Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saatsaz
Saatsaz — saatların təmiri və düzəldilməsi ilə məşğul olan şəxs.
Slavsk
Slavsk (rus. Славск) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Blatta
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi.
Alaşa
Alaşa — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 396 nəfərdir.[mənbə göstərin]Alaşa Astara rayonunun Səncərədi inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Toponimin yerli tələffüz formasına (ələşo) əsaslanan tədqiqatçılar onu "böyük həyat" kimi izah edirlər. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. == Etimologiyası == Coğrafi adın tərkibindəki «ala» komponenti qədim türk dillərində «böyük», «şa» isə talış dilində həyat sözünün qədim variantı olub «böyük həyat» böyük yaşayış məntəqəsi mənasındadır. == Din == Kənddə "Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir. == Tanınmış şəxslər == === Şəhidləri === Rüstəm Şahbazov (1974-1992). Vüsal Nəhmətov (1987-2020). Nihad Əhmədov (2000-2020).
Latxa
Latxa — İspaniyanın Basklar ölkəsində süd verən qoyun cinsi. Əksəriyyətlə Biskay, Gipuzkoa və Navarre rayonlarında tapılar. Latxa qoyunların xam südü İdiazbal və Roncal pendirlərin istehsallarında istifadə edilər. Yunları uzun və cod olur. Bəzi süd qoyunları daha çox süd verdiyi üçün Basklar ölkəsindəki bəzi çobanlar pendir istehsalında mələz Assaf cinsini istifadə edirlər. Bunun Avropa Birliyinin Mənşə adı qaydalarına zidd olduğunu düşünənlər var.
Samsa
Samsa — Asiya və Afrikanın müxtəlif ölkələrində pişirilən peraşkisinin növü.
Sansa
Sansa (fr. Sanssat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03266. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 133 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,2%, 1999-cu ildə 69.7%). Fəal 133 nəfərdən 119 nəfəri (71 kişi və 48 qadın), 14 nəfər işsiz (4 kişi və 10 qadın) idi. Fəal olmayan 65 nəfər arasında 37 nəfər şagird və ya tələbə, 13 nəfər təqaüdçü, 15 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Stata
Stata(ümumi təyinatlı statistik proqram təminatı paketi; 1985-ci ildə StataCorp şirkəti tərəfindən yaradılıb. Bütün dünyada bir çox biznes qurumları və elmi müəssisələr bu proqramdan geniş istifadə edir. İstifadəçilərinin əksəriyyəti müxtəlif tədqiqat sahələrində, xüsusilə, iqtisadiyyat, sosiologiya, politologiya, biotəbabət və epidemiologiya sahələrində çalışır. Stata verilənlərin idarəolunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malikdir. Stata adı ingilis dilindəki statistics və data sözlərindən yaranıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 812 s.
Elitsa Todorova
Elitsa Todorova (Bolqarca: Елица Тодорова; 2 sentyabr 1977, Varna) — Bolqarıstanlı müğənni. == Həyatı == 2 sentyabr 1977-ci ildə anadan olmuşdur. Elitsa Todorova Stoyan Yankulov ilə birlikdə 2007 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstanı təmsil etmiş və Bolqarıstana 5-ci yeri qazandırmışdılar. Elitsa və Stoyan 2013-cü ildə yenidən öz ölkələrini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Bolqarıstanı finala keçirə bilməyiblər.
Lataşa Harlins
Lataşa Harlins — Ja Du (Hangul: 순 자두) adlı 51 yaşlı Koreya əsilli mağaza sahibi bir qadın tərəfindən öldürülən 15 yaşındakı afroamerikalı bir qız idi. Du Harlinsi affekt vəziyyətində öldürüldüyünə görə beş il şərti azadlıqdan məhkum edilmiş və 400 saat ictimai işlər, 500 ABŞ dolları və dəfn xərcləri ilə cərimə olunmuşdu. Bəziləri Lataşa Harlinsin güllələnməsini 1992-ci il Los-Anceles iğtişaşlarının səbəblərindən biri kimi göstərirlər. Harlinsin ölümü, Rodni Kinqin polislər tərəfindən döyülməsinin videoya çəkilməsindən 13 gün sonra baş vermişdi.
