Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Roman III Arqir
Roman III Arqir (yun. Ρωμανός Γ΄ Αργυρός; 968, Hierapolis – 11 aprel 1034 və ya 1034, Konstantinopol) — 15 noyabr 1028 və 11 aprel 1034 arasında Bizans İmperatoru olmuşdu. "Arqirus" adı yunan dilində "gümüş" sözündən gəlir və mənsub olduğu nəcib ailənin adıdır. Roman III Arqir partijian sinifinə mənsub zadəgan bir ailənin üzvü idi. İmperatorluğun böyük bir məhkəmə orqanında, ali hakim, Ayasofya kilsəsi administratoru (ekonomos) və VIII. Konstantin İmperiya dövründə Konstantinopol eparxosu (qubernator) idi. VIII. Konstantinin məcburiyyətində həyat yoldaşından boşandı və imperatorun qızı Zoi ilə evləndirildi; üç gün sonra öldükdə Bizans imperiyası taxtına keçdi. Altı illik hökmranlıqdan sonra Zoi ilə yaxşı əlaqəsi olmadığı üçün xanımı Zoinın oyunları nəticəsində sarayda vanna qəbul edərkən 1034-cü ildə öldürüldü. == Həyatı == Roman III Arqirin atasının adı məlum olmasa da, Arqir ailəsinin üzvü olduğu bilinir. Lakin Roman III Arqirin böyük babası I Romanos idi. İmperator II Basileiosun hakimiyyəti illərində Romanos hakim kimi xidmət edirdi.
III Roman Argir
Roman III Arqir (yun. Ρωμανός Γ΄ Αργυρός; 968, Hierapolis – 11 aprel 1034 və ya 1034, Konstantinopol) — 15 noyabr 1028 və 11 aprel 1034 arasında Bizans İmperatoru olmuşdu. "Arqirus" adı yunan dilində "gümüş" sözündən gəlir və mənsub olduğu nəcib ailənin adıdır. Roman III Arqir partijian sinifinə mənsub zadəgan bir ailənin üzvü idi. İmperatorluğun böyük bir məhkəmə orqanında, ali hakim, Ayasofya kilsəsi administratoru (ekonomos) və VIII. Konstantin İmperiya dövründə Konstantinopol eparxosu (qubernator) idi. VIII. Konstantinin məcburiyyətində həyat yoldaşından boşandı və imperatorun qızı Zoi ilə evləndirildi; üç gün sonra öldükdə Bizans imperiyası taxtına keçdi. Altı illik hökmranlıqdan sonra Zoi ilə yaxşı əlaqəsi olmadığı üçün xanımı Zoinın oyunları nəticəsində sarayda vanna qəbul edərkən 1034-cü ildə öldürüldü. == Həyatı == Roman III Arqirin atasının adı məlum olmasa da, Arqir ailəsinin üzvü olduğu bilinir. Lakin Roman III Arqirin böyük babası I Romanos idi. İmperator II Basileiosun hakimiyyəti illərində Romanos hakim kimi xidmət edirdi.
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Arılar
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Qarqar
Qarqar (lat. Caracara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
ARGİN
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s. Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Arqau
Arqau (alm. Aargau‎, fr. Argovie, it. Argovia, romanş Argovia) — İsveçrənin şimalında kanton. Kantonun əvvəllər istifadə olunan adı - Aarqau, indi köhnəlmiş transkripsiyadır. Adını ərazisindən axan eyniadlı çaydan almışdır. Qərb tərəfində Bern, Zoloturn və Bazel torpaqlarının kantonları, Sürixin şərq tərəfində və Cənubi Lütsern və Suq yerləşir. İnzibati mərkəz Aarau şəhəridir. Sahəsi - 1403.8 km², əhalisi 627.340 nəfərdir (2012). == Tarixi == Qədim dövrlərdə Roma şəhəri Vindonissa kantonun ərazisində yerləşirdi.
Arxar
Arxar (lat. Ovis ammon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü. Arxarlar ev qoyunlarının əcdadları sayılırlar. Aralıq dənizi adalarının bir neçəsində, Orta , mərkəzi, Şimal-şərqi, Şimali asiyada və Şimali Amerikanın qərbində yayılmışdır. == Xarici görünüşü == Arxarların kütləsi 200-220 kq-a qədər olur. Dişilər nisbətən kiçik olur. Olçulərindən başqa dişilərdə buynuz 10-30 sm əksər vaxtlarda isə olmur. == Davranışı == Bu heyvanlar dəniz səviyyəsindən 5500 metr yüksəklikdə açıq yamaclarda yaşayırlar. Payızda çütləşmə dövründə böyük sürülər əmələ gətirirlər. Arxarların hamiləlik dövrü 170 gün sürür.
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.
Ayğır
Ayğır — yetkin erkək at. Cinsi yetişkənliyinə bir il-ilyarımlıqda çatır, lakin döllük məqsədilə 3 yaşından istifadə olunur. Bir mövsüm ərzində hər ayğıra əl üsulu ilə cütləşdirmədə 35–40, ilxıda cütləşdirmədə 20–25, süni mayalandırmada 500-dək madyan ayrıla bilər. Cavan ayğıra cütləşmək üçün birinci il normanın yarısı qədər, ikinci ildən isə tam norma ilə madyan ayrılır. Yaxşı yemlənən və düzgün istifadə olunan ayğırı 16–18 il cütləşdirmək olar. Döl götürmək üçün, adətən, cins ayğırlardan istifadə edilir. Damazlığa yaramayan ayğır 2–3 illikdə axtalanıb işlək at kimi istifadə olunur.
