Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şimoda
Şimoda (yapon dilində: 下田市) Yaponiyanın Şizuoka prefekturasında şəhər. Şəhərin ərazisi 104,70 km², əhalisi 23 442 nəfər (1 avqust 2014-cü il , əhalinin sıxlığı hər km²-ə 223,90 nəfər. Şimoda şəhəri Honşu adasında Çubu regionunun Şizuoka prefekturasında yerləşir. Minamiicu, Kavacu, Matsucaki qəsəbələri onunla həmsərhəddir . Şəhərin əhalisi 23442 nəfərdir (1 avqust 2014-cü il). Əhalinin sayının 1980-cı ildən 2005-ci ilədək dəyişməsi aşağıda əks olunmuşdur .
Mimoza salatı
Simona Abbate
Simona Abbate (22 avqust 1983) — İtaliyanı təmsil edən su poloçusu. Simona Abbate, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Simona Baylz
Simona Baylz (d. 14 mart 1997; Kolumbus, Ohayo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən Afroameriкan əsilli idman gimnastı. Baylz 2016 Olimpiya Oyunlarında komanda, çoxnövçülük, dayaqla tullanma və döşəmə yarışlarında qızıl medal qazanıb. O, həmdə dirək ilə hərəkətlərdə bürünc medal qazanıb.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Takaşi Şimoda
Takaşi Şimoda (28 noyabr 1975, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Utancaq Mimoza
Utancaq Mimoza –noxud/paxlalılar fəsiləsinin Fabaceae cinsinə aid sürünən birillik və ya çoxillik çiçəkli bitkidir. O, tez-tez maraq dəyərinə görə yetişdirilir: mürəkkəb yarpaqlar toxunduqda və ya silkələdikdə içəriyə qatlanır və aşağı düşür, özlərini zərərdən qoruyur və bir neçə dəqiqədən sonra yenidən açılır. Böyük Britaniyada o, Kral Bağçılıq Cəmiyyətinin Bağçada Fəaliyyət Mükafatına layiq görülüb. == Haqqında == Bu bitkinin başqa bir adı "Küstüm" bitkisi adlanır. Bu çoxillik ot həssas bitki kimi də tanınır və ya yarpaqları çox həssas olduğu üçün mənə toxunmayın. Yarpaqlar toxunma, istilik, zərbə və hətta sarsıntı kimi müxtəlif stimullara bağlanaraq və ya içəriyə qatlanaraq cavab verir. Bir neçə dəqiqədən sonra yenidən açılır. Bu cür hərəkətlərə suyun hücrədən daxil və xaricə hərəkəti nəticəsində yaranan seysmonastik hərəkətlər deyilir. Vətəni Cənubi və Mərkəzi Amerika olsa da, indi pantropikdir.
Şimoda traktatı
Şimoda traktatı (rəsmi: Rusiya və Yaponiya arasında Ticarət və Gəmiçilik Sazişi) 7 fevral 1855-ci ildə Rusiya ilə Yaponiya arasında Şimoda şəhərində imzalanan ilk müqavilədir. Rusiyanın ticarət gəmiləri Xakadote, Şimoda və Naqasaki limanlarına gələ bilərdi. Rusiya üçün da əlverişli rejim təmin edildi. Müqavilədə Saxalin iki ölkə arasında mübahisəli ərazi kimi qeyd olunmuşdu.
Mimoza Kusari-Lila
Mimoza Kusari-Lila (alb. Mimoza Kusari-Lila 16 oktyabr 1975) — Kosovo-Albaniya dövlət və siyasi xadimi, Yeni Kosovo İttifaqının və daha sonra Alternativ partiyasının üzvü. Mimoza Kusari 16 oktyabr 1975-ci ildə Kosovonun cənub-qərbindəki Cyakovitsa şəhərində ziyalı ailəsində anadan olmuşdur: atası pulmonoloq, anası məktəbdə alban dili və ədəbiyyatı müəllimi idi. Bir müddət ailə Kosovo Peç şəhərində yaşayır, sonra 1980-ci illərin ortalarında Cyarkovisaya qayıdır. «Hajdar Dushi» gimnaziyasını bitirdikdən sonra Priştina Universitetinin İqtisadiyyat fakültəsinə daxil olur (universitet 1999-cu ildə fəaliyyətini dayandırır), İdarəetmə və İnformasiya Sistemləri ixtisası üzrə məzun olarkən təhsilini ödəmək üçün işləyir. 1998-1999-cu illərdə Kosovoda münaqişə baş verəndə, Sərhədsiz Həkimlər və ATƏT-də işləmişdir. O, həmçinin ABŞ-də MBA təhsilini davam etdirmək üçün ABŞ Dövlət Departamentindən nüfuzlu Ron Braun Təqaüdü alaraq Makedoniyadakı qaçqın düşərgəsində işləmişdir. ABŞ-də olarkən Kusari-Lilya, İqtisadiyyat İnstitutunda, Kolorado Universitetində və Pittsburqdakı Dyukeyn Universitetində elektron biznes sahəsində magistr dərəcəsi ilə təhsilini davam etdirir. Amerikada liderlik keyfiyyətlərini göstərən tələbə icmalarının təşkili və işində fəallıq göstərir. Dyukeyn Universitetinin İşadamı Qadınlar Assosiasiyasının təsisçisi, ilk prezidenti olur və Vaşinqtonda Beynəlxalq Təhsil Həftəsini qeyd etmək üçün Dövlət katibi Madlen Olbraytın dəvət etdiyi Şərqi Avropadan gələn üç Ron Braun təqaüdçülərindən biri idi.
