Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sinaps
Sinapslar neyronların (sinir hüceyrələrinin) digər neyronlara və ya əzələlər və vəzilər kimi qeyri-neyronal hüceyrələrə mesaj ötürməsinə imkan verən xüsusi qovşaqlardır. Hərəki neyron və əzələ hüceyrəsi arasındakı kimyəvi sinapsa sinir-əzələ qovşağı da deyilir. Kimyəvi sinapslar sayəsində mərkəzi sinir sistemindəki neyronlar bir-biri ilə neyron şəbəkəsi yarada bilirlər. Buna görə də sinapslar qavrayış və təfəkkür kimi zehni funksiyalar üçün mühüm rol oynayır. Bundan əlavə, sinir sisteminin bədənin digər orqanları ilə əlaqəsi sinapsların mövcudluğundan asılıdır. İnsan beynində çoxlu sayda kimyəvi sinaps var. Gənc uşaqlarda 10–16 (10.000 trilyon) sinaps olduğu halda, bu rəqəm yaş artdıqca tərs şəkildə azalır və böyüklərdə sabitləşir. Yetkin bir insanın sinapslarının təxmini sayı 10 15 ilə 5 x 10 15 arasındadır (1000-dən 5000 trilyona qədər). Zamanla sinapsların sayının azalması itki kimi qəbul edilməməlidir. Sinaps termini ser Çarlz Skott Şerrinqton və onun həmkarları tərəfindən yunanca "sin-" (birlikdə, birlikdə) və "haptein" (qucaqlamaq) sözlərinin birləşməsindən yaranmışdır.
Uesli Snayps
Wesley Snipes (oxunuş:Uesli Snayps) ABŞ aktyoru,döyüş sənətçisi ve film prodüseridir. O ilk dəfə "Vəhşi pişiklər" adlı komediya filmində rol alıb, 1992-ci ildə "Nyu Djek Citi", "Ağ adamlar hoppana bilmir" və "52 nömrəli müştəri" filmləriylə məşhurlaşdı. Daha sonra o, Robert De Niro, Silvestr Stallone, Tommi Li Cons kimi məşhur aktyorlarla filmlərə çəkilir. 1998-ci ildəki "Bleyd" filmi ilə məşhurluğuna məşhurluq qatır. 2004-cü ildə "Blade-3" filmindən sonra artıq Bir-Dəfəlik-DVD olaraq filmlər çəkdi. == Filmləri == (1987) (Vəhşi pişiklər) (1988) (Qızıl Şəhər) (1988) (Təcili Sitüatsiya) 1988) (Vietnam müharibə hekayəsi 2) (1989) (Əla Liqa) (1990) (Nyu Yorkun Kralı) (1990) (Həyatın pürüzləri) (1991) (Nyu Djek Siti) (1991) (Meşə Atəşi) (1992) (Su rəqsi) (1992) (57 nömrəli sərnişin) (1992) (Ağ adamlar hoppana bilmir) (1993) (Qaynama nöqtəsi) (1993) (Günəşin doğuşu) (1993) (Dağıdıcı adam) (1994) (Düşmə Arenası) (1994) (Şuqar Xil) (1995) (Vong Fo,hər şəy üçün təşəkkürler!
23snaps
23snaps — pulsuz, özəl sosial şəbəkə və ailələr üçün foto paylaşma xidməti. Valideynlərə övladlarının şəkillərini, videolarını, ölçmələrini və hekayələrini rəqəmsal jurnalda saxlamağa və həmin yenilikləri digər ailə üzvləri və ya yaxın dostları ilə özəl şəkildə paylaşmağa imkan verir. 23snaps onlayn və mobil cihazlarda mövcuddur və 1 iyun 2012-ci ildə istifadəyə verilmişdir.23snaps əvvəlcə iPhone tətbiqi və veb-sayt kimi mövcud idi, daha sonra Android, iPad və Windows 8 üçün proqramlar buraxdı. Şirkət Notabli, Tinybeans kimi ailələr üçün digər şəxsi foto paylaşma xidmətləri və foto paylaşmağa imkan verən sosial şəbəkələrlə rəqabət aparır. Instagram və Facebook. Şirkət Londonda yerləşir və Espotting-in keçmiş rəhbəri İvailo Jordanov və Yuri Tereşçenko tərəfindən təsis edilib. Şirkət təsisçilər tərəfindən özünü maliyyələşdirir. 23snaps foto kitabların və foto çapların satışı ilə gəlir əldə edir.2013-cü ilin noyabrında 23snaps xidmətin 179 ölkədə yarım milyon istifadəçini keçdiyini elan etdi. == Xidmətlər == İstifadəçilər pulsuz 23snaps hesabı üçün qeydiyyatdan keçərək proqram daxilində uşaqları üçün profillər yaradırlar. Onlar şəkillər, boy və çəki kimi göstəricilər əlavə edə və status yeniləmələri edə bilərlər.
