Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vezen-de-Levezu
Vezen-de-Levezu (fr. Vézins-de-Lévézou, oks. Vesinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vezen-de-Levezu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12294. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 32 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 645 nəfər təşkil edirdi. Vezen qalası (XVII əsr).
Əvəz-Əvəzə (1925)
Filmdə xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması və Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışılır. Film ilk Azərbaycan detektiv filmidir. Ssenari müəllifi: Pavel Velski, Sergey Trotski, Aleksandr Litvinov Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Quruluşçu rəssam: A.Plaksin Abbas Mirzə Şərifzadə Pyotr Kirillov Nadejda Vendelin Sergey Trotski K.Vyaznova Pavel Velski — Pavel Dobrov Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Vezen-de-Levezu (kanton)
Vezen-de-Levezu (fr. Vézins-de-Lévézou) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1241. Barakvil-Sovter kantonuna cəmi 4 kommuna daxildir, onlardan ən əsası Vezen-de-Levezu kommunasıdır. 2006-cı ildə əhalinin sayı 1 730 nəfər təşkil edirdi.
Ərəzin
Ərəzin — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Tarixçi Solmaz Qaşqaylının tədqiqatlarında e.ə. IX əsrdə, Ərəzin əhalisinin buraya hücüm edən Urartu dövlətinə müqavimət göstərməsindən bəhs olunur. XX əsrin sonlarına yaxın adı çəkilən ərazidə müəyyən tarixi qalıqlar tapılmış və Naxçıvan tarix muzeyinə göndərilmişdir. Kənd Azərbaycanın siyasi həyatında böyük rol oynamağı ilə fərqlənmiş, belə ki, sovet hakimiyyəti qurulan dövrdə sovetləşməyə ciddi müqavimət göstərmişdir. O dövr üçün belə bir cəhdin edilməsi mühüm əhəmiyyətə malik idi. Kəndin adının tarixi baxımdan izah edilməsində konkretləşmiş mövqe olmasa da, xalq etimologiyasına əsasən deyə bilərik ki, ad etimoloji təhlili ilə bağlı olan ilk versiya "ər" – igid, cəsur insan, "zin" – cəmlik bildirən əlamət kimi çıxış etməsi və ərlər diyarı, ərlər məskəni bildirməsi ilə bağlıdır. Bir başqa versiya isə adın "ərz" — dəyər, qiymət və "in" – cəmlik əlamətindən ibarət olmasıdır. Belə ki, dəyərlər diyarı mənasını ifadə etməsidir. Bu kimi və bundan fərqli olan daha bir neçə versiya mövcuddur.
Əvəcük
Əvəcük — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Əvəcuq kəndi ətraf kəndlərdən ən az əhaliyə sahib olan kənd olmağına baxmayaraq ən qədim kənd hesab olunur. Kəndin 3 təpə üzərində qurulduğu güman edilir. Bu təpələrə Ləzgi dilində "pel" deyilir, və əhali arasında hər təpəyə ad verilib. Məsələn kəndin mərkəzində yerləşən təpədə əhalinin su probleminin həlli üçün yerli əhali göl yaratmış və bu göl "viri pel" yəni göl yerləşən təpə adlanır Əvəcuq oyk, düz. Qusar r-nunun Köhnə Xudat i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, toponim ova (türk dillərində "düzən") və -cıq kiçiltmə bildirən şək.-dən ibarət olub "kiçik düzən yer" mənasındadır. Kəndin adının əvə/yivə tayfa adına -cük şək.-sini artırmaqla yarandığını da ehtimal etmək olar.
Əvəz-əvəzə (film, 1925)
Filmdə xarici kəşfiyyat agentlərinin axtarılıb tapılması və Azərbaycan çekistlərinin onlarla mübarizəsi haqqında danışılır. Film ilk Azərbaycan detektiv filmidir. Ssenari müəllifi: Pavel Velski, Sergey Trotski, Aleksandr Litvinov Quruluşçu rejissor: Aleksandr Litvinov Quruluşçu operator: V.Lemke Quruluşçu rəssam: A.Plaksin Abbas Mirzə Şərifzadə Pyotr Kirillov Nadejda Vendelin Sergey Trotski K.Vyaznova Pavel Velski — Pavel Dobrov Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Vezin
Vezin (fr. Vésines) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Baje-le-Şatel kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01439. 2010-ci ildə əhalinin sayı 91 nəfər təşkil edirdi.
Vezul
Vezul (fr. Vesoul) — Fransanın şərqində yerləşən şəhər, Haute-Saône departamentinin və Franş-Konte regionun inzibati mərkəzi. Maşınqayırma, saat, tekstil və geyim sənayesi inkişaf etmişdir.
Evelin Bazzanella
Evelin Bazzanella (d. 15 iyun 1976; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Evelin Bazzanella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Evelin Bağçaban
Evelin Bağçaban (türk. Evlin Bahçeban)-Türkiyəli musiqiçi, müğənni, Tehran opersının həmtəsisçisi, İranda kollektiv ifaçılıqın (xor) öncülərində və piano ustası == Bioqrafiyası == Evelin Bağçaban Türkiyənin Mersin şəhərində fransız anadan və türk atadan dünyaya gəlmişdir.O, Cənubi Azərbaycanlı müğənni və bəstəkar Səmin Bağçaban ilə evlənmişdir. == Xarici keçidlər == TEHRAN TIMES: Opera singer Evelyn Baghcheban dies in Istanbul (2.
Evelin Ebhomien
Evelin Ebhomien (1 yanvar 1981) — Nigeriyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Nigeriyanı təmsil edir. Evelin Ebhomien 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Evelin Vo
İvlin Vo (ing. Evelyn Waugh) (tam adı: Artur İvlin Con Vo, ing. Arthur Evelyn St. John Waugh; d. 28 oktyabr 1903, London – ö. 10 aprel 1966, Somerset) — İngiltərə roman yazıçısı, səyahət kitabları və avtobioqrafiyaların müəllifi. İvlin Vo jurnalist kimi də fəaliyyət göstərmişdi və öz əsərlərinin tənqidçisi idi. Ən tanınmış əsərlərinə "Tənəzzül və süqut" (1928), "Bir ovuc toz" (1934), "Braydşedə qayıdış" (1945) romanı, İkinci dünya müharibəsinə həsr etdiyi "Şərəf qılıncı" trilogiyası (1952-61) və başqaları daxildir. Vo XX əsrdə ingilis dilinin ən böyük naşir stilistlərindən biri kimi tanınır. Naşir oğlu olan Vo ilk təhlisini Lansinq kollecində, daha sonra isə Oksforddakı Hertford kollecində alıb və tam ştatlı yazıçı kimi fəaliyyət göstərməmişdən əvvəl məktəb müəllimi kimi çalışıb.
Evelin İlves
Evelin İlves — Estoniyanın birinci xanımı; Estoniyanın Fiqurlu Konkisürmə üzrə Federasiyanın prezidenti Evelin İlves 1968-ci ilin aprelin 20-də anadan olub. O, ali məktəbi Tartu Universitetini tibb ixtisası üzrə bitirib. İlves 2004-cü ildə Estoniya prezidenti Toomas Hendrik İlves ilə ailə həyatı qurub. Onların Kadri Keiu adlı bir qızları var.
Evelyn Hamann
Evelyn Hamann (ing. Evelyn Hamann; 6 Avqust 1942 - 28 Oktyabr 2007) — Alman aktrisa.
Muxtar Əvəzov
Muxtar Omarhan oğlu Əvəzov ( qaz. Мұхтар Омарханұлы Әуезов, rus. Мухтар Омарханович Ауэзов; 28 sentyabr 1897 — 27 iyun 1961) — qazaxıstanlı pedaqoq, yazıçı, tərcüməçi, tənqidçi, siyasətçi, mütəfəkkir. Qazaxıstanın yazıçılarından biridir. Qazax dastanları və ümumi türk ədəbiyyatı ilə araşdırmalar etmiş, hekayə, tərcümə, sınaq, roman növlərində əsərlər yazmışdır. Özü üçün “Şərqin Şolohovu ” və ya “ İkinci Abay ” ləqəblərindən istifadə etmişdir. Qazax ədəbiyyatında qərb tərzində nəsr ənənəsinin ilk nümayəndəsi hesab edilir. О, qazaх məktəblərinin şagirdləri üçün ilk dərs vəsaiti olan “Qırğız müntəxabatı” kitabını hazırlayır. Kitabda pedaqoqun “Gəlin, uşaqlar, oxuyaq”, “Biliklərə yiyələnən xalqlar”. “Kasıb olsan da oğurluqla dost olma”, “Akının ədalətli sultana müraciəti”, “Yay”, “Çay” və digər şeirlərində müxtəlif səpkili ictimai-sosial, tarixi, etik-fəlsəfi, doğma təbiət səhnələri, aydın və sadə formadan istifadə edilməklə qələmə alınmışdır.
Ərəzin nekropolu
Ərəzin nekropolu — Culfa rayonunda eyniadlı kənddən şimal-şərqdə, Ərəzin–Camaldın avtomobil yolunun solunda orta əsrlərə aid arxeoloji abidə. Hündür təpənin üstündədir. Arxeoloji axtarışlar zamanı qəbirlərin şərq istiqamətinə yönəldiyi müəyyənləşdirilmişdir. Qəbirlərin üzərinə dördkünc formalı yonulmamış sal daşlar qoyulmuşdur, baş daşılar saxlanmamışdır. Ərəzin nekropolunun 15–19 əsrlərə aid olması ehtimal edilir. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 114.
