Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəllədar
Gəllədar — İranın Fars ostanının Möhr şəhristanının Gəllədar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,982 nəfər və 1,995 ailədən ibarət idi.
Qəllədar
Gəllədar — İranın Fars ostanının Möhr şəhristanının Gəllədar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,982 nəfər və 1,995 ailədən ibarət idi.
Ələmdar
Ələmdar — kişi adı. Polad Ələmdar Bu adı olan tanınmış şəxslər Ələmdar Cabbarlı — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Ələmdar Şahverdiyev — Tarix elmləri namizədi, müəllim. Ələmdar Mahir — Azərbaycan şairi, tədqiqatçı. Ələmdar Quluzadə — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Ələmdar Bəylərov — şair Ələmdar Əlbəndov — kimya üzrə fəlsəfə doktoru, professor Yaşayış məntəqələri Ələmdar — Hadişəhrin digər adı.
Eldar
Eldar — kişi adı. Eldar Qasımov — azərbaycanlı müğənni, Eldar Hacıyev — Azərbaycan Rəssamlar İttifaqının (1997-ci il) üzvü. Eldar Mamayev — rusiya futbolçusu, müdafiəçi. Eldar Məmmədbəyli — Eldar Qasımov (alim) — Tibb elmləri doktoru, professor Eldar Zülfüqarov — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (2000–2011-ci illər). Eldar Şəfiyev — Rəssamlar İttifaqının üzvü Eldar Əliyev Eldar Əliyev — . Eldar Əliyev — balet ustası. Eldar İsmayıl — şair. Eldar Həsənli — şair.
Dilədar (Urmiya)
Dilədar (fars. ‎دلادر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 561 nəfər yaşayır (91 ailə).
Fiqaro evlənir
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. == Yazılma tarixi == Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. == Orkestrin tərkibi == Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər: Basso kontinuo: klavesin və violonçel == Personajlar == == I Pərdə == Qraf qəsrin bir dairəsi.
Polad Ələmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Ələmdar-Gərgər
Hadişəhr, Ələmdar, Gərgər və ya Ələmdar-Gərgər — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 27,842 nəfər və 7,552 ailədən ibarət idi.Əhalisi tamamilə azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Ələmdar (Meşkinşəhr)
Ələmdar (fars. علمدار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 183 nəfər yaşayır (41 ailə).
Ələmdar Cabbarlı
Ələmdar Cabbarlı (tam adı: Bayramov Ələmdar Qəmbər oğlu; 4 avqust 1980, Ağcakənd, Kəlbəcər rayonu) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent (2013), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003). 15 sentyabr 2020-ci il tarixindən 2022-ci ilin yanvar ayınadək BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan əvəzi olmuşdur. 11 yanvar 2022-ci il tarixindən BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır. Ələmdar Cabbarlı 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1987-ci ildə Ağcakənd orta məktəbinə getmiş, 1997-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsində nəşriyyat işi və redaktəetmə ixtisası üzrə təhsil almışdır. 2001–2003-cü illərdə BDU-da magistr təhsili almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur. 2006–2008-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. 2012-ci ildə "Səməd Vurğun şeirinin obrazlar sistemi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Ələmdar Mahir
Ələmdar Mahir (26 may 1950, Nardaran – 21 fevral 2014, Bakı) — Azərbaycanın görkəmli qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır. 1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir. Hacı Ələmdar Mahir doğma kəndi Nardaranda yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının həyətində olan qəbirstanlıqda dəfn olunmuşdur.
Ələmdar Quluzadə
Ələmdar Quluzadə - Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. 1952-ci ildə Qarabağın Xocalı kəndində anadan olmuşdur. O, kənd orta məktəbini bitirdikdən sonra 1973-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Xankəndi filialında Azərbaycan dili və ədəbiyyat fakultəsini bitirib. 1988-ci ilin sentyabr ayına qədər Xankəndində yaşayıb və bu müddətdə keçmiş, DQMV radio verilişləri komitəsinin Azərbaycan verilişləri redaksiyasında müxbir vəzifəsində çalışmışdır. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yaradıcılığa gənc yaşlarında başlayan şairin şeirləri “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və “Ulduz” jurnallarında dərc edilmişdir. Ələmdar Quluzadənin ilk kitabı “Dağların yaddaşı” adlanır. Sonralar Ələmdar müəllimin bir-birindən maraqlı kitabları dərc edilmişdir. O, “Tumurcuqlar”, “Beş qitənin uşaqları”, “Şəhid şəhər”, “Alay komandiri”, “Ömür-gün qabaqdadır”, “İsti ocaq”, “Mənə söz verin”, “Məhləmin uşaqları”, “Məni yoldan eləmə”, “Qürbətə düşən daş”, “Dilotu”, “Ürəyindən keçəydim”, “Ətirşah ətri”, “Boğça”, “Qadan mənə Qarabağ” kitablarının müəllifidir. Şairin kitablarını kiçiklərlə yanaşı, böyüklər də sevərək oxuyur.
Ələmdar Əlbəndov
Ələmdar Aslan oğlu Əlbəndov (8 yanvar 1940, Kəlbəcər rayonu) — Azərbaycan Texnologiya Universiteti, kimya mühəhdisliyi kafedrasının müdiri, professor. Ələmdar Əlbəndov 08 yanvar 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində kolxozçu ailəsində anadan olmuşdur. Ələmdar Əlbəndov 1958-ci ildə Kəlbəcər orta məktəbini bütün fənlərdən əla qiymətlərlə başa vuraraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) kimya-biologiya fakültəsinə daxil olmuş, 1963-cü ildə həmin institutu “Lenin təqaüdü” ilə bitirmişdir. Tələbəlik illərində fakültənin “Kimya-biologiya bülleteni”nin və “İti gözlər” satirik divar qəzetinin redaktoru, institut komsomol bürosunun üzvü kimi müxtəlif ictimai vəzifələrdə fəaliyyət göstərməklə yanaşı, görkəmli alim prof. Allahverdi Verdizadənin rəhbərliyi ilə “Sirkoniumun mikroperyodatometrik təyini” mövzusunda elmi iş aparmışdır. Apardığı tədqiqatın nəticələri “Azərbaycan kimya jurnalında” dərc olunmuşdur. Tələbəlik illərində təhsildə, ictimai və elmi-tədqiqat işlərində qazandığı müvəffəqiyyətlər barəsində institutun “Gənc müəlim”, ”Azərbaycan gəncləri” qazetlərində və “Uçitelskaya qazeta”da məqalələr dərc olunmuşdur. 1963-cü ildə institutu bitirən Ələmdar Əlbəndovun təyinatını Kəlbəcərə verirlər. Tələbəlik illərində Ələmdar Əlbəndovun təhsil sahəsində əldə etdiyi uğurları, eləcə də istedad və qabilliyyətini rəhbər tutaraq pedaqoji stajının olmamasına baxmayaraq rayon maarif şöbəsi yüksəik etimad göstərərək onu öz doğma kəndində orta məktəbə direktor təyin edir. Ələmdar Əlbəndov 01 janvar 1965-cü il tarixdən etibarən Azərbaycan SSR EA-nın “Qeyri-üzvi və Fiziki kimya İnstitutu”nun əyani aspiranturasına qəbul olunur.
Ələmdar Abdullayev
Ələmdar (Bayraqdar)
Ələmdar - Ələm ərəbcə “bayraq”, dar isə farsca “-cı” deməkdir. Sözün mənası bayraqçı (bayraqdar) kimi başa düşülə bilər. Ələmdar isə təntənəli bayram günlərində ələm gəzdirirdi. 1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər,xadimlər,əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar.Ələmdarlar bu vaxt ələmləri qaldırdılar. Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta I Şah Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu göstərilir. Mənbələrdə adı çəkilən monhinin də vəzifəsi carçıya bənzəyirdi. 1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə Əlqas Mirzənin 4000 nəfərlik qoşunla köməyə gəldiyini I Şah Təhmasibə xəbər verdilər. Jean-Louis Bacque-Qrammont. Padişah ve Şah.
Ələmdar Məmmədov
Ələmdar Məmmədov — (24 yanvar 1960, Qasım İsmayılov) Biologiya üzrə fəlsəfə doktoru 130 elmi əsər müəllifidir. Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri. Elmi İşlər üzrə direktor müavini. == Həyat və fəaliyyəti == Ələmdar Məmmədov 24 yanvar 1967-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsind' anadan olub. İlk təhsilinə 1967-ci ildə Goranboy rayonunda başlayıb. 1978-ci ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində Biologiya-Torpaqşünaslıq fakültəsi üzrə, bioloq-biofizik ixtisasında təhsil alıb. === Elmi fəaliyyəti === Azərbaycan Respublikası Səhiyyə Nazirliyidə "Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" Publik Hüquqi şəxsi təşkilatında molekulyar biologiya üzrə ekspert kimi fəaliyyət göstərib. Hal — hazırda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutuda Genomun quruluşu və ekspressiyası laboratoriyasının müdiri Elmi İşlər üzrə direktor müavini vəzifəsində çalışır. Ələmdar Məmmədov 50 Xaricdə çıxmış elmi əsərləri, 27 Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələri mövcuddur. Ümumilikdə 130 elmi əsərlərinin vardır.
