Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Splin
Splin - Rusiyanın rok qrupudur. == Yaranma tarixi == 1994-cü ildə Vasilyev-Morozov-Rostovskiy triosuna 2 musiqiçicinin də - Stas Berezovskiy və Andrey Lısov`un da daxil olması ilə SPLİN qrupu rəsmi olaraq yaranır... 1987-ci ildə Vasilyev ləqəbi Morris olan Morozovla tanış olur.. İlk zamanlar Morozovun evində çox da peşəkar olmayan mikrofon və maqnitofondan istifadə edərək mahnılar yazmağa başlayırlar..Beləliklə, "Mitra" qrupu yaranır.. Qrupun tərkibində Vasilyev və Morozovdan başqa bir neçə musiqiçi də olur.. Onlar Piter rok-klubuna daxil olmaq istəyirdilər, lakin dinləməni keçmədilər..1988-ci ildə Splin qrupunun lideri əsgərliyə gedir.. Orada da mahnılar yazmağa davam edir..Bu mahnıların da bəziləri "Pılnaya Bıl" albomunda yer alıb.. 1993-cü ildə Vasilyevlə Morris Buff teatrında işləməyə başlayır, məhz burada da onlar pianist Nikolay Rostovskiy ilə 10000 tirajla yox olan "Pılnaya Bıl" albomunu doldururlar.. Bu zaman da Splin qrupu yaranmağa başlayır.. Bu zamanlar da elə gitarist Stas Berezovskiy və zərbçi Andrey Lısov tərkibə daxil olur..Bu heyətlə onlar 3 albom doldururlar : Коллекционер Оружия (1996), Фонарь Под Глазом (1997), Гранатовый Альбом (1998)...
Split
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitskо-Dаlmаtinskаya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir. Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir. == Tarixi == Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur.
Sulli
Çoyi Cin-ri (29 mart 1994 – 14 oktyabr 2019) səhnə adı ilə daha çox tanınan Sulli (/ˈsʌli/) Cənubi Koreyalı aktrisa, müğənni və model idi.Sulli ilk dəfə uşaq aktrisa kimi debüt etdi, SBS-nin "Ballad of Seodong" tarixi dramında (2005) köməkçi aktrisa kimi göründü.Bunun ardınca o, bir sıra qonaq rollardada göründü, "Love Needs a Miracle" (2005) , "Drama City" (2007) və "Vacation " (2006). Daha sonra o, "Punch Lady" (2007) və "BA: BO" (2008) filmlərində göründü, birincisi onun ilk dəfə əhəmiyyətli dramatik rolu idi. SM Entertainment ilə müqavilə imzaladıqdan sonra Sulli 2009-cu ildə yaradılmış f(x) qız qrupunun üzvü kimi tanınmağa başladı. Qrup, SXSW-də çıxış edən ilk K-pop sənətkarı olduqdan sonra dörd Koreya bir nömrəli sinql və beynəlxalq tanınma ilə həm kritik, həm də kommersiya uğuru əldə etdi. Musiqi karyerası ilə eyni vaxtda Sulli SBS romantik komediya serialı, "Hana-Kimi" manqasının Koreyaya uyğunlaşdırılması olan "To the Beautiful You" (2012) filmində rol alaraq aktrisalığa qayıtdı və burada onun performansı müsbət qarşılandı.İki SBS Drama Mükafatını və 49-cu Paeksang İncəsənət Mükafatları nominasiyasını qazandı. Sullinin kino karyerası onun fantaziya janrında oynadığı "The Pirates" (2014) və yetkinlik dramında "Moda Kralı" (2014) filmlərində oynaması ilə irəlilədi. "The Pirates" üçün mətbuat turu zamanı Sulli səhhətində yaranan problemlərə görə əyləncə sənayesinə ara verdi və bir il f(x) ilə promosyona getmədikdən sonra 2015-ci ilin avqustunda qrupdan ayrıldı. 2015–2017-ci illər arasında o, Estée Lauder üçün qlobal brend səfiri olmamışdan əvvəl bir sıra modellik kampaniyalarına başlamışdır.Sulli eksperimental triller "Real" (2017) filmindəki rolu ilə diqqəti cəlb etdi. Daha sonra 2018-ci ildə musiqi sənayesinə qayıtdı, Dekanın "Dayfly" sinqlına qonaq oldu və 2019-cu ilin iyun ayında debüt solo sinqlı "Goblin"i buraxdı, bu onun ölümündən əvvəl son musiqi layihəsi idi. Sulli Cənubi Koreya prezidenti Mun Çe-İni qabaqlayaraq, 2017-ci ildə Cənubi Koreyada ən çox Google-da axtarılan şəxsə çevrilərək, açıq danışan şəxsiyyətinə görə Koreyanın populyar mədəniyyətinin görkəmli nümayəndəsi kimi tanınıb.
