" filminin rejissoru Duqlas Rocers və komandası Fransanın Dordon bölgəsində gəzintiyə çıxmış və bölgə Dulok Krallığının yaradılması üçün ilham mənbəyi olmuşdur. == Haqqında == 2001-ci ildə çəkilmiş "Şrek" animasiyasında ilk dəfə görülmüşdür. Kralı monarşist Ford Farquaaddır. Paytaxtı Dulokdur. Dulok şəhər-dövlətdir. Ölkənin əhalisi onun sərhədləri içərisində yaşayanlardan ibarətdir. Krallıqda nağıl qəhrəmanları da yaşayır. == Tarixi == Dulok Krallığının tarixi və əvvəlki kralları bilinmir.
Culex
Əsl ağcaqanad (lat. Culex) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinə aid heyvan cinsi.
Culfa
Culfa bu cür başa düşülə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Cults
Cults - Manhattan, Nyu-Yorkdan olan indie-pop qrupudur. == Qrupun tarixi == Qrup 2010-cu ildə 2 tələbə Brayan Oblivionom və Madlin Follin tərəfindən qurulub. Madlin əvvəl "Youth Gone Mad" pank-qrupunun Touching Cloth adlı albomunun üzərində işləyirdi. Qrup ilin sonunda Cults 7" adlı mini albomunu buraxır. Albomdakı "Go Outside" treki «ən yaxşı musiqi» kimi Pitchfork saytında qeyd olunub. 7 iyun 2001-ci ildə Cults, In the Name Of adlı debüt albomunu buraxdı. Albom hamı tərəfindən müsbət qarşılandı və Billboard 200 sırasında 52-ci yeri tutdu. Qrup ikinci dəfə Pitchfork'da «Abducted» treki ilə "ən yaxşı yeni musiqi" adına layiq görüldü.
Cunko
Cunko — Yaponiya qadın adı. Cunko İşida — keçmiş Yaponiya qadın futbolçusu. Cunko Ozava — keçmiş Yaponiya qadın futbolçusu.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 503 nəfərdir (2009). Cücük Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Kulob
Kulab (tac. Кӯлоб) — Tacikistanın Xatlon bölgəsində yerləçən şəhər. Yaxsu çayının vadisində (Pənc hövzəsi), Düşənbə şəhərindən 175 km cənub-şərqdə, Xəzratişox silsiləsinin ətəyində yerləşir. == Əhalisi == Əhalisinə görə respublikada dördüncü şəhərdir: əhalisi 1 yanvar 2015-ci il tarixinə 101.200 nəfər idi; 1 yanvar 2019-cu il tarixinə 105.500 nəfərdir. == Tarixi == Kulab, Xuttalyanın yeni paytaxtı olaraq XVI əsrdə ortaya çıxdı və Abdullah adına görə kiçik bir şəhər idi, lakin üç qapısı olan möhkəm qala vardı: Çarsu (şimal tərəfdə), İmam (qərbdə) və Darb əl-Xaivan (cənub tərəfdə). Şərq tərəfində şəhər dağlarla qorunurdu. 1504-1505-ci illərdə şəhər Özbək xanədanının qurucusu - Şeybani xan tərəfindən tutuldu və Şeybanilər dövlətinin bir hissəsi idi. Şeybani xanın ölümündən sonra, 1510-cu ildə tarixdə Xan Mirzə kimi tanınan Teymurlu Sultan Veys Mirzənin nəsilləri burada hakimiyyəti ələ keçirdi. 1584-cü ilə qədər Süleyman Şahın nəvəsi Şahrux Mirzə burada hökm sürdü və həmin ildə şəhər Şeybanidlərin Özbəklər sülaləsinin nümayəndəsi — II Abdullah Xan tərəfindən yenidən ələ keçirildi və birbaşa dövlətin mərkəzinə tabe edildi — Buxara. Nadir Məhəmməd Xanın (1642-1645) dövründə Kulab, Özbək Əştərxanilər sülaləsinin hakimiyyəti altındakı ikinci siyasi mərkəz olan Bəlxə təyin edildi.
Külək
Külək — havanın üfüqi istiqamətdə hərəkətidir. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Çelov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Coğrafiyası == Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. == Tarixi == Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çiloe
Çiloe adası́ (isp. Isla de Chiloé) — Sakit okeanda yerləşən, Çiliyə məxsus olan ada. Sahəsi 8394 km² təşkil edir. Çiloe arxipelaqının əsas adası olaraq arxipelaqın 91,4 % ərazisini təşkil edir (9181 km²). == Yerləşməsi == Sahəsinə görə Çilinin Odlu Torpaqdan sonra ikinci adasıdır. Cənubi Amerikanın isə sahəsinə görə dördüncü adasıdır. Onun şimaldan cənuba uzunluğu 190 km, maksimal hündürlüyü 1048 metr təşkil edir. Şərqdən qərbə eni 60 km-dir. Şərqi təpəli düzənliklərdən ibarətdir. Ada materikdən Ankud körfəzi və Korkovado körfəzi şərqdən, Cakao boğazı şimaldan, Quafo boğazı ilə isə cənubdan ayrılır.
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. == Tarixi == Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. == Əhalisi == Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Çjlov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. == Coğrafiyası == Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. == Tarixi == Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çullu
Çullu (Ağdam)Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd.Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Çuluq
Çuluq - Şəki xanlığının pulu.