Vəzn
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir. Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür. Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
Vezul (rayon)
Vezul (fr. Vesoul) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Sona. Suprefektura — Vezul. Rayonun əhalisi 2006-cı ildə 173 495 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 111 nəf / km² . Rayon ərazisi — 1558 km².
Evelin Vonun biblioqrafiyası
İvlin Vo (1903-1966) — İngiltərə yazıçısı, jurnalist və tənqidçisi. O, ümumilikdə XX əsrin aparıcı ingilis yazıçılarından biri sayılırdı. == Romanları == “Samanlıqda məbəd” / ing. The Temple at Thatch, (1924 — 1925); "Tənəzzül və süqut" / ing. Decline and Fall, (1928); “Murdar bədənlər” / ing. Vile bodies, (1930); "Qara fitnəkar" / ing. Black Mischief, (1932); "Bir ovuc toz" / ing. A handful of dust, (1934); "Sensasiya" / ing. Scoop, (1938); "Bayraqları atın" / ing. Put out more flags, (1942); “Braydşedə qayıdış” / ing.
Ərəzin yaşayış yeri
Ərəzin yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda eyniadlı kənddən qərbdə, Naxçıvan-Ərəfsə avtomobil yolunun sağ tərəfində orta əsrlərə aid yaşayış yeri. "Ərəzin" toponimi e.ə. IX əsrin 20 illərinə dair urartuluların mixi yazılı abidələrində xatırlanır. Urartuluların Culfa ərazisinə basqınları və Arsini şəhər əhalisinin onlara müqavimət göstərmələri tarixi mənbələrdə qeyd edilir. Bəzi tədqiqatçılar "Arsini" toponiminin indiki Ərəzin olduğu fikrini irəli sürürlər. Yaşayış yerinin ərazisi şimal-şərqində və cənub-qərbdə quru çay vadisi ilə məhdudlaşır. 1989-cu ildə aparılmış tikinti işləri zamanı aşkar olunan abidənin bir hissəsi dağılmışdır. Yaşayış yerinin mərkəzi hissəsi 360 m² sahədə qismən salamat qalmışdır. 1991-ci ildə aparılmış kəşfiyyat xarakterli tədqiqat işləri nəticəsində yerüstü materiallar (əmək alətlərinin qırıqları, çəhrayı rəngli şirli və şirsiz saxsı qab parçaları, bişmiş kərpic, istehsalat tullantıları və s.) aşkar olunmuşdur. Abidənin bu hissəsində mədəni təbəqə 2 metr qalınlığın da saxlanmışdır.
Mədəaltı vəzin xərçəngi
Mədəaltı vəzi xərçəngi və ya pankreatik duktal adenokarsinoma (PDAC) — Pankreas axacağının epitelindən başlanğıc götürən Bəd-xassəli şişdir. Hər il dünyada bu xərçəng səbəbindən 200 mindən artıq insan dünyasını dəyişir. PDAC Amerika və Avropa ölkələrində əsasən 60 yaşdan yuxarı insanlarda müşahidə edilir. Bundan əlavə bu xərçəng növünün risk faktorlarına xroniki pankreatit, siqaretçəkmə də aiddir. Xəstəliyin əsas simptomlarına isə Sarılıqı, qarın və ya bel ağrılarını, istəmədən çəki itirilməsini, iştahasızlığı misal göstərmək olar. PDAC-ın müalicəsində cərrahiyyə, kimyaterapiya və şüa terapiyasından istifadə edilir. Qeyd etmək lazımdır ki, hansı müalicə metodunun tədbiqinə xərçəngin ölçüsündən, digər orqanlara sirayət etməsindən, yaxın və ya uzaq metastazların mövcudluğundan asılı olaraq qərar verilir. Mədəaltı vəzi xərçəngi ilkin mərhələdə əksər hallarda simptomsuz olur. Buna görə də, xəstələr həkim müraciət etdiyi hallarda artıq xəstəlik irəliləmiş mərhələdə olur. Belə PDAC-lı xəstələrin sadəcə 15–20%-i ilkin diaqnoz zamanı əməliyyat edilə bilirlər.
