Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. == Həyatı == Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir.
Fuqu
Fuqu — balıq növü. Fuqu qida növü kimi dünyada ən təhlükəli məhsullardan sayılır. Bu məhsulun yaratdığı tetradoksini kurare (bitkidən alınan tünd zəhər) adlı məhsuldan 25 dəfə, sianiddən isə 275 dəfə daha güclü tərkibə malikdir. Zəhər tənəffüs orqanlarında iflic yaradır, insan bir neçə dəqiqə ərzində dünyasını dəyişir. Bu balıqdan yalnız xüsusi lisenziyası olan aşpazlar istifadə edirlər və fuqunu hazırlaya bilərlər. Lakin bütün bunlara baxmayaraq hər il bu balıqdan ölən insanlar olur. Artıq problem həll edilir və Yaponiyada cənubi Ehime adlı yerdə balıq ferması yaradılmışdır, hansı ki, bura il ərzində bazara 50 mindən artıq zəhərsiz balıq göndərir. Aşpazlar isə düşünür ki, zəhərli fuqu öz məşhurluğunu hələ də saxlayır . Fuqu restoranlarına gəlib bu balıqdan yemək istəyənlər, yalnız yemək üçün bura gəlmirlər, onlar eyni zamanda əsəblərini də qıcıqlandırmağı sevirlər.
Çudu
Çudu - Dağıstan xalqlarının milli yeməyi. Yağlı, yumşaq qoyun və ya mal əti yuyulub ət maşınından keçirilir, tavaya yaxud qazana qoyulur. Üzərinə su tökülür, duz əlavə olunur. Ocağa qoyulur. Suyu lap azalanda xırda doğranmış soğan tökülür, qarışdırılır. Soğanla bir az qovrulur. Sonra ocaqdan düşürülüb, istiot vurulur. Qiyməni ödəyəcək qədər un ələnir, içərisinə duz, su tökülüb xəmir yoğrulur. Həmin xəmirdən kündələr tutulub, diametri 9-10 sm, qalınlığı 1,5-2 mm olan yuxalar yayılır.Bu yuxaların bir üzünə qaşıqla həmin qiymədən qoyulur, o biri hissəsi isə qiymənin üstünə qatlanıb kənarları bükülür. Sonra isə hər iki tərəfi yağ qoyulmuş tavada qızardılıb yeməyə verilir.
Akama-cinqu
Akama məbədi (赤間神宮, Akama-cinqu) – Yaponiyanın Yamaquçi prefekturasının Şimonoseki şəhərində yerləşən şintoist məbədi. Qenpey müharibəsi zamanı öldürülmüş İmperator Antokuya həsr olunmuşdur. Meyci islahatına qədər buddist məbədi olmuşdur. == Tarixi == 1185-ci ildə baş verən və Qenpey müharibəsinin həlledici döyüşü olan Dan-no-ura dəniz döyüşündə Minamoto klanına məğlub olan Tayra klanının bir çox üzvü, eləcə də, 7 yaşlı İmperator Antoku suda boğdurularaq öldürülmüşdür. Antokunun nəşi tapılmış və Akamaqesekidə yerləşən bir buddist məbədinin yaxınlığında basdırılmışdır. 1191-ci ildə İmperator Qo-Toba buddist məbədinin adını Amida məbədi olaraq dəyişdirmiş və Antokunun ruhuna dua etmək üçün memorial zalı tikməyi əmr etmişdir. 1875-ci ildə Meyci hökuməti məbədi şintoist məbədinə çevirmiş və adını Akama məbədi olaraq dəyişdirmişdir. == Xüsusiyyətlər == Məbəddə saxlanılan ən əhəmiyyətli əşya XIII əsrə aid olan "Heykenin nağılı" əsərinin əlyazmasıdır. Bu əlyazma "Naqato-bon" adı ilə tanınır. Məbədin illik festivalı hər ilin 7 oktyabr tarixində baş tutsa da, məbəd daha çox hər ilin 23-25 aprel tarixlərində keçirilən Senteysan festivalına görə tanınır.
