Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cav.
Antonio Xose Kavanilyes (isp. Antonio José (Joseph) de Cavanilles (Cavanilles y Palop), kat. Antoni Josep Cavanilles i Palop, 16 yanvar 1745, Valensiya, İspaniya — 5 may 1804, Madrid, İspaniya) — İspaniya botaniki. == Təsnif etdiyi bitkilər == == Çap olunmuş əsas işləri == Observationes sorbe la historia natural, geografia, agricultura, población y frutos del regno de Valencia Por don Antonio Josef Cavanilles. En Madrid: en la Imprenta Real, 1795–1797 Arxivləşdirilib 2012-02-21 at the Wayback Machine Glosario de botánica en cuatro lenguas, 1795–1798 Descriptiones de varias plantas exoticas, 1799–1804 Elenchus plantarum Horti regii Madridensis, 1803 Géneros y especies de plantas demostradas en las lecciones públicas del año 1802.
Cosmos Cav.
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
CAD/CAM
CAD (Computer-Aided Design; Avtomatlaşdırılmış layihələndirmə (konstruksiyaetmə) sistemi) və CAM (Computer-Aided Manufacturing; Avtomatlaşdırılmış hazırlama sistemi) sistemlərinin inteqrasiya olunması ilə yaradılmış, CNC dəzgahlar üçün hissənin verilmiş cizgisi və ya 3D modeli əsasında idarə proqramlarının hazırlanmaı üçün proqram paketidir. CAD və CAM isitemlərinin bir iş yerində birləşməsi həm verilmiş hissənin konstruksiya edilməsini və sonra, həm də onun bazasında emal texnologiyasının ardıcıllığını, alət seçimini və kəsmə parametrlərini təyin etməyə imkan verir. Bu sistemdə işlənmiş texnoloji proses nəticəsində alınan NC proqramlar postprosessorun köməyi ilə dəzgahın CNC sisitemi üçün lazım olan şəkildə verilir. Bunun bazasında verilmiş hissəni dəzgahda emal etmək olur. CAD/CAM sistemi CAx prosesinin tərkib hissəsi olub müasir maşınqayırmada geniş tətbiq olunur.
CCTV
Qapalı dövriyyəli televiziya (ing. Closed-Circuit Television və ya CCTV) kameraların görüntü siqnallarını müəyyən bir yerə ötürdükləri bir sistem.Televiziyadan ən vacib fərq siqnalın hər kəsə açıq formada ötürülməməsidir. Bir sözlə, CCTV banklar, şirkətlər və hava limanları kimi obyektlərin istifadəsi üçün nəzərdə tutulmuş bir televiziya sistemidir. Həm də müəyyən bir ərazinin görüntüsünün müəyyən monitorlara verildiyi bir ekran sistemi kimi düşünmək olar. CCTV-nin əvvəllər eksperimental istifadəsi olsa da, bu gün ümumiyyətlə təhlükəsizlik məqsədilə quraşdırılır.CCTV sistemi CCTV kameralar, linzalar, rəqəmsal videorekorderlər və monitorlardan ibarətdir. CCTV sisteminin ən vacib xüsusiyyəti görüntülərin zamanla mütənasib şəkildə qeyd edilməsidir. == Tarixçəsi == İlk ticarət məqsədli CCTV sistemi ABŞ-da 1949-cu ildə Vericon tərəfindən elan edilmişdir. İlk bağlı dövriyyəli televiziyalarının ən böyük problemi, video görüntülərin çəkilməsinin mümkün olmaması idi. Bu da öz növbəsində, monitorların daimi olaraq bir operator tərəfindən izlənilməsini tələb edirdi. Video qeyd yalnız 1970-ci illərdə videomaqnitofon (VCR) çıxdıqdan sonra mümkün oldu.
Cyay
𐕏 (səslənməsi /dzʲ/, transkripsiyası Ʒ', ӡ') — Alban əlifbasının 32-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ջա́յ (J̌áy) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı əslində "Ʒ’ay" olmalıdır və damaqlaşmış cingiltili affrikatdır. Erməni tədqiqatçı Aşot Abramyan bu hərfi ş səsinin bir forması olduğunu düşünürdü. Georgi Klimov bu hərfin nə formasını, nə də mənasını başa düşməyib. Sinay palimpsestlərində qeydə alınmamış hərflərdən biridir. Hipotetik olaraq 5000 rəqəmini təmsil etdiyi düşünülür.
