Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sekstant
Sekstant- iki görünən obyekt arasındakı bucağı ölçmək üçün tətbiq olunan optik alətidir. Çox vaxt sekstantlar üfüq üzərindən astronomik obyektlərin hündürlüyünü ölçməklə onların koordinatlarının təyini üçün tətbiq olunurlar. Məsələn, günorta vaxtı günəşin qalxma bucağını təyin etməklə coğrafi eni təyin etmək mümkündür. Sekstantın köməyi ilə 140° -yə qədər öçlmə aparmaq olar. Sekstantın bölgü uzunluğu tam çevrənin 1/6-ni və ya 60°-ni təşkil edir. Onun adı da buradandır. Sekstant ilə oktant arasında oxşarlıq vardır. Oktantın bölgü uzunluğu sadəcəolaraq qısadır və tam çevrənin 1/8-ni və ya 45°-yə malikdir. Oktantlar 1767-ci ilə qədər tətbiq olunmuşlar sonralar isə onlar sekstantlarla əvəz olunurlar. Sekstntın işləmə prinsipi Nyutonun 1699-cu ildə ixtira etdiyi prinsipi əsasında işləyir.
Şikotan
Şikotan (aynu. Сикотан, yap. 色丹島) — Aynu dilində "Əla yer" ("Şi" — əla; "Kotan" — yer) — Kuril adalarının cənubunda yerləşən cənubi kuril sırasına daxil olan ən iri ada. Rusiya adaya nəzarət edir. İnzibati cəhətdən Saxalin vilayətinin Cənubi Kuril şəhər dairəsi ərazisinə daxil edilir. Yaponiya isə adalara iddia edir. Adanı Hokkaydo qubernatorluğunun Nemuro dairəsinə daxil edilir. Ada federal əhəmiyyətli "Kiçik Kuril" qoruğu ərazisinə daxil edilmişdir. == Coğrafiya == Ada şimal-şərqdən cənub-qərbə 27 km uzanır. Eni 5–13 km təşkil edir.
Zekota
Zekota (gürc. ზეკოტა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 248 nəfər idi. 2014-cü ildə 172 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Sekstant (bürc)
Sekstant (lat. Sextans) — ekvatorial bürc.
Robert Sekuta
Robert Sekuta (1954, Roçester[d], Nyu-York ştatı) — ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən)
Dana Skott
Dana Styuart Skott (ing. Dana Stewart Scott; 11 oktyabr 1932, Berkli, Kaliforniya) — riyazi məntiq və kompüter elmləri sahəsindəki işləri ilə tanınan amerikalı riyaziyyatçı. Skottun araşdırması model nəzəriyyəsi, avtomatika nəzəriyyəsi, modal və intuisist məntiq, konstruktiv riyaziyyat və məntiqlə kateqoriya nəzəriyyəsi arasındakı birləşmə ilə əlaqədardır. Fəlsəfi maraqlar məntiq əsasları, riyaziyyat fəlsəfəsi və təbii dillərin semantik təhlili sahəsində işləmişdir. Riyazi hesablama nəzəriyyəsini inkişaf etdirərək kompüter elminin inkişafına böyük töhfə vermişdir. O, tipik bir λ-hesablama modelini hazırladı, bunun üçün əvvəlcə tam lattalarda xüsusi bir topologiyanı (daha sonra onun adı ilə) təqdim etdi və sonradan qismən sifariş edilmiş dəstləri tamamlamaq üçün ümumiləşdirdi. Bu model çərçivəsində hesablama nəzəriyyəsi və modellərini inkişaf etdirdi, proqramlaşdırma dillərinin denotasion semantikası prinsiplərini inkişaf etdirdi və hesablama anlayışını dərinləşdirdi. 2012-ci ilə kimi Berkli, Kaliforniya ştatında işləyib və yaşamışdır. == Əhəmiyyətli işləri == Scott D. S. Advice on modal logic. — Philosophical problems in logic.