Atsuta-cinqu
Atsuta məbədi (熱田神宮, Atsuta-cinqu) – Yaponiyanın Ayçi prefekturasının Naqoya şəhərinin Atsuta rayonunda yerləşən şintoist məbədi. Deyilənə görə əfsanəvi qılınc Kusanaqi bu məbəddə saxlanılır. == Tarixi == Əfsanəyə görə məbəd əfsanəvi döyüşçü Yamato Takerunun həyat yoldaşı tərəfindən IX əsrdən öncə tikilmişdir. Belə ki, Yamato Takeru Şərqi Yaponiyanı imperator hakimiyyətinə tabe etməyə çalışarkən Kusanaqi sayəsində möcüzəvi şəkildə sağ qalmışdır. Yerli əfsanəyə görə isə məbəd VIII əsrdə Çin imperatoru olmuş Syuan-tszunun sevimli məşuqəsi Yan Quyfeyə həsr olunmuşdur. Syuan-tszu Yaponiyanı işğal etmək planı qursa da, vaxtının çoxunu Yan Quyfeyə sərf etdiyi üçün Yaponiya xilas olmuşdur. 808-ci ildə məbəd böyük populyarlıq qazanmağa başlamışdır, belə ki, həmin il ritualist İnbe no Hironari məbədin saraya qarşı olan laqeydliyinə etiraz etmişdir. Bu dövrdən etibarən məbəd ən yüksək dərəcəli məbəd olmuş və böyük ianələr qəbul etmişdir. Atsuta məbədi imperatorluq sarayının, XV əsrdən etibarən isə Muromaçi və Tokuqava şoqunluqlarının hamiliyində olmuşdur. Məbədin xüsusi statusu İmperator Meycinin 1868-ci ildə taxta çıxdığı vaxtda da tanınmışdır.
Burulma çubuğu
Torsion bar və ya burulma çubuğu ümumiyyətlə tanklar və ya Zirehli transportyor kimi zirehli maşınlarda avtomobilin gövdəsi ilə yol arasında əlaqəni çevik vəziyyətə gətirmək üçün istifadə edilən bir cihazdır. Belə qurğular İkinci Dünya Müharibəsi zamanı tanklarda istifadə edilmiş qayçı və qıvrım yaylardan ibarət ənənəvi asqı (transmissiya) mexanizmlərini sadələşdirmək və təkmilləşdirmək məqsədilə hazırlanmışdır. İkinci Dünya Müharibəsi illərində tankların atış məsafəsinin və silah daşıma qabiliyyətinin artırılması zərurəti bu döyüş maşınlarının çəkisinin artması ilə nəticələndi. Ənənəvi asqı sistemləri öz çəkilərinə, strukturlarına görə yüksək keyfiyyətli metaldan istifadə zərurəti və istehsal çətinliklərinə görə kifayət etməmiş və bu mexanizmlərlə əvəz edilmişdirlər. 50-60 ton ağırlığında olan tanklar bu az yer tutan və daha ucuz başa gələn mexanizmlərin köməyi ilə daha effektiv döyüş maşınlarına çevrilmişdirlər. Burulma çubuqlu asqı sistemi, adından da göründüyü kimi, yükün təsiri ilə metal çubuğun burulması prinsipi ilə işləyir. Xüsusi metal ərintilərindən istehsal edilən burulma çubuqlarının bir ucu avtomobilin gövdəsinə, digər ucu isə palet və ya təkərə birləşdirilərək yol və avtomobil arasında çevik əlaqə təmin edilir. Burulma çubuğu asqı sistemləri bir müddət bəzi avtomobillərdə əsas asqı mexanizmi kimi istifadə edilmişdirlər. Bu gün oxşar birləşmələr hələ də müstəqil asqı sistemi olmayan bəzi avtomobillərin arxa oxlarında istifadə olunur.
Enuqu ştatı
Enuqu ştatı (ing. Enugu State) — Nigeriyanın Cənub-şərgi geosiyasi zonasında ştat. == Adı == Enuqu ştatı öz adını onun paytaxtından alıb. İqbo dilində Énú Ụ́gwụ́ təpə zirvəsi demək.
