Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamlu dərəsi
Culfa rayonu ərazinində yer. Orta əsrlərdə Azərbaycanda dərə məfhumu bir sıra yaşayış yerlərininolduğu vadi, bəzən mahal mənasında da işlədilirdi. Əmir Teymurun oğlu Miranşahın 27 ramazan 798 (4.7. 1396)il tarixli fərmanında Culah (Culfa) qəsəbəsindən toplanan mal və müstəvəccihatın soyurqal olaraq marakanlı Dursuna verildiyi göstərilir. Marakan( Maraqan) Culfa ətrafında Şamlı(Şamluq) dərəsində kənd olmuşdur.Şahruxun 8 məhərrəm 838(14.8.1434)il tarixli fərmanından məlum olur ki.Şeyx Dursun Qaraqoyunlu hökmdarı Cahanşahın hakimiyyəti dövründə yüksək nüfuzlu şəxs olmuş və onlara rəğbət bəsləmişlər.
Şatlü (Alye)
Şatlyu (fr. Châtelus) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03068. 2008-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 80 nəfərin (15-64 yaş arasında) 65-i iqtisadi cəhətdən, 15-i fəaliyyətsizdir (fəaliyyət göstəricisi 81.3%, 1999-cu ildə 74.7%). Fəal olan 65 nəfərdən 58 nəfər (34 kişi və 24 qadın), 7 nəfər işsiz (4 kişi və 3 qadın) idi. 15 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 5 nəfər təqaüdçü, 7 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şatlü (İzer)
Şatlyu (fr. Châtelus) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38092. Kommunanın 2012-ci il üçün əhalisi 89 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 229 ilə 1269 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 32 km cənub-qərbdə yerləşir.
Əhməd Şamlu
Əhməd Şamlı (farsca: احمد شاملو; 12 dekabr 1925, Tehran – 24 iyul 2000 və ya 23 iyul 2000, Kərəc, Tehran ostanı) — A.Bamdad ədəbi təxəllüsü ilə tanınan iranlı şair, yazıçı və jurnalist. O, müasir İranın ən vacib şairlərindən biri hesab olunur. İlk şeirlərini Nima Yuşiçin təsiri altında yazmış, onun ənənələrini davam etdirmişdir. İranlı ədəbi tənqidçi Abduləli Dastgib Şamlının müasir İran poeziyasının qabaqcıllarından biri olduğunu və Nimadan sonra öz dövrünün şairlərinə ən çox təsir göstərən şair olduğunu söyləmişdir. Şamlının şeirləri mürəkkəb olsa da, təsvirləri anlaşıqlıdır. O, İran oxucularına Hafiz və Ömər Xəyyamın şeirlərindən tanış olan ənənəvi təsvirlərdən istifadə etmişdir. Şamlının şeirlərində gündəlik təsvirlərdə təcəssüm etdirilən oksimonorik elementlər abstraktlığın qeyri-reallığı, eyni zamanda da reallıq ilə vəhdət təşkil edir. İran poeziyasında görülməyən bu metod ənənəvi şeriyyat pərəstişkarlarının bəzilərini narahat etmişdir. Şamlı fransız dilindən farscaya çoxlu tərcümələr etmiş, eyni zamanda, öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur. Bundan əlavə, o, çox sayda pyes yazmış, İran poeziyasının önəmli klassik şairlərinin, xüsusilə də Hafizin əsərlərini redaktə etmişdir.
Saku Heyskanen
Saku Heyskanen (29 sentyabr 2001-ci ildə Finlandiyada anadan olub) — 1899 Hoffenhaym klubundan icarə əsasında Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Heyskanen Maski akademiyası vasitəsilə inkişaf etmişdir. O, 9 yaşı olarkən Honka akademiyasına qəbul olmuşdur. Heyskanen öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Malminkartanon klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Roni Huhtalanı əvəz etmişdir. Finlandiya Kuboku görüşündə Honka rəqibinə 6-0 hesabı ilə qalib gəlmişdir. 8 avqust 2017-ci ildə Heyskanen Bundesliqa təmsilçilərindən olan 1899 Hoffenhaym klubu ilə müqavilə imzalamışdır. 2018-ci ilin yayında Heyskanen Finlandiya İkkonen təmsilçilərindən olan Klubi 04 klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Heyskanen klub ilə debütünü isə 1 sentyabr 2018-ci ildə JJK klubuna qarşı oyunda etmişdir. O, 20-ci dəqiqədə Yulius Tauriaynen ilə əvəz olunmuşdur.