Mədəaltı vəzin transplantasiyası
Mədəaltı vəzin (pankreas) transplantasiyası — sağlam mədəaltı vəzinin (insulin istehsal edə bilən) adətən şəkərli diabeti olan bir şəxsə köçürüldüyü orqan transplantasiyası. Mədəaltı vəzi həzm prosesində tələb olunan funksiyaları yerinə yetirən həyatı bir orqan olduğundan, donor mədəaltı vəzi başqa yerə yerləşdirilir və xəstənin öz mədəaltı vəzi yerində qalır. Sağlam mədəaltı vəzi yenicə vəfat etmiş donordan əldə edilir və ya sağ donorun mədəaltı vəzinin bir hissəsi götürülə bilər. Hazırda mədəaltı vəzin transplantasiyası adətən insulindən asılı şəkərli diabeti olan, ağır fəsadlar inkişaf etdirə bilən insanlarda keçirilir. Mədəaltı vəzi xərçənginin ən çox yayılmış və təhlükəli forması olan xəstələr ümumiyyətlə transplantasiya üçün uyğun deyirlər, çünki bu vəziyyət mədəaltı vəzi xərçənginin təkrarlanması səbəbindən çox yüksək ölüm nisbətinə malikdir.. 1-ci tip diabetin mədəaltı vəzi transplantasiyası ilə müalicəsi üçün ilk cəhd 17 dekabr 1966-cı ildə Minnesota Universitetində olunmuşdur. 24 noyabr 1971-ci ildə Nyu Yorkda Montefior xəstəxanasında Marvin Qladman tərəfindən sidik drenajını istifadə edərək ilk mədəaltı vəzin transplantasiyası keçirildi. 1997-ci il ərzində dünya üzrə 10.000-dən çox mədəaltı vəzi transplantasiyası həyata keçirilmişdir. Onların 88%-i həm böyrək, həm də mədəaltı vəzi transplantasiyası olmuşdur. 31 dekabr 2004-cü il tarixinə qədər bütün dünyada 23000-dən çox mədəaltı vəzi transplantasiyası həyata keçirilmiş və Beynəlxalq Patent və Ticarət Nişanları Reyestrinə məlumat verilmişdir.
Qalxanabənzər vəzin adenoması
Qalxanabənzər vəzin adenoması (lat. adenoma glandulae thyreoideae) — qalxanabənzər vəzin normal və ya artan funksiyası fonunda düyünün əmələ gəlməsi ilə xarakterizə olunan xoşxassəli şiş. Qalxanabənzər vəzin adenoması klinik olaraq asemptomatik ola bilər ("soyuq" adenoma) və ya artıq qalxanabənzər hormonu ("isti" adenoma) istehsal edən funksional bir şiş ola bilər. Bu vəziyyət simptomatik hipertiroidizmə səbəb ola bilər və toksik tiroid adenoması adlandırılır. Qalxanabənzər vəzinin follikulyar adenomasının diametri orta hesabla 3-10 sm arasında dəyişir. Qalxanabənzər vəzin tipik adenoması ətrafdakı parenximadan ayrılmış tək, sferik və kapsullaşdırılmış zədədir. Rəngi boz-ağdan qırmızı-qəhvəyiyə qədər dəyişir adenoma hüceyrəliliyi kolloid tərkibli Qalxanabənzər vəzin (follikulyar) adenomalarında, xüsusən də iri zədələrdə çox düyünlü zobda olanlara bənzər qanaxma, fibroz, kalsifikasiya və kistik dəyişikliklər sahələri tez-tez rast gəlinir. Qalxanabənzər vəzin adenomatalarının demək olar ki, hamısı follikulyar adenomalardır. Follikulyar adenomalar funksiya səviyyəsindən asılı olaraq "soyuq", "isti" və ya "qaynar" kimi təsvir edilə bilər. Histopatoloji cəhətdən follikulyar adenomalar hüceyrə quruluşuna və hüceyrə və kolloidlərin nisbi sayına görə aşağıdakı növlərə təsnif edilə bilər: Fetal (mikrofollikulyar) - mikroinvaziya potensialına malikdir.
Qalxanabənzər vəzin xərçəngi
Qalxanabənzər vəzin xərçəngi — Qalxanabənzər vəzin xərçəngi ABŞ-də bütün kanserlərin 1%-ni təşkil edir, illik rast gəlmə tezliyi 1 milyonda 40 nəfərdir. Hər il 1 milyon nəfərdən 6-sı Qalxanabənzər xərçəngindən vəfat edir. Qalxanabənzər xərçənginin 90–95%-i folikulyar hüceyrələrdən inkişaf edən yüksək differensasiyalı şışlərdir. Bu qrupa papilyar, folikulyar və Hürthle hüceyrəli xərçəng daxildir. Medulyar xərçəng tiroid kanserlərinin 6%-ni (bunların 20–30%-i ailəvi MEN tip 2a və 2b xəstələridir). Anaplastik xərçəng aqressiv bəd xassəlidir və 1 % təşkil edir. Belə xəstələrə ən çox yod çatmazlığı olan bölgələrdə rast gəlinir.