Mixail Suslin
Mixail Yakovleviç Suslin (rus. Михаи́л Я́ковлевич Су́слин; d.15 noyabr, 1894, Saratov – ö.21 oktyabr, 1919, Krasavka) — rus riyaziyyatçısı, Luzinin şagirdidir. == Həyatı == == Fəaliyyəti == 1916-cı ildə Moskva Universitetinin tələbəsi olduğu zaman A çoxluğu adlanan yeni sinif çoxluq kəşf etmişdir. == İstinadlar == == Ədəbiyyat == Игошин В. И. "Михаил Яковлевич Суслин (1894-1919)", "Наука. Физматлит", 1996, стр. 160. ISBN 5-02-015191-2 Колягин Ю. М. "Дмитрий Федорович Егоров. Путь ученого и христианина", "ПСТГУ", 2010. стр.302.
Süli
Şanyü Süli (v. 140) — Hunların XXXIV şanyüsü. Onun dövrü vətəndaş müharibəsi dövrlərindəndir. Bir çox hunun üsyanı və syenbilərin hücumu ilə keçən bu dövr hunların Çindən asılılığının daha çox artdığı dövrlərdəndir. Süli öləndən sonra yerinə imperatorun seçdiyi şanyü Duluçu keçmişdi.
Bananlı split
Bananlı split (ing. banana split)-Amerikan mətbəxinin tipik deserti. Dondurmadan hazırlanır. == Haqqında == Klassik bananlı split təmizlənmiş bananlardan ibarətdir ki, onun üzərinə vanilli, çiyələkli, şokoladlı dondurmalar qoyulur və onu ananas, çiyələk və şokoladlı siroplar əlavə edilir. Daha sonra şirin desertin üzərinə çərəzlər əlavə edilir, qaymaq və albalı əlavə edilir.
Geriyə split
Krasnıy Sulin
Krasnıy Sulin — Rusiya Federasiyasında yerləşən şəhər. Rostov vilayətinə daxildir.
Lloyd Şepli
Lloyd Şepli (ing. Lloyd Shapley; d. 2 iyun 1923 ö. 12 mart 2016) — amerikalı riyaziyyatçı və iqtisadçı. Tanınmış nəzəri fəaliyyətləri riyazi iqtisad sahəsində, xüsusilə də Oyunlar nəzəriyyəsi haqqındadır. 2012-ci ildə Elvin Rotla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Lloyd Şepli 2 iyun 1923-cü ildə ABŞ-nin Massaçutest ştatında anadan olub. Atası tanınmış astroloq Herlou Şepli idi. İlk və ikinci dərəcəli təhsilindən sonra Harvard Universitetində təhsilə başlamışdır. Lakin II Dünya müharibəsi zamanı, 1943-cü ildə əsgərliyə aparılmışdır.
Split darvazası
Split darvazası boğazı (xorv. Splitska vrata) - Adriatik dənizi akvatoriyasında yerləşən Dalmaçiya adalarına daxil olan Şolta adasını Braj adasından ayırır. Uzunluğu 1,9 km, eni 800 metr təşkil edir. Adını yaxınlıqdakı Split şəhərinin adından götürmüşdür.