Robert Skott
Rоbert Skоtt (6 iyun 1868[…], Plimut, Devon qraflığı – güm. 29 mart 1912[…], Ross şelf buzlağı, Ross ərazisi) — Böyük Britaniya səyyahı, Antarktidanın tədqiqatçısı. == Həyatı == Robert Skott 1868-ci ildə dənizçi ailəsində dоğulmuşdur. 18 yaşında "Badişa" gəmisində miçman, iki ildən sоnra, 1888-ci ildə kiçik leytenant rütbəsi alır. İngilis hökuməti Antarktidaya təşkil etdiyi ekspedisiyaya rəhbərlik etməyi Rоbert Skоta təklif edir. 1902-ci ildə xüsusi layihə üzrə düzəldilmiş "Diskоveri" gəmisinə rəhbərlik edən Skоtt Antarktida sahillərinə çatsa da, iqlim şəraiti və aysberqlər ekspedisiya üzvlərinə materikə çıxmağa imkan vermir. 1910-cu ilin iyun ayında "Terra-Nоva" gəmisi ilə Skоtt yenidən Antarktidaya dоğru üzməyə başlayır. 65 nəfər heyətdən ibarət gəmi materikə yan alır. 1911-ci ilin nоyabr ayında materik üzərinə çıxaraq qütbə dоğru irəliləyir. 1912-ci ilin yanvar ayının 17-də R.Skоtt, Uilsоn, Оts, Bоuers və Evans cənub qütbünə çatmağa müvəffəq оlurlar.
Skott Falman
Skott Elliot Falman ing. Scott Elliot Fahlman (Medina, Ohayo ştatı, ABŞ, 21 mart 1948-ci il) – Karneqi-Mellon universitetinin alimi. O avtomatlaşdırılmış planlaşdırılma, semantik şəbəkə, neyron şəbəkə və Common Lisp proqram dili üzrə böyük mütəxəssis hesab edilir. Falman smayliklərin müəllifi sayılır. Bu təkliflə o yumorlu elanların ciddilərdən fərqləndirmək üçün istifadə etmək istəyirdi. Bunun üçün o :-) və :-( istifadə etməyi təklif etdi. Məsələn: <pre.raw Style="border: 0px;"> 19-Sep-82 11:44 Scott E Fahlman :-) From: Scott E Fahlman <Fahlman at Cmu-20c> I propose that the following character sequence for joke markers: -)Read it sideways. Actually, it is probably more economical to mark things that are NOT jokes, given current trends. For this, use -(Falman 1973-cü ildə Massaçuset Texnoloji İnstitutunda bakalavr, 1977-ci ildə doktorluq dərəcəsi aldı. Falman Amerika süni intellekt assosasiyasının üzvüdür.
Skott Morrison
Skott Con Morrison (ing. Scott John Morrison; 13 may 1968, Sidney) — avstraliyalı siyasətçi, Avstraliyanın Baş naziri. Morrison Sidneydə anadan olub və Yeni Cənubi Uels Universitetində iqtisadi coğrafiya təhsili alıb. 1998–2000-ci illərdə Yeni Zelandiya Turizm və İdman İdarəsinin direktoru vəzifəsində çalışmış və 2004–2006-cı illərdə Avstraliya Turizm Şirkətinin İdarəedici direktoru olmuşdur. İlk dəfə 2007-ci il seçkilərində Yeni Cənubi Uels Kuk Departamentindən Nümayəndələr Palatasına seçildi. Koalisiyanın 2013-cü il seçkilərindəki qələbəsindən sonra Morrison Suveren Sərhədlər Əməliyyatına rəhbərlik etdiyi Abbot hökumətində İmmiqrasiya və Sərhəd Mühafizəsi Naziri seçildi. Növbəti il dəyişiklikdən sonra Sosial Xidmətlər Naziri oldu. Malkolm Törnbul Abbotun Baş nazir vəzifəsini yerinə yetirməsindən sonra 2015-ci ilin sentyabrında xəzinədar təyin edildi.2018-ci ilin avqust ayında Daxili İşlər Naziri Piter Datton Törnbulu Liberal Partiyaya rəhbərlik etməyi bacarmamaqda günahlandırdı. 24 avqust tarixində isə partiyaya yeni rəhbər seçmək üçün səsvermə təşkil olundu. Bu səsvermədə Morrison qətiyyətli namizəd kimi göründü və Liberal Partiyanın lideri olaraq həm Dattonu, həm də Xarici İşlər Naziri Culi Bişopu məğlub etdi.
