Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proprioseiopsis septa
Proprioseiopsis septa (lat. Proprioseiopsis septa) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis septa Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Septar Mehmed Yaqub
Septar Mehmed Yaqub(d. Konstantsa Ruminya krallığı, 1904 – v. Konstansa Rumıniya , 1991) Əsli krım tatarlarından olan vəkil, filosof, Rumıniyadakı müsəlman icmasının müftisi, Dubrovnikdəki tatarların və türklərin mənəvi lideridir. == Həyatı == Septar Mehmed Yaqub 1904-cü ildə Ruminya krallığının Konstansa şəhərində anadan olmuşdur. Buxarest Universitetində hüquq oxuduqdan sonra Konstansa şəhərində vəkil olaraq çalışmışdır. 31 dekabr 1947-ci ildə Müfti seçildi və bu vəzifəsini ömrünün sonuna qədər, demək olar ki, Rumıniya kommunist dönəmində də davam etdirdi.Rumıniya mədəniyyəti ilə yaxşı tanış idi və beynəlxalq səhnədəki Rumıniyanın əhəmiyyətli natiqlərindən biri olmuşdur. Ərəb və müsəlman ölkələrinə səfərləri zamanı rəsmi olmayan bir "səfir" oldu. Düşünürdü ki, “İsrail və ərəblər bir araya gələrək birbaşa sülh danışmalıdırlar. 1991-ci ildə Konstansa şəhərində dünyasını dəyişmişdir. == Fəaliyyəti == Gizli təşkilat tərəfindən Müsəlman Mədəniyyətinin başçısı olaraq həyata keçirilən "Sultan" adlı əməliyyatda SSRİ-yə qarşı təxribat törətmək iddiası ilə tutuldu.
Deputat
Deputat — Parlament üzvləri. Məlum olduğu kimi, hakimiyyətin bölgüsünə əsasən, qanunverici hakimiyyət parlamentin əlində cəmləşir. Parlament üzvləri müxtəlif dövlətlərdə müxtəlif cür adlandırılır. Məsələn, Böyük Britaniyada, ABŞ-də yalnız aşağı palatanın üzvləri parlament üzvü hesab olunur. Onlar ABŞ-də konqresmen adlandırılır. Bolqarıstanda parlament üzvləri xalq nümayəndəsi, Türkiyədə isə millət vəkili adlanır. Azərbaycanda isə parlamenti (Milli Məclis) Azərbaycan Respublikasının deputatları təşkil edir. «Deputat» termini serb sözü olub hərfi mənası «elçi göndərilmiş» deməkdir. Deputatların əsas vəzifəsi qanunvericilik prosesində iştirak etmək və qanunda göstərilmiş funksiyaları həyata keçirməkdir. Azərbaycan Respublikasının Konstitusiyasına (Maddə 4) görə, yalnız və yalnız prezidentin və deputatların (xalqın seçdiyi səlahiyyətli nümayəndələrin) xalq adından danışmaq və müraciət etmək hüququ vardır.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Septem
Septem (fr. Septème) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38480. Kommunanın 2012-ci il üçün əhalisi 1844 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir.
Serhat
Əhməd Serhat Hacıpaşalıoğlu və ya qısaca Serhat (d. 24 oktyabr 1964, İstanbul, Türkiyə) — türk müğənni, prodüsser və aparıcı. İstanbulda doğulub böyüyən Serhat 1994-cü ildə "End Productions" adlı şirkəti quraraq prodüserlik karyerasına başlamışdır. Həmin il TRT-də yayımlanan və Amerikanın yarışma proqramı "Jeopardy!"-nin Türkiyə versiyası olan "Riziko!"nun prodüserliyini və aparıcılığını etmişdir. 1997-ci ildə, "Rüya-Ben Bir Daha" adlı ilk sinqlını yayınlayaraq musiqiçi karyerasına başlamışdır. Aparıcı və prodüserliklə yanaşı musiqiçi kimi də fəaliyyətini davam etdirib və 2004-cü ildə "Total Disguise" (Viktor Lazlo ilə duet), 2005-ci ildə "Chocolate Flavour", 2008-ci ildə "I Was So Lonely", "No No Never (Moscow-Istanbul)" və "Ya + Ti" ("Total Disguise" mahnısının rus dilindəki versiyası, hər üçü Tamara Qverdtsiteli ilə duet), 2014-cü ildə isə "Je M'Adore" sinqllarını buraxmışdır. Serhat "I Didn't Know" mahnısı ilə San-Marinonu Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsinda təmsil etmiş və nəticədə birinci yarımfinalda 12-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir. Daha sonra Serhat həmin mahnını disko versiyasını Amerikan müğənnisi və bəstəkarı Marta Voş ilə duet şəklində ifa etmişdir. Bu versiya Dens Klub mahnıları hit paradında 25-ci yerədək yüksəlmiş və bununla da Serhat hit parada daxil olmağa nail olan yeganə türk ifaçı olmuşdur. 2018-ci ildə o, 2005 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Elena Paparizu ilə birlikdə "Total Disguise" mahnısının yeni versiyasını təqdim etmişdir.