Ələmdar Cəfərov
Ələmdar Mədət oğlu Cəfərov — Azərbaycan və dünyada tanınmış, Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilmiş tədqiqatçı, həkim-pediatr. Hazırda Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında assistent kimi fəaliyyət göstərir. == Həyatı == Ələmdar Mədət oğlu Cəfərov 1945-ci il mayın 2-də Kəlbəcər rayonunun Orta Qaraçanlı kəndində doğulub. 1965-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə qəbul olunmuş, 1971-ci ildə İnstitutu bitirmiş və Kəlbəcərə təyinat almışdır. Ardinator-pediatr kimi 4 ay çalışdıqdan sonra Kəlbəcər şəhəri Uşaq xəstəxanasına baş həkimi təyin edilmişdir. 1971-ci ildən Kəlbəcər işğal olunana qədər (1993) bu vəzifədə çalışmışdır. 3-4 çağırış rayon sovetinin, 4-5 çağırış şəhər sovetinin deputatı olmuşdur. Kəlbəcərin erməni silahlı birləşmələri tərəfindən işğalından sonra Bakıya gələn Ələmdar həkim akademik A.Namazovanın rəhbərlik etdiyi Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasında palata həkimi kimi fəaliyyətini davam etdirmişdir. 09.04.2021-ci ildə Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi münasibətilə cənab Prezident İlham Əliyevin imzası ilə “Tərəqqi “ medalı ilə təltif olunmuşdur. == Elmi-publisistik və elmi-tədqiqat əsərləri == 1. Uşaqlar bəşərin gələcəyidir // “Yenilik” qəzeti, 20.12.1979, s.4.
Bledar Seyko
Bledar Seyko — Albaniyalı gitara ifaçısı, bəstəkar və müğənni. Bledar Seyko Adrian Lulqyuray ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Identitet" mahnısı ilə təmsil edib.
Ağbulaq-Ələmdar (Marağa)
Ağbulaq-Ələmdar — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 17,5 km cənub-şərqdədir == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (11 ailə).
Hacı Ələmdar Mahir
Ələmdar Mahir (26 may 1950, Nardaran – 21 fevral 2014, Bakı) — Azərbaycanın görkəmli qəzəlxan-şairi, Füzulişünas-alim, tədqiqatçı == Həyatı == Ələmdar Mahir 26 may 1950-ci ildə Bakının Nardaran kəndində gözünü dünyaya açmışdır. Burada boya-başa çatmış, məktəbdə oxumuşdur. Ağlı söz kəsəndən İslam dini ehkamlarını, klassik şərq poeziyasını, muğam və əruz elmlərini bütün incəlikləri ilə bilən müdrik ağsaqqalların söhbətlərini dinləmiş, onların ağzından çıxan hikmət incilərini bir-bir, dönə-dönə yığıb öz yaddaş ipinə düzmüşdür. Abşeronun müxtəlif kəndlərində yaşayan aqil adamların adını eşitdikcə onların sorağına düşmüş, axtarıb tapmış, səbir və dözümlə onlardan da öyrənməyə səy etmişdir. Fitri istedada malik gənc Ələmdarın öyrənmək, əxz etmək yolunda əlindən tutan bir Allah vergisi də vardır: bu da onun inanmaz dərəcədə iti hafizəyə, yaddaşa malik olmasıdır. Bu səbəbdəndir ki, Ə. Mahir istər din və şəriət məsələlərində, istər klassik Azərbaycan poeziyası sahəsində canlı bir ensiklopediyanı xatırladır. 1993-cü ildə dini şeirlər müsabiqəsində birinci yer tutmuşdur və Allahşükür Paşazadə tərəfindən Məkkə ziyarəti ilə mükafatlandırılmışdır. Həmin ilin sentyabr ayında keçirilən qəzəl müsabiqəsində də birinci yeri tutmuş və Əliağa Vahid adına baş mükafatı almışdır. De gəlsin verlişinin 2001 və 2002-ci il mövsümlərində və başqa meyxana yarışlarında münsif qismində iştirak etmişdir. Hacı Ələmdar Mahir doğma kəndi Nardaranda yerləşən Rəhimə xanım (s.ə) ziyarətgahının həyətində olan qəbirstanlıqda dəfn olunmuşdur.
Ələmdar Mustafa Paşa
Aləmdar Mustafa Paşa (türk. Alemdar Mustafa Paşa; 1755, Xotin – 15 noyabr 1808, Konstantinopol) — 1808-ci ildə üç ay on səkkiz gün sədrəzəmlik eləmiş Osmanlı dövlət adamı. 1755-ci ildə Hotində doğulub. 14 noyabr 1808-ci ildə İstanbulda vəfat edib. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.11–12.