Moav
Moav, Moab və ya Muab (q.yəh. מוֹאָב‎,‏ yun. Μωάβ) — İordaniyanın qərbində, İsrail övladları qohum olan samidilli moavlıların yaşadığı tarixi vilayət. Əhdi-ətiqə görə, onlar İbrahimin qardaşı oğlu Lut və sonuncunun böyük qızının nəslindəndir. İsrail övladları kimi, moavlılar da avtoxton deyildilər. == İqtisadiyyat == Moavdan karvanların hərəkət etdiyi və beynəlxalq ticarətin aparıldığı iki yol keçirdi. Onlar qərbdən keçən "kral yolu" və səhradan keçən şərq yolu. Moav iqtisadi və mədəni cəhətdən sürətlə inkişaf etmişdir.
Slav
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Yoav
Yoav — İsrail musiqiçisi, mahnı yazarı. Həyatının çox hissəsini CAR-da keçirib. == Həyatı == Yoav-ın musiqi üslubunu müəyyən etmək çətindir: belə ki, o mahnı ifasında kantri və folku, texno və indi üslublarını qarışdırır. Yoav ancaq gitara çalır və onunla simli, zərb aləti, və hətta nəfəsli alət kimi də istifadə edir.
Çjan
Çjan şanyü (v. 85) — 63-cü ildə hakimiyyətə gəldi. Onun dövründə Hun tarixində canlanmalar başlandı. Şimal Hunlarına qarşı danışıqlara başlandı. Çjan sienbilərlə müttəfiqliyə girərək şimalla müharibələrə yenidən davam etmək istəsə də imperator hər iki hun dövlətini ələ keçirmək istədiyi üçün imkan vermədi. Çjan şanyü 85-ci ildə vəfat etdi. Onun dövründə hunların çinliləşməsi prosesi başladı.
Çyau
𐕟 (səslənməsi /tsˈ/, transkripsiyası C̣', c̣') — Alban əlifbasının 48-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Ծա́ւ (Cáw) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert hərfin əsl adının "C̣’aw" ola biləcəyi ehtimalını müdafiə edir. Digər tədqiqatçılardan Sergey Muravyev bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir. Aşot Abramyan bu hərfi /c/ səsi ilə izah etmişdir. Sinay palimpsestlərində əsasən alb. 𐕌𐕒𐕡𐕟𐕒𐕡𐕙 (muc̣'ur) 'müqəddəs' sözündə rast gəlinmişdir (udi muc'ur).
A.Chev.
Oqüst Jan Batist Şevalye (fr. Auguste Jean Baptiste Chevalier; 23 iyun 1873 – 3 iyun 1956, Paris) — Fransa botaniki. == Əsərləri == Mission Chari-Lac Tchad, 1902—1904, 1907 Sudania: Énumeration des plantes récoltées en Afrique tropicale, 1911 La forêt et les bois du Gobon, 1917 Les kolatiers et les noix de kola, 1911 (совместно с Émile Constant Perrot) == Biblioqrafiya == Bonneuil, C. Auguste Chevalier Savant colonial == İstinadlar == == Ədəbiyyat == == Xarici keçidlər == La bibliothèque d’ethnobiologie (fr.) JSTOR: The Bryologist, Vol. 80, No. 3 (Autumn, 1977), pp.
CCTV-9
"CCTV-9 Documentary" (çin. CCTV-9 纪录) — Çində yerləşən sənədli film telekanalı. Kanalın iki versiyası var - Çin və ingilis dilində. Çin Mərkəzi Televiziyası tərəfindən istehsal edilib. Kanal 24 saat bütün dünyaya yayım edir. == Tarixi == "CCTV-9 Documentary" kanalı yayıma 1 yanvar 2011-ci ildə başlamışdır. CCTV-9 Çində ilk ixtisaslaşmış beynəlxalq (bütün dünyada yayımlanan) sənədli kanaldır.
