Siyasi komissar
Siyasi komissar (rus. политический руководитель) — siyasi təhsil və təşkilatlanma üçün məsul olan nəzarətçi siyasi zabitdir və hərbin sivil nəzarətini həyata keçirirdi. Tarixdə the commissaire politique (siyasi komissarlıq) ilk dəfə Fransa inqilabı (1789-99) zamanı meydana gəlmiş, əks-inqilabi fikrə və fəaliyyətə qarşı mübarizə aparmış və beləliklə respublikaçıların qələbəsini təmin etmişdir.
Fransız respublikaçı mənşəyinə baxmayaraq, siyasi komissar adətən 1917-ci ilin Rusiya müvəqqəti hökumətinin onları hökumətin siyasi nəzarətini təmin etmək üçün hərbi qüvvələrə tanıtdığı SSRİ (1917-91) ilə əlaqədar idi. Oktyabr inqilabı ilə kommunist rejimində yaranan siyasi komissar, Qızıl Orduda 1942-ci ilə qədər qaldı.
Qızıl Orduda və Sovet ordusunda siyasi komissar, 1918-24, 1937-40 və 1941-42 dövrləri ərzində mövcud olmuşdur, lakin hər Qızıl Ordu siyasi zabiti komissar deyildi. Siyasi komissar, bölük komandiri hərbi rütbəsinə bərabər mövqeyə malik idi, eləcə də komissarın bölük komandirinin əmrlərini ləğv etməyə səlahiyyəti çatırdı. Qızıl Ordunun tarixi ərzində, siyasi zabitlər bölük komandirlərinə tabe ediləndə siyasi komissar vəzifəsi mövcud deyildi.
Rus hərbinin siyasi nəzarəti, hər bölüyə və hissəyə, donanma daxil olmaqla, rotadan diviziya səviyyəsinə qədər siyasi komissar tərəfindən aparılırdı. İnqilabi hərbi şuralar orduda, cəbhədə, donanmada ən azı 3 üzv – komandir və 2 siyasi işçi daxil olmaqla, yaradılmışdı.