Simona de Bovuar
Simona de Bovuar kimi tanınan Simona-Ernestin-Lüsi Mari Bertrand de Bovuar (fr. Simone Lucie Ernestine Marie Bertrand de Beauvoir; 9 yanvar 1908, VI arondisman (Paris) – 14 aprel 1986, XIV arondisman (Paris) və ya Paris) — fransız yazıçı, intellektual, ekzistensialist filosof, siyasi fəal, feminist və sosial nəzəriyyəçi. O, özünü filosof hesab etməsə də, onun həm feminist eksistensializminə, həm də feminist nəzəriyyəsinə mühüm təsiri olub. Bovuar fəlsəfə, siyasət və sosial məsələlərə dair romanlar, esselər, bioqrafiyalar, avtobioqrafiyalar, monoqrafiyalar müəllifidir. O, 1949-cu ildə yazdığı, qadın əsarəti və müasir feminizmin əsas elmi şərhinin ətrafli analizini verdiyi "İkinci Cins" elmi əsəri ilə yanaşı "O Qalmağa gəldi" və "Mandarinlər" romanı da daxil olmaqla ən çox öz romanları ilə məşhurlaşmışdı. Simona De Bovuar Parisdə, bir vaxtlar aktyorluğa can atan hüquq müdafiəçisi Corc Bertrand Bovuarın və atası varlı bankir və hörmətli katolik olan Fransuaz ne Brasörün ailəsində dünyaya gəlib. Simonanın bacısı Helen ondan iki il sonra doğulub. I Dünya Müharibəsindən sonra qısa müddət ərzində öz var-dövlətlərinin böyük bir hissəsini itirdiyindən, ailə öz burjua statuslarını qoruyub saxlamaq üçün mübarizə aparırdı, və Fransuaz hər iki qızının nüfuzlu qadın monastır məktəbinə göndərilməsini təkid edirdi. Bovuar özü bir uşaq kimi həddən artıq dindar idi. Bir ara rahibə də olmaq istəyirdi, amma 14 yaşında bütün inamı alt-üst oldu ki, bunun nəticəsində də ömrünün qalanını bir ateist kimi yaşadı.
Limosa limosa
Böyük oxcüllüt (lat. Limosa limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin oxcüllüt cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU) Təhlükə həddindədir. == Genefond əhəmiyyəti == Azərbaycan faunasında cinsin 2 növündən biridir (amma 2-ci növ (L.lapponica) 5-10 ildə bir dəfə azıb gəlir). == Qısa təsviri == Göyərçindən az böyükdür. Rəngi əlvandır. Başı boz, beli qaramtıl, quyruğu qara, onun dibi isə ağdır. Qarın tərəfi köndələn zolaqlı bozdur. Havada olarkən qanadlarının üstündə bir ədəd enli ağ zolaq görünür və ayaqları quyruğundan çox geriyə çıxır.
Limosa
Oxcüllüt (lat. Limosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi.
Riboza
Riboza — pentoza qrupundan olan monosaxarid, suda asanlıqla həll olan və şirin bir dadı olan rəngsiz kristallardır. 1905-ci ildə kəşf edilmişdir. Riboza, digər monosaxaridlər kimi, məhlullarda asiklik və tsiklik tarazlıq qarışığı şəklində mövcuddur: piranoz və furanoz formaları (anomerik α- və β-ribopiranozlar və α- və β-ribofuranozlar). Bu formaların məhluldakı nisbəti: β-ribopiranoz (59%), α-ribopiranoz (20%), β-ribofuranoz (13%), α-ribofuranoza (7%), asiklik (0.1%). Riboza hidrogen və ya natrium amalgam tərəfindən müvafiq alditə (ribit) qədər reduksiya olunur və aldehid qrupu tərəfindən ribonolaktonun sintezi şəraitində tsiklləşə bilən müvafiq aldonik (ribonik) turşusuna oksidləşir və hidrazinlərlə ozazonlar əmələ gətirir. Ribozanın Β-D-ribofuranoz şəkli ribonuklein turşusunun, nukleozidlərin, nukleotidlərin və digər bioloji əhəmiyyətli maddələrin bir hissəsidir. Riboza RNT-nin tərkib hissəsidir və genetik transkripsiyada istifadə olunur. Β-D-ribozanın törəməsi olan β-D-dezoksiriboza DNT-nin tərkib hissəsidir. Həmçinin β-D-riboza ATP və maddələr mübadiləsində iştirak edən bəzi digər maddələrin tərkib hissəsidir. Bioloji quruluşa malik olan riboza, xirallığa malikdir: DNT və RNT molekulları yalnız "sağ" riboza üzərində qurulmuşdur.
