Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Skad
Skad — Soyuq müharibə dövründə SSRİ tərəfindən istehsal olunmuş taktiki ballistik raketdir. İkinci və Üçüncü dünya ölkələrinə geniş şəkildə ixrac edilmişdir. İlk istehsal olunmuş versiyasının adı R-11, sonrakı daha inkişaf etdirilmiş variantı isə R-17 Elbrus adlanır. "Skad" adı isə bu raketin NATO kod adıdır və bu ad daha çox istifadə olunur. Raketin sürəti maksimum Mach 5.0-dir (2 km/s). Skad-A 1951-ci ildə R-11 adı ilə dizayn olunan bu texnika "Skad" seriyasının ilk ballistik raketidir. Bir çox xüsusiyyətlərinə görə II Dünya müharibəsi zamanı Faşist Almaniyası tərəfindən istehsal olunan V-2 raketinin oxşarıdır. Bu raket Sovet mühəndisi Viktor Makeyev tərəfindən hazırlanıb. İlk uçuşunu 18 aprel 1953-cü ildə həyata keçirib. 13 dekabr 1953-cü ildən etibarən Zlatoust şəhərində yerləşən SKB-358 zavodunda istehsalına başlanıb.
Skayp
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Daliya Skay
Dahliya Skay (10 avqust 1989 – 30 iyun 2021, Los-Anceles, Kaliforniya) — amerikalı pornoqrafiya aktrisasıdır. Dahliya Skay 10 avqust 1989-cu ildə dünyaya gəldi. 2010-cu ildə Bailey Blue ləqəbini götürərək pornoqrafiya sənayesinə başladı. 2014-cü ildə səhnə adının müəllif hüquqlarının əlində olan institusional geyim firmasının xəbərdarlıq göndərdiyinə görə adını dəyişdirdi. 30 iyun 2021-ci ildə Los-Anceles, Kaliforniya-da bir avtomobilin içində silahla vurulmuş halda ölü olaraq görüldü. Ölümündən sonra New York Daily News-da yer alan bir xəbərə görə səlahiyyətlilər hadisənin intihar olduğu qərarını verdi.
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.
SOAP protokolu
SOAP (Simple Object Access Protocol) protokolu — şəbəkə daxilində ayrı-ayrı proqramların qarşılıqlı əlaqəsini təmin edən bir sistem. Bu protokol məlumatların veb-servislər üzərindən ötürülməsini, emal edilməsini təmin edir.
Skay adası
Skay adası (ing. Isle o Skye; şot.kelt An t-Eilean Sgitheanach və ya Eilean a' Cheò; ş.german Isle o Skye) — Şotlandiyanın şimal-qərbində yerləşən ada. Bu, Daxili Hebridlərin ən böyük arxipelaqıdır. İnzibati cəhətdən Haylend rayonuna aiddir. Murray, W.H. The Hebrides. London: Heinemann. 1966. Adomnán of Iona. Sharpe, Richard (redaktor). Life of St Columba.
Travis Skat
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Kap alabayquşu
Kap alabayquşu (lat. Tyto capensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Kap fırtınaquşu
Kap fırtınaquşu (lat. Daption capense) — (Daption) Fırtınaquşular fəsiləsinə və Fırtınaquşukimilər dəstəsinə aid olan dəniz quşu. Öz cinsinin Daption yeganə nümayyəndəsi. Əsasən onlar Antarktidanın sahil zolağında və subantarktik bölgələrdə yerləşən adalarda yuva qururlar. Üstəlik onların yuva qurmasını Kergelen arxipelaqında, Herd adası və Makdonald adalarında və Yeni Zelandiya sahillərində müşahidə etmək olur. Onların ümumi çəkisi 250–300 q arasında dəyişir. Hündürlüyü 36 sm, qanadları arasında məsafə 89 sm-dir. Bu ölçülərinə hörə onlar kiçik fırtınaquşulara daxildirlər. Qanadları enli, quyuqları qısa və dairəvidir. Qanadlarında ağ ləkələr mövcuddur.
