Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petko Hristov
Petko Hristov (Bolqarca: Петко Христов; 1 mart 1999-cu ildə anadan olub) — İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubunda müdafiəçi kimi çıxış edən peşəkar Bolqarıstan futbolçusudur. Onun əkiz qardaşı Andrea Slaviya Sofiya klubunda çıxış edir. == Karyerası == === Slaviya Sofiya === Hristov karyerasına Levski Sofiya klubunda başlasa da, 2013-cü ildə Slaviya Sofiya klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 30 iyun 2016-cı ildə Avropa Liqası görüşündə Polşa təmsilçisi Zaqlembe Lyubin klubuna qarşı oyunda etmişdir. O, Georgi Yomovu əvəz etmişdir. O, Bolqarıstan Birinci Liqasında debütünü bir ay sonra mövsümün açılış oyununda ÇSKA Sofiya klubuna qarşı oyunda etmişdir. O, ilk qolunu 10 sentyabr 2016-cı ildə Lokomotiv Plovdiv klubuna qarşı oyunda vurmuş və komandası 5-2 hesabı ilə qalib gəlmişdir. 1 oktyabr 2016-cı ildə Petko əkiz qardaşı ilə Andrea birlikdə Vereya klubuna qarşı oyunda ilk dəfə müdafiənin mərkəzində start heyətdə yer almışdır. 3 aprel 2017-ci ildə Hristov klub ilə 31 iyul 2020-ci ilə qədər ilk peşəkar müqaviləsini imzalamışdır. === Fiorentina === 17 iyul 2017-ci ildə Hristov İtaliya A Seriyası təmsilçilərindən olan Fiorentina klubu ilə beş illik müqavilə imzalamışdır.
Petko Slaveykov
Petko Slaveykov – (bolq. Петко Рачов Славейков; 17 noyabr 1827[…], Veliko Tırnovo – 1 iyul 1895[…], Sofiya)Bolqar şairi, publisisti, ictimai xadimi və folkloristidir. == Həyatı == Slaveykov 1827-ci ildə Tarnovoda doğuldu. Anası Penka doğum zamanı vəfat etdi, Petko möcüzəvi şəkildə sağ qaldı. Atası Raço misgər idi. Petko anasının yaşadığı Vişovqrad kəndində çoxlu bülbüllər (bolq. slavey) gördü və soyadını Slaveykov olaraq dəyişdirməyə qərar verdi. Slaveykov təhsilini Tarnovo, Dryanovo, Tryavna monastırlarında aldı. Tarnovo yaxınlığındakı monastır kitabxanasında kitab oxuyaraq özünü inkişaf etdirdi. Qərbi Avropa və Serb ədəbiyyatı ilə tanış oldu, yunan dilini öyrəndi.
Edin Ceko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Çeko gölü
Çeko gölü (rus. Чеко) — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən göl. Krasnoyarsk şəhərindən 760 km şimal-şərqdə, Tunqus meteoritinin mümkün düşdüyü episentrindən 87 km şimal-qərbdə yerləşir. 1928-ci ilə qədər tərtib edilən heç bir xəritədə gölün adı və təsvirinə rast gəlmək mümkün deyildir. Görünür bu onun yerləşdiyi ərazinin pis öyrəlinməsi ilə əlaqədardır. Gölə Kimçu çayı tökülür və onun ərazisindən keçərək yollunu davam etdirir. Gölə qərb hissədən daxil olur. Elə qərbdəndə yolunu davam etdirir. Ancaq göldən nisbətən şimal hissədən çıxır. Gölün aid olduğu çay hövzəsi: Çunya, Podkamennaya Tunquska, Yenisey.
