Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Samaqar (Eçmiədzin)
Samaqar — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Haqqında == Samaqar kəndi 1728-ci ilə aid mənbədə Xınzirək nahiyəsində qeyd olunmuşdur. XIX əsrin 70-ci illərində kəndin əhalisi ermənilərdən ibarət idi. 1978-ci ildə kənd ermənicə Qeqakert adlandırılmışdır. Əsli Sovməqar şəklindədir. Ərəbcə soymə (Azərbaycan dilində sovmə) "ibadətgah", "monastır", "ucu şiş tikinti", "minarə" və ərəb dilində qar-"mağara" sözlərindən ibarətdir. == Mənbə == B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 1998.
Samaqar noyon
Samaqar noyon (XIII əsr – 28 yanvar 1296) — Qara tatar ağası, Abaqa xanın (1234–1282) sərkərdəsi. == Həyatı == Samaqar noyon Rum valisi təyin edilmişdi. Onun Ərəb ağa adlı oğlu vardı.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Samanqan
Orand — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Orand kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Mənbələrin məlumatına görə, XIX əsrdə Lənkəran qəzasında maldarlıqla məşğul olmuş orandlar 3 qoldan ibarət idilər. Onlar qışı Muğanda, yazı isə Talış dağlarında keçirirdilər. Orandların birinci qolu Ləzran, ikinci qolu Orand, üçüncü qolu isə Nuravud kəndlərini salmışdılar. Etnotoponimdir. == Tarixi == Talışların tayfalarından biri olan Orand tayfası tərəfindən salınmış rayondur. Bir qolu sürgün zamanı Cəlilabad rayonu Zərbəli kəndində məskən salmışdır == Coğrafiyası və iqlimi == Kənd Bilnəçayın sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 1534 nəfərdir.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke treeKol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Şahağac
Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi Astara rayonunun Bursut kəndindən bir qrup əhalinin köçüb indiki Şahağac adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Tanınmış şəxslər == Məsudi Dövran — Azərbaycan Yazıçılar Birliyinin Üzvü, professor, şair, Filologiya elmləri dokturu. Yaqut Babayeva — Azərbaycanlı müğənni. Şirxan Həsənzadə (2002-2023) — Futbolçu.
Samara
Samara (rus. Самара) — Rusiyanın Samara vilayətinin mərkəzi. Şəhər Volqanın sol sahilində yerləşir. Qala kimi 1586-da əsası qoyulmuşdur . 1935-dən 1991-ci ilə qədər şəhər Kuybışev adı daşıyırdı. Şəhərdə Rusiyanın ən uzun çay sahili və Avropada ən böyük dəmir yol vokzal binası yerləşir . Samarada İkinci dünya müharibəsi vaxtı bura paytaxı daşımaqa üçün infrastrukturu hazırlayırdılar . Əhali — 1,17 milyon insan (2011-ci il), Rusiyada əhalının sayına görə altıncı şəhərdir. Böyük iqtisadi mərkəz, nəqliyyat mərkəzi və elmi cəhətdən-maarifləndirici mərkəzdir. Əsas sənaye sahələri: maşınqayırma, neft emal etməsi və yeyinti sənayesi .
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Bala Şahağac
Bala Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Şahağac Astara rayonunun Kakalos inzibati ərazi vahidində kənd. Lənkəran ovalığında, Xəzər dənizi sahilindədir. Oykonim "Kicik şahağac kəndi" deməkdir. Şahağac ərazidəki ağac növlərindən birinin adıdır.18 km rayon mərkəzinə. == Etimologiyası == Kəndin adı Azərbaycan dilndəki bala «kiçik», şah «böyük», «iri» və ağac sözlərinin birləşməsindəndir. == Tanınmış şəxslər == Şakir Yaqubov — jurnalist.
Cuzeppe Saraqat
Cuzeppe Saraqat — İtaliyanın beşinci prezindenti (29 dekabr 1964 – 29 dekabr 1971). Sosial-Demokrat partiyasını təmsil edib.
Samalqa adası
Samalqa adası (ing. Samalga Island, aleut. Samalĝa) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. == Coğrafiya == Umnak adasından şimal-qərbdə yerləşir. Sahəsi 4,12 km²-dir. Adanın uzunluğu 8,6 km-dir. Maksimal hündürlüyü isə 9 metrdir. Adanın Aleutca adınını ilk dəfə 1826-cı ildə Qavril Sarıçev qeyd etmişdir. 1840-cı ildə adada olan Mitropolit İnnokentı 1764-cü ildə burada 400 nəfərin yaşadığını yaşayış yerinin olduğunu qeyd etmişdir.
Samavar (Tarım)
Samavar (az.-əbcəd ساماوار‎, fars. صومعه‌بر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 114 nəfər yaşayır (41 ailə).
Saragah (Talış)
Saragah (fars. سراگاه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 847 nəfər yaşayır (193 ailə).
Şahağac bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Samana körfəzi
Samana körfəzi (isp. Bahía de Samaná) — Atlantik okeanda Dominikan Respublikasının şimal-şərq sahilində, eyniadlı şəhərdən və burundan cənubda yerləşən körfəz. Onu əhatə edən əsas şəhərlər: Santa Barbara de Samana, Sançes, Sabana de la Maar. Körfəzi şəxsən Xristofor Kolumb adlandırmışdı — Golfo de las Flechas. Şimaldan cənuba qədər uzunluğu — 65 km, şərqdən qərbə isə — 25 km. Körfəz sahilində «Yuna» çayının mənsəbi yerləşir. Körfəzin akvatoriyasında çoxlu riflər var, hansı ki çoxlu turist cəlb edir. Cənub-qərb sahilində «Los Xaytites» milli parkı var, bu guşə tropik bitkilərlə və heyvanlarla boldu. Samanada delfinlərə, qozbel balinalara (yanvar ayının sonundan mart ayının əvvəlinə qədər) rast gəlmək mümkündür. XIX əsrdə Fransa, İngiltərə, ABŞ bir neçə dəfə körfəzi ələ keçirmək üçün danışıqlar aparırdı.
