Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İvan Dıçko
İvan Fyodoroviç Dıçko (d. 11 avqust 1990, Rudnıy, Qostanay vilayəti, Qazaxıstan SSR, SSRİ) - ağır çəkidə çıxış edən Qazaxıstanın peşəkar boksçusu. Qazaxıstan Respublikasının əməkdar idman ustası (2012), Olimpiya oyunlarının ikiqat bürünc mükafatçısı (2012; 2016), Dünya çempionatının üçqat medalçısı (2011, 2013, 2015), Asiya çempionu (2013), Asiya Oyunlarının çempionu (2014), həvəskarlar arasında Asiya vitse-çempionu (2010). 2019-cu ilin sentyabr ayına olan vəziyyətə görə BoxRec reytinqində 70-ci yeri tutur və Qazaxıstanın ağır çəkili boksçuları arasında 1-ci yerdədir. Böyük beynəlxalq boks təşkilatlarının WBA reytinqində 13-cü yeri tutur - dünyanın ən yaxşı ağır TOP-70-lərinə daxildir. == Bioqrafiyası == İvan Diçko məşqçisi Vladimir İvanoviç Şairer sayəsində boksla məşğul olmağa başladı. İvanın iki böyük qardaşı boksla məşğul idilər - İlya və Vladimir. İvan Dychko mütəmadi olaraq məşqlərə getməyə başladı. Məşqlərə başlayandan iki il yarım sonra Quadalaxara şəhərində keçirilən Dünya Kubokunun gümüş mükafatçısı oldu. 2008 Dünya Gənclər Çempionatında gümüş medalçı, 2009, 2010, 2011-ci illərdə Qazaxıstanın boks üzrə çempionu oldu.
AMOKO
Amoco — Dünyanın ən böyük neft və qaz istehsalçılarından biri. 1889-cu ildə yaradılmışdır. Müxtəlif ölkələrdə 42.000 işçisi var. "AMOKO" Şimali Amerikada ən böyük təbii qaz istehsalçısıdır. Şirkət energetika, neft və qaz emalı, kimya və neft-kimya sahələrində də fəaliyyət göstərir.
Abako
Abako adaları — Baham adalarının şimal hissəsində adalar qrupu. Cənubi Abako — Baham adalarının 32 rayonundan biri.
Acika
Acika (abx. Аџьыка, gürc. აჯიკა) — Abxaz və gürcü mətbəxinə aid sous. Tərkibinin acılığından asılı olaraq yeməklərə tomat kimi də istifadə oluna bilir. Bəzən bitki yağı da əlavə olunur. Bu zaman yeməklərə daxil edildikdə xoşa gəlməz tam verə bilir. Daha çox sadə üsulla istifadə geniş yayılmışdır. == Tərkibi == 3 kq qırmızı bibər 300 qr bolqar bibəri 100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər) 0,8 kq pomidor 4-5 diş sarımsaq (zövqə görə artırıla bilər) dada görə duz == Hazırlanma qaydası == Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir. Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Akiko
Akiko — Yapon adı.
Aleko
Moskviç-2141, Moskviç markasının yeni adı olaraq 1986-cı ildə bazara çıxan Rus avtomobilidir. İstehsalı 1988 və 2000 illəri arasında davam etmişdir. Bu anda müflisləşmiş vəziyyətdədir.
Asako
Asako (kanci: 麻子, 朝子, 浅子, 亜少子; hiraqana: あさこ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Məsələn, "朝子" formasında yazıldıqda "səhər uşağı" mənasını verir. Asako İdeue — Yaponiya qadın futbolçusu. Asako Takakura — keçmiş Yaponiya qadın futbolçusu.
Ayako
Ayako (kanci: 文子, 綾子, 絢子, 彩子, 順子, 礼子; hiraqana: あやこ; katakana: アヤコ) — yapon qadın adı. Mənası istifadə olunan kancilərdən asılı olaraq dəyişir. Ayaka Yamaşita — Yaponiya qadın futbolçusu. Ayako Kitamoto — keçmiş Yaponiya qadın futbolçusu. Ayako İnada — Yaponiyanı təmsil edən bədii gimnast.
