Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çurum Meru
Anxel şəlaləsi — Venesuelanın cənubundakı Bolivar ştatında yerləşən şəlalə. Yerli əhalinin dilində Kerepakupai meru və ya Churun meru adlanır. Cənubi Amerika materikində yerləşir. == Haqqında == Anxel dünyada ən hündür şəlalədir, ümumi hündürlüyü 979 metrdir. Digər bir çox sənədlərə əsasən isə 1054 metr sayılır. Suyun aşağı tökülməsi hündürlüyü, yəni hündürlükdən axım zamanı su arası kəsilmədən 807 metrlik yeri əhatə edir. Şəlalənin adı isə pilot Ceyms Anxelin şərəfinə qoyulmuşdur, 1935-ci ildə şəlalənin üzərindən uçuş zamanı buranı kəşf etmişdir. Şəlalə Venesuelanın tropik meşələrində yerləşir və həmin ərazinin milli parkı sayılan "Canaima" nın səlahiyyətindədir. Şəlalənin coğrafi koordinatı – 5°58′03″ şimal, 62°32′08″ qərb hissə. Şəlalə Çurun çayının Karao qolunun üzərində yerləşir.
Çürük borolar
Çürük borolar (ing. rotten boroughs) — Birləşmiş Krallıqda XVIII əsrin sonu və XIX əsrin əvvəllərində əhalisi boşaldılmış, lakin parlamentdə təmsilçiliyini qoruyub saxlayan kənd və şəhərlər. Bu qəsəbələrdə seçicilərin səsləri çox vaxt yerli ev sahibi tərəfindən idarə olunurdu. Çox vaxt İcmalar Palatasında bir yer sadəcə alınırdı ki, bu da bir neçə onlarla seçici üçün çətin deyildi. 1832-ci il islahatından əvvəl parlamentə 2 deputat göndərən və yalnız 7 sakinin səsvermə hüququ olan Surreydəki Qatton qəsəbəsi "rekordçu" idi. Eyni zamanda, bir çox yeni böyük sənaye mərkəzləri, məsələn, Birmingem, parlamentdəki təmsilçilikdən tamamilə məhrum edilmişdi. Təkcə fəhlələr deyil, sənaye burjuaziyasının bir çox nümayəndələri də səsvermə hüququna malik deyildilər. 1815-ci ildə 20 milyondan çox olan Birləşmiş Krallıq əhalisinin yalnız 160 min nəfərinin səsvermə hüququ var idi. Sənaye şəhəri Yorkşir cəmi 2 deputatla təmsil olunmuşdu. == İstinadlar == == Xarici keçidlər == Сэр Фрэнсис Бердетт Spielvogel, Western Civilization — Volume II: Since 1500 (2003) p.
Uruz bəy
Uruz bəy —Dədə Qorqud boylarında oğuz igidlərinin ən səciyyəvi nümayəndələrindən biri. O, qorxmaz, cəsur, əyilməz bir döyüşçüdür. Uruz Qazanxanın oğludur. Atası Qazanxanın uğrunda vuruşaraq onu əsirlikdən qurtarır. Özü yağıya əsir düşəndə isə oğuz elinin şərəfini uca tutur. Anasının ləyaqətinin tapdanmaması üçün tərəddüd etmədən tikə-tikə doğranmağa razı olduğunu bildirir. Uruz anasını da namusla yaşamağa çağırır.Uruz bəy mərd namuslu bir oğuz türkü idi.
Çurui Nauman Fili Muzeyi
Çurui Nauman Fili Muzeyi (忠類ナウマン象記念館, Çurui Nauman-zo Kinenkan) – Yaponiyanın Hokkaydo prefekturasının Makubetsu qəsəbəsində yerləşən fosil muzeyi. Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. == Tarixi == Muzey 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə 2 avqust 1988-ci ildə açılmışdır. Bu fosil 26 iyul 1969-cu ildə Çuruidə ferma yolu tikintisi zamanı təsadüfən kəşf edilmişdir. Ərazidə qazıntı-tədqiqat işləri aparılmış və Nauman filinə aid 46 fosilləşmiş sümük (diş, xortum, ayaq sümükləri) tapılmışdır. Yaponiyada fil fosili tapmaq çox nadir hal olduğu üçün Çuruidə tapılmış bu fosil əsasında Yaponiyanın müxtəlif muzeylərində sərgilənən 23 ədəd Nauman fili rekonstruksiyası yaradılmışdır. Bundan əlavə, 1970-ci ildə aparılmış əlavə qazıntı işləri zamanı mamonta aid azı diş və Nauman filinə aid ayaq izləri tapılmışdır. Bu mamont azı Hokkaydoda mamontların yaşadığını təsdiqləmişdir. == Xüsusiyyətlər == Fosil üçün qazıntı işlərinin aparıldığı ərazidə abidə və lövhə quraşdırılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır.