Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Puka-Puka
Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir. == Coğrafiya == Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır. == Tarixi == Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır.
Puka Puka
Puka Puka (fr. Puka Puka) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Atoll quru və ensizdir. == Coğrafiya == Tuamotu arxipelaqının ən ucqar adalarından biridir. Tuamotu arxipelaqının şimal-şərqində, Napukadan 260 km cənub-şərqdə, Fakahinadan 183 km şimal-şərqdə yerləşir. Bəzən Puka Puka adasını Napuka və Şimali Tepoto Dezappuentman adaları qrupuna daxil edilir. Atollun sahəsi 4 km²-dir. Uzunluğu 5,7 km, eni 3 km-dir. Daxilində laqun vardır. == Tarixi == Puka-Puka 1521-ci ildə Fernan Magellan Okeaniyada ilk kəşf etdiyi adadır.
Luka
Nuqa - Şəkər və bal, yumurta ağı, badam, qoz, fıstıq və fındıqdan edilən və müxtəlif dadlar, darçın, vanil kimi ədviyyatlar əlavə olunan bir konfet növüdür.Cənubi Avropada, nuqa böyük ölçüdə Milad mövsümü ilə əlaqəlidir.Təbrizin əhəmiyyətli şiniyatlarındandır.
Seka
Seka (15 may 1954, ABŞ) — ABŞ pornoaktrisasıdır. == Həyatı == Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulmuşdur. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurmuş, lakin bir müddət sonra boşanmışdır. 1977-ci ildə porno karyerasına başlamışdır. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak etmişdir.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Sula
Sümsükquşu (lat. Sula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin sümsükquşular fəsiləsinə aid heyvan cinsi.
Suma
Suma — Azərbaycan Respublikasının Ağdam rayonunun Güllücə kənd inzibati ərazi dairəsində kənd.Suma kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir; Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. Suma kəndi 16 aprel 1994-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. == Mədəniyyəti == İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər. == Əhalisi == İşğala qədər (16 aprel 1994-cü il) Suma kəndində 1286 nəfər əhali yaşayırdı.
Sutka
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Suza
Suza — İranın Hörmüzgan ostanının Qeşm şəhristanının Şahab bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,480 nəfər və 878 ailədən ibarət idi.
Şuqa
Payızda çay buz bağlamağa başlayanda sıyıq kütlə şəklində su ilə birlikdə hərəkət edən yumşaq buz.
Şuya
Şuya (rus. Шуя) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Şuşa
Şuşa — Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən şəhər. Azərbaycanın mədəniyyət paytaxtı. Şuşa rayonunun inzibati mərkəzi.Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdi. Onun dövrəsində böyük və güclü sədd çəkilib,çoxsaylı sənətkar məhəllələri yaranıb.Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək,sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü.O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmışdır.Birinci dəfə onu hər iki icma,ikinci dəfə azərbaycanlılar,üçüncü dəfə isə ermənilər yandırmışdı.Etnik qərəzliyə baxmayaraq, hər iki icmanın nümayəndələri arasında qarışıq nikahlar yer almışdı.Ticarət və Rusiyanın hökmranlığı hər iki icmanı bir-biri ilə bağlayan tellər idi.Bu tellərdən birincisi təbii, ikincisi isə süni idi.7 fevral 1991-ci ildə Şuşa rayonunun Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan şəhər kateqoriyasına aid edilmişdir. 26 noyabr 1991-ci ildə isə Şuşa şəhəri respublika tabeli şəhərlərin sırasına daxil edilib.Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış,onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür.Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini və Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş,7 məktəbəqədər uşaq müəssisəsini,22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin,22 klubu,31 kitabxananı,2 kinoteatrı,8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi,Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.Şəhərin tarixi muzeyinin 5 minədək əşyası,Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi,bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarix == === Etimologiya === Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır.