Hadisə üfüqü
Hadisə üfüqü — işıq və maddənin artıq qaça bilmədiyi bölgəni sərhədləyən qurşaq. Hadisə üfüqü hər hansı bir fiziki araşdırma edə bilmədiyimiz bir kosmos parçasıdır. Nə hadisə üfüqündən kənarı bilinən qanunlarla açıqlama imkanı var, nə də orada nə olub bitdiyini bilməyin bir yolu var. Bir ulduzun hadisə üfüqü ulduzun çökmədən əvvəlki kütləsi ilə mütənasibdir. Məsələn, kütləsi 10 günəş kütləsi olan bir ulduz içə çöküb qara dəlik halına gəldiyində diametri 60 km olan bir hadisə üfüqünə sahib olur. Bir qara dəlik maddə udduqca hadisə üfüqünü genişlədir, hadisə üfüqü genişləndikcə də daha güclü qravitasiya sahəsinə sahib olur. Qara dəliyin hadisə üfüqündə nəzəri olaraq zaman tamamən dayanır. Bəzi qara dəliklərdə iki hadisə üfüqü vardır. Bəziləri "hadisə üfüqü" termini yerinə qara dəliyə çox da uyğun olmayan "qara dəliyin səthi" terminini istifadə edirlər. (Terminin uyğun olmamasının səbəbi bir planet və ya ulduzdakı kimi qatı və qazlardan təşkil olan bir səthinin olmamağıdır.) Lakin burada bəzi xüsusi xüsusiyyətlər göstərən bir bölgədən danışılmır; bir müşahidəçi qara dəliyə üfüqü aşacaq qədər yaxınlaşmış ola bilsəydi, özünə səth təəssürat sağlayacaq heç bir xüsusiyyət və ya dəyişiklik hiss edə bilməyəcəkdi.
Harunun çubuğu
Harunun çubuğu — Tövratda Musanın qardaşı Harunun daşıdığı çubuq. == Təsviri == Harun Musanın böyük qardaşıdır, Levi qəbiləsinin nümayəndəsi kimi ona xüsusi vəzifələr verilmişdi. O, İsrail övladlarının səhrada səyahəti zamanı onların baş kahini kimi fəaliyyət göstərmişdir. Yəhudilərin kahinliyi Harundan sonra onun oğullarına tapşırılmışdı. Onun kahin paltarları şər ruhları öz zəngləri ilə qov qızılı fəqərələrlə bəzədilmişdi. Əlində buxurdan və çubuq tutmuşdi. Rəvayətə görə, İsrailin 12 qəbiləsi arasında birincilik uğrunda mübahisədə onların hər birinin başçısı özü ilə çubuq gətirirdi. Ertəsi gün məlum olmuşdu ki, Harunun gətirdiyi Levi qəbiləsinin çubuğu badam ağacına çevrilmişdi. Döllənməmiş meyvələr əfsanəsi orta əsrlərdə badamın bakirə təmizliyin simvolu kimi qəbul edilməsinə səbəb olmuşdur. Harun çubuğunun əfsanəsi Məryəmin əli üçün iddiaçılar arasından Yusifin seçilməsi hekayəsi üçün bir prototip rolunu oynamışdı.
Heyan-cinqu
Heyan məbədi (平安神宮, Heyan-cinqu) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi. Yaponiya imperatorları Kanmu və Komeyə həsr olunmuşdur. == Haqqında == Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir. Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur. Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır. Məbəd bağçalarına görə tanınır. İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur. 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur. Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir. Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.
Kehi-cinqu
Kehi məbədi (氣比神宮, Kehi-cinqu) – Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yerləşən şintoist məbədi. Girişində yerləşən torii Yaponiyadakı ən böyüklərindən biridir. == Həmçinin bax == Cinquların siyahısı == Xarici keçidlər == Vikianbarda Kehi məbədi ilə əlaqəli mediafayllar var.