Sulik (Urmiya)
Sulik (fars. ‎‎‎سوليك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (41 ailə).
Sulim Yamadayev
Sulim Yamadayev (21 iyun 1973 – 28 mart 2009, Dubay əmirliyi) — Rusiya hərbi lideri, polkovnik-leytenant (2005; 2008-ci ildən ehtiyatda). 2003-2008-ci illərdə Rusiya Ordusunun 42-ci Qvardiya motoatıcı diviziyasının 291-ci motoatıcı alayının Vostok batalyonunun komandiri. Birinci (separatçıların tərəfində) və İkinci (Rusiya Federasiyası tərəfində) Çeçen və Beş günlük müharibələrin iştirakçısı. İçkeriyada briqada generalı olmuşdur. Vəhhabizmin şiddətli rəqibi. Rusiya Federasiyasının Qəhrəmanı (2005). == Bioqrafiya == Qardaşları - Ruslan Yamadayev, Cəbrayıl Yamadayev (həmçinin Rusiya Federasiyasının Qəhrəmanları), Aslan Yamadayev, İsa Yamadayev və Badrudi Yamadayev. 1992-ci ildə Yamadayev Moskvaya köçür və bizneslə məşğul olur. 1994-cü ildə Çeçenistanın ilk prezidenti general Cövhər Dudayevin böyük qardaşı Ruslan Yamadayev tərəfindən dəstəklənməsindən sonra vətəninə qayıdır. === Çeçen yaraqlılarının sıralarında === Birinci Çeçenistan müharibəsi zamanı yaraqlıların tərəfində vuruşur.
Sülli-Prüdom
Rene Sülli-Prüdom (fr. Sully-Prudhomme; əsl adı Rene Fransua Arman Prüdom, fr. René François Armand Prudhomme; 16 mart 1839[…], X arondisman (Paris)[d] – 7 sentyabr 1907) — fransız şair, "Parnas" qrupunun üzvü, Ədəbiyyat üzrə Nobel mükafatının ilk laureatı (1901). == Həyatı == Ədəbiyyat sahəsində ilk Nobel laureatı Rene Fransua Arman Prüdomun adı indi fransız ədəbiyyatı mütəxəssisləri istisna olunmaqla çox az adama məlumdur. O, Parisdə doğulmuşdu. İki yaşında atasını itirdiyindən əmisinin himayəsində böyümüşdü. İlk təhsilini Bonapart litseyində almışdı. Dəqiq elmlərə, xüsusən də riyaziyyata marağı böyük idi. Litseyi bitirdikdən sonra mühəndis ixtisasına yiyələnmək üçün məşhur Politexnik məktəbə daxil olmaq istəsə də, gözlərində yaranan problem buna imkan verməmişdi. Erkən gəncliyindən "həyat universitetləri" keçən Rene ilk poetik məcmuəsini – "Stanslar və şeirlər" kitabını 1865-ci ildə çap etdirmişdi.
Tsin Şupey
Tsin Şupey (çin. 秦舒培; 1 yanvar 1990, Kayfın[d]) və ya sadəcə Şu Pey – Çin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir. Boyu 178 santimetrdir. == İlk illəri == Tsin Şupey 10 avqust 1990-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir. == Karyerası == Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır. 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine Malandrino və Verrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.2012-ci ildə ilk dəfə olaraq Victoria's Secret Dəb Şousunda iştirak etmişdir.
Şüalı sovka
Şüalı şam
Pinus radiata (lat. Pinus radiata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Vətəni Şimali Amerika dır. Çətiri yumru, şarşəkilli, sıxdır. Zoğları möhkəm yapışmış, nazik və müxtəlif uzunluqdadır. Tumurcuqları qısa, uzunluğu 3 mm, pulcuqları yapışqanlı, nazik, yumşaq, boz-mavi, zoğların uclarında yuxarı istiqamətlənmiş, qeyri-bərabər yayılmışdır, üstdən yaşıl, altdan mavi-yaşıldır, uzunluğu 10 sm-ə qədərdir. Tezböyüyən, istisevən kölgəyə və soyuğa davamlıdır, quraqlığa dözümsüzdür. Ağır olmayan rütubətli, drenaj üsulu ilə təmişlənmiş gillicə, qumluca tropaqlarda yaxşı bitir, durğun sulu, artıq dərəcədə nəm olan torpaqlarda göbələk xəstəliklərinə yoluxduğu üçün uzunömürlü olmur. Aşağı temperaturda (-10-110 C) iynəyarpaqlarını don vurur. Güclü dəniz küləklərinə qarşı davamlıdır.
Şandun sualı
Şandun sualı (山東問題, Santo monday) və ya Şandun problemi – 1919-cu ildə Paris Sülh Konfransından sonra Şandun yarımadasının kimə aid olması haqqında Çinlə Yaponiya arasında baş vermiş münaqişə. Problem 1922-ci ildə Çinin xeyrinə həll edilmişdir. == Arxa plan == Çinin şimal-şərqində yerləşən Şandun yarımadası XIX əsrdə xarici güclərin diqqətini cəlb etmişdir. Xüsusilə, Almaniya Asiyada möhkəmlənmək üçün bu yarımadadakı Sindao limanına nəzarət etmək istəyirdi. 1896-cı ildə ərazidə yaşayn iki alman missionerin öldürülməsindən istifadə edən Almaniya donanması bölgəyə nəzarəti ələ keçirmiş və limanı tutmuşdur. Növbəti il burada 400 kilometr uzunluğunda dəmiryolu inşa etdirmək icazəsi almış, yarımadanı öz mülkünə çevirmişdir.Şandun yarımadasında maraqları olan digər ölkə Yaponiya idi. 1911-ci ildə Çində baş vermiş inqilabdan sonra Yaponiya ordusunun və Yaponiya Xarici İşlər Nazirliyinin bir neçə üzvü Yaponiyanın təsir sahəsini Şandun yarımadasına qədər genişləndirmək istəyirdilər. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində Yaponiya Britaniya ilə müttəfiq olmuş və Almaniyaya müharibə elan etmişdir. Britaniyanın tövsiyəsinə baxmayaraq, Yaponiya 1914-cü ilin sentyabrında Sindaonu işğal etmiş və Tsinan–Sindao dəmiryolunu ələ keçirmişdir.Yaponiya almanların Şandun yarımadasındakı bütün imtiyazlarının onlara transfer edilməsi üçün Çinə tələb yollamışdır. Bu, Çinə göndərilmiş İyirmi bir tələbdən biri olmuşdur.
Publiy Vergiliy Maron
Publi Vergili Maron (15 oktyabr e.ə. 70 – 21 sentyabr e.ə. 19, Brindizi, Roma imperiyası) — Roma ədəbiyyatının qızıl dövründə yaşamış görkəmli şair. E.ə. 70-19-cu illərdə yaşamışdır. Romanın klassik şairi və ən qüdrətli ədəbi xadimlərindən biri sayılır. Vergilinin üç əsəri çox məşhurdur: "Ekloqlar" "Georgikilər" "Eneida" == Həyatı == Vergili Roma yaxınlığında And kəndində varlı ailədə anadan olmuşdur. Sonralar əmlakının böyük bir hissəsini itirən şairə bunları geri almağa imperator Oktavian Avqust və Messenat kömək etmişdir. Buna görə də onun əsərlərində xüsusilə də bukolikalarında onlar mədh edilir. == "Ekloqlar" == Bu Vergilinin ilk kitabıdır.