Bioko
Bioko (1973-cü ilədək Fernando-Po,1979-cu ilədək Masias-Ngema-Biyoqo) — Atlantika okeanının Qvineya körfəzində ada. Afrika sahilləri yaxınlığındadır; Ekvatorial Qvineyanın ərazisidir. == Sahəsi == Sahəsi 2017 km2 . Uzunluğu 70 km, eni 30 km-ədək. == Əhalisi == Əhalisi təqribən 258 min (2005). Bioko ölkənin daha çox məskunlaşmış hissəsidir. == Xüsusiyyətləri == Bir neçə vulkan konusunun (hündürlüyü 3007 m-ədək) birləşməsindən yaranmışdır. Dağ yamacları rütubətli tropik meşələrlə örtülüdür. Piko-de-Santa-İsabel qoruğu Bioko ərazisindədir. Kakao, qəhvə plantasiyaları var; maniok, yerfındığı, şəkər qamışı becərilir.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Haçiko
Haçiko — akita-inu cinsindən olan it, Yaponiyada sədaqət simvolu hesab olunur. == Həyatı == Haçiko 1923-cü il 10 noyabr tarixində Akita yapon prefekturasında dünyaya göz açmışdır. Fermer küçüyü Tokio Universitetində çalışan professor Hidesaburo Uenoya bağışlamaq qərarına gəlir. Professor itə Haçiko (yaponcadan mənası "səkkizinci" deməkdir) adını verir. Haçiko böyüyəndən sonra öz sahibini hara gedirdisə mütləq müşayiət edirdi. Professor gündəlik olaraq şəhərə işə gedirdi. Ona görə, Haçiko Şibuya stansiyasının girişinə qədər professoru yola salır, yenidən günorta saat 3-də öz sahibini qarşılamaq üçün geri qayıdırdı. 1925-ci il 21 may tarixində professoru Tokio Universitetində infarkt vurur. Həkimlər onun həyatını xilas edə bilmirlər və o, artıq evə qayıtmır. Haçiko həmin vaxt 18 aylıq idi.
Maiko
yap. Maiko — geyşanın tələbəsinin adı və ya cavan geyşalara verilən ad yap. geyko geyşaların adı. Maiko karyukai adlı ənənəvi yapon əyləncə mədəniyyətinin bir hissəsidir. == Maiko, Kyoto == Əvvəllər, uşaq əməyi haqqında qanun qəbul edilənə qədər, maiko 9-12 yaşında olurdular. Müharibədən sonra qaydalara düzəliş edilmişdir və indi maiko ancaq orta məktəbi bitirdikdən sonra ola bilər. == Sikomi və Minarai == Orta hesabla altı aydan iki il üçün müddətdə shikomilər yap. 仕込み | tələbələrinə və şagirdlərinə. Shikomi bir qul kimi çalışan, başqa geisha və maikoların paltarlarına yardım, həmçinin okiyada bütün işləri görərdilər. XIX əsrdə shikomi 10-12 il olur, və təlim prosesində istirab çəkmələri şəxsiyyətin formalaşmasının bir normal hissəsi nəzərdə tutulurdu.
Miçiko
İmperatriça Miçiko (yap. 皇后美智子) (20 oktyabr 1934, Tokio, Yaponiya), Miçiko Seda (yap. 正田 美智子) — Yaponiya İmperatriçası (7 yanvar 1989 - 30 April 2019), hazırkı Yaponiya imperatoru Akihitonun həyat yoldaşı. == Bioqrafiyası == Miçiko Seda 20 oktyabr 1934 ildə 07:43 radələrində Tokioda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Hidesaburo Seda iri un şirkətinin rəhbəri olmuşdur. Miçikonun ailə üzvlərindən ikisi «Mədəniyyət sahəsində xidmətlərinə görə» ali akademik mükafatına layiq görülmüşdür. Bu mükafat imperator tərəfindən məşhur alimlərə verilir. Şahzadə Akixito və Miçiko tenis kortunda tanış olmuşlar. Toyları 10 aprel 1959 ildə baş tutmuşdur. Bu izdivacla çox əsrlik ənənəyə son verilmişdir.
Miçio
Miçio — Yaponiya adı. Miçio Yasuda — keçmiş Yaponiya futbolçusu. Miçio Aşikaqa — keçmiş Yaponiya futbolçusu.
Nikko
Nikko (Nikkō (日光市, Nikkō-shi)) — Yaponiyanın müqəddəs şəhəri. == Ümumi məlumat == Nikko – Yaponiyanın müqəddəs məkanlarından biridir. Toçiqi prefekturasında yerləşir. Nikko ("günəş işığı") şəhəri qeyri-adi gözəlliyə malik ərazidə, qar basmış zirvələrlə əhatə olunan hündür dağların ətəyində yerləşir. Burada rast gəlinən ağacların əksəriyyəti 300 ildən çox tarixə malikdirlər. Bu ərazidə yerləşən və Yaponiyanın şintoizm məbədlərindən hesab olunan Tosyoqu məbədi də həmin ağaclarla həmyaşıddır. Nikko şəhərinin buddizm və şintoizm məbədləri YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edilmişlər. Nikko şəhəri Tokiodan 140 km.lik məsafədə yerləşir. Nikko şəhərində yerləşən "Nikko Milli Parkı" öz ərazisindəki 97 metr hündürlüyündə olan Keqon şəlaləsi və Tyudzendi gölü diqqəti xüsusilə cəlb edir. Şəlaləyə aparan yol isə 1300 m hündürlüyündədir.
Anko
Anko, adzuki tortu, şirin lobya tortu - şəkər tozlu və ya ballı paxlalı tort. Anko Çində ilk dəfə bişirilib. Yapon, çin və koreya mətbəxində istifadə olunur. == Növləri == Ankonun hazırlanması üçün müxtəlif konsentratlardan istifadə edilir. === Çin mətbəxi === Bərk anko - şəkər tozunu qaynadılır və sonra torta əlavə edilir. Torta əlavə olunan konsentrasiyadan asılı olaraq dadı fərqlənir. Yumşaq anko - paxlanı şəkərisz qaynadıllar və sonra xəmirə əlavə edilir. === Yapon mətbəxi === Çubu an (yap. 粒餡) - tamamilə lobya, az miqdarda şəkər tozu. Çubusi an (yap.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdurBico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır ki, bu daha əsaslandırılmış versiyadır.
