Çuxur məhəllə bulağı — Şuşanın aşağı məhəllələrindən biri olan Çuxur məhəllə məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Çuxur məhəllə bulağı | |
---|---|
39°45′42″ şm. e. 46°45′00″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Aidiyyatı | Qarabağ xanlığı |
Tikilmə tarixi | 1791-ci il |
|
Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[1] Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər.
Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[2]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[2]
Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[3]
Çuxur məhəllə bulağı məhəllə məscidi ilə müqəddəs ocağın qarşısında yerləşən meydançanın üç yol ayrıcında yerləşirdi. Bulağın iki gözü var. Bulaq 1791-ci ildə inşa edilmişdir. Əldə olan məlumata görə bulaq məhəllənin varlı,tanınmış insanları tərəfindən inşa edilmişdir.[4]