Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etüd
Etüd — təsviri incəsənətdə gələcək əsərin hazırlıq eskizi. Etüd — musiqi əsəri. Etüd — şahmat kompozisiyalarından biri. Etüd — teatr pedaqogikasında aktyorluq texnikasının təkmilləşdirilməsi üçün istifadə edilən məşq. Etüd — rol oyununun emosional tədrisi. Etüd — sovet fotoaparatı. Etüd — sovet diaproyektoru.
Etüd (musiqi)
Etüd (fr. etude, hərf. – təmrin) - ifaçılıq texnikasını təkmilləşdirmək üçün nəzərdə tutulan instrumental pyes. İfaçılıq baxımından çətin üsulların dəfələrlə təkrarlanmasına əsaslanır. Görkəmli bəstəkarlar tərəfindən yaradılan etüdlər yüksək bədii əhəmiyyət kəsb edir.
Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Ehud Barak
Ehud Barak (12 fevral 1942[…]) — İsrailin Müdafiə naziri. 2008-ci il dekabr ayının 27-də HƏMAS hərəkatının nəzarət etdiyi Qəzzə zolağında İsrail ordusunun keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edir. == Həyatı == Ehud Barak (Bruq) 1942-ci il fevral ayının 12-də Fələstin mandatlığındakı Mişmar Haşaronda anadan olub. Atası İsrael Litvanın Panevejis şəhərindəndir. Anası Ester isə Polşanın paytaxtı Varşavadandır. 1959-cu ildə sıravi desant kimi İsrail ordusunun sıralarına qoşulan Ehud həmin il soyadı Bruqu Barak kimi dəyişir. 1964-cü ildə Fransada xüsusi təyinatlılar komandiri kursunu bitirdikdən sonra İsrailin və ABŞ-nin hərbi akademiyalarında təhsilini davam etdirir. 1967 və 1973-cü il müharibələrində, habelə Livana qarşı hərbi əməliyyatlarda iştirak edir. Ehud 1968-ci ildə Qüdsdəki Hibryu Universitetinin Fizika və Riyaziyyat fakültəsindən məzun olur. 1978-ci ildə isə Kaliforniyanın Stanford Universitetində mühəndis iqtisadiyyatı ixtisası üzrə magistratura pilləsi üzrə təhsilini başa vurur.
Ehud Olmert
Ehud Olmert (ivr. ‏אֶהוּד אוֹלְמֶרְט‏‎; 30 sentyabr 1945[…]) — İsrailli siyasətçi və vəkildir. 2006–2009-cu illərdə və bundan əvvəl 1988-ci ildən 1992-ci ilə 2003-cü ildən 2006-cı ilə qədər İsrailin 12-ci Baş naziri vəzifəsində çalışmışdır. Nazirlər Kabinetinin üzvü kimi birinci və ikinci vəzifələri arasında 1993-cü ildən Qüds bələdiyyə başçısı vəzifəsində çalışmışdır.Baş nazir vəzifəsində işlədikdən sonra Qüds meri və ticarət naziri vəzifəsində olduğu müddətdə rüşvət aldığına və ədalət mühakiməsinə mane olduğuna görə həbs cəzasına məhkum edilmişdi.
Elbrus Ərud
Elbrus Ərud (tam adı: Elbrus Ramiz oğlu Seyfullayev; 29 dekabr 1979, Nərimankənd, Puşkin rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist == Həyatı == 1979-cu il 29 dekabrda Biləsuvar rayonunun Nərimankənd kəndində doğulub. Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirib. Ukraynada Kiev Milli Dövlət Universitetinin Jurnalistika institutunda magistr təhsili alıb. 2003-2004-cü illərdə Xalq Cəbhəsi qəzetində, 2004-2010-cu illərdə APA agentliyində çalışıb. 2010-cu ildə "Qafqazinfo" xəbər portalını yaradıb və onun rəhbəridir. == Kitabları == Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Jurnalistika xatirələrindən bəhs edən "Yaza bilmədiklərim" və publisist yazılarının toplusu olan "Anne annem" kitablarının müəllifidir. 2020-ci il iyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncamı ilə “Əməkdar Jurnalist” adına layiq görülüb.
