SAYĞAC

is.
1. Bir şeyi hesablamaq üçün xüsusi quruluşlu cihaz, alət. Elektrik (qaz) sayğacı (işlənən elektrikin, suyun, qazın miqdarını hesablayan cihaz). Taksi sayğacı (taksilərdə gedilmiş yolun məsafəsini və haqqını göstərən cihaz).
2. Dördkünc çərçivədə köndələn millərə keçirilmiş yuvarlaq sümükcüklərdən ibarət sadə riyazi hesablamalar aparmaq üçün alət, çötkə.
[Mədəd:] Mən isə idarədə oturub sayğac danələrinin səsinə qulaq asmazdım. Ə.Vəliyev.
[Şahmar] o biri otaqda sayğacını aram-aram şaqqıldadan hesabdarın yanına keçdi. B.Bayramov.

SAYƏBAN
SAYĞI
OBASTAN VİKİ
Geyger sayğacı
Geiger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi, içinə düşən ionlaşan zərrəcikləri avtomatik saymağa imkan verən qazboşaldıcı cihazdır. Geiger-Müller sayğacı kimi də tanınan Geiger sayğaçı ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Geiger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.
Qeyqer sayğacı
Heyger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi alətdir. Heyger sayğacı, Heyger-Müller sayğacı kimi də bilinir, ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Heyger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.

Значение слова в других словарях