Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahmatçı
Şahmatçı — İdmanın şahmat növü ilə məşğul olan şəxs.
Şahmat
Şahmat — iki oyunçu arasında taxta lövhə üzərində oynanan əyləncəli və rəqabətli strateji oyun. Bəzən bu oyunu daha qədim növlərindən və Çin şahmatı kimi əlaqəli oyunlardan fərqləndirmək üçün "Qərb şahmatı" və ya "Beynəlxalq şahmat" adlandırırlar. Oyunun indiki forması Hindistan və fars mənşəli oxşar oyunun inkişafından sonra XV əsrin ikinci yarısında Cənubi Avropada ortaya çıxdı. Bu gün şahmat bütün dünyada milyonlarla insanın evdə, klublarda, onlayn və turnirlərdə oynadığı dünyanın ən populyar oyunlarından biridir. Şahmat mücərrəd strategiya oyunudur və heç bir gizli məlumatı özündə əks elətdirmir. 8 sıra 8 sütun olmaqla sıra ilə düzülmüş 64 ağ və qara kvadratdan ibarət kvadrat şahmat lövhəsində oynanır. Oyunun başlanğıcında hər bir oyunçu (onlardan biri ağ fiqurları, digəri isə qara fiqurları idarə edir) 16 daşı idarə edir: 1 şah, 1 vəzir, 2 top, 2 at, 2 fil və 8 piyada. Oyunun məqsədi rəqibin şahını mat etməkdir. Əgər şah hücuma məruz qalıbsa və hərəkət edəcək yeri yoxdursa mat olur. The object of the game is to checkmate the opponent's king, whereby the king is under immediate attack (in "check") and there is no way to remove it from attack on the next move.
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Keçid Şahmatı
Keçid şahmatı ( həmçinin dəli, əcaib, 4 nəfərlik, mübadilə, dəyişmiş və çapraz şahmatı adlanan)- 4 nəfərlə 2 komanda şəklində 2 şahmat lövhəsində oynanan şahmat növüdür. Standart şahmat qaydaları tətbiq edilir lakin, oyunçu komanda yoldaşının qazandığı fiqurları götürərək öz lövhəsində istifadə etmək imkanına malikdir. == Qaydalar == Keçid şahmatı iki oyunda dörd oyunçu tərəfindən oynanan bir şahmat növüdür. Hər bir komanda üzvü digər komandanın bir rəqibinə üzləşir. Partnyorlar bir-birinin yanında otururlar və bir oyunçu qara, ikincisi isə ağdır. Hər bir oyunçu rəqibini standart şahmat oyununda olduğu kimi, aşağıda göstərilən qaydalar istisna olmaqla oynayır. Ehtiyat Fiqurlar Oyunçu fiquru qazandıqdan sonra komanda yoldaşına verir. Partnyoru bu fiquru öz istəyindən asılı olaraq ehtiyatda saxlaya və ya lövhəyə qoya bilər. Qazanılan fiqurlar lövhənin istənilə boş nöqtəsinə qoyula bilər lakin, piayadaların lövhənin 1-ci və sonuncu sırasına qoyulması istisnadır. Sonuncu sıraya çıxmış piyada standart şahmatda olduğu kimi vəzirə çıxmış sayılmır və ehtiyat piyada kimi istifadə olunur.
Lyuis şahmatı
Lyuis şahmatı — (ing. Lewis Chessmen) Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah, 8 vəzir, 16 fil, 15 at, 12 top, 19 piyada) bu şahmat növü həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Günümüzə gəlib çatan 67 fiqurlu versiyası Britaniya muzeyində saxlanılır. Bu şahmatdan Harri Potter və Fəlsəfə Daşı filmində də istifadə olunmuşdur.
Teymur şahmatı
Əmir Teymurun (1336–1405) hakimiyyəti dövründə İranda bu oyun oynanılıb. Bəzi mənbələr bildirirlər ki, oyunu Teymur özü icad edib, amma bu mütləq şəkildə həqiqətə uyğun deyil. "Teymur şahmatı" ilkin şahmatın böyük lövhədəki versiyası kimi təqdim edilir. == Lövhə == Lövhə 112 xanadan ibarət olur: on bir sətir, on sütün və əlavə iki xana. Bu iki xanadan biri soldan 9-cu sətirdə, digəri isə sağdan ikinci sətirdə yerləşir. Bu iki əlavə xanalar qala adlanır və oyunda mühüm rol oynayır. == Fiqurlar == Hər bir oyunçunun aşağıdakı fiqurları var: şah, vəzir, iki at, iki top, iki fil, iki dəvə, iki hərbi maşın, on bir piyada, general, iki zürafə, iki qarovul. Piyada, öz növbəsində, bir-birindən fərqlənir: kral piyadası, vəzir piyadası, general piyadası və s. var. Həmçinin piyada piyadası da var.
Çin şahmatı
Çin şahmatı (Xiangqi, 象棋) – iki oyunçu üçün strateji lövhə oyunu.. Çindən və etnik çinlilərin icma halında yaşadığı ərazilərdən başqa, çin şahmatı keçmişdə Vyetnamda da məşhur idi. Oyun iki ordu arasındakı döyüşü əks etdirir, məqsəd rəqibin şahını tutmaqdır. Oyun qaydaları qədim Çinin siyasi və sosial həyatına xas ünsürlərə istinadən qurulub. Çin şahmatının fərqli xüsusiyyətləri: generalların (şahların) üzbəüz gəlməsini qadağan edir; top (pao) atlayaraq tutur; lövhə üzərindəki sahə çay və saray adlanır hansi ki, bəzi fiqurların hərəkətini məhdudlaşdırır; və fiqurlar xanaların yerinə zolaqların kəsişməsində yerləşdirilir. == Lövhə == Lövhə 9 sətir və 10 sütundan ibarətdir. Go oyunundakı kimi fiqurlar kəsişmələrdə yerləşdirilir. Şaquli xətlər "fayl", üfüqi xətlər isə "rütbə" adlandırılır. Lövhə birincidən üçüncüyə və səkkizincidən onuncuya mərzkəzlənmiş iki zonadır, hər üç xala üç xal, orta nöqtədə kəsişən və əks küncləri birləşdirən iki dioqonal xətlə ayrılmışdır. Hər bir sahə 宮 kimi tanınır, "saray" və ya "qala" kimi tərcümə olunur.
Şahmalı Kürdoğlu
Şahmalı Mirsəqulu oğlu Hacıyev (12 aprel 1930, Ağdam rayonu – 6 noyabr 1992) — Azərbaycanın tanınmış xanəndələrindən biri. == Həyatı == Ötən əsrin əvvəllərində qəddar ermənilərin soydaşlarımıza qarşı törətdiyi haqsızlıqlar neçə-neçə ailənin öz yurdundan, yuvasından didərgin düşməsinə səbəb olub. Yandırılan, dağıdılan mülklər, malikanələr deyildi. Mənəviyyat da qətlə yetirilirdi. İnsanlar qəzavü-qədərin yazdığı qara yazıların badına gedirdi. Haqsızlıqlara dözməyən Mirsəqulu Fətəliyev Dərələyəzi bürümüş erməni taunundan xilas olmaq üçün çox gənc yaşlarından Qarabağa üz tutub. Qisas aldığı daşnaklar isə zaman-zaman bu qoçaq, mərd türk balasını daim axtarıblar. Sonda Ağdamın Qiyaslı kəndinə sığınan Mirsəqulu düşmən hədəfinə keçməmək üçün adını gizlədib. Vaxtilə dağların o tayından Qarabağa gələn insanları yerli əhali "kürd" çağırardı. Erməni riyakarlığından gizlənən Mirsəquluya bu ad sərf edirdi.
At (şahmat)
At — Şahmat fiquru Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir.
Azərbaycanda şahmat
Azərbaycanda şahmat — intellektual idman növü tarixən geniş yayılmışdır. Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir. == Tarixi == Azərbaycanda da şahmatın böyük inkişaf yolu var. Daha qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur. Xaqani Şirvani (XI əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, çox dərin fikirlər söyləmişlər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynamış və onun qədim oyunun sirlərini dərindən bilməsini qeyd etmişdir. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir. Orta əsr təzkirələrində hər hansı bir dahi şəxsiyyətin poeziya, xəttatlıq, yaxud rəssamlıq sahəsində ustalığı qeyd olunarkən eyni zamanda onun şahmatçılıq bacarığından da danışılır. Görkəmli Azərbaycan miniatürçüsü və şairi Sadıq bəy Əfşarın "Məcmə-ül-xəvas" adlı təzkirəsində bildirilir ki, onun ustadı istedadlı rəssam Müzəffər Əli böyük və kiçik şahmat taxtalarında adi və gözübaqlı şəkildə ustalıqla oynayırmış.
Cinah (şahmat)
Cinah — Şahmat termini Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır.
Debüt (şahmat)
Debüt (şahmat) — görüşün ilk mərhələsi, oyunun başlanğıcı Görüşün ilk mərhələsi olan debütdə rəqiblər fiqurları irəli çıxararaq sonrakı mərhələyə hazırlıq görürlər. Debüt şahmat strategiyasının və nəzəriyyəsinin, ilk növbədə fiqurların və piyadaların qarşılıqlı əlaqəsinin strateji prinsiplərinin əsas qanunlarına tabedir. Debüt üç növə bölünür: açıq (ağların birinci gedişi mütləq belə olur: 1. e4 və qaraların cavabı: 1... e5); yarımaçıq (ağlar 1. e4 gedişi edirlər, qaralar isə 1... e5 gedişindən başqa istənilən gedişi edə bilərlər); bağlı (ağlar 1. e4 gedişindən başqa istənilən gedişi edirlər). == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 9.
Dəyirman (şahmat)
Dəyirman — Şahmat termini Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı.
Dəyişmə (şahmat)
Dəyişmə — Şahmat termini. Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir.