Skott Vayzman
Skott Vayzman (ing. Scott Wiseman; 9 oktyabr 1985, Kinqston-apon-Hall) — Cəbəllüttariq və İngiltərə futbolçusu, Cəbəllüttariq liqasında çıxış edən "Linkoln Red İmps" klubunun müdafiəçisi. === Beynəlxalq karyerası === Vayzman karyerasının əvvəlində 20 yaşadək İngiltərə yığmasında bir neçə oyun keçirmişdir. Vayzman İngiltərədə anadan olsa da, anası Cəbəllütariqdən idi, bu ona "futbol vətəndaşlığını" dəyişmək hüququ vermişdir. Cəbəllütariq UEFA-ya daxil olduqdan sonra Vayzman ilk rəsmi beynəlxalq oyuna çağırış almışdır. O, Slovakiya ilə 0:0 hesabı ilə başa çatan oyunda 90 dəqiqə oynamışdır. == İstinadlar == == Xarici keçidlər == Skott Vayzman — transfermarkt.com saytında.
Skott adası
Skott adası (ing. Scott Island) — Sakit okeanın cənubunda Antarktida sahillərinə yaxın, Ader burnundan 600 km aralıda yerləşir. == Coğrafiya == Adanın uzunluğu 4 km, eni isə 2 km təşkil edir. Bazalt təbəqəsinin üzəri bütünlüklə buzla örtülüdür. Yay ayları temperatur 0 °C, qışda isə -40 °C təşkil edir == Tarixi == Ada ilk dəfə 1902-ci ildə Britaniya ekspedisiyasının gəmi kapitanı Uilyam Kolbek tərəfindən kəşf edilmiş və Robert Skottun şərəfinə adlandırılmışdır. Adada meteoloji stansiya fəaliyyət göstərir == Mənbə == Birds observed at Scott Island, Ross Sea, Antarctica Gerhard Wörner and Giovanni Orsi (1990). Volcanic observations on Scott Island in the Antarctic Ocean Arxivləşdirilib 2009-09-02 at the Wayback Machine, Polarforschung, 60 (2), 82–83.
Skott sahili
Skott sahili (ing. Scott Coast) — Şərqi Antarktidanın qərb sahillərini əhatə edir. Ross dənizinin suları ilə yuyulur. Sahilin uzunluğu 400 km təşkil edir. Ərazisinin böyük hissəsini Şahzadə-Albert dağları tutur. Sahilləri ön dağlığı formasında olan buzlaqlarla sərhədlənir. Burada quru vadilər vardır. Onlar vahələr əmələ gətirir. Bu vahələrdə olan göllərin alt təbəqələrində sular 20—25 °С təşkil edir. Bu vahələrdən birində Yeni Zelandiyaya məxsus olan Vanda stansiyası fəaliyyət göstərir.