Saku Ylatupa
Saku Ylatupa (4 avqust 1999, Espoo) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Saku 1999-cu ildə Espoo şəhərində anadan olmuşdur. Ylatupa öz peşəkar futbolçu karyerasına HJK klubunun gənclər yığmasında start vermişdir. Ylatupa bir müddət HJK klubunun reserv komandası olan Klubi 04 klubunda çıxış etmişdir. 2016-cı ildə Ylatupa HJK klubunun əsas komandasına çağırılmışdır. O, peşəkar karyerasında debütünü 2 aprel 2016-cı ildə Finlandiya Liqa Kubokunda Lahti klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə əvəz olumuşdur. 21 iyul 2017-ci ildə Ylatupa Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə üç illik müqavilə imzalamışdır.
Soen Şaku
Soen Şaku (釈 宗演, Şaku Soen, 10 yanvar 1860 və ya 1860 – 29 oktyabr 1919 və ya 1919, Kamakura, Kanaqava prefekturası) – Yaponiya buddist keşişi. Zen buddizminin Rinzay sektasına mənsub olmuşdur. O, ABŞ-də Zen buddizminə dair dərslər vermiş ilk şəxsdir. Soen Şaku 1859-cu ildə Yaponiyanın Vakasa əyalətinin Takahama yaşayış məntəqəsində doğulmuşdur. Kiotoda yerləşən Myoşin məbədində və Kamakurada yerləşən Enqaku məbədində təhsil aldıqdan sonra Keyo Universitetinə daxil olmuşdur. 1889-cu ildə universitetdən məzun olmuş, Seylon və Hindistana səyahət etmişdir. 1892-ci ildə Enqaku məbədinin abbatı təyin olunmuşdur. O, 1905–1906-cı illərdə ABŞ-də Zen buddizminə dair mühazirələr vermiş, ABŞ-də Zen meditasiyası təşkil edən ilk şəxs olmuşdur. 1906-cı ildə "Amerikalılar üçün Zen" adlı əsəri nəşr olunmuşdur. Yazıları 40 cild şəklində nəşr olunmuşdur.
Murtuza Qulu Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Mürtəzaqulu sultan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Səfiqulu bəy Şamlu
Səfiqulu bəy Səfi — Herat bəylərbəyi, şair. II Şah Abbas Mənuçöhr xanı 1662-ci ildə Qəndəhar hakimiliyindən azad edib onu təyin etdi. 1680-ci ildə Herat hakimi oldu. Türkcə kiçik həcmli divanının əlyazması Tehran Universiteti Kitabxanasında saxlanan Səfiqulu bəy Səfi Məşhəd valisi, Herat bəylərbəyi vəzifələrini icra edib.
Murtuza Qulu Xan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Apaklu
Apaklu —Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. == Toponimkası == Apaklu- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Stepanovan rayonunda) dağ adı. XX — əsrin 30-cu illərində ermənicə Apakesar idi. Qazax qəzasında Apaqe-Kar dağ adı məlumdur (yenə orada). İrəvan əyalətinin Göyçə mahalında Apaxe adlı kənd vardı. Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyada Apaxe məntəqə adı çəkilmişdir.
Bakeu
Bakeu (rum. Bacău; alm. Bakau‎; mac. Bákó; lat. Bacovia) - Rumıniyadakı Bakeu judetsinin mərkəz şəhəridir. 2016-cı ildəki 196,883 nəfərlik əhalisi ilə Rumıniyanın ən böyük 12-ci şəhəridir. == Əhalisi == === Etnik tərkibi === Rumınlar: 97.93% Qaraçılar: 0.92% Macarlar: 0.09% Yəhudilər: 0.03% Digərləri: 0.34% == İstinadlar == == Mənbə == Benda, Kálmán (2002). The Hungarians of Moldavia (Csángós) in the 16th–17th Centuries. In: Diószegi, László (2002); Hungarian Csángós in Moldavia: Essays on the Past and Present of the Hungarian Csángós in Moldavia; Teleki László Foundation - Pro Minoritate Foundation; ISBN 963-85774-4-4. Dobre, Claudia Florentina (2009).
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Makalu
Makalu (çin. 马卡鲁山,Mǎkǎlǔ Shān — «Qara nəhəng») (8485 m) — dünyanın beşinci ən hündür zirvəsi. Mahalanqur-Himal silsiləsinin şərq hissəsində yeləşir. Bölgə ümumən mərkəzi Himalaya aid olub Çinlə (Tibet Muxtar vilayəti) Nepalın sərhəddindədir. Zirvəni Everestdən 22 km-lik məsafə ayırır. Dağın zirvəsi dördtərəfli piramidanı xatırladır. Makalu səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i uğur qazana bilir. == Coğrafiyası == Dağ massivi iki zirvədən ibarətdir. Hər ikisinin hündürlüyü 8 km-i keçir: Everestdən və Lhotzedən şimal-qərb zirvəsi olan Kanqçunqze aydın görsənir.