Eldar Qurban
Eldar Qurban (1948) — rəssam, Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == Eldar Qurbanov Ə. Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq, sonra da Azərbaycan Pedaqoji Universitetinin bədii qrafika fakültəsini bitirmişdir. 1973-cü ildə o, ilk dəfə olaraq rəsm sərgisində iştirak edir. 1989-cu ildə isə rəssam Xəzəryanı respublikaların Biennalesində "Şair və Muza" əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülür. 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Sultan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olur. Onun fərdi sərgiləri 1997-ci ildə Almaniyada, madam Raapın salonunda və Türkiyədə uğurla keçmişdir. Hazırda Musiqili Komediya Teatrında teatr rəssamı kimi fəaliyyət göstərir. Gənc Tamaşaçılar Teatrında "Dədə Qorqud" tamaşasına tərtibat verib. Elçin Məmmədovla birlikdə Naxçıvan teatrında "Elektra" üzərində işləmişdir. Eldar Qurbanov eyni zamanda bir çox beynəlxalq sərgilər — "Azərbaycanın bütün nəğmələri" (Rusiya), Beynəlxalq rəssamlıq simpoziumu (ABŞ) və digər sərgilərin iştirakçısıdır.
Eldar Qəhrəmanov
Eldar Əvəz oğlu Qəhrəmanov (30 yanvar 1948, Vartaşen) — Azərbaycan Universitetinin keçmiş rektoru. Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri. == Həyatı == Eldar Qəhrəmanov 1948-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1966–1970-ci illərdə M. Qorki adına Türkmənistan Dövlət Universitetinin İqtisadiyyat fakültəsində ali təhsil almış, Türkmənistan SSR-in Mərkəzi Statistika sistemində fəhlə, daha sonra sənaye, nəqliyyat və rabitə statistikası şöbələrində iqtisadçı vəzifəsində çalışmışdır. 1970–1974-cü illərdə Azərbaycana qayıdaraq Oğuz rayonunun kolxozlararası tikinti idarəsində inşaat texniki, mühasib və iqtisadçı vəzifələrində çalışmışdır. 1974–1978-ci illərdə Oğuz rayon məlumat hesablama stansiyasının rəisi vəzifəsinə, 1978-ci ildən Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinə dəvət edilərək Kənd təsərrüfatı statistikası şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş, kollegiya üzvü seçilmişdir. Eldar Qəhramnov, 1981–1989-cu illərdə Azərbaycan KP MK-nın aparatında Kənd təsərrüfatı və yeyinti sənayesi şöbəsində təlimatçı, daha sonra Kənd təsərrüfatı elmi və iqtisadiyyatı sektorunun müdiri işləmişdir. 1990-cı ildə Bakı Politologiya İnstitutundakı təhsilini başa vuraraq politoloq ixtisasına yiyələnmişdir. 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışan Eldar Qəhrəmanov əski statistika sisteminin transformasiyasına, milli statistika konsepsiyasının hüquqi və metodiki bazasının yaradılmasına, onun rəsmi və etibarlı beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi prosesinə rəhbərlik etmişdir. Bazar iqtisadiyyatının keçid mərhələsinə dair təhlili məruzələri, aqrar islahatın istiqamətləri haqqındakı təklifləri yüksək qiymətləndirilən Eldar Qəhrəmanov 1994-cü ildən Azərbaycan Respublikasın Ali Sovetinin (Milli Məclisin) ekspert işçi qrupunun üzvü təyin edilmişdir.
Eldar Ryazanov
Eldar Aleksandroviç Ryazanov (rus. Эльдар Александрович Рязанов; 18 noyabr 1927[…], Samara – 30 noyabr 2015, Moskva) — Rusiya və Sovet kinorejissoru, ssenarist, aktyor, prodüser və şairi. SSRİ xalq artisti (1984). == Həyatı == Eldar Ryazanov 18 noyabr 1927-ci ildə Samarada Aleksandr Semyonoviç Ryazanov və Sofi Mixaylovna Ryazanovanın ailəsində anadan olmuşdur. Tezliklə bu ailə Moskvaya gəlir. 1930-cu illərdə ailə dağılır və gələcək kinorejissor anası ilə qalmalı olur. Eldar Ryazanov hələ uşaqlığından kitab oxumağı çox sevirdi. Yazıçı olmaq niyyətində idi, səyahətlər haqqında düşünürdü. Hətta məktəbi qurtarandan sonra Odessa dəniz məktəbinə ərizə göndərmişdi. Lakin elə bu vaxtlar müharibə başladı və Eldar artıq cavab gözləmədi.
Eldar Rzayev
Eldar Rzayev (azərb. Rzayev Eldar Həmid oğlu‎; 17 iyul 1968) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri, 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir. == Həyatı == Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur. 2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur. 2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.