Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Emissar
Emissar (latınca emissarius - "nümayəndə") - başqa ölkəyə müəyyən qeyri-rəsmi tapşırıqla göndərilən dövlət, təşkilat və ya kəşfiyyat orqanlarının nümayəndəsi (əsasən məxfi şəkildə).
Büissar
Büissar (fr. Buissard, oks. Boissard) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05025. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 172 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 248 yaşda olan (15-64 yaş arasında) 172 nəfər iqtisadi cəhətdən fəal, 76 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 71.4%). Fəal olan 172 nəfərdən 145 nəfər (80 kişi və 65 qadın), 27 nəfər işsiz (12 kişi və 15 qadın) idi.
Əmirvar
Əmirvar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Əmir" (şəxsi ad) və "var" (yer) sözlərindən düzəlib, "Əmirdə var" mənasındadır. Belə güman edilir ki, kəndin ərazisində əvvəllər Əmir adlı şəxsin buğda dəyirmanı varmış, ətraf yerlərdən buğda lazım olanlara "Əmirdə buğda var- Əmirdə var- Əmirvar" olarlaq təkmilləşib. sonralar isə daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qabaqtəpəçayın sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == === Şəhidləri === Hafiz Kazım oğlu Qasımov == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Əmirvar kənd kitabxana filialı, Əmirvar kənd Mədəniyyət Evi, Əmirvar kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Əmirvar kənd H. Qasımov adına tam orta məktəb və Əmirvar -Əhmədli kənd ümumi orta məktəbləri fəaliyyət göstərir. 2013-cü ildə ərazidə fəaliyyət göstərən məktəblərin hər ikisi yeni tikilərək istifadəyə verilib.
Mismar
***px|thumb|Polad mismarlar ***px|thumb|Döyməklə hazırlanmış mismar (15 sm) Mismar və ya mıx — texnikada tətbiq olunan metaldan hazırlanmış, bir ucu iti, digər ucu yastı şəklində olan birləşdirici element. O, çəkicin köməyi ilə taxtaya çalınır. Mismar taxta lövhələri fiksasiya etmək və ya tərpənməz bərkitmək üçün tətbiq olunur. Ən geniş yayılmış mismarlar polad dan, mis dən və bürünc dən hazırlanır. Çəkic əvəzinə mismarlar xüsusi sıxılmış hava ilə işləyən mismarlayıcının köməyi ilə də taxtaya vurula bilər. Mismar ən qədim birləşdirici element hesab olunur. Mismarlar sənayeləşmənin genişlənməsindən bəri metal məftilləri soyuq emal etməklə hazırlanır. Qədimdə mismarlar dəmirçilər tərəfindən zindanda metalı əllə döyməklə düzəldilirdilər. Ona görə də, onlar qədimdə dördkünc formasına malik idilər.
Mitsar
Mitsar və ya Mizar qədimdən insanlara məlum olan adı gözlə müşahidə oluna bilən ulduzlardan biridir. Koordinatlar: 13h 23m 55,5s + 55°31' 54" Mitsar (Mizar) və Əlqul Böyük Ayı Bürcündə adi gözlə qoşa ulduz kimi görünən iki ulduzdur. Mizar Böyük Ayı Bürcünün qolunda sondan ikinci ulduzdur, Əlqul isə onun zəif yoldaşıdır. Mitsar Zeta Böyük Ayı (qısaltması Zeta UMa, ζ UMa) olaraq da adlandırılır və kvadrupol sistem təşkil edir, eyni zamanda Əlqul da 80 Böyük Ayı (80 UMa) olaraq adlandırılır və qoşa sistem təşkil edir. Bu cütlər birlikdə bir altılıq sistem təşkil edir. Hipparcos astronomik peyki tərəfindən ölçmələri nəticəsində müəyyən olunmuşdur ki, bu sistem Günəşdən təxminən 83 işıq ili uzaqlıqda yerləşir. == Ulduz sistemi == Mitsar biri -birindən 14.4 arcsaniyəlik bucaq ölçüsü fərlənən iki ulduzdan ibarət spektroskopik qoşa sistemdir. Görünən ulduz ölçüsü 2m.23 və spektral sinfi A2V-dir. Adi gözlə müşahidə zamanı Əlqul Mitsardan təxminən 12 arcdəqiqə sonra ortaya çıxır. Əlqulun görünən ulduz ölçüsü 3m.99 və spektral sinif A5V-dir.
Əlişar
Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Əmsar
Amsar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Tarixi == XIX əsrin birinci yarısında Quba xanlığına daxil idi. Məşhur tarixçi, alim, şair, yazıçı, pedaqoq və ictimai xadim Abbasqulu ağa Bakıxanov gənclik illərində və hərbi qulluqdan istefaya çıxdıqdan sonra burada yaşamışdır. == Toponimikası == Amsar/Əmsar oyk., sadə. Quba r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi düzənlikdədir. Tədqiqatçıların fikrincə, oykonim ərəb mənşəli əmsar (mesr sözünün cəmi) "böyük şəhər, ölkə"; "böyük yaşayış məntəqəsi" sözü ilə bağlıdır. Görünür, Ərəb xilafəti dövründə yaşayış məntəqəsi başqalarına nisbətən böyük və əhalisi çox olduğuna görə onu Amsar (Əmsar) adlandırmışlar. == Mədəniyyəti == Kənddə Abbasqulu Ağa Bakıxanovun Ev-Muzeyi, bir mədəniyyət evi, iki orta məktəb, bir uşaq bağçası vardır.
Artemisia demissa
Artemisia demissa (lat. Artemisia demissa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Barringtonia demissa
Barringtonia acutangula (lat. Barringtonia acutangula) — barrinqtoniya cinsinə aid bitki növü. == Arealı == Barringtonia acutangula növü Əfqanıstandan Avstraliyaya qədər yayılmışdır. == Sinonim == == İstinadlar == Barringtonia acutangula:''The Plant List saytında takson barədə məlumat.
Bidens demissa
Bidens demissa (lat. Bidens demissa) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Potentilla demissa
Gümüşü qaytarma (lat. Potentilla argentea) - qaytarma cinsinə aid bitki növü. == Sinonim == Fragaria argentea (L.) Crantz Hypargyrium argentatum (Jord.) Fourr. Hypargyrium argenteum (L.) Fourr. Hypargyrium confine (Jord.) Fourr. Hypargyrium decumbens (Jord.) Fourr. Hypargyrium demissum (Jord.) Fourr. Hypargyrium tenuilobum (Jord.) Fourr. Pentaphyllum argenteum (L.) Nieuwl. Potentilla argentata Jord.
Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir. == Qızıl Ordu == Fransız respublikaçı mənşəyinə rəğmən, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı. Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi. Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.
Verbena demissa
Verbena demissa (lat. Verbena demissa) — minaçiçəyikimilər fəsiləsinin minaçiçəyi cinsinə aid bitki növü.
Əmirvar bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirşah Əmirli
Əmirşah Səttar oğlu Əmirli (8 mart 2002; Binəqədi rayonu, Bakı, Azərbaycan — 28 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirşah Əmirli 8 mart 2002-ci ildə Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə Bakı şəhər 306 saylı tam orta məktəbdə təhsil almış, 7-ci sinifdə təhsilini dini kollecdə davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Əmirşah Əmirli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.Azərbaycan Ordusunun əsgəri olan Əmirşah Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmirşah Əmirli 28 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirlii ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elissa (müğənni)
Elissa (əsl adı İlisar Zəkəriyya Xuri; ərəb. إليسار زكريّا خوري‎, ALA-LC transkripsiyası: Ilīsār Zakariyyā Khūrī; 27 oktyabr 1972, Deyr əl-Əhmər[d], Bəəlbək-əl-Hirmil mühafəzəsi) — Livan müğənnisi. == Kariyeri == Kariyerinə 1998-ci ildə çıxardığı "Baddi Doub" ilk albomundan sonra qısa zamanda Ərəb musiqi dünyasının ən güclü səslərindən biri olan müğənni, albomlarından birində mahnılarının yarısını Türk dilində mahnıların aranjmanlarından ibarət idi. 2000-ci ildə Çelik Erişcinin "Unutamam" mahnısına Fransızca və İspanca vokallar oxumuşdur. Ayrıca Livan adına Pepsi reklamında oynayan ilk Livanlı qadın sənətçi olmuşdur. "Ahla Dounya" albomu ilə 31 avqust 2005-ci ildə Hollywooddakı Kodak Teatrında Orta Şərq və Şimali Afrikanın 2005-ci ilin "Ən yaxşı Ərəb müğənnisi" və "Ən Çox Satış Ödülü"nü almışdır. Son olaraq Ceb Məmi ilə birlikdə "Kont Fi Sertak" adlı mahnınıı səsləndirmiş, mahnı qısa zamanda geniş ilgi görmüşdür. Elissa bir çox Türk sənətçiyə də mahnılar vermişdir.
Hissar yemişanı
Hissar yemişanı (lat. Crataegus hissarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiyanın endemik bitkisidir. Hissar ovalığında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m-ə çatan, sıx tüklərlə örtülmüş, qırmızımtıl cavan zoğlara malik ağacdır. Yarpaqları 5-7 bölümlüdür. Vegetasiya müddəti aprel ayının 2-3-cü ongünlüyündən başlayaraq sentyabr ayının əvvəlinə qədər davam edir. İyun ayında çiçəkləyir, meyvələri oktyabr ayında yetişir. == Ekologiyası == Şaxtaya davamlıdır. Dağ çaylarının sahili boyu tək-tək və ya qarışıq meşələrdə bitir.
Əhmədli (Əmirvar, Daşkəsən)
Əhmədli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Əmirvar Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəb fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Əhmədli kənd tibb məntəqəsi yerləşir.
Əmirvar mərmər yatağı
Əmirvar mərmər yatağı — Şəmkirçayla Qoşqarçayın suayrıcının qərb yamacında, Əmirvarçayın sağ qolu olan Ağdaşınçayın sağ yamacında 1707,0 m. yüksəkliyindən 4,5 km. cənub-qərbdə yerləşən yataq. Yatağın B+C1 kateqoriyası üzrə ehtiyatı 3,092 mln. ton hesablamışdır.
26 komissar (film)
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər. == Məzmun == Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. == Film haqqında == Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır. == Mükafat == Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933). == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden == Rollarda == Kazım Həsənov — Stepan ŞaumyanXeyri Əmirzadə — komissarƏlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsiVeriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevikİqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan ConsonMustafa Mərdanov — menşevik == İstinadlar == == Mənbə == Газ. "Правда". 6 декабря 1932 года.
Mişar (dəqiqləşdirmə)
Mişar — alət. Mişar — filmlər seriyası. Mişar — 2004-cü ildə yaymlanan film. Mişar 2 — 2005-ci ildə yaymlanan film. Mişar 3 — 2006-cı ildə yaymlanan film. Mişar 4 — 2007-ci ildə yaymlanan film. Mişar 5 — 2008-ci ildə yaymlanan film. Mişar 6 — 2009-cu ildə yaymlanan film. Mişar 3D — 2010-cu ildə yaymlanan film. Mişar 8 — 2017-ci ildə yaymlanan film.
Otri-İssar
Otri-İssar (fr. Autry-Issards) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03012. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 332 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 216 nəfər (15-64 yaş arasında) arasında 165 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.4%, 1999-cu ildə 66.2%). Fəal olan 165 nəfərdən 150 nəfər (78 kişi və 72 qadın), 15 nəfər işsiz (4 kişi və 11 qadın) idi. Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 24 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Əssar Təbrizi
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — azərbaycanlı şair, alimi, astronomu və riyaziyyatçısı. == Haqqında == Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış, Sultan Üveysin sarayına dəvət olunmuş, lakin tezliklə saraydan uzaqlaşmışdır. Əssar Təbrizi Nizami ədəbi məktəbinə mənsub olan şairlərdəndir. == Yaradıcılığı == Əssar Təbrizi əruz vəzni və qafiyə haqqında əsər yazmışdır, şairin “Mehr və Müştəri” (1376), “Saqinamə” poemaları, “Qafiyələrin sayı haqqında təfsilat” (“Əl-vafi fi tədəd ül - qəvafi”) adlı poetika (tədqiqat) əsərləri vardır. “Mehr və Müştəri” poeması Azərbaycan poeziyasında dostluğa həsr olunmuş ilk irihəcmli əsərlərdəndir. Bu əsər onu Azərbaycan ədəbiyyatı tarixində Nizamidən sonra ikinci epik poema yazmış şair kimi yüksək mövqeyə qaldırmışdır. Əssarın “Mövlana” ləqəbi onun öz dövründə böyük şöhrət və hörmət qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış “Mehr və Mah” dastanının motivləri əsasındadır. “Əssar panteizm təlimindən çıxış edərək, Mehr ilə Müştəri simasında bir əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət edib ikiləşmiş bir vəhdətin yenə bütünləşməsi yolunda qarşıya çıxan maneələrin aradan qaldırılacağını bildirmişdir”.
26 komissar (film, 1932)
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər. == Məzmun == Film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır. == Film haqqında == Bu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır. == Mükafat == Rejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933). == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov Rejissor: Nikolay Şengelaya Operator: Yevgeni Şneyder Rəssam: Viktor Aden == Rollarda == Kazım Həsənov — Stepan ŞaumyanXeyri Əmirzadə — komissarƏlisəttar Məlikov — bolşevik İvan Klyukvin — Petka Vasili Kovrigin — matros Vaska N. Kulikov — rus fəhləsi Allahverdi Məlikov — türk fəhləsiVeriko Ancaparidze — fəhlə arvadı Pyotr Morskoy — cəbhədən gələn bolşevikİqor Savçenko — eser lideri Kote Andronnikov — daşnakların lideri Mixail Abesadze — "mauzerçi" P. Ryazanov — general Denvil X. Venarikov — kapitan ConsonMustafa Mərdanov — menşevik == İstinadlar == == Mənbə == Газ. "Правда". 6 декабря 1932 года.