Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lori
Loru və ya Lori — Yaşayış məntəqələri Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd. Bu adı olan tanınmış şəxslər Lori Stroud — Digər Luri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Nori
Nori, (yap. 海苔) – Uzaq Şərqdə yayılmış yosun növü. Yaponiya, Koreya və Çin norinin əsas istehsalçılarıdır. Omeqa-3 yağ turşusuna, EPK-ya və provitamin A-ya malikdir. Bu yosun asan hazırlanır, mətbəxdə universaldır. Nori dəyişməz olaraq ənənəvi şərq yeməklərində olur. O, balıq və molyusk iyi verir. Tünd rəngli nazik lövhələr şəklində satılır Nori adətən suşi və oniqirini bükmək üçün istifadə olunur. Nori parlaq iyə və incə xoş dada malikdir. Əriştələrdə və şorbalarda bir qarnir və ya dadvericidir.
Qori
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyni adlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David(1089-1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
SSRİ
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.
Sofi
Sofi (Səfəvi imperiyası) — Avropa ölkələrində Səfəvi imperiyasını idarə edən Səfəvi sülaləsindən olan hökmdarlara edilən müraciət forması. Sofi Həmid türbəsi — Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində, Miəcik ərazisində yerləşir. Sofi Marso — Fransa kinoaktrisası. Sofi Həsən türbəsi — Abidə Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tapılmışdır. Sofi Lakaz — fransız bəstəkarı. Ağa sofi — Ermənistanın Əzizbəyov r-nunda dağ adı.
Soli
Soli (Mersin) — Mersində antik bir şəhər. ‎Soli (Astara, İran) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Sors
Sors — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Sorus kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Molalan kəndi mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 824 nəfərdir.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Soçi
Soçi — Rusiya Federasiyasının Krasnodar diyarında şəhər. Soçi — Rusiya Federasiyasının Krasnodar diyarının şəhəri. Müasir Soçi Krasnodar ölkəsində, Qara dəniz sahillərində kurort şəhəridir. Bu qədim Abaza şəhəri gözəlliyi ilə məşhur olan səfalı Üç Dərə yaylağında yerləşir. 1829-cu ildə Ədirnə sülhü ilə Rusiyaya keçən bu torpaqlar faktiki olaraq 1838-ci ildə Rus dövlətinə daxil olmuş, həmin ildəcə qəsəbəyə Aleksandriysk (rus taxt-tacının vəliəhdi şahzadə Aleksandrın şərəfinə; həmin il onun həddi buluğa- dolması bayram edilirdi) adı verilərək burada rus istehkam-qalası tikilir. O sonra Navaginski keşikçi postu adlanır. Burada kazak hərbi qarovul məntəqəsi yerləşirdi. Kırım müharibəsində Abaza Rusiyanın əlindən çıxsa da, 1864-cü ildə yenidən ələ keçir və Daxovski kazak postu adlanır. Bu şəhər tarixi Abaza torpağında yerləşir və adı yerli xalq olan abazalarla əlaqədardır. Abas~abaz xəzərlərdə və peçeneqlərdə nəsil adı olaraq göstərilir.
Zori
Zori (草履) – ənənəvi düz və dabanlı yapon səndəlləri. Yaponlar bu cür səndəlləri Edo dövründən bəri geyinir. Zorinin setta adlı növünün dabanı isə daha hündürdür və qarda gəzmək üçün əlverişlidir. Bu cür səndəllər çox möhkəmdir və sağlamlığa xeyirli olduğu deyilir. Zorinin daban hissəsi sintetik materialdan və ya dəridən hazırlanır. Zori yukata, kimono və cinbeylə birlikdə geyinilsə də, müasir dövrdə şalvarla da geyinilir. Yukata geyinərkən alçaq dabanlı zorilərdən istifadə olunur. Hündür dabanlı zorilər isə kimono geyinərkən istifadə olunur. Zoridən istifadə edərkən tabidən də istifadə olunur.
İori
Qabırrıçay (gürcücə İori (იორი), saxurca Q'arbi (Къарби)) - Gürcüstan və Azərbaycan ərazisində çay, Qanıxçayın (gürcücə Alazani) sol qolu. Qabırrıçayın adı qədim yunan qədim Roma müəlliflərinin əsərlərində Kambis kimi qeyd edilmişdi. Qafqaz Albaniyasının İberiya ilə sərhədində yerləşən əyaləti də Kambisena adlanırdı. XIX əsrin ortalarına aid bəzi mənbələrdə çayın adı Qambori kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçıların fikrincə, Qabırrı adı Albaniyanın Kamb (Kambisena) əyalətinin adının və çayın adının gürcücə variantında qorunub saxlanan "İori" / "Yori" çay adının birləşməsindən yaranmışdır. Sonralar təhrif olunaraq Qabırrı şəklinə düşən Kambiori isə "Kamb əyalətindən axan Yori, Kamb Yorisi" mənasındadır. Yori hidronimi isə bəzi Nax-Dağıstan dil və ləhçələrində (məsələn, avarca ior / or (гІор)) "çay" mənasını verən sözdən və gürcü dilində əksər isimlərin sonuna artırılan "-i" şəkilçisindən ibarətdir. Qabırrı toponiminin yayılma arealı genişdir. Şirvan düzündə Qabırrı adlı qışlaq da mövcuddur. Qabırrı eyni zamanda Şamaxı rayonundakı Quşçu kəndinin əhalisinin tirələrindən birinin adıdır.
Şorj
Şorj (fr. Chorges, oks. Chorge) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05040. 2008-ci ildə əhalinin sayı 2485 nəfər təşkil edirdi. 2007-ci ildə 1549 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1114 nəfər iqtisadi fəal, 406 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 68.6%). Aktual 1114 nəfərdən 1038 nəfər (551 kişi və 487 qadın), 105 nəfər işsiz (34 kişi və 71 qadın) işlədi.
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədər Qeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Şovri
Şovri (fr. Chauvry) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Taverni. Əhalisi — 278 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji bələdiyyəsinin 15 km şərqində yerləşir.
Saori
Saori — Yapon adı. Saori Yoşida — Yaponiyanı təmsil edən dünya şöhrətli sərbəst güləşçi. Saori Naqamine — Yaponiyalı oxatan. Saori Arimaçi — Yaponiya qadın futbolçusu. Saori Ariyoşi — Yaponiya qadın futbolçusu.
Şiori
Şiori — ad. Şiori Kutsuna — yapon aktrisa və model. Şiori Miyake — Yaponiya qadın futbolçusu.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kalaxar şiri
Kalaxar şiri (lat. Panthera leo verneyi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.