Çulım
Çulım (qətim türkcə. «qaçan qar») — Rusiya ərazisindən axan çay Obun sağ qolunu təşkil edir. Xakasiya ərazisindən başlayan çay Krasnoyarsk diyarı və Tomsk vilayəti ərszisindən axaraq mənsəbinə tökülür. == Coğrafiyası == Çayın uzunluğu 1799 km, hövzəsinin sahəsi 134 min km² təşkil edir. Çulım çayı. Ağ İyos və Qara İyos çayalının birləşməsindən yaranır. Başlanğıcını Xakasiya ərazisindən Kuzneski Alatau silsiləsindən Malıy Syotik qəsəbəsindən 40 km cənubdan başlayır. Mənbədən Açinsk şəhərinə qədər çay dağlıq ərazilərdən axır. Leqostayevo qəsəbəsi yaxınlığında (Krasnoyarsk diyarı, Novoselskaya rayonu) Lena çayı ilə Çulım arasında məsafə cəmi 7,5 km təşkil edir. Yuxarı axarlarda çayın eni az olsada aşağı axarlarda onun eni 10 km-i keçir.
Çuzik
Çuzik — Rusiya Federasiyasındə Tomsk vilayətində çay. == Haqqında == Parabel çayını (Ob hövzəsi) yaradan sol qol. Uzunluğu 382 km, hövzəsinin sahəsi 9 min km². Vasyuqan düzənliyi ilə axır. Qarışıq mənbədən,əsasən,qar suları ilə qidalanır. Ortaillik su sırfi mənsəbindən 73 km³ məsafədə 30,5 m³/sanmetrdir. Oktaybr-noyabrdan aprelin axırı-mayın əvvəlinədən donmuş olur. Ağac axıdılır.Mənsəbindən 210 km məsafədə gəmiçiliyi yararlıdır.
Çəlik
Cəlik (Ərdəbil)
Çhusok
Çusok (Koreya: 추석; Hanja: 秋夕; [tɕʰu.sʌk̚], sözün əsl mənasında "payız axşamı"), həmçinin Hanqavi (Hangul: 한가위; [han.ɡa.ɥi]; arxaik Koreya dilindən “payızın böyük ortası”kimi də tanınır) böyük payız ortası məhsul festivalı və tam ayda ay təqviminin 8-ci ayının 15-də qeyd olunan Cənubi Koreyada üç günlük bayramdır. Şimali Koreyada onlar yalnız çusok gününü qeyd edirlər. Dünyadakı bir çox digər məhsul festivalları kimi, bu da payız bərabərliyi ətrafında, yəni yazın ən sonunda və ya payızın əvvəlində keçirilir. Cənubi Koreyada ən böyük ənənəvi bayramdır. Yaxşı məhsulun bayramı olaraq koreyalılar öz ata-baba məmləkətlərini ziyarət edir və sonqpyon (Koreya: 송편; Hanja: 松䭏), yakqva, Asiya armudu və hallabonq kimi meyvələr və şindocu (Koreya: 신도주; Hanja: 新稻酒) və donqdonqcu (Koreya: 동동주; Hanja: 浮蟻酒) kimi düyü şərabları kimi Koreya ənənəvi yeməklərindən ibarət ziyafəti bölüşürlər. Çusok ilə bağlı iki əsas ənənə var: Çarye (Koreya: 차례; Hanja: 茶禮, evdə əcdadların anım mərasimləri, həmçinin Cesa kimi tanınır) və Sonqmyo (Koreya: 성묘; Hanja: 省墓, ailənin əcdadların məzarlarına ziyarəti), adətən Bolço (Koreya: 벌초; Hanja: 伐草, qəbirləri səliqəyə salmaq, ətrafdakı alaq otlarını təmizləmək) ilə müşayiət olunur. Digər əsas adət ailənin əcdadlarına qurban olaraq sevimli yeməklərini hazırlamaqdır. == Mənşəyi == Məşhur inanca görə, Çusok Qabe (Koreyaca: 가배; Hanja: 嘉俳·嘉排) mənşəlidir. Qabe, Şilla krallığının üçüncü padşahının dövründə (e.ə. 57 - eramızdan əvvəl 935) iki komanda arasında bir ay davam edən toxuculuq yarışı zamanı başladı.
Aleksey Kulak
Aleksey Kulak (rus. Кулак, Алексей Исидорович;27 mart 1922, Moskva – 25 avqust 1984, Moskva) — SSRİ DQM-də xidmət edən polkovnik, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1946). 1990-cı ildə ölümündən sonra ABŞ kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə əlaqədar bütün rütbələrdən və mükafatlardan məhrum edilib == Həyatı və təhsili == 27 mart 1922-ci ildə Moskvada fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirib. 1941-ci ilin avqustunda Qırmızı Ordunun sıralarına yazılmışdır. 1942-ci ildə Odessa Artilleriya Məktəbinin kurslarını bitirib, 1942-ci ilin mayından II Dünya Müharibəsində müxtəlif cəbhələrdə döyüşmüşdür. 1945-ci ilin aprelinə qədər baş-leytenant rütbəsi almışdır. 1-ci Belorusiya cəbhəsinin 5-ci zərbə ordusunun 6-cı artilleriya korpusunun 2-ci artilleriya diviziyasının 20-ci artilleriya briqadasının 262-ci yüngül artilleriya alayının artilleriya batalyonunun komandiri kimi xidmət etmişdir. === Vəfatı === 25 avqust 1984-cü ildə beyin xərçəngi xəstəliyindən vəfat etmişdir. Kuntsevo qəbirstanlığında “qəhrəman” statusu ilə təntənəli şəkildə dəfn edilmişdir.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Ayla Çəlik
Ayla Çəlik (29 oktyabr 1973, İstanbul) — Türkiyəli müğənni və söz yazarı.