Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
AVAVA
AVAVA — yayın son ayındakı ay işığının olduğu gecələrdə insanların əllərini ağızlarına aparıb çalarkən çıxardıqları səs. Bu hərəkətə "avava çalmaq" deyilir. Sonay gecələrində avava çalmaq yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir. Ava, avaz sözləri bu səsdən törənibdir. == İstinadlar == == Həmçinin bax == AVAVA (roman), Nasir Mənzuri Qaraçuxa (roman), Nasir Mənzuri.
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Azavak
Azavak — qədim zamanlardan məlum olan ov itləri cinsi. == Tarixi == Azavak cinsi Böyük Səhranın cənubunda yaşayan tuareq qəbilələri tərəfindən müasir Mali ərazisində ovçuluq və mühafizə xidməti üçün yetişdirilmişdir. Cinsin formalaşmasında Afrika və Asiya ov itləri iştirak etmişdir. Azavaklar Avropaya İkinci Dünya müharibəsindən sonra gətirilmişdir. Standart 1981-ci ildə Fransada qəbul edilmişdir. Rusiyada bu cins 1986-cı ildə ortaya çıxmışdır. Azavak ərəb atını xatırladan kiçik pəncələri olan yüksək incə ayaqları üzərində dərin sinəsi olan zərif itdir. Boyu 58–74 sm, çəkisi 17–25 kq-dır. Tükü incə və qısadır, ağ işarələri olan müxtəlif çalarlardadır. Başı dar, armud şəklindədir.
AVAVA (roman)
Avava romanı Azərbaycan türkcəsində yazılmış, yazarı isə Nasir Mənzuri dir. Bu roman ilk dəfə 2005-ci ildə Tehranda çap olunub. Romanın adı Sonay gecələrində çağırış səsi olan “AVAVA”-dan alınıbdır. == Həmçinin bax == AVAVA Qaraçuxa (roman), Nasir Mənzuri. Qaraçuxa Sonay == qaynaq == ədəbiyyat qəzetində səxavət sahil'dən AVAVA haqında yazılan bir məqalə.
Agava amerikana
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Alava burnu
Alava burnu (ing. Cape Alava) — Sakit okeanın Amerika sahillərində yerləşən burun. Burun Olimpik yarımadasında yerləşir. Üstəlik Olimpik Milli parkı ərazisinə daxildir. İnzibati baxımından Vaşinqton ştatının Klellam dairəsinə daxildir. Alava burnu ABŞ-nin materik hissəsi ən ucqar qərb nöqrəsi hesab edilir. Ancaq Olimpik yarımadasının sahilləri güclü şəkildə erroziyaya məruz qalır. 1990-cı illərdə 48 şatatın ucqar qərb nöqtəsi Oreqon ştatında yerləşən Blanko burnu olmuşdur. Burun öz adını ispan qrandası olmuş Xose Manuelı de Alavanın adından almışdır.
Alava vilayəti
Alava — İspaniyanın vilayəti. == Ərazisi == Alava vilayətinin ərazisi 3 308 km2-dır. İspaniyanın 50 vilayəti sırasında Alava vilayəti ərazisinə görə 48-ci yeri tutur. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Alava vilayətinin əhalisi 322 418 nəfərdir. İspaniyanın 50 vilayəti sırasında - vilayəti ərazisinə görə - pilləni tutur.
Aqava (nereida)
Aqava — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Arava Kimura
Arava Kimura (8 iyul 1931, Hiroşima – 21 fevral 2007, Kanaqava prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib, 1 qol vurub.
Cunko Ozava
Cunko Ozava (d. 7 dekabr 1973) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib.
May Ayzava
May Ayzava (d. 10 sentyabr 1980) — Yaponiyalı keçmiş qadın futbolçu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 4 qol vurub.
Miçihiro Ozava
Miçihiro Ozava (d. 25 dekabr 1932) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 36 oyun keçirib.
Rut Asava
Rut Ayko Asava (ing. Ruth Aiko Asawa; 24 yanvar 1926, Noruolk, Kaliforniya – 6 avqust 2013, San-Fransisko, Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı. O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır. == İlk illəri == Rut Asava 24 yanvar 1926-cı ildə Kaliforniya ştatının Norualk ferma icmasında doğulmuşdur. Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmiş yaponlar idi. Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi. Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır. Onun ağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir. Asava 1939-cu ildə Azadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Şənbə günləri yapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də, kalliqrafiya öyrənirdi.
Tadahiro Ayzava
Tadahiro Ayzava (相沢 忠洋, Ayzava Tadahiro, 21 iyun 1926 – 22 may 1989) – yaponiyalı həvəskar arxeoloq. Yaponiyada ilk paleolitik daş alətləri kəşf etməsinə görə tanınır. == Həyatı == Tadahiro Ayzava 1926-cı ildə Yaponiyanın Tokio şəhərində doğulmuşdur. Assosial uşaqlıq keçirən Ayzava qədim artifaktlara maraq göstərmiş, boş vaxtının böyük hissəsini dulusçuluq parçaları və daş alətlər toplamaqla keçirmişdir. O, Akaqi dağının ətrafında ilk insanların nə vaxt məskunlaşdığı ilə maraqlanmışdır. Ayzava həyatını qazanmaq üçün natto ticarəti ilə məşğul olurdu. == Kəşfləri == Ayzava 1946-cı ilin sentyabrında Qunma prefekturasının Kiryu şəhərində səyyar satıcılıq ilə məşğul olarkən Kasakake qəsəbəsinin İvacuku rayonunda yerləşən, qismən aşınmış və Kanto gilli toprağının bir hissəsi olan qırmızı gil layında obsidian alətlərlə qarşılaşmışdır. Bu dövrdə arxeoloqlar Yaponiyanın insanlar tərəfindən məskunlaşılmasının Comon dövründə baş verdiyini hesab edirdilər. Ayzava 1949-cu ilin iyulunda həmin bölgədə obsidian ucluq da aşkar etmişdir. O, artıq kifayət qədər dəlili olduğunu düşünərək tokiolu tədqiqatçı Teruya Eyzakaya yaxınlaşmış və onun vasitəsilə Meyci Universitetinin arxeoloqu Çosuke Serizava ilə tanış olmuşdur.