Travis Skott
Trevis Skott (Əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston) — amerikalı repçi, müğənni, musiqi yazıçısı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" daxil olmaqla bir çox mükafatlara layiq görülüb, həmçinin səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2020-ci ilə qədər ABŞ-də 40 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə "Epic Records" ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı sıralarda qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Valter Skott
Ser Valter Skott (ing. Sir Walter Scott; 15 avqust 1771[…], Edinburq – 21 sentyabr 1832[…]) — şotland mənşəli vəkil, şair, yazıçı, tarixçi, tarixi roman janrının banisi. == Həyatı == Valter Skott Edinburqda imkanlı şotland hüquqşünası Valter Conun (1729–1799) və Edinburq universitetinin tibb professorunun qızı Anna Rezerfordun (1739–1819) ailəsində anadan olmuşdur. O, ailədə 9-cu uşaq idi, bu ailədə böyüyən 13 uşaqdan yalnız 6-sı salamat qalmışdır. 1772-ci ilin yanvarında uşaq iflici xəstəliyinə tutulan Valter Skotun sağ ayağı hərəkət qabiliyyətini itirmiş və o, ömrü boyu şikəst qalmışdır. Uşaqlıq illərini Sendinoyda babasının fermasında və dayısının Kelso yaxınlığında yerləşən evində keçirən Valter Skott Şotlandiyanın sərhəd əyalətləri ilə sıx əlaqəli olmuşdur. Fiziki qüsurlarına baxmayaraq hələ yeniyetmə yaşlarında o, ətrafındakıları iti ağlı və fenomal yaddaşı ilə heyrətləndirirdi. Valter Skott 1778-ci ildə Edinburqa qayıtmışdır. 1779-cu ildən Edinburq məktəblərində təhsil alan Valter Skott 1785-ci ildə Edinburq kollecinə daxil olmuşdur. Kollecdə təhsil alarkən o, alpinizmə dərin maraq göstərmiş, fiziki cəhətdən möhkəmlənmiş, yaşıdları arasında natiqlik qabiliyyəti ilə fərqlənmişdir.
Yucini Skott
Yucini Kerol Skott (ing. Eugenie Carol Scott; 24 oktyabr 1945, Viskonsin) — ABŞ antropoloqu. O, 1986–2013-cü illərdə Milli Elm Təhsili Mərkəzinin icraçı direktoru vəzifəsində çalışmışdır. Skott "gənc Yer kreatsionizmi" və "ağıllı dizayn nəzəriyyəsi"nin aparıcı tənqidçilərindən biridir. O, Missuri Universitetində fiziki antropologiya üzrə fəlsəfə doktoru malikdir. Tibbi antropologiya və insan skelet biologiyası sahəsində tədqiqatlarla məşğuldur. == Əsərləri == Eugenie C. Scott, Evolution vs. Creationism: An Introduction, Berkley & Los Angeles, California: University of California Press, 2004, ISBN 0-520-24650-0, İstifadə tarixi: 16 July 2010 Also: Westport, Connecticut: Greenwood Press.
Maykl Skott
Maykl Skott (ing. Michael Scott) — "Ofis" teleserialının əsas personajı, Stiv Kerell ifa etmişdir. Maykl "Dunder Mifflin" şirkətinin Skranton şəhərindəki filialının meneceri vəzifəsində çalışır. Buna baxmayaraq o, müvəqqəti olaraq şirkətini tərk edir Pam Bisli və Rayan Hovardla birlikdə öz şirkətini qurur. Altıncı mövsümün "The Meeting" və "The Manager and the Salesman" seriyasında o, Jim Halpert ilə birgə menecer vəzifəsini bölüşür. Yeddinci mövsümdə Maykl, HR nümayəndəsi Holli Flaxsa evlilik təklif edir və onun qocalmış valideynlərinin qayğısına qalmaq üçün Koloradoya köçür. O, "Goodbye, Michael" epizodunda menecer vəzifəsini Deangelo Vickersə buraxır və serialın finalında Dwight Schrute-nin toyunda qonaq kimi sürpriz edir. == Bioqrafiyası == Maykl Qeri Skott 15 mart 1965-ci ildə Pensilvaniya ştatının Skranton şəhərində anadan olub. Uşaqlığının çətin olduğunu və tez-tez özünü tənha hiss etdiyini deyir. Pilot epizodunda o, qardaşı olduğunu bildirir.
