Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəlvəz
Kəlvəz — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Kəlvəz kəndi Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Kələxan kəndi mərkəz olmaqla Kələxan kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 271 nəfərdir. Lerik rayonun tərkibində olmasına baxmayaraq Kəlvəz kəndinin əhalisi əsasən türk Avşar türklərdir. Tarixən deportasiyaya uğrayan yerli xalq 1953-cü ildən sonra təkrar Muğandan (Biləsuvar) doğma torpağa qayıtmışdır. Bura Cənubi Azərbaycandan və Qarabağdan köçmələr də var. Burada 6 tayfa yaşayır. Burada Kazımxanlı, Nadirli (Nədirli), Yegənli, Şıxməmmədli, Bayramlı və Nəcəfalılı kimi tayfalardan yaşayır. Danışıq ləhcəsi Ərdəbil ləhcəsi ilə eynidir. == Toponimiyası == Kəndin adı XVI əsrə aid "Şeyx Səfi təzkirəsi"ndə Kəlvəz kimi qeydə alınmışdır.
Ələyəz
Ələyəz (Dərələyəz) — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Alagöz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. Böyük Camışlı.
Ərkvaz
Ərkvaz — İranın İlam ostanının şəhərlərindən və Məlikşahi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,225 nəfər və 2,771 ailədən ibarət idi.
Elven
Elven və ya Elvan — xristian müqəddəs. Kornuoll və Bretan regionunda ehtiram edilir. Agioqrafik material onun İrlandiyadan Kornuolla Breaka və digər altı nəfərlə birlikdə gəldiyini iddia edir. Kornuolldakı Sitni kilsəsində Elvenə həsr olunmuş Portleven kilsəsi XIII əsrdən 1549-cu ilə qədər mövcud olmuşdur.
Ələyəz (Dərələyəz)
Ələyəz, Alagöz — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Ələyəz, Qafqazın 5 verstlik xəritəsində Alagöz, «Сборник сведений о Кавказе» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd edilmişdir. Erməni mənbələrində Alayaz, Alagəz, Alagöz kimi qeyd edilir. Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı tarixi abidələr vardır. Kəndin adı V əsrdən xatırlanır. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir. Alagöz türk tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı məlumatında rast gəlinir. Etnotoponimdir.
Ələyəz dağı
Alagöz dağı — Ermənistanın ən yüksək dağıdır. Hündürlüyü 4090 metrdir. İrəvan şəhərindən 40 km şimal-qərbdə yerləşən sönmüş bir stratovulkandır. Alagöz dağı - İrəvan xanlığı ərazisində ən böyük dağın adı. V əsrə aid ermənicə mənbələrdə yazılışı Araqadz kimidir (Favst Buzald, III, kitab, 24-cü fəsil, Moisey Xorenasi, I kitab, 12-ci fəsil). Qədim ermənicə dağın adı Qaxtik (Xaldik adının qədim erməni dilində l səsi olmadığına görə yazılışıdır, Urartuluların etnik adı olan Xaldi, Haldi adındandır) olmuşdur. Bir sıra tədqiqatçıların Alagöz adının erməni dili əsasında etimologiyası haqqında axtarışları nəticəsiz qalmışdır. Qax rayonunun Sarıbaş kəndi yaxınlığında Alagöz dağının adı ilə mənaca eynidir. Əslində bu oronim qədim türkcə olmaq etibarilə ala və kəz (gəz) hissələrindən ibarətdir. Adın birinci komponenti olan ala sözü türk dillərində geniş (böyük) mənasındadır və bu söz məsələn, Alazan (əsli Alaözən) Geniş çay çayının adında da vardır.
Ələyəz rayonu
Araqats rayonu, Alagöz rayonu[mənbə göstərin], Ələyəz rayonu[mənbə göstərin] — Ermənistanda mövcud olmuş rayon. 1937-1951-ci illərdə mövcud olmuşdur. Mərkəzi Alagöz kəndi idi. 1972-ci ildə yenidən yaradılarkən Araqats rayonu adı ilə yaradılmış, mərkəzi isə Saxkaovit kəndi olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin 15 mart 1972-ci il fərmanı ilə Abaran, Artik və Spitak rayonlarının bəzi əraziləri - kəndləri əsasında yaradılmışdır. Sahəsi 382,2 km² - dir. Rayonun adı Azərbaycan dilində Ələyəz formasında qeyd edilir. Ələyəz «Alagöz»ün fonetik formasıdır. Rayon Alagöz (Ələyəz) dağının ətəyində yerləşir. Toponim alagöz türk etnonimi əsasında əmələ gəlmişdir, Etnotoponimdir.
