Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buş
Buş — soyad. Hironimus Buş — Hollandiyalı rəssam Rebeka Buş — aktrisa Corc Herbert Uoker Buş — Corc Buş (ata) — ABŞ-nin 41-ci prezidenti. Corc Uoker Buş — Corc Buş (oğul) — ABŞ-nin 43-cü prezidenti.
CBS
Columbia Broadcasting System (CBS) — Amerikada fəaliyyət göstərən CBS Corporation şirkəti tərəfindən yaranmış İngilis dilli kommersiya yayım telekanalıdır. Əsas qərargahı Nyu-York şəhərində CBS Building-də yerləşir.CBS bəzən göz kanalı kimi adlanır. Bunun səbəbi isə 1951-ci ildən kanalın istifadə etdiyi göz loqosudur.
CSS
CSS (ing. Cascading Style Sheets) — sənədin xarici görünüşünün, işarələmə dilinin istifadəsi ilə yazılmış, formal təsvir dili. Adətən HTML və XHTML işarələmə dillərində yazılmış veb-səhifələrin təsviri və tərtibatı üçün istifadə edilir, lakin istənilən digər XML sənədlərə, məsələn, SVG və ya XUL-a da tətbiq edilə bilər. HTML sənədlərini yaradarkən veb-dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar: müəyyən abzas daxilində şifrələrin dəyişdirilməsi; mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi; mətnin və ya fonun rənginin dəyişdirilməsi; müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s.Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə çox böyük olacaq. Bu işi sadələşdirmək üçün səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə olunmuş xüsusi makrodil vasitəsilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə, CSS faylı burada şablon kimi istifadə edilir ki, onun köməyilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar. CSS kodları, HTML kodlarının içinə yazıla bildiyi kimi xarici bir CSS faylı yaradılaraq da əməliyyat yaradıla bilir. Növünə görə <code> <BODY> </ code> ya <code> <HEAD> </ code> bölmələrində ala bilərlər.
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Cut
Cut (lat. Corchorus) - əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Cut:The Plant List saytında takson barədə məlumat.
Cüz
Cüz — Cüz' (جزء, cəm halda اجزاء aczâ') kəlməsi "hissə" mənasını verir. "Quran" ilə bağlı bir termin olan bu söz, Quranın bərabər uzunluqda bölmələrə ayrılmış hissələrindən birini ifadə edir. Müəyyən bir müddət ərzində Quranı oxuyub bitirmək istəyən oxuyucuya, gündə nə qədər oxuyarsa, hədəflədiyi tarixdə bitirə biləcəyini göstərmek üçün mushafların kənarlarına cüz, hizip və rubu' kimi işarələr təsvir olunur. Bu işarələrin müəyyənləşdirilməsində bəzən söz sayları, bəzən də hərf sayları əsas götürülür. Cüz saylarının müəyyən olnmasında "30 günlük Ramazan aylarında təravih namazlarında Quranın tamamını xətm etmək istəyən adam bir gecədə nə qədər oxumalıdır" yanaşmasına əsasən 30 sayı geniş yayıldığından istifadə olunmuşdur. Cüzlər müəyyən bir səhifə sayını göstərməsə də xəttatların Quranı əzbərləmək üçün inkişaf etdirdikləri bərkənar mushaf səviyyəsində, bir cüz 20 səhifə tutacaq şəkildə hesablanmışdır. Ümumilikdə 600 səhifədir. Cüzlərin başlanğıclarını göstərmək üçün müshafların kənarlarına, günəşi təsvir edən edən bir bəzək təsvir edilir və bu bəzəyin içərisinə cüzün nömrəsi yazılır. Cüzlər bəzi müshaflarda 2, bəzilərində də 4 hizip tutan daha kiçik hissələrə ayrılırlar.. Cüzlər adlandırılarkən bəzən cüzün sıra nömrəsi, bəzən də bu cüzdəki ilk ayənin bir neçə kəlməsi istifadə olunmaqdadır.
CİS
CİS və ya Coğrafi İnformasiya Sistemləri(GIS – Georaphical Information Systems) – dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və s. problemlərinin həllinə. == CİS-in beş təməl komponenti vardır == Bunlar: a) Təchizat (hardware): CİS-in işləməsini mümkün edən kompüter və buna bağlı yan məhsulların bütünü təchizat olaraq adlandırılar. Bütün sistem içərisində ən əhəmiyyətli vasitə olaraq görünən kompüter yanında yan təchizatlara da ehtiyac vardır. Məsələn, yazıçı (printer), çəkici (plotter), skaner (scanner), ədədiləşdirici (digitizer), məlumat qeyd modulları (verilən collector) kimi cihazlar məlumat texnologiyası vasitələri olaraq CMS üçün əhəmiyyətli sayıla biləcək təchizatlardır. b) Proqram (software): Digər bir deyişlə kompüterdə qaça bilən proqram, coğrafik məlumatları depolamaq, analiz etmək və göstərmək kimi ehtiyac və funksiyaları istifadəçiyə təmin etmək üzrə, yüksək səviyyəli proqramlaşdırma dilləriylə reallaşdırılan alqoritmlərdir. Proqramların çox çoxunun ticari məqsədli firmalar tərəfindən inkişaf etdirilib çıxarılması yanında universitet və bənzəri araşdırma təşkilatların tərəfindən də təhsil və araşdırmaya istiqamətli inkişaf etdirilmiş proqramlar da mövcuddur. Dünyadakı CBS bazarının əhəmiyyətli bir qisimi proqram inkişaf etdirən firmaların əlindədir. Bu baxımdan indiki vaxtda CBS bu cür proqramlarla haradasa qaynaşmış vəziyyətdədir. Ən məşhur CİS proqramları olaraq ArcInfo, Intergraph, MapInfo, Netcad (Türkcə, Azərbaycan dili), Idrisi, Grass vs.