Anais
Anahit və ya Anais (erm. Անահիտ) — erməni mifologiyasında bərəkət, sağlamlıq, zəka, təbiət və fahişəlik ilahəsi. Erkən dövrlərdə Anahit müharibə ilahəsi olmuşdur. E.ə. III əsrdən başlayaraq b.e. I əsrinə, yəni xristianlığın yayılmasına qədər bu ilahə Mitra ilə birlikdə Ermənistanın əsas tanrıçası olmuşdur ki, bir çox mütəxəssislər həmin dövrü Anahit məbədlərinin təsiri ilə fahişəliyin geniş yayılması dövrü kimi xarakterizə edirlər.Erməni müəllifləri Anahiti daha çox Afrodita və Artemida ilə müqayisə etsələr də, adları çəkilən iki ilahədən fərqli olaraq Anahit daha çox fahişəlik ilahəsi kimi şöhrət tapmış, onun şərəfinə Ermənistanın müxtəlif ərazilərində ucaldılan və yüzlərlə erməni qızlarının və gənc oğlanların saxlandığı məbədlər dünyanın müxtəlif ölkələrindən gələn kişilər tərəfindən ziyarət edilmişdir. Strabondan başlayaraq antik tarixçilərin əksəriyyəti Anahitin fahişəlik ilahəsi olması və onun şərəfinə inşa edilmiş məbədlər haqqında maraqlı məlumatlar verirlər. Starbon xüsusi olaraq qeyd edir ki, "Anahitə ibadət edənlər fahişəliyə qurşanmışdılar … həmin vaxt Böyük Ermənistan hökmdarı Trdat Anahitə nəcib qadın, erməni xalqının isməti, şöhrəti və canlandırıcısı, böyük Aramazdın qızı və arvadı kimi həmd edirdi." Strabon, XI, XIX Ermənistanda əsas Anahit məbədləri Erez, Armavir və Artaşatda yerləşirdi. Sofen rayonu ərazisindəki dağlar isə Anahitin taxtı (Athor Anahta) hesab edilirdi. Plutarxın sözlərinə görə, Erezdəki Anahit məbədi qədimliyinə və zənginliyinə görə digərlərindən fərqlənirdi.
Anapa
Anapa — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər. == Tarixi == Anapa – müasir Krasnodar ölkəsində liman şəhəridir. Qara dənizin şimal qərb sahilində yerləşir. 1475-ci ildə artıq güclü türk hərb qalası kimi məşhur idi. "Qala hünərli mühəndis əlindən çıxmışdır,"- deyə Övliya Çələbi qürurla qeyd edir. Tarixən ilk adı Buğurqala (Buğur çayı üzərində salındığına görə) olmuşdur. 1. Bir neçə dəfə Anapada olmuş Övliya Çələbi bu qədim torpağın öz dürrü-gövhəri ilə məşhur olduğu barədə yazır.: Anapa limanında bir çeşid incilər çıxarılırmış; geniş bir təpə üzərindəki bu qalanı sarayının divarı, döşəməsi buradan çıxan ləl, yaqut, sədəf, əqiqlərlə bəzəndiyinə görə qalaya "Qalayi-gövhər" deyərmişlər. Tarixdə də bu şəkildə yazılmışdır. Qala Abaza ilə Çərkəz torpaqlarının hüdudunda sərt bir qaya üzərində yerləşir.