Ələyəz məbədi
Ələyəz məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Ələyəz kəndinin şərqində yerləşən alban xristian məbədidir. XIII yüzildə tikildiyi ehtimal olunan və planı düzbucaq şəklində olan bu günbəzli məbədin ətrafı geniş qəbiristanlıqla əhatələnmişdir. Qəbiristanlığın çox hissəsi hazırda bağ və əkin sahələrinə çevrilmişdir. Qəbirüstü sənduqə və daşların üzərindəki yazılardan onların 1301, 1318, 1325, 1342, 1345, 1349-cu illərə aid olduqları anlaşılır. Məbədin cənub tərəfində qəbiristanlıqda böyük sərdabənin divarlarının qalıqları var idi. Qədimdən Türk-Oğuz boylarının yurdu olan Ələyəz kəndinə (11 ailədə 58 nəfər) 1828–1829-cu illərdə İrandan ermənilər köçürülüb gətirilmişlər.
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
Əlavə sinir
On birinci kəllə siniri, XI kəllə siniri və ya sadəcə CN XI olaraq da bilinən əlavə sinir — servikoklavipektoral və trapesiya əzələlərini innervasiya edən kranial sinirdir. On iki cüt kranial sinirin on birincisi kimi təsnif edilir, çünki əvvəllər onun bir hissəsinin beyindən gəldiyi düşünülürdü. Sternokleidomastoid əzələsi başı əyir və döndərir, kürək sümüyü ilə birləşən trapesiya əzələsi isə çiyin çəkmə funksiyasını yerinə yetirir.
Əlavə vaxt
Əlavə vaxt, bəzi idman növlərindəki bərabərliyi pozmaq məqsədilə oyunun normal vaxtına əlavə olaraq artırılan vaxtdır. Futbol, Amerikan futbolu, Kanada futbolu, basketbol, buzüstü hokkey, həndbol, beyzbol, softbol, reqbi, Avstraliya futbolu,su polosu, körlinq, kriket kimi idman növlərində istifadə olunur.
Əlləz Vəliyev
Əlləz Nəbi oğlu Vəliyev (13 fevral 1952, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, (2020-2021) Prezident təqaüdçüsü. Əlləz Ormeşənli 13 fevral 1952-ci ildə Ulu Borçalıda, qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub. 1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini, 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirib. 1971-1973-cü ildə hərbi xidmətdə olmuş. 1974-1975-ci ildə Qomareti meşəçiliyində sahə rəisinin köməkçisi, sonralar isə uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə işləmiş. İşlədiyi müddətdə doğma elinə, təbiətə, o yerlərin insanlarına daha çox bağlanmış. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazıb. Bu kitaba görə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüş. Ormeşən kəndi haqqında yazmış olduğu kitab XIX əsrdən müasir dövrümüzə qədər olan dövrü əhatə edir. Burada Ormeşən kəndinin ağsaqqalları, ağbircəkləri, ziyalıları, iş adamları, İkinci Dünya müharibəsinin iştirakcıları, zabitləri, əzəli torpağımız olan Qarabağ uğrunda döyüşən oğullarmız haqqında məlumatlar geniş və əhatəli göstərilmişdir.
Əlvən Mirzə
Əlvənd Mirzə (bilinmir – 1505, Mardin) — Ağqoyunlu hökmdarı. Uzun Həsənin nəvəsi Yusif bəy Bayandurun ikinci oğludur. 1478-ci ildə Sultan Xəlil tərəfindən Şiraz valisi təyin olunmuşdur. Gödək Əhmədin ölümündən sonra Azərbaycanda hakimiyyətə gəlmişdir. 1500-1501-ci illərdə iki yerə bölünmüş Ağqoyunlu dövlətinin bir hissəsinin hökmdarı olmuşdur. Qazi bəy Bayandur və Kazım bəy Pörnak tərəfindən dəstəklənirdi. İlk işi qardaşı Məhəmmədi Yəzddən qovmaq oldu. Məhəmməd Mirzə İsfahana qaçdı. Növbəti döyüşdə Əlvənd bəy məğlub olub Təbrizə çəkildi. Bu hadisədən sonra Sultan Murad Eybə Sultanın qardaşları tərəfindən Şirvandan çağrıldı.
Əlavə dalaq
Əlavə dalaq — dalağın əsas gövdəsindən ayrı olan dalaq toxumasının kiçik bir düyünü. Əlavə dalaqlar əhalinin təxminən 10%-də rast gəlinir və adətən diametri təxminən 1 sm. olur. Onlar limfa düyünlərinə və ya kiçik dalağa bənzəyirlər. Əlavə dalaq ya inkişaf anomaliyaları ya da travma nəticəsində əmələ gəlir və tibbi əhəmiyyət kəsb edir, çünki o, diaqnostik təsvirin yanlış təfsirinə və ya terapevtik splenektomiyadan sonra simptomların qalmasına səbəb ola bilər. Polispleniya bir normal dalağın deyil, bir neçə əlavə dalağın olmasıdır. Əlavə qalaq embrional inkişaf zamanı inkişaf edən dalağın bəzi hüceyrələri dalağın əmələ gəldiyi orta xəttdən qarın boşluğunun sol tərəfində 9–11-ci qabırğalardakı son yerə qədər olan yol boyunca yerləşdirildikdə əmələ gələ bilər. Əlavə dalağın ən çox yayıldığı yerlər dalağın hilum hissəsi və mədəaltı vəzinin ucudur. Əlavə dalaq damarlarının hər hansı bir yerində — qastrosplenik bağda, dalaq bağında, mədə və ya bağırsaq divarlarında, mədəaltı vəzi ucunda olur. Tipik ölçü təxminən 1 sm-dir, lakin bir neçə ml-dən 2–3 sm-ə qədər olan ölçülər də rast gəlinir.
Əlavə kapital
Əlavə kapital — dövriyyədənkənar aktivlərin, büdcədən dövriyyə vəsaitlərinin artırılmasına yönəldilmiş vəsaitlərin, habelə müəssisənin öz kapitalına digər gəlirlərin (məsələn, bağışlanmış əsas vəsaitlərin) əlavə qiymətləndirilməsinin məbləği. Əlavə kapital balansın aşağıdakı elementlərdən ibarət öhdəlik maddəsidir: səhm haqqı — şirkətin səhmlərinin satışı ilə nominal dəyəri arasındakı fərq; məzənnə fərqləri — nizamnamə kapitalının xarici valyutada payının ödənilməsi zamanı yaranan fərqlər; əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı fərq əsas vəsaitlərin dəyəri dəyişdikdə fərqdir. Əlavə kapital dedikdə müəssisənin öz vəsaitləri nəzərdə tutulur.
Əlavə Məsuliyyətli Cəmiyyət
MMC-dən fərqli olaraq əlavə məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə əlavə məsuliyyət daşıyırlar. Bunun səbəbi şirkətə kredit vasitələrinin cəlb edilməsini asanlaşdırmaqdır. Ona görə ki, kreditorlar MMC-lərə vəsait verməyi riskli hesab edirlər.
Əlavə dəyər vergisi
Əlavə dəyər vergisi (ƏDV) — istehlak vergisinin növü. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır.
Əlavə etməklə nizamlama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
Əlavə qapayıcı sinir
Əlavə qapayıcı sinir (lat. Nervus obturatorius accessorius) bel kələfiniə aid III və IV bel sinirlərinin (L3 və L4) liflərindən təşkil olunmuşdur.
Əlavə yarımtək vena
Əlavə yarımtək vena (lat. v. hemiazygos accessorius) — yuxarı II-V dal qabırğaarası venaların toplaşmasından meydana çıxan damar. Bu damar yuxarı döş fəqərələrinin sol tərəfilə aşağı gedir və yeddinci döş fəqərəsi bərabərliyində yarımtək vena ilə birləşir və ya sağa doğru dönərək tək venaya açılır. Bəzən yuxarıda ən yuxarı sol qabırğaarası vena (lat. v. intercostalis suprema sinistra) ilə anastomozlaşır. Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1979 Р. Д. Синельников.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yuxarı Ələz
Yuxarı Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 154 nəfərdir (2009-cu il).
Əvəz Abdullayev
Əvəz Abdullayev (vokalçı) — Azərbaycanın əməkdar artisti. Əvəz Abdullayev (alim) — Azərbaycan alimi.
Əvəz Cəbiyev
Əvəz Abdulhəsən oğlu Cəbiyev — tibb elmləri doktoru, professor. Masallı rayonunun ilk tibb elmləri doktoru, Ərkivan kəndinin isə ilk alimi olub. Masallı Rayon Mərkəzi Xəstəxanası Ə. Cəbiyevin adını daşıyır. Əvəz Cəbiyev 28 aprel 1922-ci ildə Masallı rayonunun Ərkivan kəndinin Cəbili məhəlləsində anadan olub. 20 oktyabr 1977-ci ildə 52 yaşında [[Bakı] şəhərində vəfat edib. Əvəz Cəbiyev ilk təhsilini Ərkivan kənd orta məktəbində alıb. 1948-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1940–1943-cü illərdə Masallı şəhər 2 nömrəli natamam orta məktəbində fizika, riyaziyyat və kimya fənləri üzrə dərs deyib. Cəbiyev 1943–1944-cü illərdə Masallı rayonunun Maliyyə Şöbəsi üzrə Dövlət Sığorta İnspeksiyasında çalışıb. 1948-ci ilin mart ayında Azərbaycan Dövlət Tibb İnstitutunun infeksiya xəstəlikləri kafedrasında davam etdirib.