Pinus clausa
Pinus clausa (lat. Pinus clausa) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Roqaşka-Slatina
Roqaşka-Slatina (sloven. Rogaška Slatina) — Sloveniyanın şərqində bolneoloji (əsasən müalicəvi sular) kurort şəhəri. Sele şəhərindən 45 km, paytaxt Lyublyanodan 82 km məsafədə yerləşdir. Şəhər "Donat Mg adlı müalicəvi suyu ilə məşhurdur. == Tarixi == Roqaşka-Slatina — Sloveniyanın və Avropanın ən qədim və məşhur kurort şəhərlərindən biridir. Slatina vadisi qədim zamanlardan məlumdur. Roma imperiyasına aid olan Petovium Celeia adlı yolun qalıqlarının bu ərazidə aşkarlanması, Roqaşkanın Roma dövründən bəri məşhur olmasını ehtimal etməyə əsas verir. Həmin ərazinin yaxınlığında Roma fibulası və qəpikləri aşkar edilmişdir. Həmin vaxtdan etibarən Donat Mg suyunun müalicəvi xüsusisəyyətləri məlum olmuşdur. Bu suyun müalicəsi xassələri barədə əfsanələr yaranmış, ziyarətçilərin sayı artmışdır.
Slatski düsturu
Slutski düsturu (ing. Slutsky equation) mikroiqtisadiyyatda istehlakçının seçiminə təsir göstərən və qiymətlərin dəyişməsi ilə bağlı sərvət və əvəz etmə effektlərini izah edir. Başqa sözlərlə, o, Marşal tələbində və Hiks tələbində qiymət üzrə baş verən dəyişiklikləri əlaqələndirir. Yevgeni Slutski (rus. Евгений Слуцкий) (1880-1948) şərəfinə adlandırılmışdır. Əvəzetmə effekti iki məhsul bir-birini əvəz etmə qabiliyyətinin dəyişməsi deməkdir. Misal üçün, əgər bir normal məhsula qiymət qalxsa, ona tələb düşəcək, və eyni zamanda onu əvəz edə bilən məhsula tələb artacaq. Sərvət(gəlir) effekti səbəbi qiymətin artması və ya azalması olan istehlakçının alıcılıq qabiliyyətinin dəyişməsi deməkdir. Əgər məhsula qiymət düşsə, istehlakçı bu məhsuldan daha çox almaq istəyə bilər, və tələb artacaq.Slutski matrisasının hər bir elementi (çünki söhbət sayı ikidən çox olan məhsullardan gedə bilər) aşağıdaki kimi ifadə olunur: ∂ x i ( p , w ) ∂ p j = ∂ h i ( p , u ) ∂ p j − ∂ x i ( p , w ) ∂ w x j ( p , w ) , {\displaystyle {\partial x_{i}(p,w) \over \partial p_{j}}={\partial h_{i}(p,u) \over \partial p_{j}}-{\partial x_{i}(p,w) \over \partial w}x_{j}(p,w),\,} burada h ( p , u ) {\displaystyle h(p,u)} Hiks tələbidir və x ( p , w ) {\displaystyle x(p,w)} Marşal tələbidir, p qiymətlərdir, w sərvətdir, və u fayda deməkdir. Düsturun sağ hissədə birinci üzvü əvəz etmə effektini ifadə edir, ikincisi isə sərvət effektini.
Vratsa vilayəti
Vratsa vilayəti (bolq. Област Враца) — Bolqarıstanın şimal-qərb zonasında yerləşən vilayət. Sahəsi 3619.7 Km2 olan Vratsa vilayətinin əhalisi, 2011-ci ilə olan məlumata görə 186 848 nəfərdir. == İnzibati əraziləri == Vratsa vilayəti 10 icmadan ibarətdir. Vratsa vilayətinin inzibati paytaxtı Vratsa şəhəridir. == Əhalisi == Vratsa vilayətinin əhalisinin 92.73 faizi milliyətcə bolqar, 6.18 faizi isə milliyətcə qaraçıdır.
