Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rubia tinctorum var. culta
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü. Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır. Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir. Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.
Coffea arabica var. culta
Ərəb qəhvəsi (lat. Coffea arabica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qəhvə ağacı cinsinə aid bitki növü. Coffea arabica var.
Buxta
Buxta (körfəz) — coğrafi obyektlərdə sahil və ya qayalıqlarla qorunan su sahəsi. Buxta (kənd) — Rusiyada kənd. Buxta (film) — film.
Cubba
Cubba — Somalinin cənubunda Cubbalend adlanan yerdə çay. Uzunluğu 1600 kilometr. Əsasını Efiopiya ilə sərhəddə Daya və Genale çaylarının kəsişdiyi yerdən götürür və cənuba, Hind okeanına axır. Çayın adı ilə Somalinin əyalətləri adlanır: Orta Cubba və Aşağı Cubba.
Cubqa
Cubqa — Krasnodar diyarının Tuapse rayonunda şəhər tipli qəsəbə (kurort qəsəbəsi). Cubqa şəhər qəsəbəsinin inzibati mərkəzi. Qəsəbə Qara dənizin Cubqa körfəzinin sahilində və Cubqa çayının mənsəbində yerləşir. Ərazidə enliyarpaqlı və iynəyarpaqlı meşələr üstünlük edir. Rayon mərkəzindən 52 km şimal-qərbdə — Tuapse şəhəri yerləşir. Krasnodardan Cubqaya Adıgeysk, Qoryaçıy Klyuç və Xrebtovı marşrutu ilə 108 km uzunluğunda avtomobil yolu gəlir. Cubqa çimərlikləri əsasən qumlu və qumlu-çınqıldır. Burada düşərgələr, avtoturizm bazaları və "Qolubaya buxta", "Qornı vozdux", "İnal" kimi müxtəlif istirahət mərkəzləri fəaliyyət göstərir. Müxtəlif pansionatlar da var. Cubqa Aralıq dənizi iqlim zonasına daxildir.
Culfa
Culfa bu cür başa düşülə bilər: Culfa rayonu — Naxçıvan Muxtar Respublikasının tərkibində rayon; Culfa (Azərbaycan) — Naxçıvan Muxtar Respublikasında şəhər, Culfa rayonunun inzibati mərkəzi; Culfa şəhristanı — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının tərkibində şəhristan; Culfa (İran) — İran İslam Respublikası, Şərqi Azərbaycan ostanının Culfa şəhristanında şəhər, Culfa şəhristanının inzibati mərkəzi; Culfa (peşə) — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu.
Cults
Cults - Manhattan, Nyu-Yorkdan olan indie-pop qrupudur. Qrup 2010-cu ildə 2 tələbə Brayan Oblivionom və Madlin Follin tərəfindən qurulub. Madlin əvvəl "Youth Gone Mad" pank-qrupunun Touching Cloth adlı albomunun üzərində işləyirdi. Qrup ilin sonunda Cults 7" adlı mini albomunu buraxır. Albomdakı "Go Outside" treki «ən yaxşı musiqi» kimi Pitchfork saytında qeyd olunub. 7 iyun 2001-ci ildə Cults, In the Name Of adlı debüt albomunu buraxdı. Albom hamı tərəfindən müsbət qarşılandı və Billboard 200 sırasında 52-ci yeri tutdu. Qrup ikinci dəfə Pitchfork'da «Abducted» treki ilə "ən yaxşı yeni musiqi" adına layiq görüldü.
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu. Cunya Enoki — Yaponiya aktyoru.
Kurta
Kurta (banq. কুর্তা (পাঞ্জাবী), ereb. کرتا‎, hind कुरता, [kʊrt̪a ː] kimi oxunur) — Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan, Banqladeş, Nepal və Şri-Lankanın ənənəvi geyimidir. Bu paltarı adətən kişilər geyinir. Uzunluğu dizin üstünə kimi olur. Ancaq qadınlarında bəziləri kurta geyindiyinə rast gəlmək mümkündür. Adətən kişilər onu beldən şalvarlarla geyinirlər. Amma son illər cinslə də geyinənlərə rast gəlmək mümkündür. Rəsmi görüşlərə belə kurla ile gedirlər. Kurta geyinən qadınlarda az deyildir.
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.
Suyta
Suyta (yap. 吹田市) — Yaponiyanın Kansai regionunda yerləşən Osaka prefekturasında şəhər.
Süita
Süita (fr. "suite" — ardıcıllıq) — bir neçə tamamlanmış pyesdən ibarət silsilə əsər; obraz məzmununa və quruluşuna görə fərqlənən pyeslər kontrastlıq prinsipi ilə növbələşir. XVI əsrdə İtaliyada meydana gəlmiş və peşəkar musiqidə geniş yayılmışdır.
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Çüyya
Çüyya (v. e.ə. 7) — Hunların XVI şanyüsü. Digər qardaşları kimi sakit həyat sürən Çüyya 4 il hakimiyyətdə olduqdan sonra vəfat etdi.