Seans
Seans (film, 1988)
Sears
Sears, Roebuck and Company (türk. Sirs, Roubak end Ko), Sears kimi daha yaxşı tanınır — bir neçə beynəlxalq pərakəndə satış şəbəkəsini idarə edən Amerika şirkəti. == Tarixi == Sears, XIX əsrin sonlarında Riçard Sirs və Alva Robark tərəfindən quruldu. Şirkətin yeniliyi, malların poçt sifarişi kataloqları vasitəsi ilə son müştərilər tərəfindən sifariş verilməsi idi. O vaxt şirkət mülki silahların, xüsusən Kolt revolverlərinin satışı üzrə ixtisaslaşmışdı. Bu fəaliyyətlə başlayaraq, XX əsrin ortalarına qədər şirkət ABŞ-nin ən böyük perakendecisi oldu və kataloqları dünya miqyasında şöhrət qazandı. Şirkət bir çox məşhur ədəbi əsərlərdə xatırlanır. İkinci Dünya Müharibəsindən sonra, rəqabət və demoqrafik dəyişikliklər nəticəsində şirkətin müştəriləri əhəmiyyətli dərəcədə daraldı — böyük mağazaları kənddə və şəhərin mərkəzində yerləşdi, əhali isə əsasən şəhərətrafına köçmüşdür. Zaman keçdikcə onların kataloqları xeyli azaldı. == İstinadlar == == Ədəbiyyat == «Сирс, Робак энд К°» // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Sinapis
Xardal (lat. Sinapis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Tərkibində yüksək keyfiyyətli yağ olduğu üçün xardal toxumundan bitki yağı istehsalında xammal kimi istifadə olunur. Yağı aldıqdan sonra yerdə qalan hissədən üyüdülmüş xardal tozu əldə edilir. Bu xardal tozundan süfrə xardalı hazırlanır. Xardalı əsas təsiredici maddəsi siniqrin qlükozididir. Qara xardalda 2,81 %, qırmızı xardalda 2,35 %, ağ xardalda isə 0,61 % siniqrin qlükozidi var. == Haqqında == Xaççiçəklilər fəsiləsindən olan birillik ot bitkisidir. Vətəni Aralıq dənizidir. Xardalın üç növü var: ağ xardal, qara xardal və qırmızı xardal.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şanus
Şanus (fr. Chanousse, oks. Chanossa) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05033. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 48 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 27 nəfər (15-64 yaş) arasında 19 nəfər iqtisadi fəal, 8 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.4%, 1999-cu ildə 60.9%). Fəal 19 nəfərdən 17 nəfər (8 kişi və 9 qadın) çalışdı, 2 qadın işsizdi.
Şanış
Şanış (az.-əbcəd شانێش‎, fars. ده‌بهار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 625 nəfər yaşayır (211 ailə).
Əşnas
Əbu Cəfər Əşnas (?-17.10.844)—Abbasilər ordusunun sərkərdəsi. == Həyatı == Əşnas bir türk qulamıdır. O, Abbasilərin topladığı türk qulam qvardiyasında xidmət etmişdi. Tez bir zamanda sərkərdə mərtəbəsinə ucalmışdı. Babəkin üsyanı Xəlifə Mötəsim Orta Asiyada, Altay və Tyan-Şan dağlarının ətəklərində yaşayan türklərə istinad etməyə, onlardan ordusunun özəyini yenidən qurmağa məcbur etdi. O, hər ehtimala görə türklərə qarşı qoymaq üçün orduda bərbərlərdən (məğriblilərdən) ibarət alaylar da düzəltdi. Bunun özü isə, Mötəsimin türklərə inanmaması demək idi. Lakin, əsasən türklər fiziki cəhətdən xüsusi olaraq qüvvətli və cəld döyüşçülər yetişdirdiyindən, Mötəsim onarı kütləvi surətdə orduya topladı. İtax, Əşnas Türki, Böyük Buğa, Cəfər əl-Xəyyat, Vasif və s. türk sərkərdələrini Mötəsim şücaətlərinə görə seçib götürmüşdü.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Raps
Raps (lat. Brassica napus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. Yağ alınan əhəmiyyətli bitkidir. XX əsrin sonlarında bu bitkidən biodizel alınması üçün istifadə olunması onun əhəmiyyətini bir qədər də artırıb. == Əhəmiyyəti == Yazlıq raps payızlıq raps qədər əhəmiyyət kəsb edir. Onun toxumlarının tərkibində 35-45% yarım-quruyan (yod ədəi 101) yağ, 21% zülal və 17-18%-ə qədər karbo-hidratlar vardır. Yazlıq raps yağı adətən texniki məqsədlər üçün istifadə olunur. Bu yağlar sabunbişirmə, toxuculuq, lak-boyaq, metallurgiya və digər sənaye sahələrində işlənir. Tərkibində eruk (35-40%) və linolen (10-13%) turşuları çox olduğuna görə qidalılıq dəyəri çox aşağıdır. Tərkibində eruk turşuları olmayan sortları yüksək dad keyfiyyətinə görə fərqlənir və qida sənayesində və sənayenin digər sahələrində geniş istifadə olunur.
