Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ezel
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Nevel
Nevel — Rusiya Federasiyasında yerləşən şəhər, Pskov vilayətinə daxildir.
Əhel
Əhel-İranın Fars ostanının Lamerd şəhristanının İşkənan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,797 nəfər və 606 ailədən ibarət idi.
Vel
Vel — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati-ərazi vahidində kənd. == Əhalisi == 2009-cu ildə Azərbaycanda keçirilən əhali siyahıyaalmasına əsasən kəndin əhalisi 724 nəfərdir.
Vəl
Vəl — Azərbaycanın etnoqrafik bölgələrində geniş yayılmış universal döyüm aləti. Vəl ağır və möhkəm oduncaqlı ağacdan, əsasən, palıddan düzəldilirdi. Yerli iqlim şəraitindən, taxıl növünün bəlimindən və qoşqu qüvvəsindən asılı olaraq, vəlin tay və qoşa olmaqla, quruluşca iki növünə təsadüf olunurdu. Vəl taylarının uzunluğu təxminən 1,5–1,7 m-ə qədər, eni 60–70 sm, qalınlığı isə 7–8 sm olurdu. Döyüm prosesini sürətləndirmək və məhsuldar etmək üçün vəlin işlək alt hissəsində açılmış gəzlərə xırda daş parçaları pərçimlənirdi. Bəzən bu daşları xırda metal parçaları ilə də əvəz edirdilər. Bu isə döyüm prosesini xeyli tezləşdirməyə imkan verirdi. Vəlin qabaq hissəsi bir qədər yuxarıya doğru qatlanmış vəziyyətdə düzəldilirdi. Bunun sayəsində vəlin xırmanda hərəkəti nizama salınır və küləşin topalanıb bir yerə yığılmasının qarşısı alınırdı. Vəlin qabaq hissəsində "vəlbənd" adlanan düzbucaqlı formalı xüsusi çıxıntı düzəldilirdi.
Amir Eşel
Amir Eşel (ivr. ‏אמיר אשל‏‎; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur. == Həyatı == 1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997-1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir. Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır.
Emel (jurnal)
Emel jurnalı — Müstəcib Ülküsal və 9 dostu tərəfindən 1 yanvar 1930-cu ildə Rumıniyanın hakimiyyəti altında olan Cənubi Dobruca, Hacıoğlu Bazarcığda nəşr olunan bir mədəniyyət jurnalıdır.Jurnal Krım mübarizəsini türk və dünya ictimaiyyətinə çatdıran mühüm bir mətbuat orqanı idi. == Tarixi == İkinci Dünya müharibəsində almanların ruslarla imzaladığı müqavilələrdən sonra Rumıniyaya gəlmələri 11 il ara vermədən yayımlanan Emel jurnalının bağlanmağına səbəb oldu. Türkiyəyə yerləşən Ülküsal Müstəcib 20 illik fasilədən sonra 1960-cı il noyabrın 1-dən jurnalı Ankarada yenidən nəşr etməyə başladı. 1962-ci ilin noyabrından sonra jurnalın inzibati mərkəzi İstanbula köçdü. Daimi nəşrini, yeni nəsil Emelçilərin rəhbərliyi altında 1983-cü ildən 1998-ci ilə qədər, Ankarada 48 səhifəlik jurnal şəklində davam etdirdi. Emel Kırım Vəqfinin ümumi yığıncağında, Emel jurnalının 3 aylıq müddətdə 2008-ci ildə yenidən nəşr edilməsi qərara alındı. Jurnalın sahibi Emel Kırım Vəqfi adından Zəfər Qaratay, baş redaktoru isə Saim Osman Qaraxan idi. Emel jurnalının 2011-ci il sentyabr ayının 236-cı sayı ilə bir daha nəşr həyatını başa vurdu. 23 aprel 2015-ci ildə Saim Osman Qaraxanın ölümündən sonra İstanbul Krım Dərnəyinin nəşr orqanının baş redaktoru Özgür Qaraxan 2016-cı ildə bu vəzifəyə təyin edildi.Jurnal nəşri ömrünü birləşmiş illik nömrələri ilə davam etdirir. 246/249 (2014) ildə birləşən Krımın işğalına dair xüsusi məsələ 2017-ci ilin yanvarında çıxmışdır.
