Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir.
Ana Vətən Partiyası | |
---|---|
Sədri | Fəzail Ağamalı |
Qurucu | Fəzail Ağamalı |
Sədr müavinləri |
Elçin Ağamalı Yalçın Hacızadə |
Quruluş tarixi | 24 noyabr 1990 |
Qeydiyyat tarixi | 11 avqust 1992 |
Birləşən | Vətən Ocağı Partiyası (1993)[1][a] |
Bölünmə | Azərbaycan Hümmət Partiyası (1993) [1][b] |
Baş qərargah | Ə. Əliyev küç. 3, Nərimanov rayonu |
İdeologiya | Azərbaycan milliyətçiliyi |
Üzvlüyü | Məşvərət Məclisi (1997-?) |
Üzv sayı | 5 mindən çox[2] (2023) |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə üzvləri |
187 / 15.156 |
Saytı | avp.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ana Vətən Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur.[3]
1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin üzvü olan Fəzail Ağamalı, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə arasında yaranan fikir ayrılığına görə Azərbaycan Xalq Cəbhəsindən istefa verdi. Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sabiq üzvləri Qabil Hüseynli və Fəzail Ağamalı Ana Vətən Partiyasının qurulması üçün Təşkilat Komitəsi təsis etmişdirlər.[4] Lakin partiya qurulmadan Qabil Hüseynli burada fəaliyyətinə son vermişdir.[5] Tərəfdarları ilə birgə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasının təsis qurultayını keçirərək həmin partiyanın sədri seçildi. Ana Vətən Partiyası (AVP) 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[6]
2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif etmişdir, lakin Yeni Azərbaycan Partiyası tərəfindən bu təklifə müsbət cavab gəlməmişdir.[7]
Ana Vətən Partiyası 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını bildirdi, amma Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçimlərində namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Onun bu addımı Ana Vətən Partiyasının nizamnaməsinə zidd olduğu üçün Ana Vətən Partiyasının sədrinin müavini vəzifəsindən azad edildi və ümumiyyətlə partiya sıralarından xaric edildi.
23 dekabr 2023-cü il tarixində Ana Vətən Partiyasının VIII Qurultayı keçirilmiş və Qurultayda prezident seçkilərində prezidentliyə namizəd İlham Əliyevi dəstəkləmək qərarı alınmışdır. Həmçinin Qurultayda "Siyasi partiyalar haqqında" yeni Qanuna əsasən yenilənmiş Nizamnamə qəbul olunmuşdur.[8]
Ana Vətən Partiyasının (AVP) 6 nəfərdən ibarət olan Siyasi Şurası, 14 nəfərdən ibarət olan isə Ali Məclisi mövcuddur. Ana Vətən Partiyasının həmçinin Gənclər Komitəsi və Qadınlar Şurası, habelə 55 rayonda və 4 şəhərdə Rayon Şöbələri mövcuddur.
Sədrlər[redaktə | mənbəni redaktə et]
|
Siyasi Şura[redaktə | mənbəni redaktə et]
|
Ana Vətən Partiyasının Qadınlar Şurası 1997-ci ildə yaradılmışdır. Ana Vətən Partiyasının 21 noyabr 2020-ci ildə keçirilən VII Qurultayında partiya sədri Fəzail Ağamalının qızı Günay Ağamalı Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri seçilmişdir.
Ana Vətən Partiyasının Gənclər Təşkilatı 2009-cu ildə yaradılmışdır. Gənclər Təşkilatı Gənc Ana Vətənçilər Assambleyası (GAVA) bazasında yaradılmışdır. GAVA isə 1991-ci ildə yaradılan Boz Qurd Gənclər Təşkilatının bazasında yaradılmışdır.
Qurultay | Tarix | Seçilmiş sədr | Namizəd |
---|---|---|---|
I Konfrans | 7 dekabr 1991 | - | - |
II Konfrans | 20 dekabr 1992 | - | - |
I (Quruluş) Qurultay | 3 iyul 1992 | Fəzail Ağamalı | Fəzail Ağamalı |
II Qurultay | 3 iyun 1995 | ||
III Qurultay | 28 may 1997 | ||
IV Qurultay | 11 iyun 2003 | ||
V Qurultay | 17 iyun 2009 | ||
VI Qurultay | 3 avqust 2013 | ||
VII Qurultay | 21 noyabr 2020 | ||
VIII Qurultay | 23 dekabr 2023[8] |
Ana Vətən Partiyası 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində mübarizə apardı. Partiya seçkilərə 17 namizədlə qatılsa da onlardan yalnız 3-ü qeydiyyata alındı.[9]
Proporsional seçki üzrə Ana Vətən Partiyasının vahid namizədlər siyahısı aşağıdakı kimi idi:[8]
Rəsmi nəticələrə əsasən Ana Vətən Partiyası 140 821 (4%) səs toplamasına baxmayaraq Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. 1996-cı il fevralın 4-də isə 15 yer üçün əlavə seçkilər baş tutdu və rəsmi nəticələrə əsasən 39 saylı Sumqayıt II dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və Milli Məclisin deputatı oldu.
Daha sonra Ana Vətən Partiyası 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 30 saylı Yevlax dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. 2001-ci il yanvarın 7-də baş tutan 11 yer üçün təkrar seçkilərdə isə 56 saylı Bərdə dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldi və Milli Məclisin deputatı oldu. Bununla da Ana Vətən Partiyası II çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olunurdu.[10]
Ana Vətən Partiyası 2005-ci il noyabrın 6-da baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və üçüncü dəfə Milli Məclisin deputatı oldu. 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Orucda qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. Bununla da Ana Vətən Partiyası III çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olundu.[11][12][13]
Ana Vətən Partiyası 2010-cu il noyabrın 7-də baş tutan parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı və 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldilər və Milli Məclisin deputatı oldular. Ümumi olaraq Ana Vətən Partiyası 33 275 səslə dördüncü pillədə qərarlaşdı.[14]
Seçki | Sədr | Majoritar | Proporsional | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|
Səs | % | Mandat | Səs | % | Mandat | |||
1995 | Fəzail Ağamalı |
1 / 100 |
140,821 | 4.00 | 0 / 25 |
1 / 125
| ||
2000 | 1 / 100 |
— | — | — | 1 / 125
| |||
2005 | 1 / 125 |
— | — | — | 1 / 125
| |||
2010 | 33,275 | 1.40 | 2 / 125 |
— | — | — | 2 / 125
| |
2015 | 28,484 | 1.00 | 1 / 125 |
— | — | — | 1 / 125
| |
2020 | 1 / 125 |
— | — | — | 1 / 125
| |||
2020 | — | — | — |
Seçki | Sədr | Səs | Mandat | |
---|---|---|---|---|
# | % | |||
yanvar 2001 | Fəzail Ağamalı | 1 / 10
|
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
1999 | Fəzail Ağamalı | 385 / 20.456
| |||
2004 | 140 / 20.346
| ||||
2009[15] | 214 / 15.591
| ||||
2014 | 192 / 15.035
| ||||
2019 | 187 / 15.156
|
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006[16] | Fəzail Ağamalı | 5 / 1.901
| ||
2011 |
Ana Vətən Partiyasının qərargahı Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 3 ünvanında yerləşir. Partiyanın 62 rayon təşkilatı mövcuddur.