Acacia alata var. alata
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.
Abroma alata
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Acacia alata
Acacia alata (lat. Acacia alata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia alata var. alata Acacia alata var. genuina Meissner Acacia alata var. glabrata Seem. Acacia uniglandulosa Seem. & J.A.Schmidt Mimosa alata (R.Br.) Poir. Phyllodoce alata (R.Br.) Link == Yarımnövləri == Acacia alata var. alata Acacia alata var.
Acacia elata
Acacia elata (lat. Acacia elata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Achyrocline alata
Achyrocline alata (lat. Achyrocline alata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin achyrocline cinsinə aid bitki növü.
Alaria alata
Alaria alata (lat. Alaria alata) — chromista aləminin yastı qurdlar tipinin trematodlar sinfinin diplostomida dəstəsinin diplostomatidae fəsiləsinin alaria cinsinə aid heyvan növü. == Növün xarakterik morfoloji əlamətləri == Bədənin uzunluğu 2,2 – 6,0 mm, maksimal eni 1,26 – 1,66 mm-dir. Ağız sormacının diametri 0,054 – 0,160 mm-dir. Ağız sormacının yanlarında qulağabənzər iki çıxıntı yerləşir. Farinksin uzunluğu 0,110 – 0,150 mm-dir. Bağırsaq farinksin bilavasitə ardınca başlanır. Qarın sormacının diametri 0,086 – 0,149 mm olub, baş hissədən 0,34 – 0,70 mm məsafədə yerləşir. Udlağın uzunluğu 0,110 – 0,150 mm, eni 0,086 – 0,100 mm-dir. Qida borusu yoxdur.
Alaşa (bulaq)
Alaşa – Azərbaycan Respublikasının Astara rayonunun Alaşa kəndi ərazisində mineral bulaq. == Ümumi məlumat == Azərbaycan Respublikasının ərazisində 100-ə qədər azotlu su növü var ki, bunlardan biridə Alaşa bulağının suyudur. Suyun hərarəti 45–50°C-yə qədər olur. Bu su isti azotlu sular qrupuna daxildir ki, bunların əhəmiyyəti daha çoxdur. Alaşa mineral bulağı Astara rayonunun Alaşa kəndindən 3 km qərbdə , İstisu çayının yatağında yerləşən 16 bulaqdan ibarətdir. Bulaqlar yüksək debitli olub, acı-şordur. Yerli əhali tərəfindən müalicə məqsədi üçün istifadə olunur. Bu hidronim türk dillərində qədim dil elementi kimi bir neçə məna ifadə edir: "at", "köçəri həyata alışmış heyvan", "coşan, harın, inadkar", "aşağı, alçaq", "bel, arxa", "pis, murdar, iyrənc" və s. Bulaq adı kimi "pis, xoşa gəlməyən su" mənasını ifadə edir.
Alaşa (xalça)
Alaşa (qaz. Алаша) — çoxrəngli yun saplardan hazırlanmış əl işi xalça məmulatı. Alaşa iki şəkildə toxunur: Birincidə rəngli saplar bir-biri ilə rəqabətdə toxunur. İkincidə müxtəlif naxışlar əldə etmək üçün iplər diqqətlə seçilir və rəngə görə qruplaşdırılır. Qazaxların həyatında geniş yayılmışdır.
Alaşa bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ana plata
Ana lövhə (ing. motherboard, ru. материнская плата) - kompüter sisteminin başlıca komponentlərini: prosessoru, operativ yaddaşı, şin kontrollerini, birləşdiriciləri və s. özündə saxlayan əsas lövhə. Yaddaş genişləndiriciləri və giriş-çıxış kartları da daxil olmaqla qalan lövhələr ana lövhəyə şin yuvaları vasitələrilə qoşulur. Ana lövhə və ya ana plata - (ing. Motherboard) kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərən və onları idarə edən xüsusi və əsas kompüter hissəsi. Ana (sistem) lövhə kompüterin daha effektli işləməsi üçün əhəmiyyətli rol oynayır. Ana lövhə müxtəlif ölçülərdə olur. Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Aralia elata
Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır.