Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eristika
Eristika - (yun. eristikos – mübahisә edәn) mübahisә etmәk mәharәti. == Tarixi == Eristika Qәdim Yunanıstanda e.ә 5 әsrin 2-ci yarısında sofistlәr arasında, e.ә. 4 әsrdә Meqara mәktәbindә geniş yayılmışdı. Qәdim yunan ritorika vә fәlsәfәsindә inandırmaq mәharәti kimi meydana gәlmiş eristika çox keçmәdәn mübahisә zamanı hәr hansı müddәanı, doğru vә ya yanlışlığından asılı olmayaraq, müdafiә, yaxud tәzkib etmәk üçün işlәdilәn üsullar mәcmusuna çevrildi. Aristotel “Sofist tәkziblәr haqqında” traktatında sofistika ilә eristika arasında fәrq qoymamış, sofist әqli nәticәlәri eristik sillogizmlәr adlandırmışdır. Hazırda bilәrәkdәn yanlış mühakimә üçün işlәdilәn üsullar sofistika, ümumiyyәtlә, mübahisә etmәk mәharәti isә eristika adlandırılır.
Ekistika
Ekistika — insan məskənlərini öyrənən elm sahəsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Evristika
Evristika - (latınca: ευρίσκω, "açmaq") həqiqətin müvafiq köməkçi suallar vasitəsilə aşkar edilməsini nəzərdə tutan tədqiqat və ya təlim üsulları, elm. Evristik texnika (Qədim yunanca: εὑρίσκω, "tapmaq", yaxud "kəşf etmək") məsələ həllinə, öyrənməyə, yaxud kəşf etməyə hər hansı elə yanaşmadır ki, o, optimal, mükəmməl, məntiqli, yaxud rasional olduğuna zəmanət verilməyən, ancaq bilavasitə məqsədə çatmaq üçün kifayət edən praktik metoddan istifadə edir.
Kristina
Kristina — ad. Kristina Qrimi — rumın-italyan əsilli ABŞ müğənnisi. Kristina Zantlyaytner — Macarıstanı təmsil edən su poloçusu. Kristina Şremko — Macarıstanı təmsil edən su poloçusu. Kristina Qarda — Macarıstanı təmsil edən su poloçusu. Kristina Tsukala — Yunanıstanı təmsil edən su poloçusu. Kristina Pravdina — Rus əsilli Azərbaycanlı idman gimnastı. Kristina Siliç — Belarusu təmsil edən qadın badmintonçu. Kristina Franiç — Xorvatiyanı təmsil edən həndbolçu. Kristina Vurviç — Rusiyanı təmsil edən qadın badmintonçu.
Priştina
Priştina və ya Priştine (Albanca: Prishtinë / Prishtina/Prishtë/ ; Serbcə: Priština / Пришт) Kosovanın paytaxtı və ən böyük şəhəri.
Erotika
Erotika və ya Erotizm sözü qədim yunan mifologiyasındakı məhəbbət ilahı sayılan Erosun adından götürülmüşdür. Sözün geniş mənasında həm iki cinsin (yəni kişi və qadın) cinsi yaxınlığındakı, həm də bütün insanların arasında mövcud olan dostluq və sevgi formasındakı eşqin bütün növlərini əhatə edir. Amma bu söz zaman keçdikcə öz ilkin mənasını tamamilə itirmişdir. Bu gün erotik deyincə ağıla gələn cinsi ehtiyacların fiziki və mənəvi ölçüləri və cinsi eqoları təmin etmək məqsədilə edilən hərəkətlər, davranışlar, oyunlar, moda və incəsənət kimi ictimai hadisələr başa düşülür. Bu anlayışına görə də, hal-hazırkı dövrdə erotika və ya erotizm sözünün mənası cinsi ehtiyacların sərhədlərini keçmir. Erotizm anlayışı pornoqrafiyaya yaxın olsa da, pornoqrafiya sərhəd tanımaması ilə erotikadan fərqlənir.
Mistika
Mistika (q.yun. μυστικός "sirli", μυέω — "sirli, müqəddəs ayinləri icra etmə") — insanın guya sirli şəkildə bağlı olduğu və ünsiyyət qura bildiyi fövqəltəbii qüvvələrin mövcudluğuna inam; həmçinin — allahla (yaxud tanrılar, ruhlar, digər qeyri-maddi varlıqlar) ilə birbaşa vəhdəti yaşamağa yönəlmiş müqəddəs dini təcrübə. Bu təcrübənin əsaslandırılmasına və dərk edilməsinə həsr olunmuş teoloji və fəlsəfi təlimlər toplusu mistisizm adlanır.
Erilik Eristiin
Erilik Eristiin (rus. Эрилик Эристиин / Semyon Stepanoviç Yakovlev 12 (24) yanvar 1892 – 6 oktyabr 1942) — Saxa şairi və yazıçısı, Vətəndaş müharibəsi illərində qırmızı partizan, SSRİ Yazıçılar İttifaqının üzvü (1938). Sadə xalq onu Nikolay Ostrovskinin "Polad necə bərkidi" əsərinin qəhrəmanı Pavel Korçaqinin şərəfinə "Yakut Korçakini" adlandırırdı. == Həyatı == Erilik Erisstiin 1892-ci ildə Çurapçı ulusunun Çakır kəndində kəndli ailəsində anadan olmuşdur. Uşaqlıqda müstəqil şəkildə Saxa və rus dillərini mənimsəmişdir. Vətəndaş müharibəsi illərində, ağqvardiyaçılar onun anasını, qardaşını və digər qohumlarını öldürmüşlər. Belə ki, 1922-ci ilin yanvarında onun 28 yaşlı qardaşı həlak olmuşdur. Elə həmin ilin iyul ayında anası Yelena İqnatiyevna və altı qohumu qanlı qırğının qurbanı olmuşlar. Kiçik qardaşı 1925-ci ildə vəfat etmişdir. Sonralar Erilik Eristiin üç oğlunun ölüm faciəsini yaşamışdır.
Kristina Aqilera
Kristina Mariya Aqilera (ing. Christina María Aguilera; 18 dekabr 1980[…], Staten-Aylend, Nyu-York ştatı) — ABŞ müğənnisi, bəstəkarı və aktrisası.
Kristina Asmus
Kristina Asmus (rus. Асмус, Кристина Игоревна, Əsl familyası: Myasnikov; d.14 aprel 1988, Korolyov, Moskva) — Teatr və kino aktrisası. "İnternlər" serialında Varvara Çernous rolu ilə tanınır. == Həyatı == Kristina Myasnikova 14 aprel 1988 il İqor Lvoviç və Radada Myasnikovun ailəsində Kalininqradda (İndi Korolev) anadan olub, üç bacısı var: böyüklər — Yekaterina və Olqa, ikisi də Saratovda, Karina isə Korolyavda anadan olmuşdur. Gəncliyində gimnastika ilə məşğul olmuş, idman ustası namizədi rütbəsinə nail olmuşdur. Bir məktəbli olaraq, "MEL" teatrında ""Burada şəfəqlər sakitdir"" (Jenya Komelkova) tamaşasında və Korolyov şəhərindəki bir teatrda N.Yermakova "Madmazel Tarjinin portreti" (Fantin) pyesini oynamışdı. Uşaqlıqda "Vəhşi mələk" serialına baxaraq aktrisa olmağa qərar verən A.Kristina Nataliya Oreyronın pərəstişkarı olub. 2005-ci ildə Moskva İncəsənət Teatr Məktəbinin A.Raykin kursunda daxil oldu, lakin təhsil ala bilmədi. 2008-ci ildə M.Şepkin adına Teatr Məktəbinin Boris Klyuyevin kursuna daxil oldu. Aktrisanı daha da məşhurlaşdıran 2010-cu ildə "İnternlər" komediya serialındakı Varvara Çernous rolu oldu.
Kristina Bauer
Kristina Bauer — fransız qadın voleybolçu. Norveçdə yaşayan fransız ailələrindən birində dünyaya göz açmışdır. Mövqeyi orta blokçudur. Hündürboy voleybolçudur (1.96 m). Fransızca, italyanca, ingiliscə və norveçcə bilməsi ilə, həmçinin də çalışqanlığı ilə öz həmkarlarından seçilir. Fənərbaxça komandasının şərəfini qoruyur. 2007-ci ildən bəri stabil olaraq Fransa milli komandasına dəvət alır. Eyni zamanda Fransa voleybolunun yetişdirdiyi ən güclü voleybolçulardan hesab olunur. == Karyerası == Voleybolçunun həvəskar karyerası Fransanın iki fəqli klubunda keçmişdir. 2004-cü ildə (16 yaşında) ASPTT Mulhouse komandası ilə peşəkar karyerasında ilk addımını atan Kristina bu klubda ulduzlaşmağa başlamışdı.
Kristina Brenk
Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d] – 20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor. == Bioqrafiyası == Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur.
Kristina Eqerseqi
Kristina Eqerseqi (16 avqust 1974, Budapeşt) — Macarıstanın üzgüçülük üzrə sabiq dünya rekordçusu və müasir dövrün ən böyük macar Olimpiya çempionlarından biri. Üç dəfə Olimpiyaçı və beş dəfə isə Olimpiya çempionu olmuşdur və üç ardıcıl Yay Olimpiadasında eyni üzgüçülük yarışında qalib gəlmiş üç nəfərdən biridir (digər iki nəfər isə Don Freyzer və Maykl Felpsdir). Hal hazırda beş fərdi Olimpiya qızıl medalını qazanan yeganə qadın üzgüçüdür. == Həyatı == Eqerseqi 13 yaşı olarkən ilk beynəlxalq debütünü 1987-ci ildə keçirilən Avropa Su İdmanları Çempionatında 200 m arxa üstə üzmə üzrə dördüncü yerə, 100 m arxa üstə üzmə üzrə beşinci yerlə çıxaraq etdi. 1988-ci ilin Yay Olimpiya Oyunlarında 100 m məsadəfə arxası üstə üzmə üzrə gümüş medal qazandı və 200 m məsafədə Olimpiya çempionu oldu. 14 yaşında üzgüçülük üzrə ən gənc qadın Olimpiya çempionu oldu. Gənclər üzrə bu rekord 1992-ci ildə yapon üzgüçü Kyoko İvasaki tərəfindən yeniləndi. 1988-ci ilin sonunda 200 m məsafəyə arxası üstə üzgüçülük yarışlarında birinci olmuşdur. == Macarıstan mədəniyyətinə təsiri == Onun 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında qələbə qazanması Macarıstanın televiziya kanallarında ən önəmli məqamlardan birinə çevrildi. Eqerseqi hələ də Macarıstanda "çempion" rol modeli kimi qəbul edilir.
Kristina Fino
Kristina Franiç
Kristina Franiç (d. 22 may 1987; Split, Xorvatiya) — Xorvatiyanı təmsil edən həndbolçu. == Karyerası == Kristina Franiç Xorvatiya 2012 Yay Olimpiya Oyunlarında Xorvatiya milli futbol komandasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində İspaniya yığmasına 25:22 hesabı ilə məğlub olan Xorvatiya yığması, London Olimpiadasını 7-ci yerdə başa vurdu.
Kristina Pelankova
Kristina Pelankova (slovak. Kristína Peláková; 20 avqust 1987, Svidnik, ÇSR) — slovak müğənnisi, 2010 Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı. == Bioqrafiya == Erkən yaşlarında musiqi və mahnı sevirdi, doqquz il isə piano dərslərinə getmişdir. Koşise Konservatoriyasının musiqi və teatr şöbəsinə daxil oldu və burada prodüser Martin Kavulic ilə tanış olur. 19 iyul 2007-ci ildə o mövsümün ilk sinqlı olan «Som tvoja» buraxır. Bratislavanın A.M.O. qrupnun üzvü olan reper Opakla ifa etmişdir. Beat Dubosovla «Vráť mi tie hviezdy» kompazisiyasını oxuduqdan sonra məşhurlaşır. İlk albomu Bratislavanın ROUTE 69 klubunda «Ešte Váham» 11 noyabrda buraxılır. 2011-ci ilin noyabrında Kristina Çexiyanın «Óčko» kanalının saytının ziyarətçilərinin nəticələrinə görə «İlin müğənnisi» seçilir.
Kristina Qrimi
Kristina Qrimini (d. 12 mart 1994, Nyu-Cersi, ABŞ — v. 11 iyun 2016, Florida, ABŞ) — rumın-italyan əsilli ABŞ müğənnisi. == Həyatı və karyerası == 12 mart 1994-cü ildə, Nyu-Cersi, ABŞ-də anadan olmuşdur. 10 yaşında piano çalmağı öyrənmişdir. Kristina, 2009-cu ildə YouTube-da öz mahnılarını yerləşdirməyə başladı. 2014-cü ildə "The Voice" (azərbaycanca: Səs Amerika) mahnı müsabiqəsinə qatılmış və 3-cü olmuşdur. == Ölümü == 10 iyun 2016-cı ildə Orlando şəhərində fanatlarına imza günü keçirirdi. Orlandodakı "Florida Plaza Live" konsert salonunda naməlum şəxs tərəfindən 3 dəfə güllə yarası aldı. Daha sonra silahlı özünü də silahla öldürmüşdür.
Kristina Qrimini
Kristina Qrimini (d. 12 mart 1994, Nyu-Cersi, ABŞ — v. 11 iyun 2016, Florida, ABŞ) — rumın-italyan əsilli ABŞ müğənnisi. == Həyatı və karyerası == 12 mart 1994-cü ildə, Nyu-Cersi, ABŞ-də anadan olmuşdur. 10 yaşında piano çalmağı öyrənmişdir. Kristina, 2009-cu ildə YouTube-da öz mahnılarını yerləşdirməyə başladı. 2014-cü ildə "The Voice" (azərbaycanca: Səs Amerika) mahnı müsabiqəsinə qatılmış və 3-cü olmuşdur. == Ölümü == 10 iyun 2016-cı ildə Orlando şəhərində fanatlarına imza günü keçirirdi. Orlandodakı "Florida Plaza Live" konsert salonunda naməlum şəxs tərəfindən 3 dəfə güllə yarası aldı. Daha sonra silahlı özünü də silahla öldürmüşdür.
Kristina Ranqelova
Kristina Ranqelova (24 yanvar 1985) — Bolqarıstanı təmsil edən bədii gimnast. == Karyerası == Kristina Ranqelova Bolqarıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Kristina Siliç
Kristina Siliç (15 may 1990-cı ildə anadan olub) — Belarusu təmsil edən qadın badmintonçu.
Kristina Steyna
Kristina Tsukala
Kristina Tsukala (8 iyul 1991, Yunanıstan) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Tsukala, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Kristina Vurviç
Kristina Andreyevna Vurviç (rus. Кристина Андреевна Вырвич; 14 fevral 1997-ci ildə anadan olub) — Rusiyanı təmsil edən qadın badmintonçu.
Kristina Zantlyaytner
Kristina Zantlyaytner (8 may 1974, Tatabanya) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Zantlyaytner, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Kristina Şremko
Kristina Şremko (6 yanvar 1972, Dunauyvaroş, Feyer medyesi[d]) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Kristina Şremko, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Kristina Şremko, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.