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
Aşqar
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarix == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bensın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pforsxaym şəhərindən Manqeym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.
Adi qarqar
Adi qarqar (lat. Caracara plancus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Argiya (okeanida)
Argiya(yun. Ἀργεία) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı, qardaşı çay tanrısı İnaxın arvadı və Foroneyin anası.
Arılar alqoritmi
Arılar alqoritmi — Problemin bəzi xassələrinin bilindiyi və problem üzərində dəyişikliklərin edilə bilindiyi(Bilərək Axtarış) axtarış alqoritmlərindən biridir. Alqoritmin əsas məqsədi ən optimal nöqtənin tapılmasıdır. Alqoritm arılarının bal hazırlamaq üçün istifadə etdikləri axtarış metodundan götürülmüşdür. Arılar hər zaman ən yaxşı çiçəklərdən bal toplayırlar, əgər hər hansısa arı yaxşı nektarlı çiçək tapırsa yuvaya qayıdıb bunu müəyyən rəqslə digər arılara xəbər verir. Bu mesajda yuvadan çiçəyə qədər olan məsafə, hava şəraiti, günün hansı vaxtında olduğu və.s kimi xüsusi əhmiyyətli məlumatlar yer alır. Buna bəzən 'Kəşf et- Rəqs et - Ən Yaxşıya Hücum Et' modeli də deyilir. == Alqoritmin işləmə prinsipi == İlk öncə alqoritmin icrası zamanı istifadə olunan bəzi terminləri açıqlayaq. n: Hal-hazırda axtarışda olan arı sayı. m: Axtarılacaq nöqtələrin sayı(arı və bal nümunəsin götürsək, çiçəklərin sayı ola bilər). e: Hal-hazırda m dənə çiçəkdən olan ən yaxşılarının sayı.
Mayra Aqiyar
Mayra Aqiyar (tam adı: Mayra Aguiar da Silva; d. 3 avqust, 1991, Braziliya) — Braziliya cüdoçusu, Olimpiya Oyunlarının bürünc mükafatçısı (2012, 2016), Dünya çempionu (2014) və beş dəfə Pan Amerika çempionu (2008, 2010, 2012, 2013, 2015). == Həyatı == 2012-ci ildə məşhur polşalı cüdoçu Darya Pogorzelesə London Olimpiadasında dörddəbir finalda qalib gəldi, amma yarımfinalda o, nəticədə qızıl medal qazanan Amerikalı Kylie Harrisonu məğlub etdi, üçüncü yer uğrunda mübarizə aparan təcrübəli Hollandiyalı cüdoçu Marhinda Werkerkə qalib gəldi və bürünc medal qazandı. 78 kq çəki dərəcəsində bürünc medal qazanmışdır.
Qarqar (Dağ)
Qarqar — Xocalı rayonunda dağ silsiləsi. == Toponim == Qarqar dağ silsiləsinin adı Qarabağda yaşamış qarqar tayfasının adını əks etdirir.
Qarqar (Xocavənd)
Qarqar (əvvəlki adı: Herher) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Herher kəndi Qarqar kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarqar kəndi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. == Toponimikası == X əsrdə Gargar formasında qeydə alınmışdır. Gargar isə qədim Qafqaz Albaniyasında yaşamış qarqar tayfasının adını əks etdirir. Sonralar burada yaşamış ermənilər kəndi Herher kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Qarqar adlanır. == Tarixi == === Tarixi abidələri === Qarqar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Qarqar dağı
Qarqar — Xocalı rayonunda dağ silsiləsi. == Toponim == Qarqar dağ silsiləsinin adı Qarabağda yaşamış qarqar tayfasının adını əks etdirir.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Raqnar Friş
Raqnar Friş (ing. Ragnar Anton Kittil Frisch; 3 mart 1895 – 31 yanvar 1973) — norveçli iqtisadçı. 1969-cu ildə Yan Tinberqen ilə birlikdə ilk dəfə olaraq İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Raqnar Friş məktəbi bitirdikdən sonra atasının zərgərlik firmasında köməkçi olaraq işləməyə başladı. Ustalığa yüksələnə qədər Oslo Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil almağa davam etdi. 1919-cu ildə universiteti bitirdi və diplom aldı. Növbəti il ustalığa yüksələrək atasının zərgərlik firmasında şərik kimi fəaliyyətə başladı. 1920-1923-cü illərdə Oslo Universitetindən aldığı təqaüdlə iqtisadiyyat və riyaziyyat üzrə biliklərini artırmaq üçün Fransa və İngiltərədə oldu. 1923-cü ildən ciddi şəkildə akedemik karyeraya başladı. 1925-ci ildə Oslo Universitetində riyazi statistika üzrə doktorluq dərəcəsi aldı.
Raqnar Lodbrok
Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviya – təq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveç və Danimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransa və İngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür.