Əlləz Vəliyev
Əlləz Nəbi oğlu Vəliyev (13 fevral 1952, Ormeşən, Dmanisi rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, (2020-2021) Prezident təqaüdçüsü.
Əlləz Ormeşənli 13 fevral 1952-ci ildə Ulu Borçalıda, qədim Başkeçid (indiki Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub. 1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini, 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirib. 1971-1973-cü ildə hərbi xidmətdə olmuş. 1974-1975-ci ildə Qomareti meşəçiliyində sahə rəisinin köməkçisi, sonralar isə uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə işləmiş.
İşlədiyi müddətdə doğma elinə, təbiətə, o yerlərin insanlarına daha çox bağlanmış. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazıb. Bu kitaba görə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülmüş. Ormeşən kəndi haqqında yazmış olduğu kitab XIX əsrdən müasir dövrümüzə qədər olan dövrü əhatə edir. Burada Ormeşən kəndinin ağsaqqalları, ağbircəkləri, ziyalıları, iş adamları, İkinci Dünya müharibəsinin iştirakcıları, zabitləri, əzəli torpağımız olan Qarabağ uğrunda döyüşən oğullarmız haqqında məlumatlar geniş və əhatəli göstərilmişdir.