ÇANAQ
ÇAPAR GETMƏK
OBASTAN VİKİ
Çap
Kalibr (ar: ‏قالب / qālib, Az: qəlib), 1 düymənin yüzdə birinə bərabər olan ölçü vahididir. 1 kalibr 0,254 millimetrə bərabərdir.
4D çap texnologiyaları
4D Texnologiyaları - 3D Texnologiyalarından sonra 4-cü nəsil hesab olunan daha təkmilləşdirilmiş və genişləndirilmiş texnologiyalarıdır. ABŞ-nin Harvard Universitetinin alimlərindən ibarət qrup 3D-printerdə çap edilən obyektlərin formasını dəyişdirmək üçün proqramlaşdırmağa imkan verən texnologiya hazırlayıblar. Bu halda dəyişikliklər dördüncü ölçü adlandırılan zaman kəsiyində baş verdiyinə görə texnologiya 4D-çap adlandırılıb.Təbiətdə artıq mövcud olan mexanizmlər, məsələn, xarici stimullardan asılı olaraq öz formasını dəyişdirmək qabiliyyətinə malik bitkilər alimləri 4D-çap texnologiyasını hazırlamağa ilhamlandırıb. rusbase.com saytının məlumatına görə, 3D-printerdə mürəkkəb əvəzinə sellüloz liflərindən ibarət olan hidrogeldən istifadə olunur. Çapdan sonra hidrogel dərhal bərkiyir. Lakin bu kimi hidrogellərdən çap edilmiş struktur suya salındıqda sellüloz liflər qeyri-bərabər şəkildə şişərək bütün obyektin formasını dəyişdirir. Alimlər tərəfindən hazırlanmış riyazi model çap edilmiş strukturların suda istənilən formaya çevrilməsi üçün sellüloz lifləri gel üzərinə yerləşdirilmə qaydasını əvvəlcədən planlaşdırmağa imkan verir.
Yüksək keyfiyyətli çap
Yüksək keyfiyyətli çap (en. letter quality (LQ)) – matrisli printerdəki çapın yazı makinasında yazılmış mətnin keyfiyyətindən geri qalmayan keyfiyyəti. Adından göründüyü kimi (ingiliscə “letter” – “məktub”), belə çap keyfiyyəti işgüzar yazışmalara qoyulan tələblərə uyğun olur. Termin bir qədər köhnəlib, çünki lazerli və şırnaqlı printerlər daha yüksək keyfiyyətli çap təmin edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Çoxkeçidli çap (İnformatika)
Çoxkeçidli çap (İng. multiple-pass printing, ru. многопроходная печать )- matrisli printerlərdə: hər bir sətri ikinci dəfə birincinin üzərinə çap etmək üçün çap başçığının bir neçə keçid etməsindən ibarət olan çap üsulu. Bu üsuldan çapın kontrastlığını yaxşılaşdırmaq və düzləndirmə xətalarını hamarlamaq məqsədilə istifadə olunur. Yaxşı printerlərdə ikinci keçiddən öncə kağız azca yuxarı sürüşür, buna görə də simvolların nöqtələri üst-üstə düşərək daha aydın (dəqiq) və tünd görüntü yaradır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ərəb ölkələrində çap mətbuatı
Ərəb çap mediasının əksəriyyəti zəif iqtisadi bazada mövcud olmuşdur. Onlar savadlı əhalinin az olması və bir çox yerlərdə məhdud gəlirdən əziyyət çəkirdilər.Eyni zamanda satışdada məhdudiyyət vardır, beləki mediada reklamdan istifadə çox geniş inkişaf etməmişdir. Hətta bəzi Ərəb ölkələri və fiziki şəxslərin 20-ci əsrin ikinci yarısında varlanmasına baxmayaraq, onlar reklamı ciddiyyətə almır və medianı önəmli investisiya kimi görmürdülər. == Tarixi == Mətbu xəbərlərini daşıyan ərəblər tərəfindən yazılmış ilk nəşr olunan Jurnal-al-İraq olmuşdur və 1816-cı ildə ərəb və türk dillərində Bağdadda çıxmağa başlamışdır.İki ərəb qəzeti 1820-ci illərdə Qahirədə nəşr olunmağa başlamış və bundan sonra 1847-ci ildə Əlcazairdə,1858-ci ildə Beyrutda, 1860-cı illərdə Tunis, Dəməşq və Ttipoli Liviyada, 1879-cu ildə San`a, 1889-cu Kasablanka və 1908-ci ildə Məkkədə qəzetlər çıxmağa başlayır . == Livan və Misirdə == Çap mediasının aparıcı mərkəzləri Livan və Misir olmuşdur və bu ölkələrdə bir çox ərəb ölkələrindən daha erkən vacib xəbərlər çap olunurdu. Onlar 21-ci əsrə qədər jurnalistikada aparıcı səviyyəsini saxlaya bilmişdir. İlk gündəlik ərəb qəzeti 1873-cü ildə Beyrutda çıxmış al-Ahram olmuşdur.Bu günə qədər də aparıcı gündəlik qəzetdir. 1875-ci ildə Misirdə buraxılmağa başlayır. 21-ci əsrdə yalnız Misir yarım milyondan çox gündəlik dövriyyəsi olan çap mediasına malik idi. Onun aparıcı iki gündəlikləri olan al-Ahram və al-Akbar 700 mindən çox nüsxə və al-Jumhuriyya 400 mindən çox nüsxə satmışdır.
выступа́ющая дошвырну́ть залеза́ние начётник обмы́ливание притащи́ть синопти́ческий усоверши́мость да́льше - больше недальнови́дность переидеологизи́рование поля́рный стяжа́тель autobiographist gimlet-eyed goose-wing hot mooner one-celled sainted sharper welting лицедейство подмыть скипидарный составить