1. Bədəni tük və lələklə örtülü, ikiqanadlı, ikiayaqlı, dimdikli uçan heyvan sinfi. Yırtıcı quşlar. Ev quşları. Oxuyan quşlar. Köçəri quşlar. Su quşları.
2. Ətlə dırnağın bitişdiyi yerdə ətdən aralanmış incə dəri hissəciyi.
◊ Quş südü – tapılmaz şey, heç yerdə mövcud olmayan xəyali bir şey.
Quş-quş olmaq – bir-birinə bitişib aralanmamaq (kirpiklər haqqında).
…Bibim gəldi bizə, oğlanı naxoş görüb … dedi: – Ay qız, baxıram, uşağın gözləri saralıb, kirpikləri quş-quş olub və başının tükü bizbizdi. “Mol. Nəsr.
” Quşu qonmaq – meyli düşmək, xoşuna gəlmək.