Meyci-cinqu
Meyci məbədi (明治神宮, Meyci-cinqu) – Tokionun Şibuya xüsusi rayonunda yerləşən şintoist məbədi. Məbəd İmperator Meyciyə və onun həyat yoldaşı İmperatriça Şokenə həsr olunub. Lakin imperatorun qəbri bu məbəddə deyil, Kiotonun cənubunda – Fuşimi-momoyamada yerləşir. İmperator Meycinin 1912-ci ildə ölməsindən ardından Yaponiya parlamenti onun Meyci islahatındakı rolunu xatirələşdirmək qərarına gəldi. Meyci və həyat yoldaşı Şokenin ziyarət etdikləri Tokiodakı bir süsən bağçası məkan kimi seçildi. Tikinti işlərinə İto Çuutanın başçılığı altında 1915-ci ildə başlanıldı və məbəd ənənəvi naqare-zukuri üslubunda tikildi. Məbədin tikintisi milli layihə idi və bütün Yaponiya boyunca gənclər və mülki təşkilatlar tikintidə köməklik göstərdilər. Məbədin əsası 1920-ci ildə qoyulsa da, məbədin özü 1921-ci ildə tamamlandı. 1926-cı ildə isə zəmini bitirildi. 1946-cı ilə qədər məbəd Kanpey-tayşa (官幣大社) statusuna malik idi.
Selfi çubuğu
Selfi çubuğu (ing. selfie stick) — smartfon və ya qol uzunluğu kənarında kamera ilə selfi tutmaq üçün bir monopod.
Çuqul adası
Çuqul adası (ing. Chugul Island) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. İqitkin adasından cənub-şərqdə, Taqalak adasından isə qərbdə yerləşir. Maksimal hündürlüyü 118 metrdir.
İmperatriça Cinqu
İmperatriça Cinqu (170, Kioto, Kioto prefekturası – 269, Kioto, Kioto prefekturası) — Yaponiya imperatriçası. Cinqu 169-cu ildə anadan olub. Yaponiyanı 201-269-cu illərdə qədər idarə etmişdir. İmperator Çayın həyat yoldaşıdır. Bundan başqa, İmperatriça Cinqu ərinin ölümündən sonra 269-cu ildə oğlu taxta gələnə qədər ölkəyə rəhbərlik etmişdir. Yaponiya imperatorları siyahısına görə Yaponiyanı imperiya sistemi ilə idarə edən 15-ci hökmdardır. Amma bəzi mütəxəssislər əslində 15-ci hökmdarın oğlu olduğunu müdafiə edirlər.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
Andryu Tomas Mluqu
Andryu Tomas Mluqu (12 noyabr 1995) — Tanzaniyalı cüdoçu. Andryu Tomas Mluqu Tanzaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Andryu Tomas Mluqu birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Avstraliyanın nümayəndəsi Ceyk Bensted ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu. Mluqu Ölkələrin Paradında Tanzaniyanın bayraqdarı idi.
Hadisə Üfüqü Teleskopu
Hadisə Üfüqü Teleskopu (HÜT) (ing. Event Horizon Telescope (EHT)) radio teleskop sistemi olub qlobal teleskop şəbəkəsi təşkil edir. Hadisə Üfüqü Tekeskopu layihəsi Yer kürəsinin müxtəlif nöqtələrində bir-birindən uzaqda bucaq imkanı kifayət qədər olan 8 kəskin uzun bazisli interferometrik stansiyalardan məlumatları birləşdirərək super massiv Qara Dəliyin Hadisə Üfüqü kimi nəhəng obyekləri müşahidə etməyə imkan verir. Proyektin hədəfi Yer Kürəsindən ən böyük bucaq diametrində iki Qara Dəliyi müşahidə etməkdir. Müşahidə məntəqələri cD tipli ovalvari super nəhəng Messier 87 qalaktikasının mərkəzindəki Qara Dəlik və Süd Yolu qalaktikanısının mərkəzində yerləşən Sagittarius A* Qara Dəliyidir. == Messier 87* == Hadisə Üfüqü Teleskopu Əməkdaşlığı özünün ilk uğurlu nəticəsini 10 aprel 2019-cu il tarixdə eynianda 6 müxtəlif bölgələrdə keçirilmiş mətbuat konfransında açıqlamışdır. Məlumatda birbaşa Messier 87 qalaktikasının mərkəzindəki Qara dəliyin şəkli göstərilərək M87 adı altında qeyd olunmuşdur. Elmi nəticələr 6 məqalədə The Astrophysical Journal Letters jurnalının 875-ci sayında nəşr olunmuşdur.
