Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sümük
Sümük — Çox sayda toxumadan ibarət olan canlı orqanizm üzvü. Sümük dayaq-mexaniki və qoruyucu funksiyalarını yerinə yetirir. O, onurğa skeletinin əsas tərkib hissəsi sayılır. == Kimyəvi tərkibi == Sümüyün tərkibinə həm üzvi, həm də qeyri-üzvi maddələr daxildir. Birincinin miqdarı orqanizmin yaşından asılıdır və cavan orqanizmlərdə o daha çox olur. Buna görə də cavan orqanizmlərin sümüyü elastiki və yumşaqdır. Yaşlılarda isə əksinə, sümük getdikcə bərkləşir. Sümükdə olan bu hər iki maddə onurğalıların qruplarında fərqlənirlər. Məsələn, dərin sualarda yaşayan balıqların sümüklərində minerallar azdır, ona görə də onların sümüyü yumşaq və laylı olur. Böyük insanlarda mineralların miqdarı (əsasən də ümumi çəkinin 60-70%-ni təşkil edir, üzvi maddələr (əsasən kollaqen I) isə 30-40 % civarındadır.
Şamud
Şamud - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 60 km məsafədə yerləşir. Kəndin adı Şamut formasında da qeyd edilir. Toponim ağac növü olan şam sözünə qədim türk dilində cəmlik bildirən -ud şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Şurud
Şurud — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Dağətəyi ərazidədir. Kənd eyniadlı çayın adını daşıyır. Çayın adı "şor çay" çay kimi izah edilir. Şurud variantında da qeydə alınmışdır. == Əhalisi == Əhalisi 172 nəfərdir.
Şümrüd
Şümrüd — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd.
Şüyüd
Şüyüd (lat. Anethum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Birillik ot bitkisi olub, hündürlüyü 40–120 sm-ə bərabərdir. Əsas kökü incə, zərif, budaqlanandır. Gövdəsi düzqalxan və ya azacıq əyilmiş, budaqlanan, dairəvi, uzunsov açıq-yaşıl və yaşıl, mil-mil, incə mumabənzər qatlıdır. Yarpaqları növbəli, üçüncülü-dördüncülü lələkşəkilli olub, uzunluğu 30 sm, eni 4–25 sm-dir. Aşağı yarpaqlarının uzunluğu 4–12 sm, saplaqlı, orta və yuxarı yarpaqları qısa saplaqlı və oturaqdır. Hamaşçiçəkləri mürəkkəb, çoxşüalı çətirinin diametri 7–30 sm-dir. Çiçəkləri kiçik, ikicinsli, beşüzvlü, sarı ləçəkli, dar olub, zirvəsi bükülü vəziyyətdədir. Meyvələri sallaq, asılı vəziyyətdə, ellips və ya enli ellipsşəkilli, uzunluğu 3–7 mm, eni 1,5–4 mm, sarımtıl-qəhvəyidir.
Səmud
Səmud (ərəb. ثَمُوْد‎, Ṯamūd) — şimal-qərb Ərəbistan yarımadasında qədim ərəb qəbiləsi və ya qəbilə konfederasiyası. Onlar ilk olaraq Assuriya mənbələrində təsdiq olunduğu kimi e.ə. VIII əsrin sonlarından b.e. V əsrinə qədər mövcud olmuşdular. Assuriya və Roma mənbələrinə görə Səmud krallığı Ərəbistan yarımadasında mövcud olan ilk krallıq idi. Ərəb ənənəsi Səmud dövlətinin tanrı tərəfindən məhv edildiyini iddia edir. Onun yazılı qanunu yox idi, lakin qəbilə başçısı hökmdar rolunu oynayırdı. Səmudlar çağdaş Mesopotamiya, Antik və ərəb mənbələrində, o cümlədən 160-cı illərdə səmudların özləri tərəfindən tanrı İlah üçün ucaldılmış məbəddəki yazılarda xatırlanır. Onların qədim ərəbcə danışdıqları güman olunur.
