Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tava (ada)
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
ATA Hava Yolları
ATA Hava Yolları (az.-əbcəd آتا هاوا یوْل‌لارؽ‎, fars. هواپیمایی آتا‎, ing. ATA Airlines) — Təbriz şəhərində fəaliyyət göstərən aviaşirkət.
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Ava Çelik
Ava Çelik (1990, Berlin) — Alman aktrisa.
Ava dövləti
Ava dövləti və ya Ava krallığı (birm. အင်းဝခေတ်) — 1364-cü ildən 1555-ci ilə qədər Yuxarı Birmada (Myanma) dominantlıq əldə etmiş krallıq. Birmanın şimalında, Myinge çayı üzərində, Çausxe vadisində yerləşirdi. Ava dövlətinin qurucusu Tadominbya (1364–1368) Birmada keçmiş Paqan krallığının torpaqlarını birləşdirməyə, şanları Birmanın mərkəzi hissələrindən çıxarmağa çalışırdı. Ava dövləti tərəfindən buddist məbədlər tikdirilmiş, monastır icması olan sanqhanı gücləndirilmiş, suvarma sistemi təkmilləşdirilmişdir. 1374-cü ildə Ava dövləti Arakanı, 1377-ci ildə Taunqu knyazlığını özünə birləşdirmişdir. 1373–1383-cü illərdə Şan və Pequ (cənubi Birma) dövlətləri ilə vuruşmuşdu, 1415-ci ildə İravadi deltasının qərb hissəsini tutmuşdur.Avada çəltikçilik və Çinlə karvan ticarəti inkişaf edirdi. Şri-Lanka ilə sıx əlaqə saxlanılmışdır. Həmçinin, Avada milli birman ədəbiyyatı yaranmışdır.Feodal üsyanları, Çin qoşunlarının istilaları (1446), Arakanın müstəqillik əldə etməsi (1430) dövləti zəiflətmişdi. 1527-ci ildə Ava şanlar tərəfindən, 1555-ci ildə Avanı yeni Birma dövlətinə daxil edən Taunqu sülaləsindən Bayinnaunun qoşunları tərəfindən tutulmuşdur.
Frau Ava
Frau Ava (alm. Frau Ava, Ava von Göttweig, Ava von Melk‎; təq. 1060, Aşağı Avstriya[d] – 7 fevral 1127) — orta əsr alman rahibə, dini şairə. O, alman dilində hər hansı bir janrda ilk dəfə əsər yaratmış qadın hesab edilir. Ava xristianlıqda xilas və Məsihin ikinci gəlişi mövzularına həsr olunmuş beş şeirin müəllifidir. Onun Vəftizçi İohann və İsanın həyatına dair əsəri "ilk alman dastanı kimi yüksək qiymətləndirimişdir" == Əsərləri == Vəftizçi İohann (alm. Johannes der Täufer‎) İsanın həyatı (alm. Leben Jesu‎) Antixrist (alm. Antichrist‎) Son hökm (alm. Das Jüngste Gericht‎) == İstinadlar == == Əlavə ədəbiyyat == Ланггут.
Ava rəqs festivalı
Ava rəqs festivalı (阿波踊り, Awa Odori) – Yaponiyada ən məşhur rəqs festivallarından biri. Rəqqaslar avqust ayının ortalarında olan Obon dövrünə diqqət çəkmək üçün küçələrə düşüb Bon rəqsi oynayırlar. Festival Şikoku adasındakı Tokuşima adasında keçirilir.Tokuşima hər il 12-15 avqust tarixlərində bu festivala ev sahibliyi edir. Bu festival nəsildən nəsilə ötürülən festivaldır. Festivalın 400 ildən çox yaşı var və kökləri Bon ənənəsindən törəmişdir. Festivalın ilk dəfə 1586-cı ildə Tokuşima daymyosu Haçisuka İemasanın Tokuşima qəsrinin inşasının başa çatmasını qeyd etmək üçün təşkil etdiyi böyük içki məclisi ilə başladığı güman olunur. Həmin tarixdən sonra festival illik festivala çevrilibmiş.Festival bütün şəhər miqyasında keçirilir. Önə çıxan əsas rəqs festivala adını verən Ava rəqsidir. Ava Tokuşimanın feodal adıdır. Festival boyunca kişilər, qadınlar, uşaqlar yukata geyinib küçələrə düşür və Ava Yoşikono mahnısının sədaları altında rəqs edirlər.