Emel Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Etel Kama
Etel Kama (7 avqust 1992-ci ildə anadan olub) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Kama 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Etel Kennedi
Etel Skeykl Kennedi (tam adı: ing. Ethel Skakel Kennedy; 11 aprel 1928, Çikaqo, İllinoys, ABŞ) — Amerikalı insan hüquqları müvəkkili. ABŞ senatoru Robert Kennedinin həyat yoldaşı, Corc Skeykl və Enn Brennekin altıncı övladıdır. 1950-ci ildə Robert F. Kennedi ilə ailə həyatı qurub. Cütlüyün on bir övladı var. Həyat yoldaşı 1968-ci il iyunun 5-də sui-qəsdə məruz qalıb həyatını itirdikdən qısa müddət sonra Etel, Robert F. Kennedi Ədalət və İnsan hüquqları Mərkəzini yaratmışdır. Xeyriyyəçiliklə məşğul olan bu qeyri-kommersiya təşkilatının yaradılmasında məqsəd Robert F. Kennedinin ədalətli və sülhsevər dünya arzusunu reallaşdırmaqdır. 2014-cü ildə Etel Kennedi prezident Barak Obama tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir. Hazırda Massaçusetsdə yaşayır. == Həyatı və təhsili == Etel Skeykl Çikaqoda biznesmen Corc Skeykl və katibə Enn Brennekin ailəsində dünyaya göz açıb.
Etel Voyniç
Etel Lilian Voyniç (ing. Ethel Lilian Voynich; 11 may 1864, Ballintempl[d], Kork[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 27 iyul 1960, Nyu-York, Nyu-York ştatı) — İrland yazıçısı. == Həyatı və fəaliyyəti == Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarıdır. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olmuş bu xanımın əsil-kökü çox məşhurdur. Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Buldur. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır. İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M.Voyniç dünyada məşhur olan "Voyniç əlyazması"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Daha sonra Sidney Reyli adlı şəxslə eşq macərası yaşayır. Sidney "Mahir casus" adı qazanmış məşhur xəfiyyə idi. Onunla birlikdə Etel siyasətə daha çox daxil olur.
Even dili
Even dili (lamut dili) öz adlandırılması evedı toren — evenlərin dili, evenk, nanay, udegey dillərinə yaxındır. Tunqus-mancur dilləri qrupuna aiddir. == Əsas məlumatlar == Evenk dilinin qərb ləhcəsinə yakut, Kamçatka ləhcəsinə isə koryak dili təsir edib. XVII əsrdən evenk dilinə rus dili sözləri daxil olmağa başalyıb. 17 200 nəfər evenkdən ancaq 7 mini bu dilə bağlıdır. Əsasən Oxot dənizi ətrafında və Yakutiya və Maqadan vilyətində yaşayırlar. == Orfoqrafiyası == == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Ədəbiyyat == Дуткин Х. И. Краткий словарь-разговорник для изучающих эвенский язык. Якутск, 1992. Лебедев В. Д.Язык эвенов Якутии. Л., 1978.
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda İspaniyanın Sevilya klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. Burada 24 oyuna çıxmış və 1 dəfə fərqlənmişdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. O, Sevilyanın heyətində 34 oyuna çıxmış və 3 qol vurmuşdur.
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur.23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256km/saat) düyün sürətə gədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir. Panamada qeydiyyatdadır, texniki xidmətinə görə Almaniyanın Bernhard Schulte Shipmanagement şirkəti cavab verir.
Ezel Kılıç
Ezel Kılıç (d. 1961, Edirne) — Türk rəssam, keramika sənətçisi və heyvan hüquqları müdafiəçisi. == Həyatı == 1961-ci ildə Ədirnədə əslən Bolqarıstan immiqrantı Türk ailənin qızı olaraq doğuldu. Anadolu Universitetini bitirib.Çəkdiyi Atatürk mövzulu və portret tərzi bədii şəkilləriylə bilinməkdə olub əsərləri bəzi Dövlət qurumları və kolleksiyalarda var. Həyatını Eskitaşlı , Lüleburgazda davam etdirən sənətçi özünü küçə heyvanlarını qorumağa həsr etmiş bir hayvansever olaraq da ön plana çıxmaqdadır.
