ARĞAC

is. toxuc. Xalçada, gəbədə və ümumiyyətlə toxunan şeylərdə eninə gedən ip (əriş müqabili). Arğac sapı sarıyan maşın quruldu.
– Xoşqədəm diz üstə oturub, sağ əlinin baş və şəhadət barmağı ilə fərşin köhnəlmiş arğaclarını qurdalaya-qurdalaya davam etdi. Ə.Vəliyev.

◊ Arğac keçmək – birisinin işinə pər vurmaq, zərər vermək, yaxud onun düzəlməsinə mane olmaq üçün xəlvəti söz demək, əlaltından işləmək, qarışdırmaq.

Этимология

  • ARĞAC Kilim, gəbə və s. toxunanda hündür qalxan iplər əriş, eninə gedən isə arğac adlanır. Mənbələrdə arğa feili var və rus dilinə “ткать, плести поперек” k
ARFAÇI
ARĞACLAMA
OBASTAN VİKİ
Arğac
Arğac - parçanın eni istiqamətində bir-birinə paralel saplar. Toxuma prosesində arğac sapları əriş saplarının arasından keçirilir. Tül pərdə, xalça, palaz və bir sıra trikotaj məmulatlarında da eninə saplar "arğac" adlanır. == İstinad == Azərbaycan Milli Ensiklopediyası, 2011, t.2.

Значение слова в других словарях