Mus
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Nus
Nus (yun. Νους; mənası – fikir, ağıl, idrak) — antik fəlsəfənin əsas kateqoriyalarından biri. Anaksaqorun fəlsəfəsində dünya ruhu kimi qələmə verilmişdir. Platona və Aristotelə görə nus insanı heyvan aləmindən ayıran "əqli ruh"dur. Aristoteldə nus həmçinin tanrını, yaxud ilahi yaradıcını təmsil edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alexander of Aphrodisias . Supplement to On the Soul. Trans. by R.W. Sharples. London: Duckworth, 2004 Burnyeat, M. “Is an Aristotelian Philosophy of Mind Still Credible?
Quş
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41- 42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. == Həmçinin bax == Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Çum
Çum (rus. Чум) — Sibirdə inşa edilən milli-ənənəvi ev.
Çuo
Çuo — Tokionun xüsusi rayonlarından biri.
Duş
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
HUS
HUS (ing. haemolytic uraemic syndrome) – mikroangiopatik trombositopeniyalara aid olub, ibarətdir: hemolitik anemiya, kəskin böyrək pozğunluğu, trombositopeniya. Uşaqlarda daha çox görünür, Escherichia Coli ilə bağlıdır, qanlı ishalla özünü göstərir. Septisemiya, hamiləlik eklampsiyası, dərman reaksiyası nətəcəsində yarana bilər, protrombin indeksi, aktivləşmiş hissəvi tromboplastin vaxtı və fibrinigen normaldır, D-dimer artmır, dializ letallığı azaldır.
Baku Cup
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
Barbara Buş
Barbara Buş (ing. Barbara Pierce Bush; 8 iyun 1925[…], Manhetten, Nyu-York ştatı – 17 aprel 2018[…], Hyuston) - ABŞ Prezidenti Corc Herbert Uoker Buşun həyat yoldaşıdır.
Buş andraxnası
== Ümumi yayılması == Qafqaz. == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasının (Culfa) dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. VU D2. == Bitdiyi yer == Əsasən quru, daşlı-qayalı yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda çox deyildir. == Bioloji xüsusiyyətləri == Oduncaqlaşmış gövdələrinin diametri 5 sm-ə dək çatan yarımkoldur. Gövdələri möhkəm, budaqlı, göyümtül, hündürlüyü 15-45 sm-dir. Yalançı zoğları ağ örtüklü, üçkünc-yumurtavarı, ucu biz, kənarları qeyri-bərabər dişlidir.Yarpaqları qısa saplaqlarda, qalıntəhər, göyümtül, çılpaq, enli-ellipsvarı və ya enli-yumurtavarı, uzunluğu 7 mm-ədək və eni 5 mm-dəkdir. Çiçəkləri yarpaqların qoltuqlarında tək və ya cüt, nazik çiçək saplaqlarında yerləşir.
Buş böyürtkəni
Buş böyürtkəni (lat. Rubus bushii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazın hər yerində və Türkiyədə təbii arealı vardır. == Azərbaycanda yayılması == Quba, Qusar rayonları ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitki növüdür. NT. == Bitdiyi yer == Meşənin yuxarı hissəsi, subalp çəmənliyi fıstıq meşəliyində dərəli və qayalı açıq yerlərdə bitir. == Təbii ehtiyatı == Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1 m-ə çatan кoldur. Torpağa az tələbkar və işıqsevəndir. Budaqları düz yönəlmiş, silindrvarı, cavan budaqların üzəri tündqırmızıya çalan bozumtul ləkəli və seyrək, qısatüklü, tək-tək qırmızı tikanlıdır.
Buş doktrinası
Buş Doktrinası — 43-cü Amerika Birləşmiş Ştatları Prezidenti Corc U. Buş tərəfindən ortaya qoyulan müxtəlif xarici siyasətləri özündə ehtiva edən doktrinadır. 11 Sentyabr hücumlarından sonra inkişaf etdirilən və 2002-ci ilin 20 sentyabr tarixində The National Security of the United States başlığı və Buşun imzası ilə nəşr olunan və bütün dünyanı bir müharibə meydanı olaraq görən “Yeni Amerikan Milli Təhlükəsizlik Strateqiyası”na görə; potensial təhdid yaratdığı illərdə problem yarada biləcəyi düşünülən hər bir quruluş və ya ölkəyə qarşı harada yerləşirsə yerləşsin “vurulmadan öncə vurmaq” fəlsəfəsi adı altında qarşılıq verilməli və lazım gələrsə düşmən dövlətlərdəki rejimlər dəyişdirilməlidir. Əfqanıstan müharibəsi də bu doktrina çərçivəsində aparılmışdır.
Buş itburnu
Buş mahmızçiçəyi
Buş moruğu
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.