Simsia
Simsia (lat. Simsia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
SİRİZA
Radikal Sol Koalisiya (yun. Συνασπισμός Ριζοσπαστικής Αριστεράς, qısa SYRIZA kimi tanınır) - Yunanıstanda fəaliyyət göstərən sosialist siyasi partiyası. 2015-ci ilin əvvələrində Yunanıstanda keçirilən parlament seçkilərinin ardından, partiya ölkə parlamentində 300 yerdən 149-una sahib çıxaraq hakimiyyətə gəlmişdir. Partiya üç müxtəlif qrupun birləşməsi ilə Synaspismós adlı sol siyasi hərəkatı yaradılmış və daha sonra hərəkat Radikal Sol Koalisiya adı altında birləşmişdir. Synaspismós hərəkatının əsas liderlərindən olan Aleksis Tsipras hal-hazırda SYRIZA partiyasının rəhbəri vəzifəsini icra edir.
Sımada
Sımada — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Saatlı rayonunun Sımada kəndi Azadkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sımada kənd Soveti yaradılmışdır. Miqrant toponimdir. İkinci Dünya müharibəsi illərində Gürcüstanın Adığün rayonunda möv­cud olmuş Böyük Smada və Kiçik Smada adlı kəndlərin türk əhalisi qanunsuz olaraq Özbəkistana sürgün edilmişdir. Həmin ailə­lərin bir qrupu 1965-ci ildə Azərbaycana gələrək Saatlı rayonu ərazisində məskunlaşmış və yeni salmış olduqlan yaşayış məntəqəsini öz ilk yurdlarının adı ilə adlandırmışdılar. Kənd Muğan düzündə yerləşir. Əhalisinin sayı 1752 nəfərdir.
Şimoci
Şimoci (yap. 下地島) — Miyako qrupuna Sakişima adaları Ryukyu arxipelaqına daxil olan kiçik ada. Miyako dairəsi və qəzasına Okinava prefekturası ərazisinə daxildir. Adanın sahəsi 9,54 km² təşkil edir. Şimoci adası bir çox körpülərlə İrabu adası ilə birləşir. Adanın şimalında hava limanı yerləşir. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 15 metr təşkil edir. Adada çay yoxdur. Adanın qərbində göllər vardır.
Şıxoba
Şıxoba — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Samosa
Samosa farsca Sambosag (سنبوسگ) sözündəndir (üçbucaqlı xəmir mənasını verir). Cənubi Asiya və Qərbi Asiyanın qızardılmış qəlyanaltısıdır. Bu, əsasən tərəvəz, ədviyyatlı kartof, soğan, noxud, həmçinin vegetarian olmayan ət və ya balıqdan ibarət olan içlikli xəmirdir. Bölgədən asılı olaraq üçbucaq, konus və ya aypara kimi müxtəlif formalarda hazırlanır. == Etimologiya == Samosa sözü Hindustanın "samosa" (urdu سموسہ, hind समोसा) ifadəsindən yaranmışdır. Bu termin orta fars dilindəki "sanbosag" (سنبوسگ) sözündən götürülüb, mənası "üçbucaqlı xəmir"dir. Oxşar xəmirlər ərəb dilində "sambusak" adlanır, və orta əsr ərəb resept kitablarında bəzən "sambusaj" kimi də yazılır. Bu terminlərin hamısı farsca "sanbosaq" sözündən törəmişdir. == Tarix == Cənubi Asiya samosasının, Yaxın Şərqin orta əsrlər dövründə bişirilən və qızardılmayan olduğu düşünülür. Samosanın ən qədim qeydini Abbasilər dövrünün şairi İshaq əl-Mövsili "sanbusaj" adlandıraraq təsvir etmişdir.
Samoa
Samoa — dövlət. Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. Samoa 11 dairəyə bölünür. 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
İmola
İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur. Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq Pisti və Formula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır. Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı. İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü.
Şimla
Şimla (hind. शिमला, ing. Shimla) — Hindistanın Himaçhal Pradeş vilayətinin paytaxtıdır. Şəhərin əhalisi 2011 il hesablanmasına əsasən 814,010 dur. Şəhər Birləşmiş Krallıq dövründə yay paytaxtıydı. Məhəmməd Ziyaülhaqq - Keçmiş Pakistan prezitendi. Hamid Kərzai - Əfqanıstan prezitendi.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Iboza
Tetradenia (lat. Tetradenia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Iboza N.E.Br.