Hayduk Split FK
Hayduk (Split) — Xorvatiyanın futbol klubu
Mehmet Suphi Kula
Mehmet Suphi Kula (türk. Mehmet Suphi Kula) (d. 1881 Bitola, Makedoniya Respublikası – ö. 19.10.1948) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 1931-ci ildə təqaüdə çıxdı.
Məhməd Suphi Kula
Mehmet Suphi Kula (türk. Mehmet Suphi Kula) (d. 1881 Bitola, Makedoniya Respublikası – ö. 19.10.1948) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ildə hərbi məktəbi bitirmişdir. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 1931-ci ildə təqaüdə çıxdı.
Split Beynəlxalq Aeroportu
Split Beynəlxalq Hava Limanı — Xorvatiyanın Orta Dalmasiya regionunda Split, Kaştekla, Troqir və sahil boyu şəhərlərə xidmət edən beynəlxalq hava limanı. Split Beynəlxalq Aeroportu Xorvatiyanın sərnişin dövrüyyəsinə görə ikinci ən böyük hava limamı (1 190 551 nəf. 2007 il). Hava limanı həmdə Croatia Airlinesin əlaqələndicisi funksiyasınl təşkil edir. Buradan Londan, Amsterdam, Frankfurt, Roma, Paris və digər iri şəhərlərə uçan təyyarələr eniş edir. == Aviaşirkətlər və uçuşların istiqaməti == Aeroflot (Şeremetovo Hava limanı) Air One (Roma) airberlin (Dyuseldorf) Alitalia (Air Alps ilə) (Milan-Malpensa) Austrian Airlines (Vyana) Croatia Airlines (Amsterdam, Berlin-Şenefed, Byusfell, Dubrovnik, Dyusseldorf, Frakfurt, London-Qetvik, London-Xitrou, Lion, Myunxen, Osiek, Şarl de Qoll Aeroportu, Leonardo da Vinçı adına Beynəlxalq Aeroportu, Skope, Vyana, Zaqreb, Surix) Czech Airlines (Praqa) easyJet (Bristol, Jeneva, London-Qetvik) Flybe (Birmingem) Germanwings (Berlin-Şenefeld, Köln/Bonn, Dortmunt, Hamburq, Ştutqart, Hanover) InterSky (Fridrixsxafen, Qras) Luxair (Lüksenburq) Norwegian Air Shuttle (Berqen, Oslo, Stokholm-Arlanda, Helsinki, Tronheyn, Varşava) S7 Airlines (Domodedovo Beynəlxalq Aeroportu) Scandinavian Airlines System (Stokholm-Arlanda, Qöteburq) Sterling Airlines (Kopenhagen) Thomas Cook Airlines (London-Qetvik, Mançester) == İnkişaf planları == 2007-ci ilin payızından havada limanında təmir işlərinə başlanılmışdır. Təmir işləri 2011-ci ildə başa çatdırılmışdır. Hazırda hava limanı iri terminala sahibdir. Hava limanın genişləndirilməsi üç mərhələ gerçəkləşdirilməlidir: Birinci mərhələ, 2008—2009 Perron sahəsinin 45 min. m² qədər artırılması.
Vallon-an-Sülli
Vallon-an-Sülli (fr. Vallon-en-Sully) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Erisson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03297. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1711 nəfər təşkil edirdi. == İqtisadiyyatı == Kənd təsərrüfatı Mişar fabriki2007-ci ildə əmək qabiliyyətli 921 nəfərdən (15-64 yaş) 639 nəfəri iqtisadi cəhətdən fəal, 282 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 64.7%). Fəal olan 639 nəfərdən 548 nəfəri (293 kişi və 255 qadın), 91 nəfəri işsizdir (44 kişi və 47 qadın). 282 hərəkətsiz 69 nəfər arasında şagird və ya tələbə, 112 nəfər təqaüdçü, 101 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Yupiter məbədi (Split)
Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir. Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir. Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi. == Təsviri == Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Bob Şuli
Bob Şuli (ing. Bob Schooley) - ABŞ ssenari müəllifi və prodüseridir.