Fil (şahmat)
Fil — Şahmat fiquru. Fil ancaq diaqonal xanalarla hərəkət edir. Hərəkətində xanaların sayında məhdudiyyət yoxdur (yolunun üzərində başqa fiqur olmamaq şərtiylə).
Götürmə (şahmat)
Götürmə — Şahmat termini. Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur.
Gözübağlı şahmat
Gözübağlı şahmat (ing. Blindfold chess) - şahmatın bir növüdür. Burada oyunçular fiqurların vəziyyətini görə bilmir və onlara toxunmaq ixtiyarları yoxdur. Bu oyunçuları fiqurların vəziyyətinin zehni modelini qurmağa məcbur edir. Gedişləri şahmat işarələri sistemi ilə oyunçular bir-birlərinə çatdırırlar. Gözübağlı şahmat əsrlər boyu möcüzə hesab edilirdi, amma indi bəzi insanlar gözübağlı bir neçə oyunu sinxron izləyə bilir. Sinxron gözübağlı oyunda vasitəçi, adətən, oyunçular arasında gedişləri xəbər verir. == Erkən tarixi == "Gözübağlı şahmat" şahmat tarixində olduqca erkən oynanılıb. İlk gözübağlı şahmatı Orta Şərqdə Sa'id ibn Jubayr (665-714) oynamışdır. Avropada gözübağlı şahmat oynamaq usta oyunçunun zəif rəqiblə qarşılaşanda üstünlüyü kimi, ya da super bacarıqlarını nümayiş etdirmək kimi məşhurlaşıb.
Holoqrafik şahmat
Dejarik, həmçinin holoqrafik şahmat (ing. holographic chess) və ya holoşahmat (ing. holochess) — "Ulduz müharibələri" kosmik opera franşizasında yer almış, holoqrafik fiqurlardan istifadə edən uydurma stolüstü oyun. Bu, damalı taxtada oynanıldığından, burada hər bir fiqurun xüsusi hərəkət və hücum üsulu olduğundan və fiqurlar rəqibin tutduğu xanaya düşdüyü halda digər fiquru oyundan ixrac etdiyindən bəziləri tərəfindən Yerdəki şahmatın bu kainatdakı qarşılığı kimi təsvir edilmişdir. İllər ərzində dejarik üçün bir neçə rəsmi və qeyri-rəsmi replikalar hazırlanmışdır. 2021-ci ildə olan məlumata görə, oyun üçün heç bir rəsmi qayda dəsti buraxılmamışdır. Bunun əvəzinə oyun üçün əsasən azarkeşlər tərəfindən hazırlanmış bir sıra müxtəlif qaydalar dəsti mövcuddur. Oyunda istifadə olunacaq fiqurların sayı belə bəlli deyil, lakin bunun ən məşhur versiyasında səkkiz fiqurdan istifadə edilir. Oyun 1977-ci ildə yayımlanan "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmində "Millennium Falcon" kosmik gəmisindəki səhnədə debüt etmişdir. Dejarik fantastik əsərlərdə holoqramların, üçölçülü qrafik və artırılmış reallıq texnologiyalarının klassik, erkən nümunələrindən biri kimi tanınır.
Hücum (şahmat)
Hücum — Şahmat termini Şahmat görüşlərində hücumetmə, məqsədə çatma üsuludur. Hücum obyektləri müxtəlif ola bilər. Lakin əsas məqsəd rəqibin şahı üzərinə hücuma keçməkdir. Əgər hücuma qarşı hücum edilirsə, bu, əks-hücum adlanırr.
Həmlə (şahmat)
Həmlə — Şahmat termini Konkret məqsədə nail olmaq üçün bir və ya bir neçə gediş həmlə adlanır.
Keyfiyyət (şahmat)
Keyfiyyət — Şahmat termini Spesifik şahmat terminidir. Keyfiyyətin udulması – yüngül fiqurun əvəzinə topun udulmasıdır.
Kombinasiya (şahmat)
Kombinasiya — Şahmat termini Bu və ya digər məqsədə çatmaq üçün nəzəri elementlərin uyğunlaşaraq xüsusi mövqedən istifadə olunması.
Mat (şahmat)
Mat — Şahmat termini Müdafiəsi olmayan elan edilmiş şah.
Mittelşpil (şahmat)
Mittelşpil — Şahmat termini Hər iki tərəfin əsas qüvvələrini hərəkət etdirərək, mübarizənin başlandığı mərhələsi.
Müdafiə (şahmat)
Müdafiə — Şahmat termini. Hücum hərəkatına müqvimət göstərmək.
Şahmat saatı
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. == Tarixi == Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Şahmarlı
Şahmarlı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Şahtaxtı
Şahtaxtı (Kəngərli) — Şahtaxtı-Poldəşt körpüsü — Şahtaxtı hamamı — Şahtaxtı mineral bulağı — Şahtaxtı travertini — Şahtaxtı arxeoloji abidələr kompleksi — Şahtaxtı yaşayış yeri — I Şahtaxtı nekropolu — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində nekropol. II Şahtaxtı nekropolu — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndi ərazisində nekropol.