Osanlu
Osanlu (Asanlu, Osalu, İsalu, Usanli) – Azərbaycan xalqının etnogenezində duran qurumlardan biri Osanlu elidir. Osanlular İranın Tehran və Simnan ostanlarında yaşayırlar. Osanlular İranın Zəncan ostanı ndan bu məntəqələrə köçürülüblər.
Sadhu
Sadhu (sanskr. साधु, sādhuIAST) Sadhu Hinduizmdə və Hindistan mədəniyyətində artıq hinduizmdə həyatın üç məqsədinə çatmağa can atmayan asketlər, müqəddəslər və yogilər üçün istifadə edilən bir termindir: kama (hissi həzz), artha (maddi inkişaf) və hətta dharma (vəzifə). Bir sadhu meditasiya və Allahı tanımaqla mokşaya (azadlığa) nail olmağa tam sadiqdir. Sadhular imtinanı simvolizə etmək üçün tez-tez oxra paltar geyinirlər. Adətən sadhular dünyadan və maddi həzzlərdən imtina etmiş rahiblərdir. Onlar Hindistanın mağaralarında, meşələrində və ya məbədlərində yaşayırlar. Sadə insanlar çox vaxt sadhuya baba deyirlər. Bir çox hind dillərində baba ata və ya əmi deməkdir. Bəzən babaya hörmət göstəricisi olan ci — babaci şəkilçisi əlavə olunur. 2007-ci ilin statistikasına əsasən Hindistanda 4 ilə 5 milyon arasında sadhu var idi.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Saklar
Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri. Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər».
Saçlı
Saçlı (Abaran)
Şadlı
Şadlı — soyad, təxəllüs. İbrahim xan Şadlı — Şadlı elinin elbəyi, Fətəli şah Avşarın sərkərdəsi. Yarməhəmməd xan Şadlı — Şadlı elinin elbəyi, Nasirəddin şah Qacar dövründə vali. Cəfərqulu xan Şadlı — Şadlı elinin elbəyi, Nadir şah Avşarın sərkərdəsi. Aslan sultan Şadlı — Qərbi Azərbaycandakı Şadlı elinin başçısı.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Bakleu
Bakleu (vyet. Bạc Liêu ) — Vyetnamın cənub hissəsində şəhər, Bakleu vilayətinin paytaxtı. == Tarixi == Bakleu şəhərinin köhnə adı Vinhloy olmuşdur. == Coğrafiyası == Mütləq hündürlüyü dəniz səviyyəsindən 0 metrdir. Mekonq deltasında, Hoşimindən təxminən 300 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2013-cü il tarixinə əhalinin sayı 126,836 nəfər idi.
Şakir
Şakir — kişi adı. Aşıq Şakir — məşhur el aşığı Şakir Ulubəyli — yazıçı, politoloq. Şakir Salahov — Azərbaycanın Milli Qəhrəmanı. Şakir Abışov — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). Şakir Cəmilli — Azərbaycan Silahlı Qüvvələrinin giziri Şakir Hüseynov — Qarabağ müharibəsi şəhidi.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı == Həyatı == Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.
Ernesto Laklau
Ernesto Laklau (isp. Ernesto Laclau; 6 oktyabr 1935, Buenos-Ayres – 13 aprel 2014, Sevilya) — Argentinalı siyasi nəzəriyyətçi, postmarksist, həyat yoldaşı Şantal Muff ilə birlikdə yazdığı Hegemoniya və Sosialist Strategiya kitanının müəllifi. Hər ikisi 1960-cı illərin sosial və tələbə hərəkatlarının üzvü olmuşlar, ancaq öz nəzəriyyələrində ənənəvi marksizmin iqtisadi determinizmini və sinfi mübarizə üzərində siyasəti inkar etmişdirlər. Öz nəzəriyyəsini diskursiv və post-strukturalist ənənəyə əsaslandıraraq, yeni sol populist hərəkatlarına (o cümlədən də Türkiyədə HPD-yə) ideoloji təsir göstərmişdir. == Əsərləri == 1985-ci ildə yazdıqları Hegemoniya və Sosialist Strategiya kitabı yeni solçu hərəkatlar ilə sosial və gender hərəkatlarını birləşdirməyə çağırır. Sosialist inqilab əvəzinə radikal demokratiya və aqonistik plüralizm ideyalarını dəstəkləmişlər. Tarixi materializmin yerinə Laklau diskursiv və dil strukturlarını qoymuşdur. Öz nəzəriyyəsində Laklau Mişel Fukonun diskurs və güc nəzəriyyəsinə əsaslanırdı. Daha sonra Laklau öz kitablarında Jak Lakanın psixoanalizinə müraciət edir və siyasi subyektivliklər, kimlik kimi məsələlərdə fantaziyaların və hisslərin rolunu izah edir. Yeni sol populist hərəkatları neoliberal hegemoniyanı dağıtmaları üçün işçi sinfi və digər qrupların hisslərinə müraciət etməyin vacibliyini izah edir.