Ava (şəhər, Myanma)
Ava və ya İnva (birm. အင်းဝမြို့, birmanca tələffüz: [ʔɪ́ɰ̃wa̰ mjo̰] və ya [ʔəwa̰ mjo̰]) — Myanmanın şimalında, İravadi çayı üzərində şəhər. 1364–1783-cü illərdə və 1822–1837-ci illərdə Ava dövlətinin paytaxtı olmuşdur. Qədim buddist mədəniyyətinin mərkəzidir. == Coğrafiya == Ava indiki dövrdə kiçik bir şəhərdir. Mandalay yaxınlığında, Yuxarı Birmada yerləşir. == İstinadlar == == Xarici keçidlər == Innwa — a short story by Theippan Maung Wa 1931 inc.
APA
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
AVP
Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir. == Tarixi == 1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin üzvü olan Fəzail Ağamalı, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə arasında yaranan fikir ayrılığına görə Azərbaycan Xalq Cəbhəsindən istefa verdi. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sabiq üzvləri Qabil Hüseynli və Fəzail Ağamalı Ana Vətən Partiyasının qurulması üçün Təşkilat Komitəsi təsis etmişdirlər. Lakin partiya qurulmadan Qabil Hüseynli burada fəaliyyətinə son vermişdir. Tərəfdarları ilə birgə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasının təsis qurultayını keçirərək həmin partiyanın sədri seçildi. Ana Vətən Partiyası (AVP) 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif etmişdir, lakin Yeni Azərbaycan Partiyası tərəfindən bu təklifə müsbət cavab gəlməmişdir.Ana Vətən Partiyası 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını bildirdi, amma Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçimlərində namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Onun bu addımı Ana Vətən Partiyasının nizamnaməsinə zidd olduğu üçün Ana Vətən Partiyasının sədrinin müavini vəzifəsindən azad edildi və ümumiyyətlə partiya sıralarından xaric edildi. == Rəhbərlik == Ana Vətən Partiyasının (AVP) 6 nəfərdən ibarət olan Siyasi Şurası, 14 nəfərdən ibarət olan isə Ali Məclisi mövcuddur.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! – Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına rəğmən film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.
Aqa
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Ata
Ata — insanın kişi valideyni. İnsan canlılardan fərqli olaraq öz valideynlərini şüurlu surətdə qəbul edir. Atanın adı şəxsi ada tərkib hissə kimi daxildir. Ata adı müəyyən hallarda nəvədən başlayaraq sonrakı nəsillər üçün soyad əsası kimi də qəbul edilə bilər. İslamda atanın və ananın ehtiramını saxlamaq vacibdir. Bu barədə Qurani-Kərimdə qeyd olunur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim!
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Avan
Avan (Ermənistan)
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Aya
Aya (Türk mifologiyası)
Aza
Aza (Ordubad)Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə.Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği —DigərAğa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
В. G. Timiryasov adına Kazan İnnovativ Universiteti (rus. ВГ Тимирясова, ИЭУП) Kazandakı bir universitetdir. 22 iyul 1994-cü ildə qurulmuşdur. == Ad == Qanundakı dəyişikliklərlə əlaqədar olaraq universitet bir neçə dəfə rəsmi adını dəyişdirdi. Qurucusu və ilk rektoru V.G. Timiryasovun adını daşıyır. 1994–1996-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq Universitetinin, 1996–2016-cı illərdə İqtisadiyyat, İdarəetmə və Hüquq İnstitutunun və 2016-cı ildən VG Timiryasov adına Kazan İnnovasiya Universitetinin (IEUP) adını daşıyır. == Tarix == Universitet 1994-cü ildə Tatarıstan Respublikası Təhsil Nazirliyinin və Tatarıstan Respublikası Ali Sovetinin Xalq Təhsili Daimi Komitəsinin təşəbbüsü ilə bazar iqtisadiyyatı və hüquq sahəsində ixtisaslı kadrların ehtiyaclarını ödəmək üçün yaradılıb. 1998–2002-ci illərdə universitetin Almetyevsk, Bugulma, Zelenodolsk, Naberezhnye Chelny, Nizhnekamsk və Chistopol filialları yaradıldı və təhsil fəaliyyətlərinə davam etdilər. 2014-cü ilin mayından bəri Rusiya tərəfindən birləşdirilən Krımda təhsil fəaliyyətinə başlayan ilk rus universitetlərindən biridir. Universitet Dünya Tatarları Konqresinin və Krım Respublikasının bələdiyyə başçılarının təlimi üçün birgə bir layihə həyata keçirir.