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Acacia suma
Acacia polyacantha (lat. Acacia polyacantha) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia polyacantha Willd. Acacia polyacantha subsp. polyacantha Acacia suma (Roxb.) Voigt Gagnebina tamariscina sensu Bojer Mimosa suma Roxb. Senegalia suma (Roxb.) Britton & Rose == Yarımnövləri == Acacia polyacantha subsp. campylacantha (A.Rich.) Brenan Senegalia polyacantha subsp. campylacantha (Hochst. ex. A.Rich.) Kyal.
Amel Tuka
Amel Tuka (bosn. Amel Tuka; 9 yanvar 1991) — Bosniyalı yüngül atlet. 2015 və 2019-cu il dünya çempionatlarının mükafatçısı. 800 metrlik məsafə üzrə ixtisaslaşmışdır. == Bioqrafiyası == Tuka doğma şəhərində yerli yarışlarda qalib gəldikdən sonra Zenica klubunda çıxış etməyə başladı. 2013-cü ildə Amel Tuka Avropa Komanda Çempionatının üçüncü liqasında oynadı. Nəticəsi 1 51.11 oldu. Gənclər arasında Avropa Çempionatında bu göstəricini beş saniyəyə daha da yaxşılaşdırdı və bu nəticə yeni milli rekord oldu (1.46.29). Çempionatdan sonra Bosniyadan İtaliyaya köçdü və Veronanda yeni məşqçi Gianni Gidini ilə məşq etməyə başladı. 2014-cü ildə Avropa çempionatında 800 metr məsafəyə qaçışda səkkizinci oldu −1.46.12.
Armudlu (Şuşa)
Armudlu — Azərbaycan Respublikasının Şuşa rayonunun Xəlfəli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Axundovlar (Şuşa)
Axundovlar — Azərbaycanın, Qarabağın qədim və məşhur soylarından biri. == Soyun yaranması == Axundovların ulu babası Molla Əli Kəbirlidir. O, Kəbirli elinin Seyidli obasında sayılıb-seçilən, savadlı bir alim idi. Mahallarının dini işləri ilə məşğul olurdu.Qarabağ hakimləri İbrahimxəlil xan Cavanşir və Mehdiqulu xan Cavanşir bu ünlü alimə hörmət еtmiş, еhtiram bəsləmişdilər. Mеhdiqulu хan 1814-cü ildə оnun adına vеrilmiş təliqədə aхundu "Ərəstun bilikli" еpitеti ilə yad еtmişdir. Хan yazırdı: "Sеyidli оbasının başçısı Kоsa yüzbaşıya, Ərəstun bilikli Aхund Mоlla Əliyə оbanı vеrirəm. Bəbirəlini və nökər Məhəmmədəlini də оnun хidmətinə bağışlayıram". Aхund Mоlla Əli ruhani оlmaqla yanaşı, həm də yaхşı həkim idi. Aхund Mоlla Əlinin Оruc ağa, Dərgahqulu bəy adlı оğulları vardı. Onun törəmələri Axundov soyadını daşıyırlar və hal hazirda Bakıda yasayirlar.
Ağbulaq (Şuşa)
Ağbulaq — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.
Banya Luka
Banya Luka — Bosniya və Herseqovinanın ikinci ən iri şəhəri və Serb Respublikasının paytaxtıdır.
Bayat (Şuşa)
Bayat — Şuşa qəzasında kənd adı. Səlcuq oğuzlarının Bayat tayfasının adındandır. Əvvəlcə Kiçik Aşura kimi sərbəst yaşamış, XV əsrdə Qızılbaşlara qoşulmuşdur. Şimali Azərbaycana Qızılbaş adı ilə gəlmişdir. XIX əsrdə Garcull və Cavanşir qəzalarında Bayat adlı ellər yaşayırdı. == İstinadlar == == Ədəbiyyat == Qızılbaşlar tarixi. Bakı, 1995. Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966. Yusifov Y., Kərimov S. Toponimikanın əsasları.