Samana yarımadası
Samana yarımadası — Haiti adasının şimal-şərqində yerləşən yarımada. == Qısa məlumat == Yarımada ərazisi Dominikan Respublikasının Samana vilayəti ərazisində yerləşir. Yarımada dağlıq relyefə malikdir. Ərazisinin böyük hissəsi meşələrlə örtülüdür. Sahillərində çoxlu meşəlik vardır.Əsasən avtomobil yolu — DR-5 və DR-133. Yarımadada üç hava limanı vardır: Samana El-Catey. == Yaşayış məntəqələri == Yarımadada yerləşən yaşayış məntəqələri: == Su ehtiyyatları == Şimaldan və şərqdən Atlantik okean suları, cənubdan isə Samana körfəzi ilə əhatələnmişdir.
Samara Arena
Samara Solidarnost Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. == Təsvir == Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproektStadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Samara Vivinq
Samara Vivinq (ing. Samara Weaving; 23 fevral 1992, Adelaida) — avstraliyalı aktrisa və model. O, karyerasına öz ölkəsində "Mavidən kənar" (2008) adlı serialda rol alaraq başlamışdır. "Ev və uzaq" (2009–2013) adlı teleserialda canlandırdığı İndi Volker roluna görə 2011-ci ildə "Ən yaxşı qadın rol" başlığı altında Avstraliya İncəsənət Akademiyası mükafatına (AACTA) namizəd görülmüşdür. == Həyatı == Vivinq 23 fevral 1992-ci ildə Cənubi Avstraliyanın Adelaida şəhərində ingilis ata Simon Vivinq və maltalı ana Helena Bezzinanın ailəsində dünyaya gəlmişdir. O, Sinqapur, Fici, Avstraliya və İndoneziyada böyümüşdür. Atası kinorejissor, Yeni Cənubi Uelsin Nyukastl şəhərində yerləşən Nyukastl Universitetində müəllim və həmçinin Kanberra Beynəlxalq Film Festivalının bədii rəhbəridir. Anası Nyukastl Universitetində muzeyşünaslıq dərsi keçən sənət terapevtidir. Kiçik bacısı Morqan da aktrisadır. Aktyor Huqo Vivinq əmisidir.Vivinq ailəsi ilə 2005-ci ildə Kanberraya köçdü və burada Kanberra Qızlar Qrammatika məktəbində təhsil aldı.
Samara bayrağı
Samara bayrağı — Samara şəhərinin bayrağı
Samara vilayəti
Samara vilayəti (rus. Самарская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Samara çayı
Samara çayı (ukr. Сама́ра) — Ukraynada yerləşir və Dnepr çayının qollarından biridir. Samara və Dnepr çaylarının birləşdiyi yerdə Dnepr adlı bir şəhər yerləşir. Uzunluğu 300 km olan çayın 22,600 km²-lik su hövzəsi vardır. Çay əriyən qar suları ilə qidalandığı üçün su səviyyəsi nizamsızdır. Çayın eni 40 ilə 60 m arasında dəyişir. Samara Çayının ən böyük qolları Vovotsça və Byk çaylarıdır. Çay üzərində qurulmuş ən böyük şəhərlər Ternivka və Novomoskovsk şəhərləridir. == Hövzəsi == Çayın uzunluğu 311 km-dir. Çayın maililiyi isə 0.33 m/km-dir.
Stavroula Samara
Stavroula Samara (d. 8 iyul 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Stavroula Samara, 2012 və 2016-cı ildə Yunanıstanı Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Stavroula Samara birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. Birləşmiş Krallığın London şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının təsnifat mərhləsində o, komanda yoldaşları ilə birgə 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı. Stavroula Samara 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Yeleni Doika, Zoi Kontoqianni və Mixaela Metallidou ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Şamama Həsənova
Şamama Mahmudəli qızı Həsənova (7 noyabr 1923, Arayatlı, Qaryagin qəzası – 5 sentyabr 2008, Bakı) — İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. == Həyatı == Şamama xanım Həsənova 1923–cü il noyabrın 7–də indiki Füzuli rayonunun Arayatlı kəndində anadan olmuşdur. Gənc yaşlarından Füzuli rayonunun "1 May" kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947–ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950–ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur. == Fəaliyyəti == 1953–cü ildə Şamama Həsənova işlədiyi "1 May" kolxozunun sədri seçilmiş və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edərək, onun sovet dövründə respublikanın qabaqcıl pambıqçılıq təsərrüfatlarının birinə çevrilməsi üçün qüvvə və bacarığını sərf etmişdir. Şamama Həsənovanın işgüzarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bu kolxoz respublikanın nüfuzlu təcrübə mübadiləsi mərkəzi kimi də məşhurlaşmışdır. Şamama xanım həmişə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmiş, rastlaşdığı problemlərin həlli yolunda əlindən gələni əsirgəməmiş və pambıqçılıq sahəsində çalışan qadınların əməyinin daha səmərəli təşkil olunması işinə öz töhfəsini vermişdir. Şamama Həsənova şərəfli həyat yolu keçmişdir.