Feriki əvvəl
Feriki əvvəl (Osmanlı dili: فریق اول), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən müşir və feriki sani rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında general hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.
Kembridən əvvəl
Kembridən əvvəl və ya Prekembri (ing. Precambrian) — Yer tarixinin hal-hazırda dəvam edən Fanerozoy eonundan əvvəlki, erkən dövrünü əhatə edən zaman dilimi üçün istifadə edilən terimdir. Bu dövr Fanerozoy eonunun ilk dövrü olan Kembridən əvvəl gəldiyi üçün belə adlandırılmışdır. Prekembri çağı Yer kürəsinin geoloji tarixinin 88%-ni təşkil edir. Prekembri geoloji zamanın qeyri-rəsmi bir vahididir və 3 eonun: Katarxey, Arxey və Proterozoyun ümumiləşdirilmiş adıdır. Dövr 4.6 milyard il əvvəl Yerin yaranmasından, 541 milyon il əvvəl Kembrinin başlanmasına qədər olan zaman dilimini əhatə edir. == Xüsusiyyətləri == Yer tarixinin təxminən səkkizdə yeddisini təşkil etməsinə baxmayaraq, Prekembri haqqında nisbətən az şey məlumdur və məlum olanlar əsasən 1960-cı illərdən bəri aşkar edilmişdir. Prekembriyə aid fosil tapıntıları sonrakı Fanerozoy erası ilə müqayisədə daha kasıbdır və bu qalıqlar məhdud biostratiqrafik istifadəyə malikdir. Bunun səbəbi, bir çox Prekembri süxurları ağır metamorfozlaşmış, mənşələrini gizlətmiş, digər qismi eroziya nəticəsində məhv olmuş və ya Fanerozoy təbəqələrinin altında dərin basdırılmışdır.Yerin 4,543 milyon il əvvəl Günəş orbitindəki materialllardan yarandığı və yaranmasından qısa müddət sonra çox böyük (Mars ölçülü) bir planet tərəfindən vurularaq Ayı meydana gətirən materiallara parçalandığı düşünülür (bax:Böyük toqquşma fərziyyəsi). Qərbi Avstraliyadakı zirkon kristallarının 4,404 ± 8 milyon il yaşı olduğundan, yerin sabit bir qabığının 4,433 milyon il əvvəl yarandığı qəbul edilmişdir."Prekembri" termini Stratiqrafiya üzrə Beynəlxalq Komissiya tərəfindən bu dövrə Katarxey, Arxey və Proterozoy eonları daxil olduğu üçün yerin geoloji tarixində yeganə "supereon" olaraq tanınıb.
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
Mülazimi əvvəl
Mülazimi əvvəl (osm. ملازم اول) — Osmanlı imperiyasının son dövrlərində və Türkiyə Respublikasının ilk illərində istifadə edilmiş və müasir rütbələr arasında baş leytenant rütbəsinə bərabər olmuş hərbi rütbə.
Pont-Evek
Pont-Evek (fr. Pont-Évêque) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyen-1 kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38318. Kommunanın 2012-ci il üçün əhalisi 5106 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 165 ilə 321 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Resident evil
Resident evil (azərb. Şərin sakini‎) - Survival horror janrında olan Resident evil oyunlar seriyasından olan ilk videooyundur. 1996-cı ildə Capcom şirkəti tərəfindən istehsal edilmişdir. Oyun ilk öncə PlayStation, sonralar isə personal kompüterlər və digər oyun platformaları üçün də istehsal olunmuşdur.
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Revel (İzer)
Revel (fr. Revel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38334. Kommunanın 2012-ci il üçün əhalisi 1413 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 299 ilə 2840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 12 km şərqdə yerləşir.
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831-1912) - Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
İohan Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. == Həyatı == === İlk dövrləri === İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. === Yaradıcılıq dövrü === 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.