Bazarbaşı (Şuşa)
Divanxana meydanı və ya Bazarbaşı — Gəncə qapısından keçdikdə Şuşa qalası daxilində yerləşən ilk və ən böyük şəhər meydanıdır. Şəhərin ən böyük ticarət küçəsi olan Rasta bazar öz başlanğıcını məhz bu meydandan götürür. == Tarixi == Qarabağ xan sarayının qarşısında yerləşən Divanxana meydanı Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına əsasən XIX əsrin I yarısına kimi sarayı əhatə edən qala divarlarının (qəsr də adlandırılır) içində olmaqla qalanın digər hissələrindən təcrid edilmişdi. Həmin dövrdə meydan ərazisində Qarabağ xan sarayı kompleksinə aid müxtəlif köməkçi tikililər yerləşirdi.Qarabağ xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra Şuşada aparılan yenidənqurma işləri zamanı Xan sarayını əhatə edən qala divarlarının bir hissəsi, o cümlədən meydan ərazisində yerləşən tikililər sökülmüş, bundan sonra Divanxana meydanı ictimayətə açılmışdır. Həmin dövrdən sonra meydan həm də "Bazarbaşı" adlandırılmağa başlayır. Dövrümüzə kimi saxlanılmış bu adın meydana gəlməsinin əsas səbəbi o zamanlar inkişaf etdirilən və ticarət sıraları yerləşdirilmiş Rasta bazar küçəsinin öz başlanğıcını məhz bu meydandan götürməsidir. == Xüsusiyyətləri == XVIII əsrdən Şuşanın əsas ticarət küçəsi olan Aşağı bazar küçəsi şəhərdə aparılan yenidənqurma işlərindən sonra öz ticari əhəmiyyətini itirir. Bu zaman inşa edilən Rasta bazar küçəsi bir xətt üzrə inşa edilmiş səliqəli ticarət sıraları ilə şəhərin əsas ticarət küçəsinə çevrilir. Həmin küçə öz başlanğıcını Divanxana meydanından götürür. Meydanın şimalında qala divarları və bürcləri ilə əhatə olunmuş Qarabağ xan sarayı, şərq tərəfində isə Divanxana binası yerləşirdi.
Blackburn Skua
Blackburn Skua, İngiltərə mənşəli aviadaşıyıcı əsaslı Blackburn Aircraft tərəfindən istehsal edilən pike qırıcı bombardmançı döyüş təyyarəsi. Təyyarə 1930-cu illərin ortalarında hazırlanmış və Donanma Hava Qolu tərəfindən İkinci dünya müharibəsində istifadə edilmişdir. 1938-ci ilin mart ayında istismara verilmişdir. Ümumi olaraq 192 ədəd istehsal edilmişdir. == Tekniki xüsusiyyətləri (Skua Mk. ==
Böyük duka
Böyük duka və ya meqaduka (yun. μέγας δούξ), həmçinin meqaduks (lat. Megadux) — Bizans imperiyası iyerarxiyasındakı ən yüksək vəzifələrdən biri, donanmanın baş komandanı. == İstinadlar == == Mənbə == Anqold, Maykl. The Byzantine Empire, 1025–1204: A Political History. Second Edition (ingilis). Longman. 1997. ISBN 0-582-29468-1. Bartusis, Mark S. The Late Byzantine Army: Arms and Society 1204–1453 (ingilis).
Catharacta skua
Böyük sahilqağayısı (lat. Catharacta skua) — Sahilqağayıları fəsiləsinə (Stercorariidae) aid olan dəniz quşu. == Təsviri == Onun hündürlüyü 50 - 58 sm, qanadaları arasında məsafə 125 - 140 sm təşkil edir. Yetkin böyük sahilqağayılarında qırmızı zolaqlar və qara rəngli ləkələr vardır. Quyruqları tünd qonur rəngdə olur. Genetik araşdırmalar onların Qısaquyruq sahilqağayılarına (Stercorarius parasiticus) yaxın olmaları müəyyəjn edilmişdir. == Areal == Bu canlıların ən böyük yumurtlama arealı İslandiya, Norveç, Şotlandiyanın adaları və Farer adalarında müşahidə edilir. == Qidalanması == Bu canlıların qidasının böyük hissəsini balıqlar təşkil edir. Bu balıqları isə digər dəniz quşlardan oğurlayırlar. Üstəlıik kiçik dəniz quşlarını da ovlayırlar.