Dico
Dico — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 162 nəfərdir. == Toponimiyası == Dico kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib, "kənd yeri" mənasındadır.
İsko
Fransisko Roman Alarkon Suares Rika İsko (doğumu. 21 Aprel 1992 , Malaqa ) İsbaniya millisinin Real Madridin və yarımmüdafiəçi. Bu Anda la liqada Real Madriddə Çıxış edir .Real madriddən əvvəl Malaqa ,və Valensiyada onun oynayıb . Artıq Real onun üçün doğmalaşıb .Bu mövsüm Real Madriddə 22 nömrə iləçıxıç edib.bu mövsüm bir dəfə du-bil də edib bunu Real Madrid-Qranada maççında edib . Maçda Real M 5-0 hesabı ilə qələbə qazandı . Çempionlar Liqasında da 1 qol vurub .
İçki
İçki — maye qida.
ICAO
Beynəlxalq Mülki Aviasiya Təşkilatı və ya qısaca ICAO — BMT-nin agentliyi, qərargahı Monrealdadır (Kanada). 1947-ci ilin aprel ayında formalaşmışdır. 190 üzvü var, rəsmi dilləri ingilis, ərəb, çin, fransız, ispan və rus dilləridir. ICAO-nun məqsədi bütün dünyada Beynəlxalq Mülki aviasiyanın təhlükəsiz, nizamlı inkişafını və mülki aviasiyanın, o cümlədən beynəlxalq daşımaların bütün məsələləri üzrə beynəlxalq əməkdaşlığın təşkili və əlaqələndirilməsinin digər aspektlərini təmin etməkdir. ICAO-nun qaydalarına uyğun olaraq beynəlxalq hava məkanı uçuş informasiyasının rayonlarına və hava hərəkətinə nəzarət vasitələrinin imkanları nəzərə alınmaqla sərhədləri müəyyən edilən hava məkanına bölünmüşdür. ICAO-nun funksiyalarından biridə aeroportlara aeronaviqasiya və hava limanları üzrə meteoroloji məlumatların ötürülməsi üçün istifadə olunan dörd hərfli fərdi identifikator — kodların, uçuş planlarının (flight-plans), mülki aerodromların radionaviqasiya xəritələrində təyin olunması və s. təyin edilməsidir. 1992-ci ildə ICAO dekabrın 7-ni Mülki aviasiya günü elan edib. Gələcəkdə bu qərar BMT tərəfindən dəstəklənib. == ICAO nizamnaməsi == Hal-hazırda 190 deyil, 193 üzv vardır.(2022) Beynəlxalq Mülki Aviasiya Konvensiyası (həmçinin Çikaqo Konvensiyası adı ilə tanınır) zamanı təqdim olunan doqquzuncu redaksiya ICAO-nun rəsmi nizamnaməsi hesab olunur ki, bu da 1948-ci ildən 2006-cı ilə qədər olan dəyişiklikləri əhatə edir (ICAO Doc 7300/9).
Abako adaları
Abako adaları (ing. Abaco Islands) — Baham adalarının şimal hissəsində adalar qrupu. Əsas adalar Böyük Abako və Kiçik Abakodur.
Akiko Futaba
Akiko Futaba (yap. 二葉 あき子; 2 fevral 1915, Hiroşima – 16 avqust 2011, Hiroşima) — məşhur yapon musiqisi olan yukoka ifaçısı. İkinci dünya müharibəsinin sonlarında o Yaponiyada ən məşhur ifaçılardan biri olub. Bundan başqa o hər il keçirilən məşhur yapon televiziya musiqi şousu "Kohahu Uta Gassen"də on dəfə iştirak edib. == Bioqrafiya == O, Hiroşima şəhərində anadan olub Hiroşima prefekturasında Miyoşi şəhərində böyüyüb. Akiko Tokiyo Musiqi Məktəbini bitirib. Musiqi məktəbi tərəfindən keçirilən konsertdə Takeo Masunaqandan ilhamlanaraq 1936-cı ildə debüt edib. Onun məşhur mahnısı "Furuki Hanazono" (古き花園, az. "Köhnə gül bağı") 1939-cu ildə çıxıb. 6 avqust 1945-ci ildə Hiroşimaya atom bombası atılmasından yaxa qurtara bilib, o, partlayış vaxtı tuneldən keçərək qatarla səfər edirmiş.
Akiko Hayakava
Akiko Hayakava — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Akiko Kavase
Akiko Kavase (川瀬晶子, Kavase Akiko, 13 iyul 1971, Tokio[d]) — Yaponiyanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Akiko Kavase Yaponiyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Akiko Kavase Olimpiadanın bürünc medalına sahib olub.