Seytas
Seytas — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Seytas kəndi dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini vaxtilə Ermənistanın Aqvan və Danzaver kəndlərindən qaçıb gəlmiş ailələr Seytas adlanan köhnə kənd yerində salmışdılar. Kəndin adı 1933-cü ildə Seytaş şəklində qeydə alınmışdır. Güman etmək olar ki, kənd dağların əha¬təsində yerləşdiyi üçün sey (orta, mərkəz) və taş (daş, qaya) komponentlərindən ibarət olub, “dağların ortası” mənasındadır.
Siptah
Siptah (e. ə. XIII əsr – təq. 23 oktyabr e.ə.
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.
Xəttat
Xəttat – gözəl yazı ustası; yazıçıların əsərlərini, xüsusilə şeirlərini nəfis xətlə köçürüb yayan şəxs; xoşnəvis, mirzə, katib, kalliqraf. == Ümumi məlumat == İslam dinində canlıların surətini yaratmaq qadağan olunmuşdu. Bununla və ərəb əlifbası qrafikasının xüsusiyyələri ilə əlaqədar bədii yazı sənəti olan xəttatlıq islamı qəbul etmiş xalqların mədəniyyət və incəsənətində vacib sahələrdən birinə çevrilmişdi. İslamı qəbul edən ölkələr Qurani-Kərimin əlifbasını da qəbul etmişdilər. Din xadimləri bu əlifbada yaranan yazı sənətini hər cür dəstəkləyir və belə bir kultun yaranması üçün xəttatlara yardım da göstərirdilər. Dekorativ-ornamental sənətlə qovuşan bədii yazı mədəniyyəti kitabları, saray binalarını, məscidləri, saxsıdan, metaldan,ağacdan və parçadan hazırlanan tətbiqi sənət nümunələrini bəzəyirdi. Xəttatlıq get-gedə müsəlman dünyasında müstəqil və əsas sənət növlərindən birinə, gözəl yazmaq savadlılıq dərəcəsinin göstəricisinə çevrilirdi. Dövlət xadimlərinin, ədib, şair və alimlərin, rəssamların həm də yaxşı xəttat olduqlarına dair çoxlu misallar gətirmək mümkündür. == Azərbaycanda xəttatlıq == Orta əsrlərdə Azərbaycanda bir qayda olaraq, bütün savadlı adamlar, münəccim, həkim, yaxud filosof olmalarından asılı olmayaraq, hesab edirdilər ki, yüksək savad dərəcəsinin bir göstəricisi də şeir yazmaq və xəttatlıq sənətinə yiyələnməkdir. Buna görə də, o dövrdə şair və xəttat kimi şöhrət qazanmaq olduqca çətin idi.
Şeytan
Şeytan və ya satana – İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafor, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir. Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır. Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir. Vəhy kitabında Qırmızı böyük əjdaha cildində peyda olan Şeytan Arxangel Mikayıl tərəfindən məğlub edilir və Cənnətdən qovulur.
SEPAH
İran İnqilab keşikçiləri Ordusu və ya qısaca "SEPAH" (Farsca: سپاه پاسداران انقلاب اسلامی Sepāh-e Pāsdārān-e Enghelāb-e Eslāmi) İran İslam Respublikasının silahlı qüvvələrinin ən böyük qoşunu. Xalq içində və xüsusilə İran diasporunda orduya mənsub insanlara təşkilata olan heyranlıqlarını bildirmək üçün farsca keşikçi mənasını verən "Pasdaran" deyilir.5 may 1979-cu ildə İslam inqilabının ilk günlərində dini lider Ayətullah Xomeyni tərəfındən yaradılmışdır. İran konstitusiyasına uyğun olaraq daxili sabitliyin təmin edilməsi, inqilabın qorunması və "azğınlığın" qarşısının alınması üzrə vəzifələri həyata keçirir. İnqilab keşikçilərinin quru, hava və dəniz qoşunlarında ümumilikdə 125,000 şəxsi heyət xidmət edir. İnqilab keşikçilərinin dəniz qoşunları Fars körfəzində hərəkətə nəzarəti təmin etmək vəzifəsi verilmiş ilk qoşundur. Son illərdə "milyardlarla dollarlıq iş imperiyası"na çevrilmişdir və bildirilənlərə görə İran Milli Neft Şirkəti ve İmam Rza (ə) Fondu'ndan sonra "İranın üçüncü ən varlı təşkilatıdır. İdeoloji yönümlü milis ordusu olan İnqilab keşikçiləri İran cəmiyyətinin demək olar ki, hər sahəsində daha böyük rol oynamağa başlamışdır. Prezident Mahmud Ahmedinejad'ın dövründə genişləndirilmiş sosial, siyasi, hərbi və iqtisadi rolu 2009-cu il prezident seçkiləri ve seçki sonrası ixtişaşların yatırılması zamanı daha aydın görülmüşdür.İnqilab keşikçilərinin media təşkilatı Sepah News'dur.İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Məhəmməd Əli Cəfəridir. 2 sentyabr 2007-ci ildə dini lider Seyyid Əli Xameneyi tərəfindən "İslam İnqilabı Keşikçiləri Korpusu"nun komandiri təyin edilib == Quruluşu == === Bəsic === 1979-cu ildə Ayatulla Xomeyninin əmri ilə qurulan paramilitarist könüllü milis təşkilatıdır. Bu təşkilat birbaşa dini liderdən əmr alır.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur.Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir. Setar bir çox şərq xalqları, o cümlədən hindlilər arasında geniş yayılmışdır.
Bulbophyllum septatum
Bulbophyllum septatum (lat. Bulbophyllum septatum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Böyük şeytan
Böyük şeytan — İranın xarici siyasət bəyanatlarında bəzən Amerika Birləşmiş Ştatları üçün işlətdiyi alçaldıcı ifadədir. Həmçinin bu ifadə Birləşmiş Krallıq üçün də istifadə edilmişdir. Bu termin ilk dəfə İranın lideri Ruhullah Xomeyni tərəfindən 5 noyabr 1979-cu il tarixindəki çıxışında imperializm və dünya miqyasında korrupsiyaya dəstək verməkdə günahlandırılan Amerika Birləşmiş Ştatlarını xarakterizə etmək üçün istifadə edilmişdir.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə).Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Kalium asetat
=== Kaliumasetat === Tibb təcrübəsində əksər hallarda karbon turşularının duzları tətbiq edilir. Adətən, üzvi turşuların duzları asan hidrolizə uğrayır və bir çox hallarda məhlulları qələvi reaksiyalı olur. Oksikarbon turşularının turşuluq xassəsi daha qüvvətlidir, bu xassə α-oksiturşularda özünü xüsusilə göstərir. Tibbdə oksikarbon turşularının duzları (kalsium, dəmir, mis, natrium və s.) tətbiq edilir. Kaliumasetat — CH3COOK Preparatı almaq üçün asetat turşusu (sirkə turşusu) və kalium-hidrokarbonat məhlularını qarışdırıb buxarlandırırlar: CH3COOH + KHCO3 → CH3COOK + CO2 + H2O === Fiziki-kimyəvi xassələri === Kalium-asetat ağ tozdur, iysiz və ya zəif sirkə turşu iylidir, azacıq şor dadlıdır. Hiqroskopikdir, havada mayeləşir. Suda və spirtdə asan həll olur, məhlulları qələvi reaksiyalıdır. === Tətbiqi === Preparat kalium ionlarının mənbəyi kimi orqanizmdə kaliumun azlığında (hipokalemiya) 10–15%-li məhlullar şəklində daxilə qəbul olunur.
Mirzə Səttar
Mirzə Səttar (1844, Ərdəbil – bilinmir, Bakı, Kaspi vilayəti) — kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində çalmış, muğamları oxumuş, muğam bilicisi olmuşdur. 1879-cu ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir.Bakıda bir çox sənət adamlarına təsir etmişdir. Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc Mirzə Səttardan muğamları dərinliklərinə kimi öyrənmişdir. Mirzə Səttar Məşədi Məlikə kamança, tar, qoltuq sazı, qaval və yeddi dilli balaca qarmonda ifa etməyi öyrətmiş, 12 ilə yaxın onun evində yaşamışdır.Mirzə Səttar Bakıya kamançanı gətirəm ilk şəxs olmuşdur.
Mis asetat
Mis asetat(II) (CH3COO)2Cu – sirkə turşusunun mis duzu,mürəkkəb kimyəvi birləşmədir. == Fiziki xassələri == Mis asetat (II) - suda (7,1 g / 100 g su), spirtlərdə, efirdə həll olunan tünd yaşımtıl- mavi kristallarıdır. Mis asetat yanmır, ancaq alovu solğun yaşıl rəngə boyayır. == Alınm ası == Mis asetat (II) sirkə turşusunun mis hidroksidlə gedən reaksiya zamanı alınır Mis karbonatın (II) sirkə turşusu ilə reaksiya zamanı alınır Həmçinin, mis sulfatın(II) natrium hidrokarbonatla qarışdırmaqla və ardınca əmələ gələn mis karbonatın çöküntülərini natrium sulfatdan təmizlədikdən sonra sirkə turşusu ilə işləməklə alınır == Kimyəvi xassələri == Mis asetat (II) su məhlulunda həll olunan bütün duzlar kimi dissosiyasiyaya uğrayır Dəyişmə reaksiyası Mis asetatın (II) güclü əsaslarla reaksiyası nəticəsində zəif göy rəngli mis(II) hidroksidin çöküntüsü və asetat duzu alınır Əvəzetmə reaksiyası Mis asetat(II) metalların elektrokimyəvi aktivlik sırasında misdən solda yerləşən metallarla reaksiyasına qirir == Tətbiqi == Mis asetat (II) bitki xəstəlikləri ilə mübarizədə, yağ və su əsaslı emulsiya boyaları üçün piqment kimi istifadə olunur. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.
Sertab Erener
Sərtab Ərənər (d. 4 dekabr, 1964) — Türk pop müğənnisi, 2003-cü ildəki Avroviziya Mahnı Müsabiqəsinin qalibi. == Albomları == Sakin Ol!
Sertak xan
Sertak xan və ya Sartak xan – 1255-1256-cı illərdə qısa müddətə hakimiyyətdə olmuş Qızıl Orda dövləti xanı. O, Batı xanın ən böyük oğlu olmuşdur. Qısa müddət xan olduqdan sonra müəmmalı şəkildə vəfat etmişdir. == Həyatı == Batı xanın ən böyük oğlu olan Sertak xandan tarixi qaynaqlarda ilk dəfə 1246-cı ildə Çernigiv knyazı Mixailin Saray şəhərində Batı xanın hüzuruna çıxması və ardıycada öldürülməsi hadisəsi zamanı bəhs edilir. Sonrasında Rostov knyazı Boris Vasilkoviçın adət üzrə knyazlığın təstiqlənməsində olmasına görə ondan bəhs edilməkdədir. Sertak xan 1252-ci ildə Aleksandr Nevskinin Vladimir knyazı olaraq böyük kn yaz sçeilməsində önəmli rol oynamışdır. Flamand missioner Rubrikli Villiam Fransa kralı IX Lüdovik tərəindən monqolların xristian olması və səlib yürüşünə dəstək vermələrini xahiş edən məktubunun monqol xanlarına çatdırılması vəzifəsi zamanı iyul 1253-də Don ilə Volqa arasında Sertak xan ilə görüşmüşdü. Atası Batı xan tərəfindən onu təmsilən Böyük Monqol xanı Münke xanın topladığı qurultaya qatılmaq üçün vəzifələndirilmişdi. Batı xan 1255-ci ilin oktyabr-noyabr aylarında öldüyündə Sertak hələ də Münke xanın yanında idi. Atasının sağlığında vəliəhd elan edilən Sertak böyük xan Münke tərəfindən 1256-cı ildə xan elan edildi.Dövrün tarixi qyanaqlarının da bildirdiyi kimi, Sertak xan nestoriyan xristian olmuşdur.