Saks
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Sass
Sass (Syntactically Awesome Stylesheets) — CSS kod abstraksiyasının səviyyəsini artırmaq və stilin kaskad cədvəlləri sənədlərini asanlaşdırmaq üçün hazırlanmış bir CSS əsaslı metadil. Sass-ın iki sintaksisi var: sass — burada əyri mötərizələrdən istifadə edilmir və abzas, boşluqlar vasitəsilə yuvalaşma aparılır. SCSS (Sassy CSS) — CSS-dəki əyri mötərizələrdən istifadə prinsipini saxlayır və yuvalaşma aparılır. == Yuvalaşdırma qaydası == Sass-ın əsas xüsusiyyətlərindən biri iç-içə olan selektorları yaratmağı və redaktə etməyi asanlaşdıran yuvalaşdırma qaydasıdır. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: == CSS dəyişənləri == Sass-ın daxilinə dəyişən və bir sıra parametri eyni dəyişənə çevirə bilən "miksin"-ləri (ing. mixin) daxil etmək mümkündür. Bu, böyük fayllarla işləyən zaman kodun davamlılığını, çevikliyini və daha rahat anlaşılmasını təmin edir. Aşağıdakı sintaksislə CSS-ə çevrilir: Miksinlərdən istifadə nümunəsi:Aşağıdakı sintaksislə CSS-ə çevrilir: == İstinadlar == == Ədəbiyyat == Alex Libby. Instant SASS CSS How-to. Packt.
ŞKAS
ŞKAS (rus: Шпитальный-Комарицкий Авиационный Скорострельный (ШКАС) Shpitalni-Komaritski Aviatsionni Skorostrelni) — Sovet istehsalı olan pulemyotlardan biridir. Silah əksər sovet qırıcılarında və bombardmançılarında istifadə edilmiş və ŞVAK avtomatik topunu əsasını təşkil etmişdir. Mərmisinin çıxış sürəti 775-825 m/s, atış sürəti isə dəqiqədə 1800-3000 arasında olmuşdur.
Şans
Şans (film, 2004) — Rejissor Elçin Məmiyevin filmi. Şans (qəzet) — baş redaktoru jurnalist Azər Hüseynbala olan qəzet.
Şapo
Şapo (fr. Chapeau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Nyoyi-le-Real kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03054. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 223 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 124 yaşda (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,2%, 1999-cu ildə 56.1%). Fəal olan 97 nəfərdən 92 nəfər (52 kişi və 40 qadın), 5 nəfər işsiz (1 kişi və 4 qadın) idi. Aktiv olmayan 3 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şnau
Şnau (nid. Snauw, alm. Schnau‎) və ya şnava — Avropada XVII əsrdə geniş yayılmış böyük olmayan, ikidorlu yelkənli ticarət və döyüş gəmisi. Şnau iki dor ağacına, düzbucaqlı yelkənlərə, buşprit adlanan gəmi dimdiyinə və ona bərkidilmiş kliver yelkənlərinə, dorlar arası yerləşən staksel adlanan üçkünc yelkənlərə malikdir. Hərbi şnaunun göyərtəsində 12-18 kiçik kalibrli top olub, gəminin gövdəsinin orta su sıxışdırma qabiliyyəti 150 ton, uzunluğu 25-30 metr, eni 6-8 metrdur. Ekipaj heyəti 80 nəfərə qədərdir.