Trevis Skott
Trevis Skott (Əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston) — amerikalı repçi, müğənni, musiqi yazıçısı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" daxil olmaqla bir çox mükafatlara layiq görülüb, həmçinin səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2020-ci ilə qədər ABŞ-də 40 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə "Epic Records" ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı sıralarda qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Şeyla Skott
Şeyla Skott (27 aprel 1922, Vuster[d], Vusterşir[d] – 20 oktyabr 1988, London) — uzun məsafədə uçuş işləri ilə 100-dən çox aviasiya qeydini qırdıran bir İngilis aviator idi. == Həyatı == Seyla Kristina Hopkins, Worcester, Worcestershire, İngiltərədə doğulmuşdur o bir acınacaqlı uşaqlıq idi və Alice Ottley School yaxşı bir şey etməyib, təxminən bir neçə dəfə çıxarıldı. İkinci Dünya Müharibəsi dövründə dəniz hövzəsində bir tibb bacısı olaraq xidmətlərə qatılıb. == Əmək fəaliyyəti == 1943-cü ildə aktrisa kimi karyerasına başladı. O, özünü Sheila Scott adlandırdı.1958-ci ildə dokuz ay təlimdən sonra Thruxton Aerodromunda solo gedəcəyini öyrəndi. Onun ilk təyyarəsi 1959–1964-cü illərdə olan Thruxton Jackaroo (çevrilmiş Tiger güvəsi) G-APAM idi . 1966-cı ilin aprelində o, Piter Comanche 260B G-ATOY'u Mif Too adına alıb, orada doksan dünya rekordunu təyin etdi. 1966-cı il mayın 18-də Londondakı Heathrow şəhərində ilk solo uçuşu keçirdi. 34 iyun 1966-cı ildə, 49.890 km (189 saat) sonra uçan bitirmişdir. 1969–70-ci illərdə o, eyni təyyarədə ikinci dəfə dünyada solo uçdu.
Amundsen — Skott (aeroport)
Amundsen — Skott — hava limanı Amundsen - Skot qütb stansiyasında yerləşir. Hava limanı buz üzərində üçüş-eniş zolağına sahibdir. Zolağın uzunluğu 3658 m təşkil edir. Hava limanı oktyabrdan fevrala qədər fəaliyyət göstərir. Hava limanı əsasən stansiyaya avadanlıqların daşınmasını həyata keçirilir. LC-130 Hercules təyyarələri xüsusi xizəklərlə təmin olunurlar. Bununla da eniş və uçuşun təminatına imkan verir. Hava limanı bəzən gün ərzində bir necə uçuş həyata keçirilir. Xüsusi ilə yüklər Mak-Merdo stansiyasından daşınır. == Herkules təyyarələri == Herkules təyyarələri yük götürmə qabiliyyətinin yüksək olması baxmından stansiyada mühüm əhəmiyyət kəsb edir.
Billi-Skott İrakose
Billi-Skott İrakose (30 oktyabr 1996, Bujumbura) — Burundili üzgüçü. Billi-Skott İrakose Burundini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Billi-Skott İrakose birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.36 saniyəlik nəticəsi ilə 66-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Con Skott Harrison
Con Harrison (ing. John Scott Harrison; 4 oktyabr 1804, Vinsennes[d], İndiana – 25 may 1878, Şimali Bend[d]) - Amerikalı siyasətçi və fermer. == Həyatı == 1853-1857-ci illərdə Ohayo II bölgəsini ABŞ Nümayəndələr Palatasında təmsil etmişdir. Con Harrison atası və oğlu Amerika Birləşmiş Ştatları prezidenti olan yeganə şəxsdir. Belə ki, atası Vilyam Henri Harrison Amerika Birləşmiş Ştatlarının IX prezidenti olmuşdur. Vilyam Henri Harrison 1841-ci ilin 4 mart - 4 aprel tarixləri arasında vəzifədə olmuş, inaqurasiya çıxışı zaman ən uzunmüddətli nitq söylədikdən (2 saat) sonra xəstələnmişdir. Pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicə alan Henri Harrison 1841-ci ilin 4 aprel tarixində vəfat etmişdir. ABŞ-nin XXIII prezidenti Benjamin Harrisonun da atası olmuş Con Harrison oğlunun prezident seçilməsini görməmişdir. 1889 - 1893-cü illər aralığında vəzifəsini icra edən Benjamin Harrison prezident seçiləndə Con Harrison vəfat etmişdir.