Kap pərttəgözü
Kap pərttəgözü (lat. Burhinus capensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Kap qrifi
Kap yarımadası
Kap yarımadası (afrik. Kaapse Skiereiland) - Afrika qitəsinin cənub-qərbində Atlantik okeanında Cənubi Afrika Respublikası ərazisində yerləşən coğrafi məntəqə. Cənub qutaracağında Ümid və Keyp-Poynt burnu yerləşir. Şimalında isə Keyptaun şəhəri və onun yaxınlığında ucalan Masa dağı (Table Mountain) yerləşir. Dağlıq və düzənlik ərazilərdən ibarət olması bölgədə üzümçülüyün inkişafına imkan verir.
Kap şehçiçəyi
Kap şehçiçəyi (lat. Drosera capensis) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Kap şiri
Kap şiri (lat. Panthera leo melanochaitus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
SAP AG
SAP — mərkəzi Almaniyanın Ualldorf şəhərində yerləşən Avropanın ən böyük proqramlaşdırma şirkəti. SAP 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərb. Sistem Analizi və Proqramlaşdırma‎) adı altında Almaniyanın Mannheym şəhərində yaradılmışdır. Rəsmi sayt Yahoo!
SAP SE
SAP — mərkəzi Almaniyanın Ualldorf şəhərində yerləşən Avropanın ən böyük proqramlaşdırma şirkəti. SAP 1972-ci ildə IBMin beş keçmiş işçisi tərəfindən "Systemanalyse und Programmentwicklung" (azərb. Sistem Analizi və Proqramlaşdırma‎) adı altında Almaniyanın Mannheym şəhərində yaradılmışdır. Rəsmi sayt Yahoo!
Sap qurdlar
Qılqurdlar (lat. Nematomorpha) — heyvanlar aləminə aid heyvan tipi. Bu tipə 230-a yaxın növü birləşdirən parazit qurdlar daxildir. Qılqurdlar müxtəlif buğumayaqlılarda, əsasən həşəratlarda parazitlik edirlər. Adi qılqurd (lat. Gordius aquaticus) şirin sularda geniş yayılmışdır. Silindrik, çox nazik və uzun tükşəkilli bədən, bir neçə santimetrdən 1,5 m-ə qədər ölçüdə olub, qalın kutikula ilə örtülmüşdür. Bu qurdların cavan parazit mərhələləri ağımtıl, yetkin qurdlar isə tünd qonur rəngdədir. Kutikulanın altında birqatlı epiteli, onun altında uzununa əzələ liflərindən təşkil olunmuş dəri-əzələ kisəsi yerləşir. Qılqurdlar ilk bədən boşluğuna malikdirlər.
Şap (Alye)
Şap (fr. Chappes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03058. 2008-ci ildə əhalinin sayı 203 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş arasında) 94 nəfər iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.0%, 1999-cu ildə 66.4%). Fəal olan 94 nəfərdən 90 nəfər (49 kişi və 41 qadın) çalışdı, 4 qadın işsizdi. 28 hərəkətsiz 6 nəfər şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kap kərkəsi
Kap kərkəsi (lat. Gyps coprotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Ağır Şkaf (1971)
Ağır şkaf qısametrajlı bədii filmi rejissor Cəmil Fərəcov tərəfindən 1971-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolu Elçin Məmmədov ifa edir. Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir. Film yükvuran fəhlələrin həyatından bəhs edən lirik səhnədir. Film rejissor Cəmil Fərəcovun və operator Azər Salayevin kurs işidir.
Bankroft sap qurdu
Bankroft sap qurdu (lat. Wuchereria bancrofti) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Bu parazit sap şəklində olub, limfa damarlarında ve limfa düyünlərində yaşayır. Erkək fərdin uzunluğu 4 sm, dişi fərdin uzunluğu isə l0 sm-dir.. Parazit həyat tərzi keçirir. Bu qurdlar limfa damarlarında külli miqdarda olduqda insanda “fil xəstəliyi” – elefantiazis törədir, ətrafların, xayaların, döş ve digər orqanların həddindən artıq şişməsinə səbəb oldularına görə də bu xəstəliyə "fil xəstəliyi" (Zoa boa) və ya elefantiazis deyilir.. Bu nematod Yetkin qurdlar ən çox limfa vəziləri və limfa damarlarında rast gəlinir. Limfa damarlarının tutulması nəticəsində onların divarları iltihabdan qalınlaşır və limfanın durğunluğu yaranır. Zədələnmiş yer ölçücə çox böyüyür. Dişilər külli miqdarda sürfələr əmələ gətirir.