Anapa buxtası
Anapa buxtası — Qara dənizin şimal-şərq hissəsində buxta. Cənub-qərbdən Anapa burnu ilə həmsərhəddir. Körfəz müasir Anapa şəhərinin Qara dəniz sahil xəttini formalaşdırır. Buxta vaxt ilə geniş olan Anapa körfəzinin qalığıdır. 19-cu əsrin sonlarında dağətəyi çayların allüvial fəaliyyəti nəticəsində ərazisinin çox hissəsinin lilləndirmiş. Keçmiş körfəzin çox hissəsini indiki Anapa düzənliyi tutur. Kiçik su axını Anapa buxtası yaxınlığında olan Anapa dilini kəsir. == Coğrafiyası == Anapa buxtasının sahil zolağı şimaldan cənuba doğru hərəkət etdikcə tədricən yüksəlir. Hündürlüyü 2–3 m olan alçaq qumlu çimərliklər tədricən çınqıl çöküntülü və hündürlüyə 23 metrə qədər olan yüksəkliyə çevrilir. Şimaldan cənuba doğru hərəkət edərkən suyun şəffaflığı da artır.
Anapa dili
Аnapa dili — qumdan təşkil dil. Taman yarımadasında Anapa şəhərindən Dəmir Buynuz burnuna qədər 43 km məsafədə uzanır. Qərbdən Qara dəniz, şərqdən isə duzlu limanlarla əhatələnir. Qafqaz ərazisində yayılmış molyusklardan ibarət olan kvars qumlarından təşkil olunmuşdur. Dilin eni 600-2000 metr arasında dəyişir. İnzibati cəhətdən Krasnodar diyarının Anapa rayonuna daxildir. == Tarix == Anapa dili Kuban çayı sayəsində formalaşmışdır. ХIХ əsrin sonunda çay öz deltasını dəyişmişdir. Üstəlik dəniz axınları qumların bir yerə toplanması sayəsinsə dil tədricən formalaşmağa başlamışdır. Bununla belə dilin təməlini çayın dənizə Qafqaz dağlarından gətirdiyi lil olmuşdur.
Anapa subasarı
Anapa subasarı — müasir Anapa şəhərinin şimalını tutan bataqlıqlaşmış düzənlik. Bir çox köçəri su quşları üçün yuva qurma yeridir. Anapa su basar ərazisi əvvəllər burada mövcud olmuş Qara dənizin Anapa körfəzinə dağ çaylarının gətirmə məhsulları hesabın yaranmış konus şəkilli çıxıntının bataqlaşması nəticəsində formalaşıb. == Tarixi == Anapa su basar ərazisi nisbətən yaxın zamanlarda meydana gəlib. XVII əsrin sonlarında səyahətçilərin yazdığı qeydlərə əsaslansaq bu nəticəyə gəlmək mümkündür: Bu ərazidə Anapa körfəzinin suları dalğalanırdı. Məhs bu ərazidə antik və orta əsrlərdə belə mövcud olmuş Qorqippi şəhəri var idi. Şəhər önəmli ticarət mərkəzi hesab olunurdu. Daşqın sahələrinin dibində gəmi qalıqları aşkar edilib. Müasir təmizləyici avadanlıqların olmaması səbəbindən Kuban çayının allüvial fəaliyyəti buxtanın şimal hissəsinin lillənməsinə səbəb olmuşdur. Cənubdan və şərqdən bu proses kiçik dağ çayları olan Maskaqa və Kumatırın tərəfindən daha da sürrətlənir.
Anass Ahannax
Anass Ahannax (7 fevral 1998, Amsterdam, Niderland) — Eerste Diviziya təmsilçilərindən olan Almere Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Ahannax Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Ahannax öz peşəkar karyerasında debütünü 15 sentyabr 2017-ci ildə etmişdir. O, 76-cı dəqiqədə Dordrext klubu ilə qarşılaşmada Kevin Brandsı əvəz etmişdir. Həmin görüşdə Almere Siti liqa görüşündə Dordrext ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == 22 sentyabr 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir. == Şəxsi həyatı == Onun əmisi oğlu Soufyan Ahannax da peşəkar futbolçudur. Soufyanın qardaşı (Anassın əmisi oğlu) Alami Ahannax futbol məşqçisi və Mərakeş millisinin keçmiş futbolçusudur.