Endryu Skott Vo
Ser Endryu Skott Vo (Andrew Scott Waugh (3 fevral 1810, Edinburq – 21 fevral 1878, London) — Böyük triqonometrik xidmətdə işləyən edən britaniya ordusunun zabiti və Hindistanın baş müfəttişi idi. O, Ser Corc Everestin rəhbərliyi altında xidmət emiş və 1843-cü ildə onu əvəz etdi. Vo dünyanın ən yüksək zirvəsinə, Everest zirvəsi adını verdi. == Erkən həyat == Vo, Madrasda baş hərbi müfəttiş vəzifəsində çalışan general Gilbert Vonun ilk oğlu idi. Edinburqda təhsil aldıqdan sonra 1827-ci ildə Addiscombe hərbi seminariyasına daxil olmuş və həmin ilin dekabrın 13-də Benqal Mühəndisliyinə qəbul olundu. 1829-cu ilin mayında Hindistana getməzdən əvvəl Sir Çarlz Pasli ilə birlikdə oxuduğu Çatamda təlim keçmişdir.Vo, kapitan Hatçinsona Kaşiipurda tökmə zavodunun qurulmasında kömək etdi və 13 aprel 1831-ci ildə Benqal istehkamçıları və mədənçilərinin köməkçisi oldu. O, Dehra-Dundakı qərargaha getməzdən əvvəl mərkəzi Hindistanın bir çox yerlərini araşdırdı. Everest qeyd edirdi ki, Vo və Renni riyazi qabiliyyətdə ən yaxşıları idi. == Karyera == Everest 1843-cü ildə təqaüdə çıxdı və Vonu baş müfəttiş kimi onu əvəz etməyi tövsiyə etdi. Vo, Sonakodadan Dehra- Duna qədər Himalay bölgəsini araşdırdı.
Frensis Skott Fitscerald
Frensis Skott Fitscerald ( ing. Francis Scott Key Fitzgerald, 24 sentyabr 1896 – 21 dekabr 1940-cı il ) — ABŞ yazıçısı. == Həyatı == Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində, imkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Ailədə ona qədər iki uşaq dünyaya gəlib tələf olduğuna görə Skott arzuolunan uşaq olmuşdur. Onu ABŞ himninin sözlərinin -"Ulduzlarla bəzənmiş bayrağın" müəllifinin, onun ulu babası Frensis Skott Kinin (1779—1843) şərəfinə belə adlandırmışdılar. Ana babası Filip Makkuilan ABŞ-yə İrlandiyadan mühacirət etmişdir. Onun ailəsi tezliklə varlanmış, artıq "böyük" Makkullan boyük bir firmaya sahib olmuşdur. Onun atası adlı-sanlı irland əsilzadəsi olsa da arvadı Molli Makkuillanın ailəsi kimi zəngin deyildi və böhran zamanı tamam müflisləşmişdi. Molli Makkuillanın ailəsi onun Edvard Fitscerald ilə evlililiyinə razı olmasalar da, gənc ailəni tam şəkildə himayə etməyə məcbur idilər. Buna görə də Frensis Skott Fitscerald çox yaxşı təhsil ala bilmişdir; 1908—1910 — Sent-Pol Akademiyası, 1911—1913 — ing.
Skott-Kelti adası
Skott-Kelti adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın mərkəzində yerləşir. Ən hündür nöqtəsi 64 metrdir. Quker adasında yerləşən Sedov burnundan 2.5 km qərbdə yerləşir. Ondan Millenius boğazı ilə ayrılır. == Təsviri == Ada uzunsov formaya malikdir. Onun uzunluğu 7,5 km, eni isə mərkəzi hissədə 4 km-dir. Adanın böyük hissəsi buzla örtülüdür. Burada uzunluqları 3,5 və 2 km olan iki axar vardır.