Kap Vert yarımadası
Kap Vert yarımadası (fr. Cap-Vert — yaşıl burun) — Afrikanın Atlantik okean sahillərində yerləşən yarımadası. Yarımadada Afrika materikinin ən ucqar qərb nöqtəsi olan Almadi burnu yerləşir. Yarımadanın cənub hissəsində seneqalın paytaxtı olan Dakar qəralaşır. Kap Vert yarımadası bir neçə keçmiş vulkanın adanın Dəniz cərəyanları vastəsi ilə toplanan qumun sayəsində materikə birləşmişdir. Yaeımada üçbucaq formaya malikdir. Bu ucu mic olan yarımada Almadi burnundan cənub-çərq istiqamətdə əyilir və gəmiçilik üçün əlverişli liman əmələ gətirir. Yarımadanın relyefi qayalıqdır. Materikə doğru isə qumluqlar üstünlıük təşkil edir. Paytaxtın qərb rayonlarında yerləşən Madlen adasında dünyanın ən kiçik milli parkı yerləşir.
Kap dırnaqsız samuru
Kap dırnaqsız samuru (lat. Aonyx capensis) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. Bədəninin uzunluğu 95 - 100 sm, quyruğu 55 sm təşkil edir. Barmaqları arasındakı pərdə balaca olmasına baxmayaraq yaxşı üzə və suya dala bilirlər. Onların dırnaqları olduqca qısa olur və ancaq arxa ətrafların ikinci və üçüncü barmaqlarında olur. xəzləri elə də sıx deyildir. Bu səbəbndən onlar elə də tez-tez ov obyektinə çevrilmirlər. Cənubi Afrika, Efiopiya və Seneqalın lal axan sularında, sahillərdə, çay mənsəblərində yayılmışlar. Qida rasionunun əsasını yengəclər təşkil edir. Onlar asanlıqla yengəcin sərt olan qabığını qıra bilirlər.
Kap dəniz pişiyi
Kap dəniz pişiyi, və ya Cənubi Afrika pişiyi(lat. Arctocephalus pusillus) — qulaqlı suiti fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə daxil olan növ. Əsasən Cənubi Afrika və Avstraliya sahillərində yaşayır. Erkəklər 2,5 metr, dişilər isə 1,8 metr uzunluğa malik olurlar. Bu göstərici ilə bu növ dəniz pişikləri arasında ən irisidir. Bu baxmayaraq latın dilində pusillus kəlməsi "kiçiçik" mənasını verir. Arctocephalus pusillus pusillus yarımnövü koloniya şəklində CAR və Namibiya sahillərində yaşayır. Bəzən isə şimalda Anqola sahillərində də görsənir. Hətta subantarktik ərazilərdə Şahzafə Eduard adalarına qədər üzürlər. Digər yarımnöv Arctocephalus pusillus doriferus isə Tasmaniya adası sahilləri və Bass boğazı akvatoriyasında çütləşmə mövsümünü keçirir.
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
EMAP
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
Eskarp
Eskarp - (frans. eskarpe - kəskin eniş, dik) 1) 20-ci əsrə qədər şturm əleyhinə istifadə olunan, uzunmüddətli yaxud səhra istehkamının(bürc, fort)daxili kəskin enişli xəndəyi. 2) düşmənə tərəf çevrilmiş və 14%-dən 45% qədər kəskinliyi olan, hündürlüyün (çay qırağı) dik enişinin (2-3 metr) hündürlükdə pilləvari formada qazılması ilə torpaqdan tank-əleyhinə müdafiə xəndəyi. İkinci dünya müharibəsi ərəfəsində sərhəd möhkəmləndirilmiş istehkamları sistemində, İkinci Dünya müharibəsində isə müdafiə hüdudlarının yaradılmasında istifadə edilib. Eskarpların fasları pulemyot və artilleriya atəşi ilə qorunurdu, civarları minalanırdı. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.8 səh.
Etap
Etap – [fr. etape – məntəqə] 1)yolun, məsafənin bir hissəsi; 2)hər hansı keyfiyyət dəyişikliyi və ya hadisə ilə bağlı olan dövr; 3)hər hansı prosesin bir mərhələsi; 4)deologiya növü mənəviyyat haqqında təlim; 5)hər hansı bir ictimai qrupun, peşənin mənəviyyatı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.