Seyci Ozava
Seyci Ozava (小澤 征爾, Ozava Seyci, 1 sentyabr 1935[…], Şenyan – 6 fevral 2024, Setaqaya) – Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır. O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur. == Həyatı və karyerası == 1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur. Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur. Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur.
Rut Ayko Asava
Rut Ayko Asava (ing. Ruth Aiko Asawa; 24 yanvar 1926, Noruolk, Kaliforniya – 6 avqust 2013, San-Fransisko, Kaliforniya) – yaponəsilli ABŞ heykəltəraşı və rəssamı. O, yaratdığı biomorfik tel formalarına, eləcə də, ictimai sənət quraşdırmalarına görə tanınır. == İlk illəri == Rut Asava 24 yanvar 1926-cı ildə Kaliforniya ştatının Norualk ferma icmasında doğulmuşdur. Valideynləri Umakiçi və Haru Asava ABŞ-yə immiqrasiya etmiş yaponlar idi. Rut yeddiuşaqlı ailənin dördüncü uşağı idi. Rut uşaq yaşlarından etibarən sənətə maraq göstərməyə başlamışdır. Onun ağ ayı rəsmi 1935-ci ildə sərgiyə qoyulmuş və üçüncü sinif müəllifi onun sənət bacarığını tərifləmişdir. Asava 1939-cu ildə Azadlıq heykəlinin rəsmini çəkərək məktəbdə keçirilən bir rəsm müsabiqəsinin qalibi olmuşdur. Şənbə günləri yapon dili və mədəniyyəti ilə məşğul olur, eləcə də, kalliqrafiya öyrənirdi.
AMAKA
Azərbaycan Milli Aerokosmik Agentliyi — Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumu. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində "Kaspiy" Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Ayaz Mütəllibovun 580 saylı fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. == Tarixi == Azərbaycan kosmik proqramı daha çox Sovet İttifaqı dövründə olduğu kimi beynəlxalq əməkdaşlıq yolu ilə həyata keçirilir. Bir neçə Azərbaycan zavodu Sovet İttifaqının kosmik layihələri üçün avadanlıq istehsal edirdi, lakin həmin müəssisələr indi köhnəlib. Proqrama həm milli, həm də digər xalqlarla iş birliyində bir sıra peyk missiyaları daxil edilmişdir. 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2009-cu ildə Azərbaycan kosmik sənayesi, İlham Əliyevin sərəncamından sonra kosmik sənayenin inkişafı üzrə dövlət proqramı çərçivəsində inkişaf etdi. Proqram çərçivəsində, 2013-cü ilədək VSAT (Çox Kiçik Apertur Terminalı) yığımı və istehsalı üçün təkliflər verilməsi planlaşdırıldı.
Abana
Abana (Kastamonu) — Türkiyənin Qara dəniz sahilində, Kastamonuda şəhər və rayon. Abana (kənd) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Abaşa
Abaşa (gürc. აბაშა) — Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. Şəhərdə yaşayan 4.941 nəfər əhalinin (2014-cü il) böyük əksəriyyəti meqrellərdən ibarətdir.
Adana
Adana — Türkiyənin ili və ən çox əhalisi olan VI şəhəri. 2023-cü ilin məlumatına görə, əhalisi 2.270.298 nəfərdir. İlin sahəsi 13.844 km²-dir. İldə hər km² 160 nəfər düşməkdədir. Bu sayı ən çox Seyhan ilində 1787 nəfərdir. 01.02.2018 məlumatlarına görə 4-ü ilçəsi (Seyhan, Yüreğir, Çukurova, Sarıçam) olmaqla ümumi 15 ilçəsi və bələdiyyəsi vardır. Bu yerlərdə 831 məhəllə vardır. Türkiyədəki VI böyük metropoliya sahə olub, ölkənin irəlidə gedən ticarət və mədəniyyət mərkəzidir. Mədən ehtiyatlarına görə IV bölgə olan Adana xrom, dəmir, manqan, qurğuşun və sink yataqları baxımından əhəmiyyət daşımaqdadır. Adananın mərkəzi Mərsin, Adana, Osmaniyyə və Hatay illərini əhatə edən coğrafi, iqtisadi və mədəni məzrkəz bölgə olan Çukurovanın mərkəzində yerləşir.
Adata
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. == Coğrafiya == Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Houtsma, Martijn Theodoor, redaktor Al-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Agave
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Akaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.
Akapa
Akapa (gürc. აკაფა) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib.
Alaha
Alaha (Halakha, Halacha, Alaha, הלכה İbranicedə "getmək" mənasındadır) Yəhudi qanun sistemini təyin bir anlayışdır. Şifahi və yazılı köçürülən əmr və nəhyləri əhatə edən ümumi bir dini hüquq anlayışıdır. Təxminən olaraq Babil Talmudunun üçdə biri və Qüds Talmudu'nun da altıda birini Halaha təşkil edir. Alaha hüquq sisteminin bir çox hissəsi müasir hüquq sistemlərində də görülən vətəndaş hüquq və cinayət hüququ kimi hissələrdən ibarətdir. Alaha 613 əmrdən ibarətdir. Bunun 365'i qadağalardan müteşekkildir. Qaynağı Tora'dır.