Ümüd
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Aypara sümük
Aypara sümük (lat. os lunatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, başlı və qarmaqlı sümüklərəməxsus aşağı basıq səthi və qayığabənzər sümüyə məxsus bayır, üçvəcli sümüyə məxsus içəri səthi vardır. == Həmçinin bax == Kinbek xəstəliyi == Mənbə == Prof.
Başlı sümük
Başlı sümük (lat. os capitatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus ınə doğru çıxmış yuxarı səthi, III daraq sümüklərinə məxsus aşağı, yuxarıda qayığabənzər sümüyə və aşağıda trapesiyayabənzər sümüyə məxsus bayır və qarmaqlı sümüyə məxsus yastı içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Noxudabənzər sümük
Noxudabənzər sümük (lat. os pisiforme) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun üçvəcli sümüyə məxsus arxa səthi vardır. Bu sümük aşağı doğru çıxıqdır və bayır tərəfdə şırıma malikdir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qayığabənzər sümük
Qayığabənzər sümük (lat. os scaphoideum, os naviculare manus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun mil sümüyünə məxsus çıxıq səthi, trapesiyayabənzər, trapesiyaşəkilli, başlı sümüklərə məxsus aşağı və Aypara sümüyə məxsus içəri oynaq səthləri vardır. Qayığabənzər sümüyün bayır tərəfində lat. tuberculum ossis scaphoidei, tuberculum ossis navicularis — BNA adlı qabarcığa təsadüf edilir.
Sumuq qala
Sumuq qala — Qax rayonunun İlisu kəndində Bucaq məhəlləsində müdafiə qülləsi. XVIII əsrdə inşa olunmuşdur. Dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsinin bir örnəyidir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunmuşdur. Qalanın adıyla bağlı bir sıra mülahizələr mövcuddur. Rəvayətə görə qüllə Sumu xan adlı bir İlisu hakimi tərəfindən inşa etdirilmışdir. Lakin tarixi mənbələrdə Sumu xan yox, sadəcə Usmi (dağlı hakimlərə verilən titul məsələn Qaytaq usmisi) titulu ilə bir müddət sultanlığı ıdarə etmiş Məhəmməd xanın adına rast gəlinir. Sumuq qala ayrıca bütün keçmiş SSRİ məkanında "Qorxma mən səninləyəm" filmi ilə məşhurdur. Yuli Qusmannın çəkdiyi bu musiqili məcara filmində sovet estradasının və kinosunun Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzları oynamışlar.
Sümük birləşmələri
Onurğa sütunu 27 sümüklə birləşib: 24 qabırğa, 2 çanaq, 1 ənsə sümüyü Döş qəfəsi 4 sümüklə birləşib: 2 körpücük, 7-ci boyun fəqərəsi, 1-ci bel fəqərəsi. Çiyin qurşağı 3 sümüklə birləşib: 2 bazu, 1 döş sümüyü. Kürək sümüyü 2 sümüklə birləşib: 1 körpücük, 1 bazu. Körpücük sümüyü 2 sümüklə birləşib: 1 kürək, 1 döş sümüyü. Bazu sümüyü 3 sümüklə birləşib: 1 kürək, 1 mil, 1 dirsək. Bud sümüyü 3 sümüklə birləşib: 1 çanaq, 1 qamış, 1 diz qapağı. Döş fəqərələri 4 sümüklə fəqərə və qabırğalar, axırıncı büzdüm fəqərəsi 1 sümüklə, yerdə qalan fəqərələr 2 sümüklə birləşib. Oma fəqərələri 4 sümüklə birləşir. Tək sümük birləşmələri: 2 diz qapağı, 4 qabırğa, 4 qulaq sümüyü, 20 ədəd axırıncı barmaq falanqası, 1 ədəd axırıncı büzdüm fəqərəsi. Gövdə skletində 5 sümük tək sümüklə birləşib: 4 qabırğa, 1 büzdüm sümüyü.
Sümük iliyi
Sümük iliyi — Qanın bütün formalı elementləri — Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar. Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60–65% i mieloid,10–15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 milyonlarla yetişmiş limfoid hüceyrələri qana ötürülür.Qandan sümük iliyinə keçən limfositlərin sayı isə təxminən 10 dəfə azdır.Sümük iliyindəki B limfositlərin sayı T limfositlərindən xeyli miqdarda artıqdır.Sümük iliyndə həmçinin 1–2% miqdarında immunoloji reaksiyalara cəlb edilmiş plazmatik hüceyrələr də mövcüddur.
Sümük sistemi
İnsan skeleti — insanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır. Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatı və əzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır. == Skelet haqqında ümumi məlumat == Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, ölçüyə, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olmayàraqsümük toxumasından təşkil olunmuşdur.
Sümük xəstəlikləri
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. == Skolioz == Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Sümük xəstəliyi
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir. == Skolioz == Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur.
Trapesiyayabənzər sümük
Trapesiyayabənzər sümük (lat. os trapezoideum, os multanglum minus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun qayığabənzər sümüyə məxsus yuxarı, ikinci daraq sümüyünə məxsus aşağı, trapesiyaşəkilli sümüyə məxsus bayır və başlı sümüyə məxsus içəri səthi vardır. == İstinadlar == == Mənbə == Prof.
Trapesiyaşəkilli sümük
Trapesiyaşəkilli sümük (lat. os trapezium, os multangulum majus — BNA) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun birinci daraq sümüyü ilə calanmaya məxsusyəhərəbənzər bayır səthi, yuxarıda qayığabənzər və aşağıda trapesiyayabənzər sümüklərə məxsus içəri səthi vardır. Aşağıya doğru baxan kiçik oynaq səthi ikinci daraq sümüyünə məxsusdur. Ovuc səthinin bayır tərəfindəyuxarıya doğru çıxan qabarcıq — lat. tiberculum ossis trapezii (tuberculum ossis multanguli minus — BNA) vardır. == İstinadlar == == Mənbə == Prof.
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. == Haqqında == Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. == Simnani təlimi == Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.
Üçvəcli sümük
Üçvəcli sümük (lat. os triquertum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun oynaqarası qığırdağa məxsus yuxarı, aypara sümüyə məxsus bayır və noxudabənzər sümüyə məxsus ovuc səthləri vardır. == İstinadlar == == Mənbə == Prof.
Şurud çayı
Şurudçay — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində çay. == Haqqında == Qaradərəçayın sağ qoludur. Uzunluğu 16 km-dir. Hövzəsinin sahəsi 65 km²-dir. 1000 m-dən hündürlükdə Qaradərə çayına tökülür. Əsasən, yaz-yay və payız aylarında yağan yağışlar və yeraltı sularla (40%-ə qədər) qidalanır. Qar suları az rol oynayır (10%). Suvarmada istifadə edilir.
Əsas sümük
Əsas sümük (lat. Os sphenoidale) yarasa və ya uçan kəpənəyə bənzər sümükdür və kəllə əsasının ortasında üfuqi bir vəziyyətdə yerləşmışdır. Bunun cismi — lat. corpus, bir cüt böyük qanadlar — lat. alae majoris (alae magnae — BNA), bir cüt kiçik qanadları — lat. alae minores (arae parvae —BNA) və bir cüt qanadabənzər çıxıntıları — lat. processus pterygoidei vardır. == Cismi == Cisminin daxilində əsas cibi — lat. sinus sphenoidalis deyilən boşluq vardır. Həmin cib lat.
İyli şüyüd
İyli şüyüd (lat. Anethum graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin şüyüd cinsinə aid bitki növü. == Sinonimləri == Anethum graveolens var. anatolicum N.F.Koren' Anethum graveolens subsp. australe N.F.Koren' Anethum graveolens var. chevallieri Maire Anethum graveolens var. copiosum N.F.Koren' Anethum graveolens var. nanum N.F.Koren' Anethum graveolens var. parvifolium N.F.Koren' Anethum graveolens var. tenerifrons N.F.Koren' Angelica graveolens (L.) Steud.
Gümüş samur
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.