CCTV kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. == Təhlükəsizlik kameralarının növləri == Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera == Təhlükəsizlik Kamerası Markaları == Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Cava (şəhər)
Cava (gürc. ჯავა ; oset. Дзау, Dzaw; rus. Джава Dzhava) Gürcüstanda təxminən 1500 nəfərlik bir şəhərdir (Cənubi Osetiyada). Gürcüstanın hazırkı rəsmi inzibati bölgüsünə görə, Cava Şida Kartli bölgəsinin şimalındakı Cava rayonunun əsas şəhəridir. Cənubi Osetiya tərəfinə görə Dzau rayonunun inzibati mərkəzidir. Şəhər Böyük Qafqazın cənub yamaclarında, Böyük Liaxvi dərəsində, dəniz səviyyəsindən 1040 metr yüksəklikdə yerləşir. Cava, Tsxinvalidən sonra Cənubi Osetiyanın ikinci böyük şəhər yaşayış məntəqəsidir. Avropadakı Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı xaricində, Gürcüstan-Osetiya münaqişə bölgəsinin müəyyən edilmiş sərhədləri - Tsxinvali'nin 15 km radiusundakı bir ərazidir. Bu şəhər 2008-ci ildə Cənubi Osetiya müharibəsində böyük rol oynadı, Gürcüstanın hücumu zamanı Cənubi Osetiya hərbi qüvvələrinin əksəriyyəti orada yerləşirdi .
Coan Eyken
Con Eyken (ing. Joan Aiken; 4 sentyabr 1924[…] – 4 yanvar 2004[…]) — fövqəltəbii bədii ədəbiyyat və uşaqların alternativ tarix romanları üzrə ixtisaslaşmış ingilis yazıçısı idi. 1999 -cu ildə uşaq ədəbiyyatındakı xidmətlərinə görə MBE mükafatına layiq görülmüşdür. 1968 -ci ildə Conatan Keyp tərəfindən nəşr olunan Fısıltı Dağı üçün bir qrup İngilis uşaq yazıçısının bənzərsiz bir kitab mükafatı olan Xranitel Uşaq Bədii Mükafatını qazandı. Payız Gecəsi üçün Edgar Allan Poe Mükafatını (1972) qazandı. == Bioqrafiyası == Eyken 4 sentyabr 1924-cü ildə Sussexdəki Rye şəhərindəki Mermaid Street-də anadan olmuşdur. Atası Amerikalı Pulitzer Mükafatlı şair Konrad Eyken (1889-1973) idi. Böyük qardaşı yazıçı və tədqiqatçı kimyaçı Con Eyken (1913–1990), böyük bacısı isə yazıçı Ceyn Eyken Hodge (1917–2009) idi. Anası, Kanada əsilli Cesse Makdonald (1889–1970), Kembricdəki Redklif kollecindən məzun idi. Cessi 1930-cu ildə ingilis yazıçısı Martin Armstronqla evləndi.
Coan Fonteyn
Coan Fonteyn (ing. Joan Fontaine) - Oskar mükafatı sahibi ingilis akstrisa. Bir başqa Oskar mükafatı sahibi aktrisa olan Oliviya de Hevillendin bacısıdır. 1943-cü ildə ABŞ vətəndaşlığına keçmişdir. Əsl adı "Coan de Bovuar de Hevillend" olan Coan Fonteyn 1940-ci ildə çəkilən, Alfred Hiçkokun rejissorluğunu etdiyi "Rebekka" filmindəki rolu ilə tanınır. 15 dekabr 2013-də ABŞ-nin Kaliforniya ştatında vəfat etmişdir.
Coan Krauford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904[…], San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Krouford
Coan Krauford (ing. Joan Crawford; 23 mart 1904[…], San Antonio, Texas – 10 may 1977[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan aktrisa.