Çeto məbədi
Çeto məbədi — (indonez. Candi Ceto) — Mərkəzi və Şərqi Yava əyalətləri arasında sərhəddə, Lau dağının qərb yamacında (dəniz səviyyəsindən 1495 m yüksəklikdə) yerləşən 15-ci əsrə aid Yava-Hindu məbədi. Keto, XV əsrdə Lau dağının şimal-qərb yamaclarında tikilmiş bir neçə məbəddən biridir. Bu zamana qədər Yava dini və incəsənəti 8-10-cu əsrlərdə məbəd üslublarına belə təsir edən hind göstərişlərindən uzaqlaşdı. Bu ərazi 16-cı əsrdə adanın məhkəmələri İslamı qəbul etməzdən əvvəl Yavada son əhəmiyyətli məbəd tikintisi ərazisi idi. Məbədlərin fərqliliyi və o dövrə aid Yava mərasimləri və inanclarına dair qeydlərin olmaması tarixçilər üçün bu qədimliklərin mənasını şərh etməyi çətinləşdirir. Suku məbədinin yaxınlığında yerləşir.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Cerki
Cerki (ing. jerky) - qaxac edilmiş, nazik kəsilmiş ət parçaları. Xüsusi qaydada bişirilir. Cersinin tək və ya iştahaçıcı kimi istifadə etmək olar. == Tarixi == Cersi sözü ch'arki terminindən irəli gəlir və mənası "saralmış ət" deməkdir. əsas məqsəd əti müəyyən müddət basdırma etməkdir. Avropada cersi Napaleonun dövründə məşhurlaşmağa başladı . Cersi ABŞ və Qərbi Avropada çox məşhurdur. 1996-cı ildə NASA-nın əsas yeməklərindən biri olur. O artıq çəki yaratmır və yüksək keyfiyyətə malikdir.
Cetus
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. == Xüsusiyyət == Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsada bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Cotto
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. == Həyatı == Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Cunko
Cunko — Yaponiya qadın adı. Cunko İşida — keçmiş Yaponiya qadın futbolçusu. Cunko Ozava — keçmiş Yaponiya qadın futbolçusu.
Detkor
Getto
Getto (it. ghetto) — orta əsrlərdə Avropada, habelə bəzi ölkələrdə: müəyyən dini və irqi qrupa mənsub adamların məcburən yaşamaları üçün ayrılmış şəhər rayonu məhəlləsi. Gettolar müasir dövrdə adətən böyük şəhərin kənarında yerləşən və yoxsulların, qaçqınların, çox vaxt keçmiş müstəmləkələrin və geriyə qalmış ölkələrdən gəlmiş immiqrantların məskunlaşdığı rayonlardır. Gettolarda cinayətkarlıq bir neçə dəfə orta göstəricilərdən artıq olur. Siyasi böhranlar vaxtı gettolar üsyan yuvalarına çevrilir.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). == Metronun tarixi == İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.
Retro
Retro ( lat. Retro «geriyə», «geriyə yönəlmiş») — mədəni və maddi dəyər kəsb edən, gündəlik həyatda az rast gəlinən, köhnə əşyaları və ya halları xarakreiska etmək üçün abstrakt bədii-tarixi termin. == Mənbə == «Стиль ретро» в Интерактивной Энциклопедии современного языка Жаргон.
Seiko
"Seiko"nun ilk divar saatı 1892-ci ildə, qol saatı isə 1913-cü ildə yaranıb. Firmanın yaradıcısı Kintaro Hottari olub. Ən böyük arzusu saat firması yaratmaq olan Kintaro 18 yaşında ilk mağazasını açıb. 1895-ci ildə firma cib saatlarını kəşf edib. Firma tərəfindən yaradılan batareyasız saatlar 1988-ci ildə meydana gəlib. Əsas məqsədlərinin yüksək keyfiyyət dərəcəsinə görə seçilmək olan "Seiko" dünyanın 4 məşhur saat firmasından biri kimi tanınır. "Seiko" "Sportura" markasını istehsal edərək, dünyada ən güclü idman saatları kolleksiyalarından biri kimi öz mövqeyini daha da möhkəmləndirib. Möhkəmliyi və etibarlı işin təmin edilməsi məqsədilə bu saatların hamısı, yüksək təzyiq altında su keçirməmək qabiliyyətinə malikdir.
Sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Çötkə
Çötkə — Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. == Tarixi == İlk "hesablama cihazları" barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər. Və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi. Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Çətən
Çətən – eyni diametrli qamış və ya ağac çubuğundan hazırlanmış məhsul. Çətən "çətmək" sözündən yaranıb, mənası "bağlamaq" deməkdir. Bəzən onu alaçıqlarda çox istifadə edildiyi üçün "çığ" da adlandırırlar. == Ümumi məlumat == Çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilirdi. Bu texnikada hazırlanmış məhsul dik vəziyyətdə alaçığın alt hissəsini bərkitmək məqsədilə istifadə edilirdi. Azərbaycanda adətən iki cür çətən mövcud olmuşdur: Saya. Saya çətənlər üzərində heç bir bəzək elementi olmurdu və o sırf məişət məqsədləri üçün hazırlanırdı. Naxışlı. Naxışlı çətənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi məqsədlərə xidmət edirdi.
Çieko
Çieko — ad. Çieko Hase — keçmiş Yaponiya qadın futbolçusu. Çieko Homma — keçmiş Yaponiya qadın futbolçusu.
Beko
BEKO – Türkiyənin Arçelik A.Ş. şirkətinin tərkibinə daxil olan əmtəə nişanı. Məişət texnikasının istehsalı üzrə ixtisaslaşmışdır. Kompaniya Türk mühəndis Vehbi Koç tərəfindən yaradılmışdır. Koç öz biznesinə tikinti materiallarının satışı ilə başlamışdır. O, 20 il Koçzade Ahmet Vehbi Trading Company adlanan ailə şirkətində işlədikdən sonra fəaliyyət çevrəsini genişləndirmək qərarına gəlir. 1944-cü ildə Koç Türkiyədə ilk olaraq avtomobillərin satışı üzrə şirkət açır. On ildən sonra isə Koç Bejerano şirkəti ilə birgə BEKO markasını qeydiyyatdan keçirir. Bu brend altında iki şirkət konservlər və tomat şirəsi istehsalını təşkil etmək istəyirdilər. Əmtəə nişanının adı Bejerano və Koç adlanan şirkətlərin birinci hərflərini özündə birləşdirirdi. Lakin yeni biznesin açılması zamanı ortaya problemlər çıxdı.
A sekko
A sekko və ya Fresko-sekko (it. a secco — "qurunun üzərinə", fresco-secco — "quru freska") — divar rəssamlığı texnikası. Freskadan fərqli olaraq, sərt, qurumuş və təkrar nəmləndirilmiş suvaq üzərinə çəkilir. Bu rəsm texnikasında bitki mənşəli yapışqana və ya yumurtaya ovxalanmış, yaxud da əhənglə qarışdırılmış boyalardan istifadə edilir. Sekko işin sürətini artırmağa, iş günü ərzində freskaya nəzərən daha çox sahədə rəsm çəkməyə imkan verir, lakin freska qədər uzunömürlü deyil. A sekko texnikası orta əsr rəssamlığında freska ilə eyni dövrdə yaranmış və xüsusilə XVII-XVIII əsrlərdə Avropada geniş yayılmışdı. == Məşhur sekko rəssamları == Cotto Cun Makevan — şotland rəssamı. Beohar Rammanohar Sinha — hind rəssamı. Rudolf F. Zallinger (1919 — 1995) — amerikalı rəssam.
Austin Metro
Austin Metro — British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib. İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
Bledar Seyko
Bledar Seyko — Albaniyalı gitara ifaçısı, bəstəkar və müğənni. Bledar Seyko Adrian Lulqyuray ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Identitet" mahnısı ilə təmsil edib.
Cekob Moreno
Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloq və psixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı. == Həyatı == O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur. Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir. 1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.
Cettia cetti
Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar. == Yaşayış tərzi == Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər. Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.