Çuqun körpüsü (Vladiqafqaz)
Çuqun körpüsü Rusiyanın , Şimali Osetiya bölgəsində Vladiqafqaz şəhərindəki Terek çayı üzərində yerləşir. Şəhərin çay hissəsini mərkəzlə birləşdirir. Körpüdən Terekin sol sahilində General Pliev küçəsi başlayır. Sağ sahildə körpü Ştıba meydanına gedir. 1860-cı ildə İngiltərədə şəhər rəhbərliyinin əmri ilə çuqun körpü hazırlanmışdır. Daha sonra, Vladiqafqaza çatdırılmış, quraşdırılmış və 22 noyabr 1863-cü ildə açılışı olmuşdu. Əvvəlcə Qafqaz valisi Böyük Qubernatorun Mixail Nikolayeviç Romanovun həyat yoldaşı Olqa Fedorovnanın şərəfinə "Olginski körpüsü" adlandırılmışdı. Körpünün uzunluğu 104 m və eni 6.5 m təşkil edirdi. 1902-ci ildə tramvay qurmağa başlayan və Olginski körpüsündə izlər qoyan Belçika və Alman mühəndisləri Vladiqafqaza gəldi. 1930-cu illərin əvvəllərində, Elektrosink zavodunun ehtiyacları üçün körpünün şimal tərəfində su kəməri quruldu.
Hadisə üfüqü (film)
Hadisə üfüqü (ing. Event Horizon) — 1997-ci ildə Pol V. S. Anderson tərəfindən çəkilmiş elmi fantastika qorxu filmi. Baş rollarda Lorens Fişborn, Sem Nill, Ketlin Kuinlan və Coeli Riçardson oynuyub. Filmin çətin istehsal tarixi var idi: Paramount Pictures-ın əsas layihəsi olan "Titanikin" planlaşdırıldığı vaxtda buraxılmayacağı məlum olanda, studiya tələbi ilə "Hadisə üfüqü" çəkilişləri və montaj işləri tələsik halda başa çatdırılmışdı. Filmin ilkin 130 dəqiqəlik versiyası ciddi şəkildə düzəliş edilib, qısaldıranda, rejissorun narazılığına səbəb olmuşdu. Buraxıldıqdan sonra film həm kommersiya baxımından, həm də film tənqidçiləri arasında ümidləri doğrultmadı və 60 milyon dollarlıq büdcədən cəmi 42 milyon dollar gəlir əldə etdi. Ancaq sonradan videodaşıyıcı vasitəsiylə yaxşı satılmağa başladı; DVD versiyasının yayılması o qədər gəlirli idi ki, buraxıldıqdan bir müddət sonra Paramount silinmiş materialların bərpası işinə başlamaq üçün Andersonla əlaqə saxladı. Lakin məlum oldu ki, kadrlar ya itib, ya da məhv edilib. O vaxtdan bəri film tədricən kult statusu qazandı, populyar mədəniyyətin digər əsərlərində ona istinadlar tez-tez rast gəlinir. == Məzmun == Filmin süjeti 2047-ci ildə baş verir, itkin düşmüş və sonradan Neptunun orbitində peyda olan "Event Horizon" kosmik gəmisini astronavtlardan ibarət komandanın geri qaytarması və ekipajını xilasetmə missiyasının icrasından bəhs edir.
Fuqu (tayfa)
Fuqu — Qədim telelərin bir qolu. Başçılarının titulu eltəbər idi. Bu tayfa Tanq Taiçonq dövründə Çinə tabe olmuşdu.
Liu Luqu
Liu Luqu - Tiefu konfederasiyasının şərqdəki III başçısı. Atası Liu Fulun idi. 285-ci ildə hakimiyyətə gəlmişdi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Toba sülaləsindən bir şahzadə ilə evlənmişdi. Bu evlilikdən Liu Kuren və Liu Tucuan adlı övladları olmuşdu.