Coan Kuiqli
Coan Sesil Kuiqli (ing. Joan Ceciel Quigley) - amerikalı astroloq, yazıçı. Nensi Reyqanın ABŞ-nin birinci xanımı olduğu dövrdə astroloq kimi bir xeyli məşhurluq qazanmışdır. Nensi vasitəsilə Coan Ronald Reyqanın cədvəlinin hazırlanması üçün astroloji məsləhətlər vermişdir. Bu məsləhətlərə mətbuat konfransların, debatların başlama vaxtı, Konqresə müraciət və ya prezident təyyarəsinin nə zaman uçması kimi bildirişlər daxil idi. Kviqli astrologiya üzrə 3 kitabın və “Ağ evin astroloqu” kimi fəaliyyət göstərməsi haqda memuarların müəllifidir. == Bioqrafiyası == Coan Kviqli 10 aprel 1927-ci il tarixində Missuri ştatının Kanzas-siti şəhərində anadan olmuşdur. Onun anası Zelda Kviqli həmçinin astrologiya ilə maraqlanmışdır. Atası Con isə vəkil olmuşdur. Öz bacısı Rutla birlikdə Coan özəl məktəblərdə təhsil almışdır.
Coan Riverz
Coan Riverz (ing.
Coan Roulinq
Coan "Co" Mürrey (ing. Joanne "Jo" Murray, qızlıq soyadı — Roulinq (ing. Rowling); 31 iyul 1965[…]) — Britaniyalı yazıçı. Coan Ketlin Roulinq (ing. J. K. Rowling, Joanne Kathleen Rowling) adı altında, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının yazıçısı kimi bilinir. 2004-cü ildən bəri Böyük Britaniyanın ən varlı qadınıdır və o cümlədən bir müddət dünyanın ən varlı qadını idi. O, həmçinin Robert Qalbreyt (ing. Robert Galbraith) adı altında Kormoran Strayk detektiv romanlar seriyasını yazır. == Həyatı == Valideynləri: Piter Ceyms Roulinq (ing. Peter James Rowling) və Enn Volant (ing.
Dan Stav
Dan Stav (d. 8 may 1956, Hayfa, İsrail) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) == Ailəsi == Gili Stavdır.
Krav-maqa
Krav-maqa (ivr. קרב מגע: "yaxın döyüş") — İsrail hərbiçiləri tərəfindən inkişaf etdirilən və hal-hazırda istifadə edilən döyüş sənətlərindən biridir. Krav-maqa İsrail Silahlı Qüvvələri tərəfindən müəyyən dəyişikliklər edilərək istifadə edilir. Döyüş sənətindən müəyyən öldürmə texnikaları çıxarılaraq İsrail hərbiçiləri tərəfindən özünümüdafiə məqsədi ilə istifadə edilir. == Etimalogiyası == Təmas mənası verən maga (מגע) ifadəsi ilə "döyüş" mənasını verən krav (קרב) ifadəsindən ibarətdir. Digər dillərə əsasən yaxın döyüş olaraq tərcümə edilir.
La-Qrav
La-Qrav (fr. La Grave, oks. La Grava) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. La-Qrav kantonuna daxildir. INSEE kodu — 05063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 497 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə (alpinizm, qayaya dırmanma, su idman növləri, qış idman növləri və yaşıl turizm) əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 347 nəfər arasında (15-64 yaş arasında) 279 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 80,4%, 1999-cu ildə 77,7%).
Malik Tiav
Malik Tiav (14 yanvar 2000, Düsseldorf) — Alman-Finlandiyalı peşəkar futbolçu,. Hal hazırda İtaliyanın "Milan" klubunda mərkəz müdafiəçisi kimi çıxış edir. == Karyerası == Uşaqlıqda Tiav, Almaniyanın Düsseldorf şəhərinin "TV Kalkum-Wittlaer" klubunda oynayıb. Daha sonra "Fortuna Düsseldorf", "Bayer 04 Leverkusen" və "Borussia Münhenqladbax" klublarının uşaq komandalarında oynayıb. 2015-ci ildə "Şalke 04" klubunun gənclər akademiyasına qoşulur.O, 7 mart 2020-ci ildə Bundesliqada "Hoffenhaym" klubuyla 1–1 hesablı heç-heçə ilə bitmiş oyunda "Şalke"nin heyətində peşəkar debüt etdi. === Milan === 29 avqust 2022-ci ildə Tiav, A Seriyası klubu "Milan" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə bağladı.