Cunda
Cunda (türk. Alibey Adası, Cunda, yun. Μοσχονήσι Moshonisi, Εκατόνησα Hekatonisa) — Türkiyənin qərbində ada. Ada Egey dənizində, Edremit körfəzinin cənub-qərbində yerləşir. Ada Ayvalık ilçəsinin yaxınlığındadır. Cunda Mosko adalar qrupunun ən böyüyüdür. Eləcə də, Egey dənizində olan adaların içərisində sahəsinə görə dördüncüdür. Adanı Yunanıstanın Lesbos adasından 16 km-lik məsafə ayırır. Sahəsi 23 km² olan Cunda adası şərqdəki Patrica limanı vasitəsilə iki hissəyə bölünür. Bu iki hissəni nazik bərzəx birləşdirir.
Buta
Buta (butə, puta) — qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Cukia Yoşimura
Cukia Yoşimura (18 fevral 1993) — Yaponiyalı peşəkar kişi BMX velosipedçisi. Yukia Yoşimura Yaponiyanı beynəlxalq yarışlarda təmsil edir. Cukia Yoşimura 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.195 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu.
Culfa (Azərbaycan)
Culfa — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda respublika tabeli şəhər, Culfa rayonunun inzibati mərkəzidir. Şəhər respublika paytaxtından 524 km cənub-qərb, muxtar respublika paytaxtından 36 km cənub-şərqdə, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə yerləşir. İran ərazisində, Araz çayının əks sahilində Culfa şəhərinə simmetrik şəkildə eyniadlı şəhər yerləşir. Bu, vaxtilə vahid şəkildə mövcud olmuş Culfa şəhərinin sonradan iki yerə bölündüyünü göstərir. Culfa Naxçıvan Muxtar Respublikasının ikinci ən böyük şəhəridir. Culfa Azərbaycanın qədim şəhərlərindən biridir. Tarixi mənbələrdə Culfa şəhərinin salınması bizim eranın VI əsrinə aid edilir. Tarixçi Şərafəddin Əli Yəzdi “Zəfərnamə” əsərində yazır ki, Culfa şəhəri Azərbaycanın şimal və cənub torpaqlarının göründüyü yerdə, Araz çayının dağın ətəyindən keçdiyi ərazidə yerləşir. Burada məşhur Ziya-ül-mülk körpüsü də salınmışdır. Culfa şəhəri qədim dövrlərdə onun indi yerləşdiyi ərazidən bir qədər aralıda qərar tutmuşdur.
Culfa (peşə)
Culfa — Əl hanasında pambıq parça toxuyan şəxs, toxucu. Culfa peşəsi qədimdən Azərbaycan ərazisində geniş yayılmış peşə olub. Culfa peşəsi ilə bağlı bir neçə atalar sözü mövcuddur: "Culfa kəfənsiz ölər; Culfa olmamış kələf oğurlar; Atıcı culfadan geri qalmaz, bir-birindən haqq almaz.".
Dostaşina (Culfa)
Dostaşina (fars. دوست اشنا‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Duhla zirvəsi
Duhla zirvəsi (bolq. връх Духла, ‘Vrah Duhla’ \'vr&h 'duh-la\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən cənub-şərqdə yerləşən, 900 m hündürlüklü qaya zirvəsidir. Zaqreus silsiləsinə daxildir. Hektoriya buzlağından şimal-şərqdə, Paspal buzlağından cənub-qərbdə yerləşmişdir. Zirvə qərbi Bolqarıstanda yerləşən Duhla mağarasının adını daşıyır. Duhla zirvəsi 64°52′15″ c. e. 61°52′01″ q. u. koordinatlarında yerləşmişdir.
Duzal (Culfa)
Duzal (fars. دوزال‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı ilə olan məlumata görə kənddə 496 nəfər yaşayır (111 ailə).
Dəran (Culfa)
Dəran (fars. داران‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 947 nəfər yaşayır (320 ailə).
Elsevən (Culfa)
Elsevən (fars. ايل سون‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (5 ailə).
Ersi (Culfa)
Ersi (fars. ارسي‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 879 nəfər yaşayır (271 ailə).
Göydərə (Culfa)
Göydərə (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. Əlincə çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Aradərə olmuşdur. XIX əsrdə Cənubi Azərbbaycandan gəlmiş erməni ailələri burada məskunlaşdıqdan sonra yaşayış məntəqəsi Noraşen adlandırılmışdı. 1992-ci ildən kəndin adı dəyişdirilərək Göydərə kimi rəsmiləşdirilmişdir. Naxçıvan Muxtar Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı ilə Culfa rayonunun Saltax kənd Sovetindəki Noraşen kəndi Göydərə kəndi adlandırılmışdır. Əhalisi 1448 nəfərdir. Eldəniz Məmmədov - idmançı, polis zabiti - karate üzrə 2 kat dünya çempionu (dünya rekortmeni). Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki.