Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cumğur
Cumğur — Çingizilər sülaləsindən olan şahzadə və Hülakü xanın ikinci oğlu. Bəzi tarixçilər onun əslində Hülakü xanın ən böyük oğlu olduğunu bildirirlər. == Həyatı == O, 1234-cü ildə Hülakü xanla onun Oyrat tayfasından olan arvadı Güyük Xatunun evliliyindən dünyaya gəlmişdir. O, hər iki tərəfdən Çingiz xanın soyundan gəlməkdə idi. Onun atası Çingiz xanın oğlu Toluy idi. Anası Güyükün anası isə Çingiz xanın qızı Çeçeyxen idi. Onun ana tərəfdən babası olan Turalçı Güregen Qutuqa Beyinin oğlanlarından biri idi. Hülakü xan yeni fəthlər üçün 1253-cü ildə Monqolustanı tərk etdiyi zaman Cumğur ali xaqan Münke ilə birlikdə qalmışdı. Atasının digər arvadlarına əmanət edilən Cumğur orda ilə birlikdə Almalıq adlı yerdə düşərgə salmışdı. Lakin tez bir zamanda o, özünü vərasət savaşının ortasında tapdı.
Cüyür
Cüyür (lat. Capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi. Dağlıq və dağətəyi meşələrdə daim yırtıcı heyvanların əhatəsində yaşayan cüyürü, sözsüz ki, canavar, çaqqal, vəhşi pişik, yenot və vaşaq kimi yırtıcılar asanlıqla tutub yeyirlər. Mühafizə zonalarında da yırtıcı heyvanlar cüyürlərin həyatına mütəmadi təhlükə törədir. Digər tərəfdən, nəinki dağlıq və dağətəyi yerlərdə, həmçinin qoruqlarda da bəzi ovçular cüyürün real düşməninə çevrilirlər. Hər anı təhlükə qarşısında qalan cüyür yaşayış sahəsini seçərkən ilk növbədə salamatlığının qayğısına qalır. Odur ki, kəsilmiş sahələrlə növbələnən qarışıq və enliyarpaq meşələri, tala və gölməçələri seçir. Burada onlar həm özlərini gizləyir, həm də rəqibini aydın görmək imkanı əldə edir. Sabit qar örtüyü olmayan yerlərdə dağların cənub yamaclarındakı seyrək meşələrə çəkilməklə qışı keçirirlər. Cüyürlərdə də bir sıra heyvanlar kimi mövsümi uyğunlaşmalar var.
Çuxur
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çüçür
Şanyü Çüçür (v. 172) — bir hun əyanı idi. Mete xaqanın nəslindən gəlirdi. 147-ci ildə imperator tərəfindən şanyü təyin olunmuşdu. Şanyü Çüçür syenbilərə qarşı mübarizəyə çətinliklə dözürdü və əsasən çinli əsgərlərdən istifadə edirdi deyə imperator onu 172-ci ildə taxtdan çəkilməyə məcbur etdi. Eyni il öldü. Yerinə oğlu gətirildi.
Cumuru (Ərdəbil)
Cumuru — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəz şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Germi-Ərdəbil avtomobil yolunun 35 kilometrliyindədir.
Cumuə Surəsi
62-ci surə
Damir Cumhur
Damir Cumhur (bosn. Damir Džumhur; 20 may 1992, Sarayevo, Bosniya və Herseqovina) — Bosniyalı tennisçi və kinoaktyor. Üç ATP turnirinin qalibi (tək kateqoriyada). == Bioqrafiyası == 20 May 1992-ci ildə Sarayevo şəhərində anadan olmuşdur. Ailəsinin ilk övladı olmuşdur. Uşaqlıqdan Xuan Antonio Samaranç Olimpiya Sarayında tennis oynamaqla məşğul idi. Həm də xizək sürür və futbola həvəs göstərirdi. 2008-ci ildən bəri Damir yeniyetmələrin beynəlxalq tennis turnirlərində çıxış etmişdir. Bir neçə titul qazana bilmiş və 2010-cu ildə yeniyetmələrin dünya reytinqində 3-cü yerə çıxdı. Yeniyetməlik dövründəki ən böyük uğuru, 2010 Avropa Gənclər Çempionatındakı qələbsi, Sinqapurda 2010 Yay Gənclər Olimpiya Oyunlarında bürünc medalla yanaşı, 2010 Uimbldon turnirinin dörddəbir finalına yüksəlməsi oldu.
Çuxur (dəqiqləşdirmə)
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çuxur Qəbələ
Çuxur Qəbələ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Coğrafiyası == Çuxur Qəbələ. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi terminindən və Qəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin adını daşıyır. Rayon mərkəzindən 34 km. cənub qərbdə, Alazan-Həftəran vadisindədir. Qəbələ şəhəri süquta uğradıqdan sonra onun çuxurda yerləşən məhəlləsinin adını bu kənd zəmanəmizə qədər saxlayıb. Kəndin ərazisində qədim şəhərin qala və tikinti qalıqları, Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Kəndin cənub-şərqində erkən orta əsrlərə, şimal və şimal-şərqində isə orta əsrlərə aid qəbiristanlıqlarda yazılı və naxışlı sənduqələr qalmışdı.
Çuxur Səd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Çuxur Səəd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Çuxur adam
Çuxur adam (port. Índio do Buraco; bilinmir[…], bilinmir[…] – təq. iyul 2022, Amazon yağış meşələri) və ya Tanaru hindusu – Braziliyanın Rondoniya ştatının Amazon meşələrində tək yaşamış yerli. O, Tanaru yerli bölgəsinin yeganə sakini idi. Çuxur adamın hansı dildə danışdığı, xalqının necə adlandığı və adının nə olduğu naməlumdur. 1970–90-cı illərdə braziliyalılar tərəfindən törədilmiş soyqırımdan sonra xalqının sağ qalan sonuncu nümayəndəsi olmuş, 1990-cı illərdən ölümünə qədər tək yaşamışdır. 1996-cı ildə Braziliyanın FUNAI təşkilatını onu uzaqdan müşahidə etməyə başlasa da, o, insanlardan uzaq durmağı seçmişdir. Çuxur adam ovçu və yığıcı həyat tərzi sürmüş, tez-tez yer dəyişdirmişdir. Hər evinin yanında naməlum məqsədlə çuxur qazdığı üçün "Çuxur adam" kimi tanınmağa başlamışdır. 2022-ci ilin avqustunda evində ölü tapılmışdır.
Çuxur dehistanı
Çuxur dehistanı (fars. دهستان چوقور‎; azərb. Çuxur(Çuqur) mahalı‎) — İranda, Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində inzibati-ərazi vahidi. == Əhalisi == 2016–cı il siyahıyaalınmasına görə dehistanın əhalisi 1.177 ailədə 1.851 nəfəri kişilər və 1.696 nəfəri qadınlar olmaqla cəmi 3.547 nəfərdir. İnzibati baxımdan 21 kəndi əhatə edir.
Çuxur hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. == Tarix == XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Cümhur İttifaqı
Cümhur İttifaqı, həmçinin Xalq Alyansı (türk. Cumhur İttifakı) — 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır. Daha sonra BBP (Böyük Birlik Partiyası) alyansa qoşulub. 11 mart 2023-cü ildə Hür Dava Partiyası (Hüda-Par) alyansa qoşuldu.
Çuxur (teleserial, 2017)
== Haqqında == "Çukur" serialı İstanbulun Çukur adlı məhəlləsindən bəhs edir. İstanbulun ən problemli məhəllələrindən biri olan Çukurun bütün nəzarəti Koçova ailəsindədir. Bu məhəllədə narkotika icazə verilmir. Amma zaman keçdikcə bir qrup meydana çıxır və məhəllədəki asayişi pozmağa çalışır. İllər sonra ailənin kiçik oğlu qaçdığı məhəlləyə qayıtmaq qərarına gəlir. Onun məhəlləyə qayıtması ilə yeni nizam başlayacaq. Bu arada o, Sena adlı qızla tanış olur və ona aşiq olur. Tezliklə evlənirlər və çuxurda birlikdə yaşamağa başlayırlar. Amma indi çuxurda başqa bir həyat yaşanacaq.
Çuxur (teleserial, 2021)
Çuxur (ing. La Brea) — David Appelbaum tərəfindən yaradılan, Keshet Studios və Universal Television tərəfindən istehsal edilən Amerika dram-fantastika serialıdır. Premyerası 28 sentyabr 2021-ci ildə NBC-də baş tutmuşdur. == Mövzu == Los Ancelesin ortasında La Brea Tar Pits və Wilshire Bulvarının yerində böyük bir çuxur açıldıqda, yüzlərlə insan və bina (fərqli Petersen Avtomobil Muzeyi də daxil olmaqla) onun dərinliklərinə çəkilir. Sağ qalanlar, yaşamaq üçün bir araya gəlməli olduqları sirli və təhlükəli bir ibtidai diyarda qapalı qalırlar. Serial, hadisələrlə ayrılan və bir araya gəlməyə çalışan bir ailəni (ata, ana, oğul və qızı) hədəf alıb. Atanın, arvadının və oğlunun nə vaxt və harada olduğunu anlayan öncəgörmələri var. Çuxur və Teratornisin qəfil görünməsi, Mojave Səhrasında oxşar bir hadisəni araşdıran Amerika Birləşmiş Ştatları Daxili Təhlükəsizlik Departamentinin diqqətini çəkdmışdir. == Rollarda və personajlar == === Əsas === Natalie Zea - İv Harris / çuxura düşən bir vertolyot anasıdır İon Maken - Qavin Harris / İvin ayrılmış əri və keçmiş bir hərbi pilot, tarixdən əvvəlki bir ərazi görən. Çayk Okonvo -Tay Koleman / Eve ilə dost olan terapevt Karina Loqu - Marybeth Hill /Los Angelesdə Baton Rouge'dan polis məmuru .
Çuxur Qışlaq (Bicar)
Çuxur Qışlaq (az-əbcəd. چوقورقیشلاق‎, fars. چغورقشلاق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (116 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çuxur Qəbələ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çuxur məhəllə bulağı
Çuxur məhəllə bulağı — Şuşanın aşağı məhəllələrindən biri olan Çuxur məhəllə məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. == Ümumi məlumat == Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. == Tarixi == Çuxur məhəllə bulağı məhəllə məscidi ilə müqəddəs ocağın qarşısında yerləşən meydançanın üç yol ayrıcında yerləşirdi.
Çuxur məhəllə məhəlləsi
Çuxur məhəllə — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Hacı Quluların mülkü, Bülbülün ev-muzeyi (Şuşa) bu məhəllədə yerləşir. == Şəkilləri == == Hazırkı vəziyyəti == Şuşa şəhərinin digər tarixi məkanları kimi, Çuxur məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII əsrdə inşa edilmiş məscidi və bir sıra digər tarixi tikililəri dağıdıblar.
Çuxur məhəllə məscidi
Çuxur məhəllə məscidi — XVIII əsrdə Şuşanın Çuxur məhəllə məhəlləsində tikilmiş tarixi abidə. Çuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllə belə adlandırılmışdır. Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan və ya müstəvi səpkisində işlənmiş həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur. == Həmçinin bax == Çuxur məhəllə məhəlləsi == İstinadlar == == Xarici keçidlər == Ağa Məhəmməd Aman. "Gülağa Tənha - 8 may" (az.). tarixində arxivləşdirilib.
Cümhur İttifaqı (Türkiyə)
Cümhur İttifaqı, həmçinin Xalq Alyansı (türk. Cumhur İttifakı) — 20 fevral 2018-ci ildə Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Milliyyətçi Hərəkat Partiyası (MHP) arasında qurulan seçki ittifaqıdır. Daha sonra BBP (Böyük Birlik Partiyası) alyansa qoşulub. 11 mart 2023-cü ildə Hür Dava Partiyası (Hüda-Par) alyansa qoşuldu.
Çuxur və kəfkir (hekayə)
Çuxur və kəfkir (ing. The Pit and the Pendulum) - Edqar Allan Po tərəfindən qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə The Gift: A Christmas and New Year's Present for 1843 nəşriyyatında nəşr edilmişdir.
Cunud
Cunud — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cunud Şəki rayonunun Baş Layski inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş türkdilli sunnit tayfasının adından olması ehtimal edilir. == Əhalisi == Kəndin əhalisi 1010 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 492 nəfəri isə qadındır. .
Cupar
Cupar— İranın Kirman ostanının Kirman şəhristanının Mahan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,830 nəfər və 1,054 ailədən ibarət idi.
Cuyüm
Cuyüm – İranın Fars ostanının Laristan şəhristanının Cuyüm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,396 nəfər və 1,397 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Cücük
Cücük — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 503 nəfərdir (2009). Cücük Ağdaş rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Tədqiqatçıların fikrincə, toponim cuy (arx) və -cik (kiçiltmə bildirən Şəkilçi) komponentlərindən düzəlib, "kiçik arx" mənasındadır. Cücük sözü elə bütövlükdə də dilimizdə "kiçik, balaca, bala" mənalarında işlənir. Oykonim "kiçik kənd, balaca yaşayış məntəqəsi" deməkdir.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Cümlə
Cümlə — bitmiş fikri ifadə edən söz və ya söz birləşməsidir. Cümlə vasitəsilə bir hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik olunur. Cümlənin qurulmasında sözlərlə yanaşı, söz birləşmələri də iştirak edir. Heç bir söz və ya söz birləşməsi bitmiş fikir ifadə etmədən cümlə şəklinə düşə bilməz. Cümlə bir sözdən də ibarət ola bilər: Səhərdir. Cümlənin əsasını mübtəda və xəbər təşkil edir ki, bu da cümlənin qrammatik əsası adlanır. Yalnız köməkçi nitq hissələrindən də ibarət cümlə ola bilər. Belə cümlələrə söz cümlə deyilir. Sən gələcəksənmi? -Bəli.
Eymur
Eymur — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağdaş rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşir. Kür çayının sahilində, Şirvan üzündədir. Oykonim türkdilli eymur tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Eymurlar və ya emirlər/imirlər XII əsrdə səlcuq yürüşlərində fəal iştirak etmiş, Səfəvilər dövlətinin ictimai və siyasi həyatında müəyyən rol oynamışlar. Gədəbəy rayonunda yaşayan eymurların (emirlərin) adı ilə bağlı Emir çayı, Emir kəndi, Emir Bozdağı və s. coğrafi adlara rast gəlmək mümkündür. Vaxtı ilə Teymurləng (Topal Teymur) tayfaları ilə Ağdaş rayonu ərazisində Kür çayının qırağında düşərgə salıb. Ərəbşəkilər, Eymurilər, Ağcaqovaq və s.
Gomur
Gomur — İndiki Ermənistanda çay. Gomur (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. Gomur — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonu ərazisində kənd. Gomurlu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.