Marqaret Etvud
Marqaret Etvud (18 noyabr 1939[…], Ottava, Ontario, Kanada) — Kanada yazarı, ədəbi tənqidçi. == Həyatı == 1939-cu ildə Ontario əyalətinin Ottava şəhərində anadan olub. 11 yaşından internat tipli məktəbə göndərilən Marqaret artıq liseydə olarkən Edqar Alan Po-nun yaradıcılığından ilhamlanaraq ilk şeirlərini yazır. 16 yaşından ciddi şəkildə ədəbiyyatla məşğul olmağa başlayan Marqaret yazıçı olmağı qarşıya məqsəd qoyur və cəmi altı il sonra ilk şeirlər kitabı “Double Persephone”-nu nəşr etdirir. Yaradıcılığının ilk illərindən uğurla yol yoldaşı olan şairə ikinci şeirlər kitabı “The Circle Game” ilə Kanadanın nüfuzlu ədəbi mükafatına – “Governor General’s Award”-a - layiq görülür. Həmin mükafatdan sonra Etvud Kanada ədəbiyyatının tanınmış fiqurlarından olur. 1972-ci ildə Kanada ədəbiyyatını geniş araşdırıb, şərh etdiyi “Survival: A Thematic Guide to Canadian Literature” kitabı ilə cəmiyyətdə irimiqyaslı ədəbi müzakirələrə səbəb olur. Ötən il “Nobel Ədəbiyyat Mükafatı” na namizəd göstərilən, həmkarı, həmcinsi və hərmyerlisi Elis Munronun ən ciddi rəqibi hesab olunan Etvud 19 şeirlər toplusunun müəllifidir - “The Circle Game” (1964), “The Journals of Susanna Moodie” (1970), “Power Politics” (1971), “You Are Happy” (1974), “True Stories” (1981), “Interlunar” (1984). Lakin nəhəng poetik irsə sahib olmasına baxmayaraq yazıçı dünya ədəbiyyatında roman müəllifi kimi tanınır. Etvud “Surfacing” (1972), “Lady Oracle” (1976), “Cat’s Eye” (1988), “The Handmaid’s Tale” (1986) kimi onlarla romanın müəllifi kimi özünə böyük ədəbi nüfuz qazanıb.
Vladimir Etuş
Vladimir Abramoviç Etuş (rus. Владимир Абрамович Этуш; d. 6 may 1922-ci il, Moskva, RSFSR — 9 mart 2019, Moskva, Rusiya) — görkəmli Sovet və rus teatr və kino aktyoru, pedaqoq, RSFSR xalq artisti (1971), SSRİ xalq artisti (1984). Vladimir Abramoviç Etuş 6 may 1922-ci ildə Moskvada yəhudi ailəsində anadan olmuşdur. Lakin sənəddə rəsmi olaraq, 1923-cü il kimi yazılmışdır. Böyük Vətən müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit olmuşdur. 1943-cü ildə Tokmakın (Ukrayna) Jovtneve kəndində ağır yaralanmışdır. Xəstəxanadan çıxandan sonra 2-ci qrup əlil adını alır. 1945-ci ildə V. Etuş Şşukin adına teatr məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva teatrında çalışmağa başlayır. Getdikcə əsas aktyorlardan birinə çevrilir.
Azərbaycan haqqında etüd (film, 1969)
Azərbaycan haqqında etüd qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1969-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycana səyahət formasında lentə alınmışdır. == Məzmun == Film Azərbaycana səyahət formasında lentə alınmışdır.
ESƏD
ESƏD və ya "Erməni soyqırımına ədalət döyüşçüləri" (ing. Justice Commandos against Armenian Genocide) — erməni terror təşkilatı. 1975–1982-ci illərdə fəaliyyət göstərib, məqsədi erməni soyqırımının tanınmasına nail olmaq və müstəqil erməni dövlətini qurmaqdır. Təşkilat əsasən Avropa və Şimali Amerika ölkələrində fəaliyyət göstərmişdir. Təşkilat bir sıra türk diplomatına hücumlar və onların qətllərini törədmişdir. Bəzi tədqiqatçıların fikrinə görə, təşkilat Daşnaktutyun partiyası ilə sıx əlagədə olub. 1982-ci ildə təşkilatın rəhpəri Abram Asçan qətlə yetiriləndən sonra, təşkilat öz fəaliyyətini dayandırmışdır. İstisnə etmək olmaz ki, təşkilat "Erməni inqilab ordusu" adı altında fəaliyyətini davam etdirmişdir. ESƏD-in əsas aksiyaları: (bəzi hallarda terror aktına görə məsuliyyəti ASALA öz boynuna götürürdü). 1975-ci il Oktyabr, Türkiyənin Fransadakı səfiri İsmail Erezin öldürülməsi.
Elöd
Elöd (IX əsr, bilinmir – X əsr) — 7 macar qəbiləsindən biri olan Nyek qəbiləsinin başçısı. O qəbiləsini indiki Macarıstana doğru yönləndirmişdi və Balaton gölü ətrafında yurd salmışdı.
Etan
Etan — alkanlar sinfinə daxil olan üzvi birləşmə. Təbiətdə təbii qaz, neft və digər karbohidratların tərkibində rast gəlinir. Maraqlıdır ki, Saturn planetinin təbii peyki olan Titanın səthində aşağı temperatur (−180 °S) şəraitində metan-etan qarışığından ibarət olan maye göllər mövcuddur. == Tarixi == Etan ilk dəfə 1834-cü ildə Maykl Faradey tərəfindən kalium asetatın suda məhlunun elektrolizindən almışdır. Ancaq o bu reaksiya məhsulunun metan olduğunu düşünərək araşdırmalara son verdi. == Fiziki xassələri == Etan rəngsiz, iysiz qazdır. T=-100 °S temperaturda sıxlığı ρmaye.=0,561 q/sm³-dir T=25 °S temperaturda sıxlığı ρqaz.=0,001342 q/sm³ və ya 1,342 kq/m³-dir. == Kimyəvi xassələri == Etanın kimyəvi formulu C2H6-dır. Etan karbonla hidrogenin birləşməsindən əmələ gəlib.
Etap
Etap – [fr. etape – məntəqə] 1)yolun, məsafənin bir hissəsi; 2)hər hansı keyfiyyət dəyişikliyi və ya hadisə ilə bağlı olan dövr; 3)hər hansı prosesin bir mərhələsi; 4)deologiya növü mənəviyyat haqqında təlim; 5)hər hansı bir ictimai qrupun, peşənin mənəviyyatı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Etgi
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. == Ədəbiyyat == Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Çətrud
Çətrud — İranın Kirman ostanının Kirman şəhristanının Çətrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,660 nəfər və 1,378 ailədən ibarət idi.
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Əfus
Əfus — İranın İsfahan ostanının Fəridən şəhristanının Buyin və Miyandəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,805 nəfər və 1,045 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti gürcülərdən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Ərus
Ərus — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. 1.Arus Yardımlı rayonunun eyni-adlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim Ərus variantında da işlənir. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tahirli, Məlikli və Arus adlanan dord məhəllədən ibarətdir. XIX əsrin ikinci yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan orus/ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "üzün, Hündürlüyüdur adam" deməkdir. 2.Ərus Yardımlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Burovar silsiləsinin ətəyindədir. XIX əsrin II yarısına aid mənbələrdə Lənkəran qəzasında ərus tayfasının yaşadığı göstərilir.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Ətək
Ətək və ya yubka — beldən asılan və ayaqları bütün və ya qismən əhatə edən boru və ya konus formalı geyim. Ətək paltarın və ya donun alt hissəsidir və yaxud bir insanı beldən aşağı hissəsini əhatə edən ayrı bir xarici geyimdir. Qərb dünyasında, ətək adətən qadın geyimi hesab olunur. Lakin, istisnalar da var: Kilt, Şotlandiyanın ənənəvi kişi geyimidir. Yubkaların ətəyinin uzunluğu mikro ölçüdən döşəmə uzunluğuna qədər dəyişə bilər və estetika mədəni anlayışlarına, geyinənin şəxsi zövqünə görə, moda və sosial kontekst kimi amillərin təsirinə görə dəyişə bilər. Əksər ətəklər ayrı geyimlərdir, lakin bəziləri şort və mayo kimi bir geyimlərin bir hissəsi ola bilər. Ətəklər erkən dövrlərdən bəri alt bədəni örtməyin ən sadə yolu kimi geyilib. Mis dövrünün əvvəlindən indiki Serbiya və qonşu Balkan xalqlarının ərazisində yerləşən Vinça mədəniyyətinin (e.ə.5700-4500) istehsal etdiyi heykəlciklər qadınlara ətək kimi geyimlər göstərir. Ətək Yaxın Şərqdə və Misirdə bütün qədim mədəniyyətlərdə kişilər və qadınlar üçün standart geyim idi. Mesopotamiyadakı şumerlər kaunakes geyirdilər, bu bir kəmərlə bağlanmış xəz yubka növü idi.
Etik
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Əhəd
Əhəd — kişi adı. Əhəd Əliyev — Azərbaycan qarmonçusu. Əhəd Kərimov — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı Əhəd Hüseyni — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam. Əhəd Yaqubov — geologiya-mineralogiya elmləri doktoru (1941) Əhəd Muxtar — tərcüməçi. Əhəd Rəhmanzadə — iqtisad elmləri doktoru, professor.
Əsəd
Əsəd — kişi adı. Əsəd Oktay — Türkiyə Böyük Millət Məclisinin deputatı. Əsəd Qeysər — Əsəd Saqay — Əsəd Əsədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Əsəd İsgəndərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
CRUD
CRUD — məlumat bazalarında və proqram təminatında istifadə olunan əsas əməliyyatları ifadə edən bir abbreviaturadır. CRUD aşağıdakı dörd əməliyyatı təmsil edir: Create (Yaratma) — məlumat bazasında yeni bir qeyd (məlumat) yaratmaq. Məsələn, yeni istifadəçi hesabı əlavə etmək. Read (Oxuma) — məlumat bazasından mövcud olan məlumatı oxumaq və ya əldə etmək. Məsələn, istifadəçi siyahısını görmək. Update (Yeniləmə) — mövcud məlumatı yeniləmək və ya dəyişdirmək. Məsələn, bir istifadəçinin profil məlumatlarını yeniləmək. Delete (Silmə) — məlumat bazasından mövcud bir məlumatı silmək. Məsələn, bir istifadəçi hesabını tamamilə sistemdən çıxarmaq. == İstifadəsi == === Verilənlər bazaları === CRUD abbreviaturası verilənlər bazası tərəfindən həyata keçirilən əsas əməliyyatlara aiddir.